Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə58/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 188
sözünün  əhatə dairəsi genişlənməyə başlandı.
151
Fikrimizcə, bu 
proses, yəni ərəb sözünün mənasının əhatə dairəsinin genişlənməsi 
ərəbləşmənin birinci fazasıdır və göründüyü kimi, sivilizasiyanın 
aktiv passionarlıq mərhələsi ilə əlaqəli deyil. Bununla bərabər, qeyd 
etmək lazımdır ki, vahid islam və ərəb mədəniyyətinin üzvi tərkib 
hissəsi olan Yəmən xalqı aradan yüzillər keçməsinə baxmayaraq 
hələ də yarımadadakı bütün başqa ərəblərdən bir çox komponentlər 
üzrə əsaslı surətdə fərqlənir. 
Ərəbləşmənin ikinci fazası isə  Ərəb sivilizasiyasının aktiv 
passionarlıq dövrü ilə başlamışdır. Belə ki, islam dini bərqərar 
olduqdan sonra konsolidasiya olunan ərəb cəmiyyəti iri dövlət
daha sonra imperiya (Ərəb Xilafəti) mərhələsində öz 
passionarlığının pik səviyyəsinə çatdı. Məhz imperiya Ərəb 
sivilizasiyasının  əsas sütunu olmuşdur. Xilafətin sərhədləri 
genişləndikcə  ərəbləşmənin də hüdudları genişlənmişdir.  Əslində 
Xilafətin işğal siyasətində iki mərhələ özünü göstərir: 1 - islam 
dininin yayılması, yəni müsəlmanlaşma; 2 - ərəbləşmə, zorla və ya 
müəyyən sosial üstünlüklər qazanmaq məqsədilə. Xilafət öz 
sərhədləri daxilində  və  hətta ideoloji təsir hesabına imperiya 
sərhədlərindən kənarda belə islam dinini yaymağa çalışırdı. 
Ümumilikdə, islam dini ərəb dövlətçiliyinin və sonrakı mərhələdə 
ərəb passionarlığının formalaşmasında  ən mühüm amil olmuşdur. 
Ərəbləşmə isə daha məhdud dairədə  ərəb mənəviyyatının digər 
sivilizasiya daşıyıcıları  tərəfindən qəbul edilməsi hesabına baş 
verirdi. Ümumi mənzərə belə formalaşmışdı ki, həm 
müsəlmanlaşma, həm də  ərəbləşmə proseslərinin bu dövrü üçün 
güc tətbiq olunması xarakterik idi. Ərəb Xilafətinin hüdudlarına 
baxsaq, qərbdə Məğribdən, hətta bir müddət Avropada İspaniyanı 
                                                 
151
 Peter Mansfield. The Arabs. New-York: Penguin books, 1990, p. 14 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 189
da əhatə etməklə, şərqdə Mavərənnəhrədək böyük bir ərazini əhatə 
edən imperiyanın Afrika, Yaxın  Şərq,  İran, Qafqaz, Mərkəzi 
Asiyada - türk, afrikan, iran, hətta ellin mədəniyyətlərinin (Bizans) 
daşıyıcılarını öz nüfuzu altına aldığı görünür. Bu böyük coğrafi 
məkanda Misir, İran kimi qədim sivilizasiyalar, həmin dövr 
mədəniyyətinin elitar səviyyəsi hesab edilən Ellin-Bizans 
sivilizasiyasının (Suriya), antik dövr mədəniyyətlərindən hesab 
edilən Karfagenin davamçıları, eləcə də bu regionda hər zaman öz 
mövcudluğunu saxlayan Türk sivilizasiyasının daşıyıcıları 
olmuşdur. Bu böyük coğrafi məkanda  ərəbləşmə, işğal olunan 
ərazilərdə yerli sivilizasiya daşıyıcılarının  ərəblərlə harmoniyası - 
uyumluluğu ilə əlaqədar olmuşdur. Bəzi müəlliflərin iddia etdikləri 
kimi, daha yuxarı səviyyəli mədəniyyətlərin daşıyıcılarının nisbətən 
aşağı  səviyyəli mədəniyyət daşıyıcılarını  əritməsi mülahizəsi ilə 
razılaşmaq mümkün deyil. Belə ki, ən azı bu məkanda qədim Misir 
və ya Bizansın mədəni mərkəzlərindən biri olan Suriyanın həmin 
dövrdə  ərəblərdən qat-qat yüksək mədəni səviyyəyə, sivilizasiya 
quruculuğuna malik olduğu məlumdur. Bu halda isə yüksək 
səviyyəli mədəniyyət daşıyıcılarının mədəni planda 
dominantlığının  ərəblərin assimilyasiyasına səbəb olmadığı 
görünür. Bəs yüksək mədəni nailiyyətlər əldə etmiş bu sivilizasiya 
daşıyıcılarının ərəbləşməsinə nə səbəb olmuşdur?  
Bir çox mütəxəssislərin fikrincə, başlıca səbəb  əsas mənəvi 
dəyərlərin yaxınlığı  və üçüncü qüvvəyə qarşı birgə mübarizə 
olmuşdur. Üçüncü qüvvə dedikdə, həmin dövrdə bu regionda 
hakim olan Ellin mədəniyyəti daşıyıcıları nəzərdə tutulur. Belə ki, 
ərəblərin passionarlığı dövründə Misir və Suriya artıq bir neçə yüz 
il idi ki, Bizansın işğalı altında idi. Ellin mədəniyyəti isə sivilizasiya 
baxımından nə  qədər yüksək nailiyyətlər qazanmış olsa belə, 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 190
mənəvi baxımdan əxlaqi tənəzzül, deqradasiya yaşayırdı. Cəmiyyət 
həyatının bu mədəni pozğunluğu nə Misir koptları, nə də Suriyanın 
yerli  əhalisi üçün arzuedilməz olduğundan, yeni mədəni dəyərlər 
tezliklə 
qəbul edildi. Bu isə Misir və Suriyanın 
müsəlmanlaşmasına,  ərəbləşməsinə  gətirib çıxardı. Təsadüfi deyil 
ki, həmin dövrdə  təxminən 3-5 milyon nəfər  əhalisi olan Misirin 
ərəb hakimiyyəti altına keçməsi cəmi 2 il çəkdi. Bununla bağlı 
islamşünas  İran alimi Əbdül Hüseyn Zərrinkub yazır: “Ərəblərin 
işğalı zamanı  zəbt olunan ərazilərin yerli əhalisinin düşmən 
münasibəti olsaydı, qələbə bu qədər asan başa gəlməzdi. Misirdə 
yerli  əhalinin mərkəzi hakimiyyətdən (Bizansdan) narazılığı daha 
çox müşahidə olunurdu və  nəticədə  Aşağı Misiri Bizans 
imperiyasından qoparmaq üçün cəmi 10 min nəfərlik müsəlman 
ordusu kifayət etmişdi”.
152
  
Dünya sivilizasiya tarixində özünəməxsus yeri olan və hələ də 
bəşəriyyəti spesifik arxitektura özəllikləri ilə seçilən piramidalarla 
heyrətləndirən Misir sivilizasiyası ilə bağlı qeyd etmək istərdik ki, 
eramızdan əvvəlki minilliklərdə yüksəlişinin pik səviyyəsinə çatan 
bu sivilizasiya daşıyıcıları birinci minillikdə öz mövcudiyyətini 
saxlaya bilməmişdi və  nəsildəyişmə prosesini məhv olmaqla başa 
vurmuşdu. Hazırda bu sivilizasiyanın reliktləri olaraq piramidaları 
və Misirin müasir əhalisi arasında etnik, dini azlıq təşkil edən 
xristian koptları göstərmək olar. Lakin həmin məkanın yeni 
sivilizasiya arealına daxil olması üçün da böyük zaman sərf olundu. 
Belə ki, qədim Misir dövlətinin süqutundan sonra nə  İran, nə  də 
ellin hökmranlığı dövründə hər hansı bir yeni prosesin başlamasının 
şahidi olmuruq. Roma-Bizans timsalında ellin mədəniyyətinin bəzi 
                                                 
152
 Абдол Хосейн Зарринкуб. Исламская цивилизация. Москва: Андалус, 2004, 
стр. 7 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə