Sivilizasiyaların kəsişməsində türk dünyası
179
bilməməyini belə izah edir ki: “Masonlar - gizli təşkilatın
üzvləridir. Onların etiqadı, ritualları və ümumilikdə bütün
fəaliyyətləri tam məxfi saxlanılır. Bunlar yalnız Qardaşlığın
üzvlərinə məlum olur. Bundan əlavə müxtəlif səviyyələr üzrə də
gizlinlər var. Aşağı pillədə olan masonlara onların liderlərinin
bildikləri hər şey məlum deyil. Həqiqi müsəlman isə Qurani-Kərim
və sünnələrdə deyilməyən və izah olunmayanlara inanmamalıdır.
Masonların sıralarına daxil olan hər bir kəs yarımçıq qəbzi
imzalayan insan kimi davranır. Bununla o, mason rəhbərlərinin
istənilən arzusunu kor-koranə icra etməyə razılaşır”.
142
Əksər tarixçilər masonluğun öz başlanğıcını orta əsrlərdə
“azad daş ustaları” gildiyasından götürdüyü qənaətindədirlər. Bu
təbəqənin təmsilçiləri təhkimli kəndlilərdən fərqli olaraq azad
idilər. Ümumiyyətlə orta əsrlərdə gildiyalar peşə fəaliyyəti əsasında
yaranırdı. Gildiyalarda eyni peşə ilə məşğul olan insanlar birləşirdi,
tam bərabərlik gözlənilirdi, kişi və qaıdın, kasıb-varlı fərqi
qoyulmurdu. Burda bir analoji müqayisə apararaq qeyd etmək
lazımdır ki, sufi cərəyanlarda da ardıcıllar arasında sosial və cinsi
fərq qoyulmurdu. Xüsusən qadınlara qarşı münasibətdə bu cür
yanaşma islam dini dünyagörüşü çərçivəsində fərqlənirdi.
Mason gildiyaları XVIII əsrdən başlayaraq artıq müxtəlif peşə
sahibləri və sosial təbəqə nümayəndələrini birləşdirirdi. Onlar sadə
daş ustalarının gördüyü işlərdə simvol və artefaktlar yaradılması
haqqında mülahizələr irəli sürür, simvolika ilə bəzədilmiş binaların
tikilişlərində iştirak edirdilər. Orta əsrlərdə Avropanın hər yerində
qotika üslubunda tikililər inşa olunurdu, ona görə də masonlar -
azad daş ustaları işsiz qalmırdılar. Bu səbəbdən də əksər böyük
142
Майкл Брэдли. Секреты масонов. Москва: Ниола-Пресс, 2007, стр.77. Kitabda
masonluqla bağlı istifadə olunan bütün mənbələr bu ədəbiyyatdan götürülmüşdür.
Sivilizasiyaların kəsişməsində türk dünyası
180
şəhərlərdə mason lojaları yaranmışdı. Masonlar cəmiyyətin
imtiyazlı təbəqəsi idilər. Amma proseslərin belə axarı XVI əsrədək
davam etdi. Həmin dövrdən başlayaraq qotika arxitekturası
tənəzzülə uğradı və azad daş ustalarına tələbat azaldı. Dəqiq demək
mümkün deyil ki, nə vaxtdan masonluq peşə bağlılığını itirmiş və
işdən sözə keçmişdir. Amma ümumilikdə təxminən XVII əsrin
ortalarından gildiya fəlsəfi klub və məktəbə çevrilmişdir. Bu
mənada ümumən sufiliklə aralarında oxşarlıq müşahidə olunmur.
Sufilikdə cərəyan tərəfdarlarının heç vaxt peşə bağlılığı
olmamışdır. Hətta bir sənətə sahib olmağı vacib hesab olunan
əxilikdə
143
belə konkret peşə ətrafında birlik yox idi. Sufi
cərəyanların ardıcılları sufi təkyələrində yaşayan, tərki-vətən həyat
tərzi sürən və öz daimi yaşayış yeri olan, sufi dünyagörüşünə rəğbət
bəsləyən qrupdan ibarət idi.
Eyni zamanda, qeyd etməliyik ki, masonluğun tarixini daha
qədim dövrə bağlayan okkultistlər onun xristianlığa qədər də
mövcud olduğunu iddia edirlər. Misirdə piramidaların tikintisində
sakral həndəsə biliklərin və ya Yerusəlimdə Solomon məbədinin
tikintisində istifadə olunan həndəsi hesablamaların masonluqla
əlaqəsinin olması haqqında əfsanələr var. Amma çox güman ki, bu,
masonluğun qədim sivilizasiyaların nailiyyyətlərindən
faydalanması ilə əlaqədardır. Bu baxımdan sufizmlə oxşarlıq
143
Əxilik - İslamda sufi təriqətlərindən biridir. Əxilik müəyyən qayda-qanunu olan bir
peşə təşkilatıdır. Təməlində insana hörməti, aldatmamağı, xeyixahlığı və istehsalda
keyfiyyəti əsas tutan bu təşkilatın qurucusu Əxi Əvrandır. Abbasi xilafəti dövründə
qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu sufi cərəyanı Xəlifə
Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır. Xüsusilə, Osmanlı
zamanında daha çox təsir gücünə malik olmuş və üzvülük məsələsi könüllülük
prinsipinə əsaslanmışdır. Əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi
halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz
zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına
daha çox xidmət edə bilər.
Sivilizasiyaların kəsişməsində türk dünyası
181
müşahidə edilir. Belə ki, təsəvvüf dünyagörüşünü adətən islami
düşüncə hesab etsələr də, bəzən onun islamdan kənar sayılması və
ya qədim din və adət-ənənənin bu cərəyanlarda təzahürü halları ilə
də rastlaşırıq. Yəni masonluğun xristianlıqdan əvvəl və ya qədim
sivilizasiyalardan bəhrələnməsi ilə bağlı mülahizələrlə sufizmin
islamdan əvvəl və ya daha qədim din və inanclardan faydalanması
ilə bağlı fikirlər oxşarlıq təşkil edir.
Yaxud masonluğun ümumilikdə özünün dini sistem olduğunu
və digər monoteist dinləri qəbul etməməsi ilə bərabər masonluğa
qəbul üçün təqdim olunan şəxsin - namizədin mütləq Allaha
inamının olması
144
haqqında tələbləri eynilə sufizm haqqında da
deyə bilərik. Yəni, sufizmin də islam daxilində cərəyan olması ilə
bərabər, islama qarşı çıxması ilə bağlı mülahizələr vardır. Lakin
Xilafətlə müqayisədə kilsənin mövqeyi daha sərt olmuşdur. Katolik
kilsəsi frankmasonların sıralarına qoşulmağı qadağan etmişdi.
1738-ci ildə XII Kliment masonluğu kilsə və dövlət əleyhdarı olan
təşkilat kimi pisləmişdir.
Masonlarda loja - masonların yığışdığı yerdir. Düzbucaqlı
formasında dəbdəbəli tikilən binada gözlənilən rituallardan biri də
lojaya giriş və çıxışın şərq-qərb istiqamətində tikilməsidir və bu
zaman Günəşin çıxması və batmasını görmək məqsədi daşıyır.
Yəni, qədim məbədlərdəki günəş kultunun izləri gözlənilir. Bundan
fərqli olaraq sufilərin məskəni təkkə, zaviyə və ya xanəgah öz
sadəliyi ilə seçilir. Amma qübbəsinin konusvari olması, tərki-dünya
və ya xəlvətə çəkilmək üçün tam qaranlıq nəzərdə tutulan binalarda
günəşin doğduğu yerə doğru kiçik bacaların qoyulması “günəş
kultu”nun təzahürləri ilə bağlı müddəanın araşdırılmasını tələb edir.
Eyni zamanda qeyd etməliyik ki, tarixdən o da məlumdur ki, islam
144
Майкл Брэдли. Секреты масонов. Москва: Ниола-Пресс, 2007, стр.29
Dostları ilə paylaş: |