Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə46/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 148
başqa ellər də (monqollar, ariyalılar) yaşamışlar və  hər biri 
özünəməxsus bozqır kültürü meydana gətirmişdir. Türk bozqır 
kültüründə at və  dəmir  əsasdır. Halbuki monqol kültürünə  dəmir 
sonradan girmiş, hətta monqollar XIII əsrə  qədər oxlarının ucunu 
dəmirdən yox, sümükdən düzəldirmişlər. Orta Asiyada qazılan əski 
türklərin məzarlarında (kurqan) tapılan dəmir  əşyalarının tarixi 
eramızdan  əvvəl iki min ilin başlarına gedib çıxır. V.Midt, 
O.Minkin, V.Koppers, F.Flor kimi məşhur mədəniyyət 
tarixçilərinin fikrinə görə, at ilk dəfə türklərin  əcdadı  tərəfindən 
əhliləşdirilmiş və minik və savaş üçün işlədilmişdir.
115
 
Başqa bir məşhur alim Murad Adcı da türklərin planetdə  ən 
gözəçarpan izlərinin kurqanlar olduğunu iddia edir. Onun fikrincə
öləndə insanların dəfn edilməsi üçün yaradılmış bu maddi 
mədəniyyət nümunələri türklər üçün xarakterikdir.
116
 Kurqanlardan 
başqa balballar (qəbirüstü və ya qəbirətrafı daş kişi abidəsi) da türk 
mədəniyyətinin izlərini göstərir. Pərviz Elay yazır ki: “Erkən islam 
dövründə  qədim türklərin məskunlaşdığı  ərazilərin  əsas arxeoloji 
göstəricisi təkcə kurqan deyil, həmçinin “balbal” (digər variantlarda 
“balbaş”) adlanan daş heykəllər idilər. Avropalı və rus türkoloqları 
da balbalların türk mədəniyyətinə aid olması fikrində 
yekdildilər.”
117
 Müəllif həm də, balbalların kimmer stelaları ilə 
bağlılığı  və bu baxımdan türklərin balballarda əks olunmuş 
monqoloid cizgilərinin tarixin müəyyən mərhələsini  əhatə etməsi 
və bunun Altay nəzəriyyəsinə  dəlil gətirilməsinin yolverilməz 
olunduğu qənaətindədir. 
                                                 
115
 Yenə orda, səh. 44 -45 
116
 Мурад Аджи. Кипчаки. Древняя история тюрков и Великой степи. Москва: 
Новости., 1999, стр. 30  
117
 Pərviz Elay. Qədim türklərin dini baxışlarına dair. Millətçilik qəzeti, 19 mart 2011-ci il 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 149
 
 
 
 
 
Mərkəzi Asiyada “Balbal” abidələri 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 150


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 151
 
Balballar qədim türk dinində ölümdən sonra yaşamın olduğuna inancı 
göstərir. Rast gəlinən abidələrdə adətən balbalların bir əllərində qılınc, 
digərində  qədəh olur. Bir kurqanın  ətrafında balbalların sayının çox 
olması kurqanda basdırılan adamın həyatda ikən öldürdüyü insanların 
sayını göstərir. Balbalların türk mifologiyasında atalar kultunu da əks 
etdirməsi ilə bağlı mülahizələr mövcuddur. Belə ki, iddiaya görə 
həyatda öldürdüyü adam sayısı qədər ölən adamın qəbrinin ətrafında 
ağacdan və ya daşdan heykəlciklər düzəldərdilər və inanırdılar ki, 
bunlar mərhumun övladlarıdır və o biri həyatda ona xidmət 
edəcəklər.
118
  
Ümumiyyətlə, müşahidələr göstərir ki, zəngin Çin mədəniyyəti 
tarixin heç bir mərhələsində digər mədəniyyətlərlə uyğunlaşmağa, 
sinxronlaşmağa meyl etməmişdir. Onun başqa mədəniyyət təmsilçiləri 
ilə münasibəti yalnız özününküləşdirmə, assimilyasiya ilə nəticələnə 
bilər. Çin mədəniyyəti Mərkəzi Asiyada da qəbuledilməz, yad ünsür 
olmuş, Çin mədəniyyətinin ideologiyası bu regionda yalnız güc 
hesabına irəliləyə bilmiş, yerli mədəniyyəti isə  əsrlər boyu əritməyə 
meyl göstərmişdir. Bu xüsusiyyətləri Lev Qumilyov belə xarakterizə 
edir: “Mərkəzi Asiyanın bütün xalqları üçün Çin mədəniyyəti 
qəbuledilməz olmuşdur. Türklərin Çin ideologiyasına qarşı qoyduqları 
öz ideoloji sistemi olmuşdur. Hətta II Türk Xaqanlığının çöküşündən 
sonra Asiyada dini inancların dəyişməsində belə bu, özünü göstərirdi. 
O zaman uyğurlar maniçiliyi, qarluqlar islamı, basmal və onqutlar - 
nestorianlığı, tibetlilər - hind buddizmini qəbul etdilər, amma Çin 
ideologiyası Böyük Çin Səddini keçə bilmədi”
119
.  
                                                 
118
 http://onuroztepe.blogspot.com/2010/09/balbal.html 
119
 Л.В.Гумилев. Ритмы Евразии: эпохи и цивилизации. Москва, 1993, стр. 70 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 152
Ancaq eyni zamanda Çin sivilizasiya arealına kənardan daxil 
olan istənilən yad mədəniyyət təmsilçisinin öz dəyərlərini qoruya 
bilmədiyinin də  şahidi oluruq. Çində 385-550-ci illərdə mövcud 
olmuş  və müharibədə qalib gəlmiş türk Tabqaç dövləti nəinki öz 
varlığını  və türk dəyərlərini qoruya bilmədi, hətta qısa bir müddət 
sonra bu dövlətin özü Türk sivilizasiya təmsilçilərinə qarşı Çin 
ideologiyasının ən böyük daşıyıcısı oldu. 
Türk və Çin sivilizasiyalarının münasibətlərində uyğurlar xüsusi 
yer tutur. Türklərin  Şərqdə  ən güclü dövlətlərindən olan Uyğur 
Xaqanlığı (745-840) dövründən başlayaraq uyğurlar Çin 
sivilizasiyasının Qərbə doğru ekspansiyasının qarşısında dayanmışlar. 
Uyğur dövlətinin  ən qüdrətli zamanlarında hətta Çinin bəzi 
vilayətlərinə nəzarət etmiş, türk dəyərlərinin burda yayılmasına səbəb 
olmuşlar. Tarixən Tanrıçılığa, buddizmə və ən nəhayət islam dininə 
etiqad etmişlər. Hətta buddizmin yayıldığı  mərhələdə belə Çin 
sivilizasiyası ilə münasibətlərdə harmoniya müşahidə olunmayıb. 
Bunun nəticəsidir ki, uyğurların yaşadığı  ərazilərdə buddist maddi 
mədəniyyət abidələri çinlilərə deyil, məhz uyğurlara məxsusdur. 
Ancaq uyğurların taleyində  ən böyük rolu islam dini oynamışdır. 
İslamın  ən ucqar Şərq sərhədlərində yerləşən uyğurlar üçün Çin 
sivilizasiyası ilə münasibətlərdə milli (türk) mənliyin qorunmasında 
islam dəyərləri mühüm rol oynayır. Məhz bu xüsusiyyət Türk 
sivilizasiya daşıyıcıları arasında onları fərqləndirir.  
Hazırda Tyanşan dağlarının  ətəklərində, ÇXR-in tərkibindəki 
Sınsızyan-Uyğur Muxtar Respublikasında yaşayan uyğurların öz 
“milli mən”ini qoruyub saxlamağa xidmət edən 2 amili də 
fərqləndirmək istərdim.  İlk  əvvəl uyğurların Türk sivilizasiya 
daşıyıcısı olaraq Çin sivilizasiya dəyərləri ilə kəskin fərqliliyini qeyd 
etmək lazımdır. Uyğurlar və çinlilər bütün aspektlərdə tam fərqli, bir-


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə