Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə67/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 216
sarmatların, İrəci isə iranlıların əcdadı hesab etmək olar və əfsanədə 
onlar qardaş olduqlarından onların təmsil etdikləri etnosları da 
qohum irandilli xalqlar hesab etmək lazımdır.
169
  
Bizim fikrimizcə, turanlıların etnik kimliyinin 
müəyyənləşdirilməsi ilə bağlı  əfsanəyə  əsaslanan bu mülahizə 
əsassızdır və heç bir etno-tarixi, linqvistik, mədəni araşdırmanın 
tələblərinə cavab vermir. Həm “Avesta” ənənələrinə, həm də 
“Şahnaməyə” əsasən belə hesab edilir ki, Amu-Dərya çayı əzəldən 
zərdüştilik dinini qəbul etmiş Orta Asiya ölkələri ilə Turan arasında 
sərhəd olmuşdur. “Avesta”da Turanın mərkəzi “Kənxa”, 
“Şahnamə”də isə “Kənq” adlandırılır. Firdovsi “Şahnamə”də 
Turanın mərkəzini orta Sır-Dəryadan  şimal-şərqdə olduğunu 
göstərir. Onun son hüdudları Rumdan Çinədək (yəni  Şərqi 
Avropadan Şərqi Türküstana qədər) müəyyənləşdirilir.
170
   
Zərdüştlüyü  İran mədəniyyətinin məhsulu hesab etsək, bu 
dinin müqəddəs kitabı “Avesta”da İrana yad və rəqib olan Turanın 
neqativ səciyyələnməsinin səbəbləri aydın olur. Belə ki, 
“Avesta”da Xeyir qüvvələrə  İranın  əfsanəvi Keyyanilər sülaləsi 
başçılıq edir, Şər qüvvələr isə Turanlıların simasında verilir və 
onlara  Əfrasiyab başçılıq edir. İranlılar oturaq həyat sürən  əkinçi, 
turanlılar isə köçəri-heyvandar kimi təqdim olunur. “Avesta”da 
əfsanəvi  İran hakimləri alqışlanır, turanlıların hakimləri də
rahibləri də  lənətlənir. Turanlıların həyat tərzi olan köçərilik 
pislənir, iranlıların həyat tərzi kimi təqdim olunan əkinçilik isə 
təqdir edilir. 
Zərdüştlüyün timsalında Türk və İran sivilizasiyalarının fərqli 
xüsusiyyətlərini aydınlaşdırmağa cəhd göstərmək olar. Bəzən elmi 
                                                 
169
 Rak İ.V. Qədim və orta əsrlər İran mifologiyası. Bakı, 1998, səh.198 
170
 Kamil Hüseynoğlu. Qədim Turan: mifdən tarixə doğru. Bakı, 2006, səh.60 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 217
dairələrdə  zərdüştlüyün Azərbaycan və  Mərkəzi Asiya türklərinin 
milli dəyəri olması ilə bağlı ehtimallara da rast gəlinir. Bu dinin 
Türk sivilizasiyasına məxsusluğu ilə bağlı iddialar da vardır. Bunun 
əsasında isə atəşpərəstlərin müqəddəs saydığı “od”a türklər 
tərəfindən də ehtiram bəslənməsi dayanır. Türklərdə od 
bayramının, odun - ocağın mənəvi  əhəmiyyəti, ümumiyyətlə “od 
kultu”nun olması atəşpərəstliyin Türk sivilizasiyasının mənəvi irsi 
olması ilə bağlı iddialara əsas verir. Lakin türk xalqlarında bütün bu 
elementlər olsa belə, diqqətlə  təhlil etdikdə bu amillərin 
atəşpərəstliklə heç bir bağlılığının olmamasını aydın görmək olar. 
Başlayaq “od kultu”ndan. Məlum olduğu kimi, zərdüştlükdə oda 
sitayiş dinin əsas mahiyyətini təşkil edir. Türklərdə isə od kultu 
sitayiş  məbədi olaraq deyil, daha çox odun təmizləyici qüvvəyə 
malik olması ilə bağlı olmuşdur. Hətta Novruz bayramında tonqalın 
üzərindən tullanma mərasimində  də biz bunun şahidi oluruq. 
Bayramda tonqal üzərindən atlananlar “Ağırlığım, uğurluğum odun 
üzərinə” - deyirlər ki, zərdüştlüyə görə odla belə  rəftar günahdır. 
Çünki bu dinin inamına görə atəş müqəddəsdir, ona hətta insan 
nəfəsi belə toxunmamalıdır. Türklərin od mərasimi isə odun 
təmizləyici qüvvəyə sahib olması barədə  əski türk inancı ilə 
bağlıdır. Odun bu funksiyası ilə bağlı digər faktlara da rast gəlinir. 
Qədim türklər bir yerdən başqa yerə köç edəndə “ailə odunu - 
ocağı” söndürməzdilər, oda su tökməzdilər, onun közünü özləri ilə 
aparıb yeni yerdə yandırardılar. Türklərin qədim dini olan 
Tanrıçılıq ənənələrinə görə gəlin gələndə iki odun arasından keçib 
bəyin evinə daxil olurdu. Bu da od vasitəsilə təmizləmə mərasimi 
kimi qiymətləndirilir.
171
Bizans tarixi mənbələrində  də türklər 
arasında od kultu ilə bağlı faktlara rast gəlirik. Türk xaqanının 
                                                 
171
 Həsən Əzizoğlu (Həsənov). Türklüyümüz. Bakı: AzAtaM, 2007, səh. 124 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 218
yanına göndərilən Bizans heyətinin başçısı olmuş Menandrın 
yazdığına görə, onları xaqanın yanına aparmamışdan öncə odla 
təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə 
məcbur etmişdilər.
172
 
Azərbaycanın “Odlar yurdu” adlandırılmasını da zərdüştlüklə 
əlaqələndirənlər var. Amma bununla bağlı Azərbaycanlı alimlər 
Yunis Oğuz və Bəxtiyar Tuncay çox əsaslandırılmış bir fakt ortaya 
qoymuşlar. Belə ki, Azərbaycanı  əbədi odun vətəni olmaqla 
zərdüştlüyün mərkəzi hesab edənlər bir faktı unudurlar ki, 
zərdüştlərin fikrincə, günəş  çıxan zaman od yandırmaq günahdır. 
Od yalnız gün batandan sonra yandırılmalıdır.
173
 Azərbaycan isə 
əbədi odlar diyarıdır, yəni zərdüştlüyün qanunlarına cavab vermir 
və bu ideyanın puç olduğunu bir daha göstərir. 
Ümumiyyətlə, atəşpərəstliyin bəzi başqa məqamları da var ki, 
Türk sivilizasiyasının identifikasiya elementlərinə uyğun gəlmir və 
əksər hallarda böyük ziddiyyət təşkil edir. Belə ki, türklər qurdu 
totem saydıqları halda, zərdüştlər qurdu məhv olunacaq düşmən 
sayırlar. Ahuramazdanın yaratdığı “yaxşı” heyvanlara qarşı  çıxan 
Anqra Manyunun yaratdığı “pis” heyvanlar “Avesta”da “xrafstra” 
adlanır. “Xrafstra”ya, yəni ziyan gətirən heyvanlara canavar da 
daxildir. Zərdüştpərəstin düşmənləri arasında hər zaman qurdun adı 
çəkilir. Qurdu məhv etmək zərdüştilərdə xeyirxahlıq və yaxşılıq 
hesab olunur. Qurddan fərqli olaraq zərdüştilər atı qurban verməyə 
mənfi baxdıqları halda, qədim türklər atı qurban verməyi müqəddəs 
hal kimi qiymətləndirirdilər.
174
  
                                                 
172
 З.Гасанов. «Царские скифы». Liberty Publishing House, New York, 2000, p.151 
173
 Yunis Oğuz, Bəxtiyar Tuncay. Türkün gizli tarixi. Bakı: Apostrof, 2009, səh.319 
174
 Зороастризм древнейшая религия иранских племен. С.Н.Соколов. 
www.avesta.isatr.org/zoroastr/Sokolov001.htm-80k 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə