Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə64/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 207
ərəblərin bir hissəsi bu günədək ana dilində danışır. Belə  nəticə 
çıxarmaq olar ki, İran-Ərəb sivilizasiyaları Türk-Ərəb sivilizasiyasına 
nisbətən daha çox harmoniyaya, uyğunluğa malikdir.    
Azərbaycanda vaxtilə  ərəblərin məskən saldıqları yaşayış 
məntəqələrinin adlarında indiyədək “ərəb” sözü qalmışdır. Həmin 
kəndlərin  əhalisinin son dövrlərədək qismən antropoloji cəhətdən 
başqalarından fərqləndiyi müşahidə olunurdu. Həmin kəndlərdə 
yaşayanların dediyinə görə, keçən  əsrin ortalarınadək onların bir 
hissəsi pozuq ərəb dilində danışırdı və əsas peşəsi dəvəçilik idi.
160
 Bu 
kəndlər Xilafətin  şimal sərhədi boyunca, orta əsrlərin  əsas ticarət 
yolları üzərində yerləşirdi. Azərbaycanın bir sıra rayonlarında  ərəb 
adını qorumuş kəndlərə rast gəlirik: Qubada - Ərəbli, Ərəbkeymuraz, 
Ərəbdəhnə,  Ərəbhacı;  Şamaxıda - Ərəblər,  Ərəbuşağı,  Ərəbqədim, 
Ərəbşamlı,  Ərəbşahverdi; Kürdəmirdə - Ərəbqiyaslı,  Ərəbçəltikçi, 
Ərəbsarvan; Göyçayda - Ərəbcəbirli,  Ərəbxana,  Ərəbmehdibəy, 
Ərəbşahverdi; Salyanda - Ərəbbəbirxan, Ərəbqardaşxan, Lənkəranda 
- Ərəb, Ağdaşda - Ərəb, Ərəbkukel, Ərəbbəsrə, Ərəbocaq, Ərəbşəki, 
Ərəbşeyx; Gədəbəydə - Ərəbli, Şərurda - Ərəb Yengicə və s.  
Tarixi mənbələr göstərir ki, xəlifə Harun ər-Rəşidin dövründə 
Azərbaycana  ərəblərin axını  kəskin surətdə azalmışdır.  Ərəb 
salnaməçisi Yəqubi bildirirdi ki, həmin dövrdə  ərəblər bircə  dəfə 
əvvəlcə əl-Cəzirəyə, sonra da, ola bilər ki, şimala - Arrana köçmüşlər. 
Xəlifə  Məmun (809 - 813) Yəzid  əş-Şeybaninin oğlu Xalidi Arran 
hakimi vəzifəsinə  təyin etdikdə o, İraq həbsxanalarında olan öz 
həmqəbiləlilərinin (rabiilərin) hamısını azad edərək özü ilə aparmışdır. 
Görkəmli tarixçi Ziya Bünyadov yazırdı ki, “bu, Azərbaycana köçüb 
məskunlaşan  ərəblərin son qrupu idi. Çünki Harun ər-Rəşidin 
dövründə başlanıb Məmunun hökmranlığı dövründə  ən yüksək 
                                                 
160
 Məhəmməd Vəliyev (Baharlı). Azərbaycan  əhalisi – etnoqrafik sərvətlər 
“muzeyidir”. Bakı, Azərnəşr, səh. 401 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 208
nöqtəyə çatmış xürrəmilər üsyanı  və bir çox torpaqların Xilafətdən 
ayrılması ərəblərin Zaqafqaziyaya mühacirətinə təsir göstərmiş və onu 
tamamilə dayandırmışdı”.
161
  
Türk və Ərəb sivilizasiya daşıycılarının münasibətlərinin ikinci 
istiqaməti ilə bağlı qeyd etməliyik ki, artıq türklərin passionarlığı ilə 
başlayan bu proses uzun müddət - təxminən XX əsrə  qədər davam 
etmişdir. Bu proses XV əsrədək bir qədər nizamsız görünsə də, XV 
əsrdən Osmanlı hakimiyyətinin  Ərəb torpaqlarına nüfuz etməsi ilə 
sistemli bir türk idarəçiliyi mövcud olmuşdur. Türklərin hakim 
mövqeyə yiyələnməsinə hələ Xilafət dövründə rast gəlirik. Belə ki, IX 
əsrdən başlayaraq Xilafətdə türklərin hərbi element kimi rolu artmağa 
başlamışdır. Abbasi xəlifələrinin hakimiyyət dövründən etibarən 
xəlifələr özlərinə başlıca olaraq türklərdən ibarət qvardiyalar təşkil 
edirdilər və onlara mühüm hərbi vəzifələr, eləcə də vilayətlərin naibi 
vəzifəsini tapşırırdılar. Mərkəzi hakimiyyətin zəifləməsi ilə isə bu 
vilayət başçıları öz vəzifələrini irsən verməyə başlamışdılar. Beləliklə 
də, türk əhalisi olmayan vilayətlərdə, misal üçün Misirdə türk 
sülalələrinin hakimiyyəti yaranmışdı. Misirdə Məmlük dövləti (1250-
1517) sarayda orduya cəlb olunmuş türk qulamları  tərəfindən 
qurulmuşdu. Bunlar əsasən qıpçaq mənşəli idilər (hətta tarixçi Kərəm 
Məmmədov iddia edir ki, Misirdə  Əyyubiləri hakimiyyətdən 
uzaqlaşdıran Burcoğluları Azərbaycan (Borçalı) əsilli qıpçaq türkləri 
olmuşlar). Maraqlıdır ki, Məmlük dövlətinin tarixdə üç ən böyük 
təsirinin hər biri Ərəb sivilizasiyasına xidmət etmişdir. Belə ki, əsgəri 
planda xaçlıların bölgədən qovulması  və monqol yürüşlərinin 
qarşısının alınmasını göstərmək olar və hər iki hadisə Ərəb dövlətini 
süquta uğramaqdan qurtarmışdır. Məmlük xanədanının üçüncü bir 
təsiri isə iqtisadi planda diqqət çəkəndir. Belə ki, yaradılan siyasi 
sabitlik, təsərrüfat sahəsində görülən işlər Misirin yenidən ticarət 
yoluna çevrilməsinə səbəb olmuşdur.  
                                                 
161
 Ziya Bünyadov. Azərbaycan VII – IX əsrlərdə. Bakı: Elm, 2005, səh. 154 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 209
 Lakin  keçən tarixi dövr sübut edir ki, Misirdə sosial bazaya 
malik olmayan, yalnız ordu və sarayda elitada təmsil olunan 
məmlüklərin yerli mədəniyyətdə  təsirləri qalıcı olmamışdır. Hətta 
ilkin dövrdə qul olaraq bu torpaqlara gətirilən məmlüklərin iki nəsil 
sonra davamçıları belə türklük xüsusiyyətlərini itirirdilər. Bu prosesdə 
saray qaydalarının milli adət-ənənələr üzərində üstünlük qazanması 
həlledici rol oynamışdır. Bununla bağlı görkəmli alim Əhməd bəy 
Ağaoğlu yazırdı: “Hər türk dövləti qurularkən  əvvəldə biz onu öz 
dilinə sarılmış  və öz adət-ənənələrinə bağlı qalmış görürük və bu 
böylə davam etdikcə, dövləti qüvvətli və rövnəqli buluruq. Çünki 
canlı və hələ pozulmamış bir millət üçün qüvvətli düsturlar yaşamaq 
yolunda  əmin dayaqlardır. Fəqət bir müddət keçir, hər yerdə türk 
rəhbərlərini başqa lisanlara, başqa adətlərə qapılmış buluruq. Yaşamaq 
işarətini qeyb etmiş olan məğlub millətlər pozulmuş  əski 
mədəniyyətlərini, buraxıb getmiş olduqları min bir çürük, pozucu və 
lakin görünüşdə təntənəli və çəkici adətlərini qaliblərə qəbul etdirirlər, 
əlaltından min bir yollarla öz ruhlarını onlara da üfürürlər və nəhayət, 
onları da öz halına düşürərək pozulmalarına səbəb olurlar. İştə bunun 
üçündür ki, türk dövlətlərini başlanğıcdakı qüvvət və  səlabətlərinə 
rəğmən üçüncü nəslindən etibarən çürümüş buluruq”.
162
  
Məmlüklərdən sonra ərəb torpaqları uzun müddət Osmanlı 
dövlətinin də hakimiyyəti altında olmuşdur. Bundan əlavə, Səfəvi 
xanədanının hakimiyyətinin də  bəzi illərdə Bağdadı  əhatə etməsinə 
tarix şahiddir. Lakin ərəb torpaqları daha çox Osmanlı hakimiyyətinə 
tabe olmuş  və bu, I dünya müharibəsinədək davam etmişdir. Qeyd 
etməliyik ki, bütün hallarda sivilizasiya müstəvisində heç bir 
assimilyativ meyl və ya dağıdıcı funksiya müşahidə edilmir. Əksinə, 
Türk sivilizasiya daşıyıcıları dünyada islamın dayağı və qoruyucusu 
kimi tanınmışlar. Bununla belə, XX əsrin əvvələrindən başlayan ərəb 
millətçiliyi- panərəbizm daha çox Osmanlı dövlətinə, türklərə qarşı 
yönəlmişdi və bu tendensiya keçən yüz il ərzində geosiyasi müstəvidə 
                                                 
162
 Əhməd Ağaoğlu. İran və inqilabı. Bakı: Azərnəşr, 2009, səh. 26 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə