Ərəstü Həbibbəyli



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə65/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 210
ərəb dövlətlərinin siyasətində (Osmanlı dövlətinin varisi Türkiyə 
Cümhuriyyətinə münasibətdə) özünü göstərmişdir. Yalnız son 
dövrlərdə - III minillikdən başlayaraq yenidən türk-ərəb yaxınlaşması 
müşahidə olunmaqdadır. Geosiyasi müstəvidə münasibətlərdə  fərqli 
faktorların prioritet təşkil etdiyini nəzərə alaraq bu əlaqələrə yaxından 
toxunmaq fikrində deyilik. Bizi sivilizasiya müstəvisində münasibətlər 
maraqlandırır. 
Beləlikə, tarixdə həm ərəblərin türklər üzərində (VII- XI əsrlər), 
həm də türklərin ərəblər üzərində (XI - XX əsrlər arasında müəyyən 
fasilələrlə) hakmiyyəti dövründə bu iki sivilizasiya daşıyıcılarının 
münasibətləri formalaşmışdır və orijinal xüsusiyyətləri ilə seçilir. 
Müşahidə olunan əsas məqam ondan ibarətdir ki, sivilizasiya 
müstəvisində  hər iki mədəni tip öz inkişaflarının qabarma 
mərhələsində (passionar aktivlik mərhələsində) bir-birlərinin yerləşmə 
arealına müəyyən tarixi dövr ərzində nəzarət etmişlər. Amma bununla 
belə, bu mövqedən yaranan təsir qalıcı ola bilməmişdir. Bu zaman isə 
sivilizasiya tipinin öz təbii landşaftından kənarda həyat siklini davam 
etdirə bilməməsi qanunauyğunluğu özünü göstərmişdir. Belə ki, 
“Səhra” landşaftını təmsil edən Ərəb sivilizasiya daşıyıcısı ilə “Çöl” 
(professor Cavad Heyətin təbirincə “Çöl” deyil, “Bozqır”) landşaftını 
təmsil edən Türk sivilizasiya daşıyıcıları öz təbii lanşaftlarından 
kənarda passionarlığın zəifləməsi ilə varlıqlarını saxlaya bilməmişlər. 
Amma bununla belə qeyd etməliyik ki, sırf sivilizasiya müstəvisində 
bu tiplər arasında kəskin münaqişə  də xarakterik deyil. Onların 
münasibətləri “Səhra” və “Çöl”ün təbii  şəraitinə uyğun olaraq dinc 
yanaşı yaşam olmalıdır və daha çox harmoniya ilə xarakterizə 
olunur.  
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 211
 
TÜRK – İRAN SİVİLİZASİYALARI ARASINDA 
MÜNASİBƏTLƏR 
 
Dünyanın heç bir xalqı fatehlik şöhrəti və  əzəmətilə 
tatarlarla yarışa bilməz…  İranın hökmdarları 
onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan 
onlardır.   
Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada 
nəhəng fatehliklər edib dünyanın üç qitəsində  ağalıq 
edirlər.   
Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, 
onların ağlasığmaz qələbələrinin  şöhrətini yaysınlar. 
Bu cəngavər xalq öz şöhrəti ilə  məşğul olub, əbədi 
məğlubedilməzliyinə inanıb keçmiş  qələbələrinin 
əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır 
 
Şarl Lui Monteskyö “İran məktubları” 
   
ürk və İran sivilizasiyaları arasında münasibətlərə islam 
mədəniyyəti çərçivəsində baxılması 
əslində 
islamqədərki böyük bir mərhələnin nəzərə alınmaması 
demək olardı. Çünki İran sivilizasiyası türklərin münasibətdə 
olduğu iki ən qədim mədəni tipdən biridir (digəri isə Çin 
sivilizasiyasıdır). Çox böyük ərazidə yayılmış Türk sivilizasiya 
daşıyıcıları tarixən  İran sivilizasiyasının  şimal və  qərb sərhədləri 
istiqamətində qonşu olmuşlar. Ön Asiya, Qafqaz və Orta Asiya bu 
iki sivilizasiyanın təmas nöqtələri olmuşdur və bu əlaqələrin tarixi 
eramızdan əvvəlki dövrlərə gedib çıxır. İran sivilizasiyasının Yaxın 
Şərqin Assuriya, Babil və başqa qədim Mesopotamiya 
mədəniyyətləri, Ellin mədəniyyətinin daşıyıcıları ilə münasibətləri 
haqqında tarixi faktlar onun birinci nəsil sivilizasiyalara aid 
olmasını sübut edir. Bu məlumatlar daha çox qədim dövrün yüksək 
 T 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 212
inkişaf etmiş  mədəniyyətlərinin yayıldığı dillərdə - yunan dilində, 
hazıda ölü dil olan akkad, şumer, elam dillərindədir.  İran 
sivilizasiyasının  şərq və  şimal istiqamətdə  təmasda olduğu Türk 
sivilizasiya daşıyıcıları ilə münasibətləri isə daha çox irandilli tarixi 
mənbələrdə qorunub saxlanmışdır. Bu isə ola bilsin ki, qədim türk 
dilinin itib-batması hesabına baş vermişdir. 
Qeyd etməliyik ki, Türk və  İran sivilizasiya daşıyıcılarının 
münasibətləri islam dininin yaranmasından çox-çox əvvəl 
başlamışdır və bütünlükdə özünəməxsus cəhətləri  əks etdirmək 
baxımından islam mədəniyyəti çərçivəsinə  sığmır. Coğrafi 
baxımdan qonşu olan bu iki sivilizasiya daşıyıcıları tarixin ən 
qədim çağlarından bəri daim təmasda olmuş, sivilizasiyaların 
qabarma və  çəkilmə dövrlərində biri-digərinin üzərində 
dominantlığa yiyələnmişlər. Ümumiyyətlə,  İran sivilizasiyası 
türklərin  ən yaxın təmasda olduğu sivilizasiyadır, onlar arasında 
qarşılıqlı təsir hər zaman müşahidə olunmuşdur. 
Münasibətlərin xarakterini araşdırmazdan  əvvəl bir məqama 
xüsusi diqqət yetirmək istərdik. Belə ki, birinci nəsil sivilizasiyalara 
aid edilən  İran sivilizasiyasının ilk təmsilçisi olaraq bəzi 
ədəbiyyatlarda Elam dövləti və ya mədəniyyəti göstərilir (e.ə. III - 
e.ə. I minilliklər). Buna uyğun olaraq da eradan əvvəlki miniliyyin 
təmsilçisi olan Elam dövründə türklərlə münasibətlər haqqında 
tarixi faktlara rast gəlinmədiyindən, Yaxın  Şərq regionunda İran 
daha qədim sivilizasiya hesab olunur. Lakin qeyd etməliyik ki, İran 
Əhəmənilər dövlətinin  şahlarından olan I Daranın e.ə.521-520-ci 
illərdə beş sütun üzərində yazdırdığı Bisütun yazılarının üç dildə - 
qədim fars, akkad və elam dillərində olması artıq  şübhələnmək 
üçün  əsas verir. Belə başa düşmək olar ki, qədim fars və elam 
dilinin nüfuz dairəsi, yəni müvafiq olaraq bu dildə danışan  əhali 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə