Sivilizasiyaların kəsişməsində türk dünyası
201
rəqibi olan Səfəvilərin (Azərbaycan) ideologiyasında biz
ümumislam dəyərləri çərçivəsində türk elementlərini saxlayan dini
dünyagörüşünü müşahidə edirik. Sufi ordeninin rəhbərlərinin
dövlət başçısı olduğu bu dövlət hakim islam ideologiyasına öz əks
təsirini göstərirdi. Bu təzahürlərin Türk sivilizasiyasını təcəssüm
etdirməsinin ən bariz nümunəsini isə biz hazırda Türkiyə
Cümhuriyyəti ərazisində yaşayan ələvi təriqətinin daşıyıcılarının
timsalında görürük. Ələvilik - məscid əvəzinə cem evlərinin olması,
dini ayinlərin xüsusi musiqi və rəqslə müşayiət olunması, qadın və
kişilərin bir yerdə dini ritualları həyata keçirməsi, dini ayinlərin
ərəb dilində deyil, milli dildə (türk dilində) olması və başqa
xüsusiyyətləri ilə xarakterizə olunur. Göründüyü kimi, dini
ritualların belə musiqi ilə müşayiəti türkə məxsus şuxluğun
göstəricisidir, türklərin qədimdən bəri qopuz-ozan ənənəsinin
təzahürüdür; dini ayinin milli dildə olması ərəb dilinin
hegemonluğuna qarşıdır və beləliklə, islam daxilində olsa belə
millidir, türk kimliyinin qorunmasına yönəlmişdir. Türkiyənin daha
çox şərq bölgələrində məskunlaşan bu ələvilərin köklərinə baxsaq,
onların etnik baxımdan ya Azərbaycandan köçürülmüş olduğunu,
ya da o dövrdə Səfəvilərin qərb sərhədlərinin həmin ərazilərdən
keçdiyini nəzərə alaraq yerli türkmən tayfalarının törəmələri
olduğunu görərik. O ki qaldı, hazırkı dövrdə Türkiyə
Cümhuriyyətində ələvilərin kürd, laz və digər etnik əsilli olması ilə
bağlı fikirlərə zənnimizcə, burada siyasi məqsədlər üstünlük təşkil
edir.
Ələvilərin dini inancı ilə bağlı daha maraqlı məqama isə ələvi-
bektaşiliyin ən böyük tədqiqatçısı olan Fransada yaşayan
azərbaycanlı mühacir ailəsinin övladı İren Melikofun (1917 - 2008)
əsərlərində rast gəlirik. Onun fikrincə, “ələvilər şiə deyillər.
Sivilizasiyaların kəsişməsində türk dünyası
202
Ələvilərin imam Əlini tanrılaşdırmasının şiəliklə heç bir əlaqəsi
yoxdur. İmam Əli əslində türklərin Göy Tanrısıdır. Türklər
müsəlman olduqdan sonra islamaqədərki inanclarında əsas yer
tutan Göy Tanrısına inam tam yox olmadı, imam Əli ilə birləşdi.
Şiəlik isə daha sonra təsir etməyə başladı, bəzi ünsürlərini qəbul
etdirdi”.
157
Türkiyədə ələviliyin türklük olduğu, türk boylarının,
oğuzların, türkmənlərin gətirdiyi bir inanc, mədəniyyət olması
ideyasının tərəfdarları arasında Prof. Dr. Yusuf Ziya Yörükan, Dr.
Ali Selçuk, Prof. Dr. Bahaeddin Ögel, Dr. İsmail Kaygusuz, Dr. İs-
mail Onarlı, Esat Korkmaz, Dr. Ali Dursun Gülçiçek kimi elm
adamları da var.
Ərəb passionarlığı dövründə Türk və Ərəb sivilizasiya
daşıyıcıları arasında münasibətlərin səciyyəvi cəhətləri
Türk və Ərəb sivilizasiyaları arasında münasibətlərin ilk
mərhələsi VII əsrdən başlayaraq ərəblərin islam dinini yaymaq
hesabına türk torpaqlarını işğalı zamanına düşür. Bu dövrdə ərəb işğalı
həm yeni torpaqların tutulması, həm də islam dininin timsalında
ideoloji təsirlə müşayiət olunmuşdur. Qeyd etməliyik ki, islam dini
bütün müsəlmanlar üçün mənəvi dəyər olduğu halda, daha çox ərəblər
üçün sivilizasiya elementidir. Belə ki, ərəblər İslam sivilizasiyasının
yaradıcısı və qanuni daşıyıcılarıdır. İslamaqədərki ərəb mədəniyyəti
belə İslam sivilizasiyasında müəyyən mənada öz çalarlarını saxlamış
və beləliklə islam dəyərləri digər müsəlmanlardan (türklər, farslar,
malaylar və s.) fərqli olaraq ərəb mədəniyyətini yalnız
zənginləşdirmişdir. Qeyri-ərəblərdə isə islamın gətirdiyi çoxsaylı
zənginliklərlə yanaşı müəyyən məhdudiyyətlərə və öz sivilizasiya
identifikasiyasında məhrumiyyətlərə də səbəb olmuşdur. Bu isə islam
157
http://www.pirsultanabdal.org/irene_melikoff.html
Sivilizasiyaların kəsişməsində türk dünyası
203
dini ilə deyil, ərəb işğalının ideologiyası ilə bağlıdır (bu halda islam
ideologiyası ərəb işğalına hakimiyyəti saxlamaq üçün yardım
etmişdir).
Türk dünyasının ərəblər tərəfindən işğalı Türk sivilizasiyasına
özünəməxsus zərbələr də vurmuşdur. Əlbəttə, bir mənada bunu təbii
qarşılamaq lazımdır. İşğalçı dövlət öz ideoloji, mənəvi, sosial, hətta
dini dəyərlərini zəbt etdiyi bütün torpaqlarda yayırdı. Lakin yeni
dəyərlər Türk sivilizasiyasına öz milli identikliyinin saxlanmasında
problemlər də yaratmışdır. Xüsusi vurğulanmalıdır ki, türk xalqlarının
ərəblərdən əvvəl qarşılaşdığı digər işğalçılar bu sivilizasiya
elementlərinə toxuna bilməmişdilər. Ərəb işğalının Türk
sivilizasiyasına mənfi təsiri ilə bağlı Elməddin Əlibəyzadə yazır:
“Ərəblər elə ki, türk dünyasını fəth etdilər, ona üç elə ağır zərbə
endirdilər ki, indiyədək onun altından çıxa, özünə gələ bilmir:
1. İlk növbədə türkün vahid kökünə balta çalıb onu parça-parça
etdilər, onun vahidliyini pozdular. Azərbaycan, Özbək, Qazax,
Türkmən, Qırğız, Tatar və başqa adlarla türk xalqları yarandı.
2. Türkün inamını qırdılar, “Avesta” kitabını, zərdüştlüyü, “Göy
Tanrı dini”ni əlindən aldılar. Bu gedişdə, bu prosesdə 100 minlərlə
türk qırıldı, bir-birini məhv etdi; islamlaşma qılınc gücünə başa gəldi.
Bu çarpışmalar, mübarizələr tarixi qəhrəmanlar - Babəklər, Məzdəklər,
Cavanşirlər də yetirdi.
3. Türkün qədim və tarixi-milli əlifbası - yazı mədəniyyəti itirildi,
məhv edildi; “Orxon-Yenisey” yazısı üzərinə elə bir qara pərdə çəkildi
ki, 1000 il o, işıq üzü görmədi, ancaq XIX əsrdə aşkar oldu, tədqiqat
obyektinə çevrildi. Türk xalqlarının mənəvi aləmi, onların ruhuna,
qanına hopmuş “Avesta” inamları, adət-ənənələri, ayinlər, bayramlar
və s. üzərinə kölgə salındı, ya mənimsənildi, ya da qadağalar
qoyuldu... V-VI əsrlərin qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud”
Dostları ilə paylaş: |