Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə68/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 219
Zərdüşt dininin mənəvi dəyərləri çərçivəsində türklərlə 
atəşpərəstlər (İran sivilizasiyasının daşıyıcıları) arasında digər 
məsələlərlə  də bağlı  təzadlı mövqeyə rast gəlirik. Belə ki, 
zərdüştlükdə Xeyir və  Şər bir-birilə vuruşan müstəqil ilahi 
qüvvələrdir. Türklərin qədim dini olan Tanrıçılıqda isə Xeyir və Şər 
hər insanın daxilində gedən mübarizəni  əks etdirir. Evlənmək 
prinsiplərində  də Tanrıçılıqla atəşpərəstlikdə  əsaslı  fərq var. 
Atəşpərəstlər arasında lap yaxın qohumların evlənməsi (insest) 
mümkün olduğu halda, türklərdə ekzoqamiya (kənar tayfalardan 
evlənmə) ənənəsi hökm sürürdü.
175
 
Türk və  İran sivilizasiyaları arasında fundamental fərqlərdən 
biri də dövlətə, hökmdara qarşı münasibətdir.  Ən qədim 
mənbələrdən olan şifahi xalq ədəbiyyatından da məlum olduğu 
kimi, türk cəmiyyətlərində “adil hökmdar” obrazı olmuşdur. Lakin 
bu adil hökmdar heç zaman ilahiləşdirilməmiş, hər zaman xalqın 
içindən çıxan bir övlad, rəhbər olaraq xalqla birgə olmuşdur. İran 
sivilizasiyası tarixində isə hökmdar hər zaman ilahi varlığın yerdə 
davamçısı,  ən azı xalqla ilahilər arasında bir vasitəçi hesab 
edilmişdir. Biz bu ideyanı sonrakı dövr islam tarixində də görürük. 
Ərəb xilafətində də insanın ilahiləşdirilməsi nə qədər islamın təməl 
prinsiplərinə zidd olsa da, xəlifələrin yerlə göy arasında 
dayandığının, ən azı xalqdan üstün hesab edildiyinin şahidi oluruq. 
Bəlkə də bu nüans islam tarixinə İran mədəniyyətindən keçmişdir. 
Bununla bağlı Ə.Ağaoğlu yazırdı: “Şərqdə, ümumiyyətlə, hökumət 
hökmdarlardan ibarətdir. Hökmdarsa ta əskidən bütün Şərqə 
üzərinə mənəvi təsirdən geri qalmayan İranın təlaqqisinə uyğun bir 
şəkildə  bəlirtmişdir.  İslamiyyətdən  ən aşağı min beş yüz il əvvəl, 
iranlılar daha sonra avropalıların “Droit Divin” dedikləri ilahi 
                                                 
175
 Həsən Əzizoğlu (Həsənov). Türklüyümüz. Bakı: AzAtaM, 2007, səh. 125 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 220
hüquq nəzəriyyələrini yaymışlar və  Zərdüştün müqəddəs kitabı 
Zenda Vestaya keçirmişlər. Bu nəzəriyyəyə görə, hökmdar qüdrət 
və ixtiyarını doğrudan-doğruya yaradandan alır və  səltənətə 
başladığı dəqiqədən etibarən, içinə girmiş olan Şəhriyar namındakı 
bir tanrını daşıyır və bütün ilhamlarını dilimizə  Şəhriyar  şəklində 
keçmiş olan bu tanrıdan alır və bu sifətlə müqəddəs və sorumsuz 
olur. Əsli iranlı olan bu nəzəriyyələr, İranın həşəməti və böyüklüyü 
sayəsində, bütün digər  Şərq qövmlərinə  də yayıldı.  İslamiyyətdən 
öncə Asiya dövlətlərinin hamısında, bu nəzəriyyələrin olduğu kimi 
qəbul olunduğunu görürük. Fəqət islamiyyət mahiyyət etibarilə bu 
nəzəriyyəyə yanaşa bilməzdi. Allahla insanlıq arasında 
doldurulmayacaq bir məsafə qoyan İslamiyyət, təbiətilə hökmdarı 
ilahi və kökdən gələn bir əslə bağlaya bilməzdi. İslamın bu anlayış 
tərzi islamiyyətdə belə çox uzun zaman davam edə bilmədi.  Şərq 
bu nəzəriyyəyə alışa bilmədi və  xəlifə Müaviyə zamanından bu 
günə qədər yenə o əski İran nəzəriyyəsi hər tərəfdə hakim oldu”.
176
  
Makedoniyalı  İskəndərin hücumundan sonra İranda 
hakimiyyətdə Əhəməniləri yunan mənşəli Selevkilərin əvəz etməsi 
İran tarixində xüsusi bir rol oynamışdır. Baxmayaraq ki, həmin 
dövrdə yunanlar İran sivilizasiya daşıyıcılarının ən böyük düşməni 
idilər, Selevkilərin hakimiyyəti dövründə (e.ə.312 - e.ə. 60-cı illər) 
İranda hakim dil yunan dili oldu, ellin mədəniyyəti bütün ölkə 
həyatına təsir etdi, yunan fəlsəfəsi geniş yayıldı, ellin arxitekturası 
özünü hər yerdə göstərməyə başladı.
177
Hətta maraqlıdır ki, 
Selevkiləri hakimiyyətdən devirən  İran sivilizasiya təmsilçisi 
Parfiya Arşakilər sülaləsinin hakmiyyəti dövründə (e.ə.248 - 224-
cü illər) də ellin ənənələri, yunan allahlar kultu güclü mövqeyini 
                                                 
176
 Əhməd Ağaoğlu. Üç mədəniyyət. Bakı: Mütərcim, 2006, səh. 129 
177
 Авторы – сост.  А.Эбрахими  Торкаман,  С.М.Бурыгин,  Н.Н.Непомнящий. 
Загадки старой Персии. Москва: Вече, 2010, стр.112 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 221
qoruyub saxlamışdır. İranda milli dəyərlərin yenidən üstün mövqe 
qazanmasına bir də Sasanilər dövründə (224 - 651) şahid oluruq. 
Bununla da İran sivilizasiyası yeni bir dəyər qazanmış oldu. Yəni, 
İran sivilizasiyası özü üçün yad olan bir başqa mədəni tipin 
hakimliyi müddətində onun mənəvi dəyərləri ilə sinxronlaşa və 
hətta bu dəyərləri özününküləşdirə bilmək qabiliyyəti  əldə etmiş 
oldu. Biz bu xüsusiyyəti sonrakı dövrdə Türk sivilizasiya 
daşıyıcılarına münasibətdə də görürük. Belə ki, İranda təxminən X-
XI  əsrlərdən başlayaraq XX əsrdə  Pəhləvilərin hakimiyyətə 
gəlməsinədək olan dövrdə hakimiyyətdə türk mənşəli sülalələr 
olmuşdur: Qəznəvilər (962 - 1186), Səlcuqlar (XI - XIII əsrlər), 
Xarəzmşahlar (1097- 1231),  Səfəvilər (1501 - 1736), Əfşarlar 
(1736 - 1747), Qacarlar (1796 - 1925). Bununla belə, türklərin 
təxminən on əsrlik  hakimiyyətinə baxmayaraq, İran öz sivilizasiya 
ənənələrini itirməmişdir. Hətta bəzən bu türk sülalələri  İran 
sivilizasiyasına onun öz daşıyıcılarından daha çox xidmət etmişdir. 
Bu isə  İran sivilizasiyasının yuxarıda göstərdiyimiz xüsusiyyətinə 
əsaslanır.  
 
İslam mədəniyyətinin əhatə dairəsində İran sivilizasiyası 
 
İslam mədəniyyətinin  İran sivilizasiyasının tarixində hansı 
rol oynaması da maraq doğurur. Qərbin məşhur  şərqşünas 
tarixçilərindən Bernard Levis “Tarixdə İran” məqaləsində yazır: 
“VII - VIII əsrlərdə  ərəblər tərəfindən işğal olunan və Xilafətə 
daxil edilən  İranla Orta Şərq və  Şimali Afrikadakı digər 
ölkələrdə baş verən proseslər arasında böyük fərqliliklər var idi. 
Qədim sivilizasiya ölkələrindən  İraq, Suriya, Misir, Şimali 
Afrika çox qısa müddətdə  həm müsəlmanlaşdırıldı, həm də 
ərəbləşdirildi. Onların keçmiş dinləri ya tamamilə tarix 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə