Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə59/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 191
təzahürlərinə, xüsusən də dənizsahili ərazilərdə müəyyən izləri ilə 
qarşılaşsaq da, daha əvvəl hakimiyyəti altında olduğu  İran 
mədəniyyətinin təsirini göstərən fundamental izlərə rast gəlinmir. 
Beləliklə,  əvvəl  İran, sonra Roma-Bizans işğalının  əsas təsiri 
Misirin milli məninin, sivilizasiya özəyinin itirilməsinə  səbəb 
olmuşdu. Belə bir halda artıq 700-800 il bu prosesləri yaşadıqdan 
sonra bu ərazidə  əhalinin  ərəbləşməsi və Misirin ərəb 
mədəniyyətinin əhatəsinə daxil olması daha asan görünürdü. Ərəb 
işğalının siyasi, iqtisadi, sosial proseslərə  təsirini araşdıran ingilis 
alimi Hyu Kennediyə görə, “böyük mədəniyyətə,  ərəblərlə 
müqayisədə zəngin dövlətçilik ənənəsinə, daha yaxşı silahlanmış və 
təchiz olunmuş, böyük döyüş təcrübəsi olan orduya malik olan və 
ümumiyyətlə bütün sahələrdə  ərəblərdən daha üstün olan Misirin 
çox qısa müddətdə ərəb işğalına məruz qalmasının və son nəticədə 
ərəbləşməsinin ən əsas səbəbi ondan ibarət idi ki, bu proses bir çox 
misirlilər üçün bir yad hakimiyyətin başqası ilə  əvəz olunması 
demək idi”.
153
 
Eyni zamanda Misir, Suriya və Mesopotomiyanın  əhalisinin 
ərəbləşməsində  hələ islamdan qabaq bu ərazilərə  ərəblərin 
miqrasiyasının da rolu olmuşdur. Hələ islamdan əvvəlki dövrdə 
yarımadanın  ərəblərinin Suriya və Mesapotomiyaya köçməsi və 
burda bir neçə  əsr boyunca çoxsaylı arami xalqlarının mədəni 
təsirinə  məruz qalması haqqında məlumatlar var. Artıq həmin 
dövrdə Roma-Parfiya sərhədinin hər iki tərəfində  əhali arami 
dilində danışırdı. Belə ki, hələ islama qədər arami yazısının təsiri ilə 
ərəb yazı sistemi yaranmışdı. Misirə də ərəb elementi islama qədər 
daxil olmuşdu. Strabonun məlumatlarına görə, Yuxarı Misirdə 
Kopt  şəhərinin  əhalisinin yarısı misirli, yarısı isə  ərəb idi. Nil 
                                                 
153
 Хью Кеннеди. Великие арабские завоевания. Москва: Астрелб, 2010, стр. 215 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 192
çayının Qərb sahilini Liviya tərəfi,  Şərq sahilini isə  Ərəb tərəfi 
adlandırırdılar. Amma ərəb işğalı zamanı Suriyada olduğu kimi 
Misirdə  də  ərəb dilində danışan  əhali mövcud deyildi (yəni bu 
ərazilərə miqrasiya edən ərəblər yerli dilləri qəbul etmişdilər). Yerli 
əhalidən yuxarı sinifin dili yunan dili idi, dövlət həyatında latın dili 
də  işlənirdi. Öz dillərini saxlayan koptlar xristianlığı  qəbul 
etmişdilər, qədim Misir yazılarını unudaraq, yunan yazısına 
keçmişdilər. Yalnız X əsrdən sonra buralarda da ərəb dili və yazısı 
üstünlük qazanmağa başlamışdır.
154
 
Bundan başqa, Yaxın Şərqin xristian əhalisi üçün (həm Misir, 
həm də Suriya xristianları Xalkedon kilsə  məclisində ayrılan şərq 
xristianlarını  təmsil edirdilər) Qərb kilsəsinin onları kafir hesab 
etməsi səciyyəvi idi. Yəni, yeni dinin daşıyıcıları olan 
müsəlmanların onlara qarşı münasibətləri katolik kilsəsinin onları 
kafir elan etməsi müqabilində daha tolerant idi və bu amil də 
əhalinin islamlaşmasında böyük rol oynamışdır. Beləliklə, 
ərəbləşmənin ikinci fazası  ərəb passionarlığı hesabına, mənəvi 
dəyərlərin uyumluluğu, eləcə  də regionda uzun müddət hökmran 
olan yad mənəvi dəyərlərin yerli əhali tərəfindən qəbul 
edilməzliyinin yaratdığı mühit sayəsində mümkün olmuşdur.  
Eyni zamanda, ərəbləşmənin ikinci fazasına təsir göstərən 
digər bir mühüm amili də diqqətdən qaçırmamaq lazımdır. Belə ki, 
Xilafətin işğalının ilk illərində  ərəblərlə islam dinini qəbul etsələr 
belə, qeyri-ərəblər arasında böyük fərq qoyulurdu, ikili standartlar 
tətbiq olunurdu. Ərəb olmayan müsəlmanlar  əmlak, məhsulla 
əlaqədar ağır vergilər ödəyir, inzibati işlərdən kənar saxlanılırdılar. 
Bu isə narazılığa səbəb olur, Xilafətin işğal siyasətinə mane olurdu. 
                                                 
154
 В.В.Бартольд. Мусульманский мир // Ислам. Энциклопедия культуры и 
исскуства. Мосва: Эксмо, 2010, стр.47 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 193
Belə ki, işğal olunan ərazilərin sərhədləri genişləndikcə 
imperiyanın içərilərində qalan qeyri- ərəblərin baş qaldırması, eləcə 
də yeni ərazilərdə döyüş  və inzibati işlər üçün insan resurslarının 
çatışmazlığı Xilafətin  ərəb olmayan sakinlərinə qarşı siyasətinin 
dəyişməsinə  səbəb olmuşdu. Xəlifə  Əbdül Malik ibn Mərvanın 
(685-705) hakmiyyəti dövründən başlayaraq məvalilərin  əlavə 
vergi yükü götürüldü, onlar inzibati işlərə  cəlb olunmağa 
başlandılar və  nəticədə  işğal olunan ərazilərdə sosial və iqtisadi 
üstünlüklər qazanmaq imkanı  əldə edən yerli əhali sürətlə 
ərəbləşməyə başladı.  
 
Ərəb passionarlığının ikinci mərhələsi - müsəlmanlaşdırma 
Bundan sonrakı  mərhələdə  ərəb passionarlığı özünü 
müsəlmanlaşdırmada göstərmişdir. Doğrudur, islam dininin 
yayılması yalnız ilkin mərhələdə  ərəb passionarlığı hesabına 
olmuşdur. Hətta sonralar islam dininin başlıca yayıcıları  və 
qoruyucuları türklər olmuş  və ya bu dinin daha böyük coğrafi 
məkana (Hindi-Çin yarımadasına,  İndoneziyaya, tropik Afrikaya)  
yayılmasında digər faktorlar da rol oynamışdır. Bununla belə, qeyd 
etməliyik ki, Ərəb Xilafətinin genişlənməsinin birinci fazası 
ərəbləşmə ilə  nəticələndisə, növbəti faza da müsəlmanlaşma ilə 
nəticələndi. Bəs fərq nədən ibarət idi ki, Afrikanın Atlantik okeanı 
sahillərindən  Ərəbistan yarımadasının cənubunadək böyük bir 
məkanda özündən dəfələrlə yüksək və  qədim sivilizasiya 
daşıyıcıları assimilyasiyaya uğradığı halda, Xilafətin işğal etdiyi 
digər  ərazilər - İran, Azərbaycan, Anadolu, Mərkəzi Asiya yalnız 
islam dininin əhatə dairəsinə daxil olmaqla kifayətləndi. 
Baxmayaraq ki, həm tarixi mənbələr, həm də toponimlər göstərir 
ki,  Ərəb Xilafəti bu regionlarda da assimilyasiya siyasəti 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə