Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə61/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 197
cəmiyyətdir və bununla digər sivilizasiyalardan əsaslı surətdə 
fərqlənir.  İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in 
yalnız  ərəb dilində oxunmalı olması  və duaların bu dildə 
səslənməsinə olan tələb də  ərəb dilinin Ərəb sivilizasiyasının 
formalaşmasında xüsusi rol oynamasının göstəricisidir.  
 
Türk sivilizasiya daşıyıcılarının islam dininin müxtəlif 
cərəyanlarında təmsil olunması - siyasi məqsədlərin prioritetliyi 
 
Türk sivilizasiyası islam dininin əhatə dairəsində  də 
özünəməxsusluğunu büruzə verir. Yəni, türklər islam mədəniyyəti 
daxilində öz milli identikliyini daim göstərmişlər. Bir çox hallarda 
bu özünü islam dini məzhəblərində, təriqətlərdə, sufi ordenlərində 
türklərin  əks reaksiyası olaraq göstərmişdir. Tarixi ardıcıllıqla 
baxdıqda maraqlı  mənzərənin  şahidi oluruq və bu gün türk 
dünyasının təmsilçilərinin islam dininin fərqli məzhəblərinə etiqad 
etmələrinin  əsl səbəbləri ortaya çıxır. Məlum olduğu kimi, ərəb 
işğalının ilk dövründə islamı  qəbul edən, amma ərəb olmayanlar 
(“məvali”)  Ərəb Xilafəti daxilində ayrı-seçkiliyə  məruz qalırdılar. 
Xüsusən Əməvilər dövründə məvalilər - cizyə, zəkat kimi vergilər 
verir, fərqli münasibət görürdülər. Lakin sonradan işğal olunan 
ərazilərin böyüklüyü ərəbləri bu məkanda azlığa çevirdi ki, bu da 
hakim rejim üçün problemlər yaradırdı.  Əslində  Əməvilərin 
Abbasilərlə əvəz olunmasında bu faktorun da xüsusi rolu olmuşdur 
və artıq Abbasilərin dövründə  ərəb olmayan müsəlmanlara qarşı 
ikinci dərəcəli münasibətin dəyişməsi nəticəsində ərəbləşmə prosesi 
daha geniş vüsət almışdı. Biz isə diqqəti başqa bir məqama çəkmək 
istərdik.  Əməvilər dövründə qeyri-ərəblərin (daha çox türklər və 
iranlıların) hakim rejimə qarşı reaksiyası, barışmaz mövqeyi onların 
islam dinini qəbul etsələr belə, islam daxilində hakim sülaləyə qarşı 
olan digər dini cərəyanlara meyl etməsinə səbəb olurdu. İslam dini 
daxilində yaranmış  cərəyanlar mahiyyət etibarilə  ərəb mənşəli 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 198
olsalar da, həmin dövrdə hakim rejimə qarşı olduğundan  ərəb 
olmayanların maraqlarına uyğun gəlirdi. Buna görə də, iranlılar və 
türklər arasında  şiəliyin,  Şimali Afrikada bərbərlər arasında 
xaricilik təriqətinin geniş yayılmasının səbəblərini burda axtarmaq 
lazımdır. Dediklərimizi  əyani təsəvvür etmək üçün islam dininin 
yayılma arealına baxsaq (xəritə 1), sektant dini cərəyanların daha 
çox müsəlmanlaşan digər sivilizasiya daşıyıcısı olan millətlər 
arasında yayıldığını görərik. Qeyd olunan müddəaları 
ümumiləşdirərək bu qənaətə  gəlmək olar ki, ərəb olmayan 
sivilizasiya daşıyıcılarının fərqli mənəvi dəyərləri və  həmin dövr 
Xilafətdə hakim rejimə qarşı islamdaxili cərəyanların maraqlarının 
üst-üstə düşməsi bu cür mənzərənin formalaşmasına gətirib 
çıxarmışdır (hətta ərəbləşmənin I mərhələsində bu prosesi keçən və 
ərəb ölkəsi hesab olunan Yəmənin də timsalında bu mülahizə 
özünü doğruldur). Yəni, şiəlik və ya xaricilik təriqəti özü belə dində 
ərəb mənşəli siyasi istiqamət olsa da, həmin dövr hakim sülaləyə 
(rejimə) qarşı olduğundan məvalilər arasında çoxlu tərəfdar 
tapmışdı. Doğrudur, bu müddəanın reallığı əks etdirmədiyi hallara 
da rast gəlirik. Misal üçün, əhalisinin böyük hissəsi sünni olan ən 
böyük türk dövlətlərindən Osmanlı imperiyası öz siyasətində bu 
yanaşmaya üstünlük vermişdir. Belə olan halda konkret situasiyaya 
baxmaq lazımdır. Məlum olduğu kimi, 1055-ci ildə Səlcuq sultanı 
Toğrul bəy tərəfindən Bağdad alındıqdan sonra xəlifəlik institutu 
faktiki olaraq türklərin ixtiyarına keçmişdir. Səlcuqların varisi olan 
Osmanlı imperatorları isə həm də Xəlifə elan olunmuşlar. Buradan 
aydın olur ki, sünni əqidəsi yenə  də siyasi məqsədlərə uyğun 
gəldiyi üçün Osmanlı dövlətində qəbul edilmişdir.  
 
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 199
 
 
 
 
 
 
 
 
İslam dininin təriqətlər üzrə xəritəsi 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 200
İslam dininin Ərəb xilafətinin  şərqə doğru işğal etdiyi 
ərazilərdə  bərqərar olması  ən azı üç-dörd əsr çəkmişdir. Türk 
sivilizasiya daşıyıcılarının növbəti mərhələdə öz əks-təsirini sufi 
təriqətlərində göstərdiyini müşahidə edirik. Təxminən XI əsrdən 
başlayaraq müxtəlif sufi təriqətləri Türk sivilizasiyası üçün islam 
daxilində özünəməxsusluğunu  əks etdirmək vasitəsi olmuşdur. 
Maraqlı odur ki, bəzən bu sufi təriqətləri ərəb mənşəli olsalar belə
inkişaf dövründə daha çox türk dünyagörüşünə xidmət etmişlər. 
Bəzən hətta ilk məqsədini - müsəlman missionerlik funksiyasını 
itirərək islam dinində türk identikliyinin ifadəçisi olmuşlar. Yəni, 
sufizm, onun ayrı-ayrı  təriqətləri, xüsusən, səfəvilik, bektaşilik 
türkçülüyə xidmət etmişdir. Belə bir məqamda çoxlarını 
düşündürən incə bir nüansa da işıq salmaq istərdik. Necə olur ki, 
etnik kök, mədəniyyət, mənəviyyat baxımından eyni sivilizasiyanın 
daşıyıcısı olan Anadolu və Azərbaycan türkləri islamda fərqli dini 
məzhəb daşıyıcılarıdır. Yəni, osmanlılar sünni, azərbaycanlılar isə 
daha çox şiədirlər. Tarixi zərurət, zamanın tələbi və başqa 
səbəblərlə yanaşı xüsusi bir məqama da diqqət yetirmək istərdik. 
Yuxarıda da göstərdiyimiz kimi, Osmanlı dövləti Bağdadı 
tutduqdan sonra (hətta bir az da əvvəl səlcuqların Bağdadı tutmasını 
da göstərmək olar) Xilafətin hüquqi varisi oldular və ortodoks sünni 
dini ideologiyası artıq Osmanlı imperiyasının mənafeyinə xidmət 
edirdi. Yəni, bir növ hakim ərəb ideologiyası qalmadı ki, Osmanlı 
türkləri ona qarşı alternativ olsunlar. Bu isə öz növbəsində Osmanlı 
imperiyasının bir çox sahələrdə türklükdən daha çox islam 
mədəniyyətinin daşıyıcı olmasına  şərait yaratmış oldu. Osmanlı 
dövründə  bəzən hətta ümumislam mədəniyyətinin türk mədəni 
dəyərlərinin qarşısında üstünlük qazandığını müşahidə edirik. 
Əvəzində həmin dövr siyasi səhnəsində Osmanlı imperiyasının əsas 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə