Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə60/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 194
yürütmüşdür. Misal üçün, bu gün Azərbaycanda onlarca ərəb 
mənşəli yer adına rast gəlinir, tarixi mənbələrdə çoxlu ərəb 
tayfalarının Azərbaycana köçürülməsi ilə bağlı faktlar mövcuddur. 
Bəs belə olan halda, islamı da qəbul etməklə vahid mənəvi 
dəyərləri bölüşən, islam dininə inanmaqla ərəb dilinin hakim dilə 
çevrilməsi hesabına bu dili qəbul edən, mənimsəyən, öyrənən bu 
xalqlar niyə assimilyasiyaya uğramadılar? Assimilyasiya üçün əsas 
olan din, dil, hətta bəzi  əxlaq və ya davranış qaydaları, arxeoloji 
mədəniyyət və hakim işğalçı  təbəqənin iqtisadi və siyasi 
mexanizmləri tətbiq olunduğu halda niyə assimilyasiya prosesləri 
getməmişdir?    
Cavab yalnız birdir - sivilizasiyaların uyumsuzluğu, 
disharmoniyası. Bir tərəfdən, ideoloji mexanizmin bütün zorakı 
metodlarına, digər tərəfdən isə islam dininin bəxş etdiyi ortaq 
mədəni dəyərlərə baxmayaraq ərəbləşməyən bu ölkələrdə  və 
xalqlarda yerli sivilizasiya daşıyıcıları üçün Ərəb sivilizasiyası 
qəbuledilməz olmuşdur, mənəviyyatın dərin qatlarını 
özününküləşdirə bilməmişdir. Türk sivilizasiya daşıyıcılarının 
hakim olduğu Anadolu, Qafqaz və  Mərkəzi Asiyada həmin dövr 
ərəb miqrantları anti-assimilyasiyaya məruz qalmışdır. Yəni, 
ideoloji və iqtisadi dəstəyə baxmayaraq, köçürülən ərəb tayfalarının 
özləri türklərlə qaynayıb-qarışmış, türklərin içərisində ərimişlər. Bu 
məkanda  ərəb tayfalarının köçürülməsinin izləri hazırda da bu 
ölkələrdə öz mövcudluğunu saxlayan cəmiyyətin xüsusi bir zümrəsi 
- seyid və xocaların nümunəsində özünü göstərir.  
Qeyd etməliyik ki, cəmiyyətdə belə bir fikrə üstünlük verilir 
ki, seyidlər imam Hüseynin nəslinin törəmələridir. Cahiliyyət 
dövründə  Ərəbistanda tayfa başçılarına verilən “seyyid” titulu 
islamın yayılmasından sonra müsəlman  Şərqində islam 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 195
peyğəmbərinin nəslindən olan adamlara verilən fəxri titula 
çevrilmişdir. Seyidlər müsəlman ölkələrində, xüsusilə  şiəlik 
məzhəbinə etiqad edən  əhali arasında böyük hörmət və nüfuz 
sahibləri idilər. Onlar əhali arasında seçilməklə yanaşı, orta əsr 
hökmdarları  tərəfindən himayə olunurdular.
155
Lakin bu gün 
seyidlər etnik və  mədəni mənsubiyyət baxımından  ərəbləri deyil, 
yerli xalqları  təmsil edirlər, ancaq ərəb mənşəli olmaları güman 
olunur. Yerli cəmiyyətə tam inteqrasiya olunsalar da, adlarının 
saxlanmasını bir neçə məqamla əlaqələndirmək olar. Güman edirik 
ki, birincisi, Ərəb Xilafətinin işğal siyasəti başa çatdıqdan sonra 
köçürülən ərəb tayfaları yerli əhalinin qəzəbinə tuş gəlməsin deyə 
islam dininin artıq bu regionda tam bərqərar olduğunu nəzərə 
alaraq, “seyid” - “imam övladı”, “Məhəmməd peyğəmbərin 
nəslinin nümayəndələri” adlandırılmağa başlandılar. Yəni, bu 
regionda seyidlərin heç də  həmişə peyğəmbər nəslindən olması 
doğru deyil. İkincisi, zaman keçdikcə dil, mədəniyyət və digər ərəb 
keyfiyyətlərini itirən bu insanların seyid zümrəsinin dini baxımdan 
bir pillə yuxarı olması ilə bağlı cəmiyyətdə yaranan münasibətdən 
istifadə edərək bu adı saxlamaqla fərqlənmək, imtiyazlı zümrə 
olmaq, müsəlmanlar arasında hörmət sahibi olmaq istəklərindəndir 
ki, etnik baxımdan tam assimilyasiya olsalar da bu adı qoruyub 
saxlamışlar. Beləliklə, türklər və iranlılar yaşayan ərazilərdə ərəblər 
öz etnik varlıqlarını saxlaya bilmədilər, adı  çəkilən istisnalar isə 
daha çox sosial üstünlüklər qazanmaq məqsədi ilə bağlıdır. Türk-
Ərəb sivilizasiyalarının, eləcə  də  İran-Ərəb sivilizasiyalarının 
disharmoniyası  ərəb passionarlığının bu məkanda yalnız 
müsəlmanlaşma ilə nəticələnməsinə səbəb oldu.  
                                                 
155
 Fəxrəddin Səfərli. Orta əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin 
rolu. Bakı:Elm, 2003, səh. 96-97 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 196
Ərəb passionarlığının aktivliyi dövründə genişlənərək  əhatə 
etdiyi digər bir ərazi  İspaniyada isə müasir dövrümüzdə  Ərəb 
sivilizasiyasının nə etnik, nə  də dini izlərinə rast gəlinir. Həmin 
dövrün yeganə  əlamətləri Priney yarımadasında qalan islam 
arxitekturası nümunələridir. 711-ci ildən başlayaraq təxminən 800 
ilə qədər (1492-ci il) ərəblər İspaniyada hökmranlıq etmişlər. Bura 
köç etmiş  ərəb, bərbər və  Şimali Afrikanın digər xalqlarının 
törəmələri olan mavrların  İspaniyadan qovulması, müsəlmanlara 
qarşı  təqiblər Priney yarımadasında  ərəb passionarlığının 
aktivliyinin sönməsinə  səbəb olmuşdur.  İspaniya ilə  bərabər 
İtaliyanın cənubu, Siciliya və Aralıq dənizinin şimal sahillərindəki 
bir sıra digər ərazilər də ərəbləşmə-islamlaşma prosesinin qarşısını 
Qərb sivilizasiyası daşıyıcılarının güclənməsi fonunda daha çox 
ərəblərin burdan qovulması hesabına dayandırmış oldu. Akademik 
Bartoldun məlumatlarına görə XX əsrdə bu ərazilərdən yalnız 
Maltada ərəb dilində danışan xristian əhali qalmışdır.
156
 Göründüyü 
kimi, bu halda Ərəb-Qərb sivilizasiyalararası münasibətlərdə islam-
xristian qarşıdurması  əsas amil olmuşdur və hazırda bu regionda 
ərəb-müsəlman nüfuzunun olmaması da bununla bağlıdır. 
Beləliklə, passionarlığın aktivliyi dövründə  ərəbləşmə ilə 
müşayiət olunan bu proses bu gün Ərəb dünyası adlanan böyük bir 
linqvistik, coğrafi, geosiyasi məkanın yaranması ilə 
nəticələnmişdir. Hazırda 300 milyondan çox insanın yaşadığı bu 
regionda 23 ərəb dövləti var. Ərəbləşmə dil, din və digər mənəvi 
dəyərlərin yayıldığı regionlarda qəbul edilməklə yanaşı, təsir 
dairəsində olan ərazilərdə mövcud olan sivilizasiyalardan da bəzi 
mədəni elementləri qəbul etməklə vahid ərəb mədəniyyətinin 
yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, Ərəb sivilizasiyası 
etnik deyil, daha çox ortaq dil və  mədəni dəyərlərə söykənən 
                                                 
156
 В.В.Бартольд.  Мусульманский  мир // Ислам.  Энциклопедия  культуры  и 
исскуства. Мосва: Эксмо, 2010, стр. 51 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə