Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə56/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 182
dönəmində  dərvişlərin yaşayış yeri olan xanəgahların yaradılması 
üçün örnək və nümunə kimi xristian monastırları  əsas 
götürülmüşdür.
145
  
Masonların öz xüsusi fərqləndirici simvolikası var: döşlük, 
pərgar, üçbucaq, altıbucaqlı ulduz, 24 düyümlü xətkeş, 7 ulduz, 
xüsusi salamlaşma manerası  və s.  Misal üçün, namizəd lojaya 
gələrkən deməlidir: “Burda olan hər şey - simvoldur”. Orta əsrlərdə 
kütləvi savadsızlığın hökm sürdüyü dövrdə simvolika ünsiyyət 
üçün mühüm vasitə olmuşdur. Bu cür “vizual stenoqrafiya”nın 
köməkliyi ilə hər hansı sosial təbəqə üçün anlaşıqlı olan məlumatı 
ötürmək mümkün idi. Hətta yazıb-oxumağı bacarmayan insanlar da 
simvolların mənasını başa düşə bilirdilər. Eyni zamanda bu cür 
simvolika gizli biliklərin və ya məxfi məlumatların örtülü 
saxlanmasına da xidmət etmiş olurdu. Buna bənzər xüsusiyyətləri 
sufilər arasında da müşahidə etmək mümkündür. Misal üçün, orta 
əsrlərdə böyük nüfuza malik “bəktaşiyyə” təriqətinin sıravi üzvləri 
ağ  əba geyinir, başlarına hündür ağ papaq qoyurdular.
146
 Bəktaşi 
dərvişləri hücrələrdə yaşayır, dünyəvi işlərdən imtinanın simvolu 
kimi sırğa daşıyırdılar.
147
Bəktaşiyyə təriqətinə məxsus bir çox tarixi 
abidələrin divarlarında “Möcüzələr təzahürü  Əlini çağır” duası 
yazılmışdır.
148
Beləliklə, fikrimizcə, orta əsrlərdə masonluq və 
sufizm arasında simvolika ilə bağlı oxşarlıq hər hansı  təsirin 
nəticəsi deyil, həmin dövr üçün xarakterik olan ünsiyyət dilinin 
təzahürüdür. 
                                                 
145
 Fəxrəddin Səfərli. Orta əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin 
rolu. Bakı: Elm, 2003, səh.112 
146
 İslam. Qısa məlumat kitabı. Bakı: Azərnəşr, 1985, səh.35 
147
 Fəxrəddin Səfərli. Orta əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin 
rolu. Bakı: Elm, 2003, səh.163 
148
 Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Том 3. Баку: 
XXI – Yeni nəşrlər evi, 2001, стр. 116 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 183
Mason gildiyalarının üzvləri üç kateqoriyaya bölünürdülər: 
Usta, Peşə Qardaşı, Şagird. Şagird təlim kursunu bitirdikdən sonra 
öz istəyi ilə gildiyanı  tərk edərək xaricdə  işləməyə gedə bilər
təcrübə qazanar və öz peşəkarlığını artıra bilərdi. Sufi həyat 
tərzində də oxşar prosesləri izləyirik. Sufizmdə də mürid, mürşid, 
xəlifə,  şeyx, pir kimi kamal səviyyələri mövcuddur. Müəyyən 
kamillik səviyyəsinə çatan mürid öz mürşidinin razılığı ilə xanəgahı 
tərk edə bilər, getdiyi yerdə  qəbul etdiyi təsəvvüf dünyagörüşünü 
yaymaq üçün yeni təkkə qura bilərdi. 
Bundan başqa, sufizm və masonluq arasında gizlilik, batinilik, 
xəlvətilik, eləcə  də  təşkilatlanma baxımından (masonluqda 
Qardaşlıq, sufi cərəyanlar arasında Əxilik) bir çox başqa oxşarlıqlar 
da müşahidə olunur. Bütün bunları araşdırmaq üçün ayrıca bir 
tədqiqata ehtiyac olduğundan fikirlərimizi burda tamamlayırıq. 
 
Din sivilizasiya özəyidirmi? 
Qərb sivilizoloqlarının vahid sivilizasiya kimi 
səciyyələndirdiyi  İslam sivilizasiyası daxilində Türk, Ərəb,  İran, 
Malay mədəniyyətləri bir-birindən bütün parametrlər üzrə  kəskin 
surətdə fərqlənir. Bu mədəni tiplərin yeganə ortaq dəyəri islam dini 
sisteminin şəbəkəsidir. Şəbəkə dedikdə yəni, dini əqidədən savayı 
islam arxitekturası, islam fəlsəfəsi,  ədəbiyyatı  və sair də  nəzərdə 
tutulur. Bütün bunlar isə  nə Türk, nə Malay, nə  də  İran 
sivilizasiyasını  hərtərəfli səciyyələndirməyə kifayət etmir. Hətta 
İslam sivilizasiyasının birbaşa yaradıcısı  və daşıyıcısı olan ərəb 
mədəni tipini belə  səciyyələndirməkdə tam mənzərəni  əhatə edə 
bilmir.  Ən azı ona görə ki, müsəlman olmayan ərəblərin 
mədəniyyəti bu çərçivəyə daxil edilmir. Fikrimizcə, nəinki islam, 
ümumiyyətlə, heç bir din sivilizasiya üçün əsas ola bilməz və belə 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 184
təsnifat məqbul hesab edilməməlidir. Din bir əqidə, dünyagörüşü, 
fəlsəfədir. Bu baxımdan, islam dini ilə  bərabər başqa dinlər - 
xristianlıq, buddizm, atəşpərəstlik də yalnız bu çərçivədə  əhatə 
dairəsinə malikdir və dinin sivilizasiya yaradan amil kimi 
səciyyələndirilməsi yanlış yanaşmalara gətirib çıxara bilər. Bununla 
yanaşı, əgər hətta bu təsnifatı qəbul etsək belə, islam ilk növbədə 
ərəb mədəni tipinin sivilizasiyası hesab olunmalıdır. 
Eyni zamanda, qeyd etməliyik ki, Türk sivilizasiyası islam 
dini və dünyagörüşünü doğma dəyər kimi qəbul etmiş, 
özününküləşdirmiş, özündə inkişaf etdirmiş, bir sözlə, onlar 
arasında güclü bir harmoniya, sinxroniya yaranmışdır. Rahid Ulusel 
“Qloballaşma və türk sivilizasiyası” kitabında türk-islam sintezini 
olduqca dəqiq ifadə edir: “Şərq sivilizasiyaları blokunda islam və 
türk sivilizasiyasının interaksiyası  və  bəşər tarixinin davamlı bir 
prosesi kimi “türk-islam” sintezi, daha dəqiq desək, türk 
sivilizasiyasının inkişafında türk-islam mərhələsi bütün ötən 
dövrlərdə olduğu kimi, müasir dünya tarixinin də inkişafına çox 
mühüm təsir göstərir və bu prosesin qlobal sivilizasiya 
quruculuğunda özünümüəyyənləşdirməsinin düzgün dərk olunması 
böyük əhəmiyyət daşıyır. Türklərin islamı qəbul etməsi ilə hər iki 
sivilizasiya qüdrətlənib və  Şərq orqanikasında misilsiz vəhdət 
məqamları əldə edib. Bu tarixi hadisə nəinki təkcə onları, ümumən 
Şərq sivilizasiyaları dünyasının harmonikləşib möhkəmlənməsini, 
Qərb ekspansiyasına tab gətirməsini  şərtləndirən bir proses 
olub.”
149
  
Beləliklə, Türk mədəni tipi müstəqil sivilizasiya daşıyıcısı 
olmaqla, özünəməxsus xarakterik xüsusiyyətləri ilə islam 
mədəniyyətinin digər daşıyıcılarından fərqlənir. Fikrimizcə, islam 
                                                 
149
 Rahid Ulusel. Qloballaşma və Türk Sivilizasiyası. Bakı: Çaşıoğlu, 2005, səh. 69 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə