Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə52/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   48   49   50   51   52   53   54   55   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 170
mücahidələr etmişdirlər, amma bu iki yol mahiyyət və  əsas 
baxımından bir-birindən fərqlidir.... Sufinin filosoflarla, mistiklərlə, 
yoqilərlə heç bir münasibəti olmadığı kimi, təsəvvüfün də 
mistisizmlə, yoqa ilə, fəlsəfə ilə uzaqdan-yaxından əlaqəsi olmadığı 
öz-özünə ortaya çıxır”.
132
  
Doğrudur, islam daxilində, xüsusən sufi dünyagörüşü 
çərçivəsində elm-din münasibətlərinə  fərqli prizmadan da 
yanaşmalar var. Belə ki, ərəb dilinə tərcümə olunan qədim yunan 
ədəbiyyatının islamın qəbul olunmasından sonra artıq islami şərh 
olunmasının sufi düşüncənin yaranmasına rəvac verdiyi də iddia 
edilir. Bu zaman elm-din qarşıdurması deyil, daha çox elmin din 
dəyərləri daxilində təfsiri nəzərdə tutulur.
133
 
Sufizm öz inkişafının sonrakı  mərhələlərində yeni çalarlar 
qazanmışdır. Bu çalarların mühüm bir hissəsi isə qeyri-ərəb 
müsəlmanların milli dəyərlərinin və qədim inanclarının təzahürü ilə 
bağlı olmuşdur.  Ərəb işğalı hesabına qısa müddətdə Xilafətin 
hüdudlarına daxil olan və müsəlmanlaşan xalqların öz milli əqidə 
və dünyagörüşlərini birdən-birə tamamilə unutması  əslində heç 
mümkün də deyildi. Buna görə bir tərəfdən islam ilə harmoniya 
böyük təsirə malik olsa da, digər tərəfdən  ərəb işğal rejiminin 
inzibati tədbirləri bu milli çalarların gizli saxlanmasına, öz təsirini 
yalnız islam dini çərçivəsində müxtəlif cərəyanlarda büruzə 
verməsinə  şərait yaratmışdı. Bu mənada sufi cərəyanlar da 
vasitələrdən biri idi. Bununla bağlı Mehmet Rıhtım yazır ki: 
“Təsəvvüfün sistemləşməsi dövründə bir yandan Quran və sünnəyə 
sıx şəkildə bağlı, tamamilə şəriətə müvafiq təsəvvüf anlayışı inkişaf 
                                                 
132
 Mehmet Rıhtım. Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Səfa əl Əsrar. Bakı: Elm, 
2010, səh.25-26 
133
 Ислам: иллюстрированная энциклопедия / Автор-сост. М.Магомерзоев. 
Москва: Эксмо, 2010, на основе Августа Мюллера «История ислама».  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 171
edərkən, digər yandan xristian, yəhudi, qədim yunan, hind, iran 
adət və inanclarının təsirlərini daşıyan anlayışlar müşahidə 
edilməyə başlandı. Sufi qiyafətilə  gəzib-dolaşan, ancaq sufiliklə 
əlaqəsi olmayan zümrələr və  şəxslər ortaya çıxdı. Bunlar islama 
uyğun olmayan inanc və əməlləri ilə ictimaiyyətdə sufilik haqqında 
mənfi bir qənaət formalaşdırdılar. Buna görə  də  bəzi din alimləri 
tərəfindən sufilik, islamdan ayrılmaq kimi qəbul edilməyə, 
əleyhində  əsərlər yazılmağa başlandı”.
134
Hörmətli alimin 
yanaşmasında iki məqam diqqət çəkir: birincisi, islami 
dünyagörüşünə  təsir göstərən milli fərqliliklər arasında türk adına 
rast gəlinmir; ikincisi isə, müəllif ümumilikdə bu təsirlərin 
nəticələrini islama uyğun hesab etmir. Biz hər iki aspektlə  də 
razılaşmırıq.  İslamda və  təsəvvüfdə türk elementinin təsirlərinin 
göstərilməməsinin səbəbləri müəllif tərəfindən verilməsə  də, ola 
bilsin ki, burda islamın türk inancı ilə harmoniya təşkil etməsi 
ideyasına üstünlük verilmişdir. Doğrudur, türklərin islamaqədərki 
inancları ilə islam dəyərləri arasında böyük bir harmoniya var və 
bir çox məqamlar üst-üstə düşür. Amma fikrimizcə, bu o demək 
deyil ki, türk əqidəsi və təfəkkürünün də bəzi özünəməxsusluqları 
islam daxilində heç fərqlənmir.  İkincisi isə, nəinki təkcə türklər, 
islam dininin yayıldığı bütün qeyri-ərəb xalqlar arasında vahid 
islam dünyagörüşünün yaranmasınadək uzun müddət milli-etnik 
dəyərlərlə islami dəyərlər arasında sinxronlaşma prosesi getmişdir. 
Bu proses olmasa idi, Xilafətin dağılması ilə islam dininin 
yayılması dayanar, hətta  əks proseslər baş verərdi.  İslam dini 
yayıldığı  hər yerdə qarşılıqlı  təsir mühitində olmuşdur. Sadəcə, 
İslam dünyası daxilində ümumi hakimiyyət və nüfuz sahibi olan 
                                                 
134
 Mehmet Rıhtım. Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Səfa əl Əsrar. Bakı, Elm, 
2010, səh.26 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 172
xalqlarla (ərəblərdən başqa  İran və Türk sivilizasiya daşıyıcıları) 
əlaqədə bu sinxronlaşmış  dəyərlər ümumislam dəyəri kimi qəbul 
edildiyi halda, daha az nüfuz daşıyan təmsilçilər arasında islamın 
yerli, lokal xüsusiyyətləri kimi özünü büruzə vermişdir. 
Akademik V.V.Bartold da sufizmin islamdan başqa digər 
dinlərdən təsirləndiyi, hətta bu dinlərə  əsaslanması  qənaətində 
olmuşdur. O, sufiliyin köklərindən danışanda üç mənbəni göstərir: 
xristian, müsəlman və buddist mənbələr. Böyük islamşünas Bartoldun 
“Qurani-Kərim”də sufilik üçün əsas olacaq ayələrin yoxluğu barədə 
qeydi vardır: “Formal olaraq Quran zəminində duran və oradakı 
ayələri mənalandırmaqla kifayətlənərək sufilər əslində, islama qədərki 
təlimlərə daha yaxın idilər. Sufilərin Tanrı  və ona yaxınlaşmaq 
üsulları barədə  təsəvvürləri daha çox antik fəlsəfənin son 
nümayəndələrini – neoplatonikləri və neopifaqorçuları xatırladır. Həm 
də Qərbdə yəhudilərin kaballası və Şərqdə buddizmin və hindlilərin 
zahidliyinin cizgiləri nəzəri cəlb edir”.
135
 
Konkret olaraq sufizmdə türklüyün təcəssümünə  gəldikdə isə 
qeyd etməliyik ki, türklərin Göy Tanrı inancı, ruhlar kultu sufizmin 
mistisizmində öz təzahürünü göstərmişdir.  İslam dini daxilində ilk 
türk təriqəti olan Yəsəvilik də bu xəttin davamıdır. Xoca Əhməd 
Yəsəvi (1093-1166) davamçıları islama türk adət-ənənələrini 
gətirməklə bir türk-islam sintezi yaratmışlar. Təsadüfi deyil ki, türk 
cəmiyyəti üçün xarakterik olan qadın-kişi bərabərliyi yəsəviliyin təsiri 
ilə formalaşan bəktaşilikdə  əsas xüsusiyyətlərdən biridir. Yəsəvilik 
həm də islama dərvişliyi gətirməklə dini xalqa daha da 
yaxınlaşdırmışdır. Türk inanc sistemində qam kimi görülən baba, 
dədə, ata kimi şəxslər ənənəvi türk inancını islamla uyğunlaşdıraraq 
                                                 
135
 В.В.Бартольд. Сочинения. Том  2. Москва: Наука, 1966, стр. 115 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə