Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə48/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   44   45   46   47   48   49   50   51   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 156
xüsusiyyətlərini özündə  əks etdirir. Amma bununla yanaşı, Türk 
sivilizasiyasında onu bir mədəni tip olaraq müəyyənləşdirən 
islamdan öncəki dəyərlərin də daxil olduğu özünəməxsus cəhətlər 
də kifayət qədərdir.  
Bu səciyyəvi cəhətləri təhlil etməzdən  əvvəl ümumi bir 
məqama toxunmaq istərdik. Tarixi təcrübə göstərir ki, hər bir din öz 
yayılma arealında bu dinin yaradıldığı sivilizasiyadan əlavə digər 
mədəniyyətlərlə  də  zənginləşir və onlara nüfuz etməklə  bərabər, 
özü də yerli mədəniyyətlərdən bəhrələnir. Yəni, proses ikitərəflidir, 
qarşılıqlı təsir qaçılmazdır. Bu prosesi xristianlıqda, buddizmdə və 
başqa dinlərdə  də müşahidə edirik. Bu baxımdan islam dini də 
istisna təşkil etmir. İslam dini də müxtəlif zamanlarda yayıldığı 
ərazilərdə yerli mədəniyyətlərlə, adət-ənənələrlə  zənginləşmiş
qarşılıqlı  təsir mühitində  sıx inteqrə olunmuşdur. Amerikalı 
ərəbşünas alim professor Qustav Edmund fon Qrünebaum (1909 - 
1972) islam sivilizasiyasında ümumi dəyərlər və  fərqlilik 
prinsiplərinin  əlaqəsini araşdıraraq islam və yerli mədəniyyətlərin 
qarşılıqlı  əlaqəsində özünü göstərən bir neçə mühüm aspekt 
sadalayır
120

1. Mədəni müxtəliflik sektant cəmiyyətlərin yaranmasına 
səbəb ola bilər. Afrikada bərbərlər və ya Suriyanın dağlıq 
ərazilərində  və Kiçik Asiyanın cənub-şərqində  şiələr arasında 
xaricilər təriqətinin uğurları böyük ölçüdə bu ərazilərdə hələ islam 
dini qəbul olunmazdan əvvəl mövcud olan dini və mədəni motivləri 
saxlayan sektant cərəyanların inkişafının nəticəsidir. 
2. Yerli mədəniyyətlər  ənənəvi islamın imkan verdiyi 
çərçivədə müxtəlif təşkilati variantların yaranmasına səbəb olur. 
                                                 
120
 Grunebaum G.E. von. The Problem: Unity in Diversity//Unity and Variety in 
Muslim Civilization/Ed. by G.E.von Grunebaum. Chicago, 1955, p. 17-32 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 157
Hüquqi məktəblər tarixi, xüsusən də, sufi təriqətlər tarixi müəyyən 
ölçüdə onların yerli mədəniyyətlərlə münasibətləri  əsasında izah 
edilə bilinər. 
3. Universal prinsiplər və yerli ənənələrin  əlaqəsi norma və 
təcrübə kimi qəbul olunduğundan ictimai həyatın müəyyən sahələri 
vahid islam normalarının qəbul olunmasına müqavimət göstərir. 
4. Fərqliliklər islamın yayıldığı  ərazilərdə yüksək səviyyəli 
yerli mədəniyyətlərin davamlılığının hesabına yarana bilər. 
Beləliklə, görkəmli  ərəbşünasın təfsirindən də göründüyü 
kimi, yerli mədəniyyətlərin öz mövcudluğunu təriqət formasında 
göstərməsi islam tarixində bir prinsip kimi müşahidə olunmaqdadır. 
Bu baxımdan, Türk sivilizasiyası da islam mədəniyyəti daxilində öz 
seçkinliyini müxtəlif formalarda büruzə vermişdir. Tədqiqatın 
növbəti hissəsində biz bu məqamlara toxunacağıq.  
Türk sivilizasiyasını  səciyyələndirən özünəməxsus cəhətlər 
haqqında bəhs edərkən ilk növbədə, türk mədəniyyətinə adət-
ənənənin dindən daha çox təsir göstərdiyini qeyd etmək olar. Belə 
ki, hansı dinə etiqad göstərməsindən asılı olmayaraq, türk mədəni 
tipi üçün əskidən gələn adət-ənənə hər zaman daha üstün olmuşdur. 
Türk mifologiyasının araşdırıcılarından olan filologiya elmləri 
doktoru Cəlal Bəydili bununla bağlı yazır: “Tarixi boyunca 
dağınıqmış kimi bir təəssürat oyadacaq qədər geniş coğrafi 
məkanda yayılan türk etnosu ayrı-ayrı dinlərlə, dini inanış 
sistemləri ilə  təmasda olmuşdur. Türk düşüncəsinə buddizmin, 
manixeizmin, xristianlığın və ya islamın hansı ölçüdə  təsir 
göstərdiyini söyləmək çətindir. Lakin həmin təsir nə  dərəcədə 
olursa-olsun, türk etnik-mədəni ənənəsinə və onun da bünövrəsində 
dayanan dini-mifoloji düşüncə sisteminin təməlinə  əsla onu 
sarsıdacaq dərəcədə toxuna bilməmişdir. Ona görə ki, türk etnik 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 158
mədəni ənənəsi öz təbii halıyla yaşayan sistem kimi olduqca stabil 
və mühafizəkar deyiləcək qədər dayanıqlıdır”.
121
   
 
Ellinizmin Türk, Ərəb,  İran sivilizasiyalarına fərqli təsiri - 
ümumtürk mədəni dəyərlərinin unikallığının göstəricisi   
 
Türk sivilizasiyasının özünəməxsusluğu digər mədəniyyətlərə 
münasibətdə  də özünü açıq-aydın göstərir. Müqayisə üçün ellin 
mədəniyyətinin hazırda İslam sivlizasiyasının komponentləri hesab 
olunan hər üç - Ərəb,  İran və Türk sivilizasiyalarına təsirinə 
baxmaq olar. Əvvəlcə qeyd etməliyik ki, ellin mədəniyyəti antik 
dövrün mədəni səviyyəsində  ən yüksək mərhələlərdən biri və ya 
birincisi olmuşdur və  mədəni həyatın arxitekturadan tutmuş 
ədəbiyyata, fəlsəfəyə, hətta davranış kodeksinə  qədər bütün 
sahələrini  əhatə etmişdir. Digər bir tərəfdən, bu mədəniyyətin 
daşıyıcıları olan nəhəng imperiyalar sayəsində coğrafi hüdudları 
çox geniş  əraziyə yayılmışdır. Belə ki, müxtəlif dövrlərdə ellin 
mədəniyyətinin  əhatə dairəsi qərbdə  Şimali Afrikadan tutmuş 
şərqdə Hindistana, Hindiquş dağlarına, Çin sərhədinədək böyük bir 
məkana nüfuz edirdi. Təbii ki, bu qədər böyük imkanlara sahib 
mədəniyyətdən təsirlənməmək mümkün deyildi. Sadəcə, bu təsirin 
yerli mədəniyyətdə sonrakı inikasının saxlanmaması, yalnız və 
yalnız mədəniyyətlərin disharmoniyası hesabına mümkün ola 
bilərdi. Fikrimizcə,  ərəb və iran mədəniyyətlərindən fərqli olaraq, 
türk mədəniyyəti üçün ellinizm harmoniya yaradılması mümkün 
olmayan bir mədəniyyət olmuşdur. Bu mülahizəni tarixi faktlar da 
təsdiqləyir. Ellinizmin ərəb mədəniyyətinə  təsiri  Ərəbistan 
yarımadasının  şimalında (müasir İordaniya və Suriya ərazisində) 
                                                 
121
 Cəlal Bəydili. Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. Bakı: Mütərcim, 
2007, səh. 17 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə