Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə42/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   38   39   40   41   42   43   44   45   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 135
istisna olmaqla) doğru istiqamətlənmişdir. Əgər yeni tarixdə böyük 
coğrafi kəşflərdən sonrakı dövrdə daha çox Qərb sivilizasiya 
daşıyıcılarının müxtəlif istiqamətlər üzrə bütün dünyaya yayılması 
və nüfuz etməsi xarakterik idisə, hazırda bunun əksinin  şahidi 
oluruq. Uzaq Şərqdən (Çin, Koreya, Vyetnam və s.) tutmuş, Afrika 
ölkələrinə, Yaxın  Şərqə, postsovet ölkələrinə  qədər böyük bir 
məkanda yerləşən ölkələrdən müxtəlif sivilizasiya daşıyıcıları əsasən 
Qərb sivilizasiya təmsilçiləri olan ölkələrə - Avropa dövlətlərinə, 
ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyaya miqrasiya edirlər. Qərb 
sivilizasiya daşıyıcılarının xaricə miqrasiyasından fərqli olaraq
hazırkı miqrasiyalar cəmiyyətdaxili proseslərə  fəal təsir imkanına 
malikdir. Belə ki, əgər Qərb ölkələrinin miqrantları getdikləri ölkədə 
yerli mədəniyyəti məhv etməklə onun yerində öz maddi və mənəvi 
mədəniyyətlərini yaradırdılarsa, hazırkı miqrasiya zamanı  Qərbə 
axın edən emiqrantlar bu ölkələrin cəmiyyətlərinə inteqrasiya 
olunmaqla Qərb cəmiyyətlərində  iştirak etməyə başlamışlar. 
Doğrudur, bu zaman assimilyasiya olunmaq və ya ilkin  milli 
mədəniyyətin deformasiyası hallarına da rast gəlinir. Ancaq bütün 
hallarda fikrimizcə, hazırkı miqrasiya prosesləri miqrantların 
yerləşdikləri ölkələrin cəmiyyət həyatına fəal interaksiyası ilə 
xarakterikdir. Müasir dövrdə sivilizasiyalararası münasibətlərdə 
miqrasiya prosesləri çərçivəsində  Qərb sivilizasiyasına digər 
sivilizasiya daşıyıcılarının güclü təsir imkanları vardır. Bununla bağlı 
rusiyalı müəlliflərdən biri yazır: “Qərb prinsipləri Şərq həyatına daha 
geniş  şəkildə daxil olur, ancaq Şərqin də  Qərbə ekspansiyası baş 
verir: belə ki, islam - qlobal faktor olur və ABŞ-ın, Qərbi Avropa 
ölkələrinin həyatına daha əhəmiyyətli təsir göstərməyə başlayır. 
ABŞ-da bu gün iqtisadiyyat, təhsil və  mədəniyyətin müxtəlif 
sahələrində çalışan 6 milyondan çox müsəlmana xidmət göstərən 
mindən çox məscid və Quranın öyrənilməsi üzrə  mərkəzlər var. 
Fransada islam etiqad edənlərin sayına görə katolik dinindən sonra 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 136
ikincidir.”
106
 Ona  görə  də  məhz bu prizmadan yanaşdıqda Türk 
sivilizasiya daşıyıcılarının Qərb cəmiyyətində getdikcə daha fəal 
iştirakı  və  təmsilçiliyi fonunda növbəti onilliklərdə demoqrafik 
cəhətdən deqradasiya yaşayan Qərbdə Türk sivilizasiyasının 
təzahürlərinin daha təsirli olacağını görməyimiz mümkündür. 
Beləliklə, bütün tarixi mərhələlərdə Türk və  Qərb 
sivilizasiyaları arasında münasibətlər ziddiyyəti ilə seçilib və daim 
qarşıdurma müşahidə edilib. Türklər islam dinini qəbul etməzdən 
əvvəl də onların münasibətləri harmonik olmasa belə, Türk-Qərb 
münasibətləri daha çox islam-xristian qarşıdurması ilə xarakterizə 
edilir. Hətta Qərb sivilizasiyası ilə münasibətlərdə Türk sivilizasiya 
təmsilçiləri özləri üçün xarakterik olmayan təbii landşafta doğru 
ekspansiya etmiş 
və bununla da öz sivilizasiya 
qanunauyğunluqlarından bir qədər kənara da çıxa bilmiş, yəni, öz 
etno-təbii landşaftından kənar yaşaya bilmək qabiliyyətini də 
göstərmişlər.   
  
                                                 
106
 Скворцев  Л.В.  Диалог  или  столкновение  цивилизаций?/  Глобализация. 
Конфликт или диалог цивилизаций? Москва, 2002, стр. 244    


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 137
 
ÇİN SİVİLİZASİYASI İLƏ MÜNASİBƏTLƏRİN 
ÖZÜNƏMƏXSUSLUĞU 
 
Çin - dövlət olmaq iddiasında olan sivilizasiyadır. 
 
Lucian W. Pye,
  “China: Erratic State, Frustrated 
Society”, Foreign Affairs, 69 (Fall 1990), 58.  
 
“Əgər Avropa hələ  də Çinin bir hissəsi olmayıbsa, bu 
özlərini  əcnəbi işğalçılardan qorumaq üçün hər zaman 
birləşməyə çalışan hunların, türklərin, monqol və 
rusların xidmətidir”. 
Lev Qumilyov 
 
in sivilizasiyası  bəşər tarixində  ən qədim 
sivilizasiyalardan biridir. Sivilizasiya olaraq eramızdan 
əvvəlki minillikdə formalaşan bu mədəni tip birinci 
nəsil sivilizasiyaları  təmsil etməklə dünyada bir çox yeniliklərin 
yaradıcısı olmuşdur. Eyni zamanda, Çin sivilizasiyası dünya 
sivilizasiyalarının tarixində 
nəsildəyişmə 
mərhələlərini 
özünəməxsus mədəniyyətini qorumaqla və  zənginləşdirməklə 
keçən azsaylı sivilizasiya tiplərindəndir. Fikrimizcə, hazırda 
yaşamaqda olan və nəsildəyişmə transformasiyasını bu cür keçirən 
yalnız Çin, Türk, İran və Hind sivilizasiyalarının adlarını  çəkmək 
olar. Çin sivilizasiyasını ümumən bəşəriyyərin sivilizasiya tarixində 
fərqləndirən  əsas xüsusiyyətlərdən biri - bütün kənar təsirlərə 
baxmayaraq, öz həyat siklində  mədəni  ənənələrin ötürülməsində 
fasilələrin olmamasıdır. Halbuki ilkin və sonuncu (hazırkı) nəsil 
sivilizasiyalar üzrə aparılan müşahidələr göstərir ki, onlardan əksəri 
nəsildəyişmə  mərhələlərində  mədəni  ənənələri ya tam ötürə 
bilməmiş, ya da hər hansı  kənar təsir nəticəsində bu ənənələrin 
Ç 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 138
transformasiyasında fasilə yaranmışdır. Misal üçün, nəsildəyişmə 
proseslərində mədəni ənənələrini ötürə bilməyən sivilizasiyalardan 
Yaxın  Şərqdə Misir heroqliflərinin, Assuriya və  İran gil 
lövhələrinin oxunması üçün alimlər açar axtarmalı olmuşlar. Bunun 
əksinə olaraq qloballaşma mühitinin dünyada həmahənglik və 
yekcinslik yaratdığı günümüzdə belə Çin sivilizasiyası öz 
xarakterik xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir və bu genetik 
ənənə müasir dövrümüzdə geopolitik müstəvidə də Çin dövlətinin 
beynəlxalq münasibətlərinin əsasında dayanır.  
 
Çin sivilizasiyasnın geostrateji kodları 
Dövlətçilikdə imperiya ənənələrinə, yazı  mədəniyyətinə, 
şəhərsalma və arxitekturaya, əxlaq normalarına, ailə dəyərlərinə və 
digər mənəvi keyfiyyətlərə malik olan Çin sivilizasiyası hər zaman 
özünəməxsusluğunu saxlamış  və bütün bu keyfiyyətlər onun öz 
sivilizasiya tipinin minilliklər boyu yaşamasına səbəb olmuşdur. 
Bunlar arasında yazı  mədəniyyətini Çin sivilizasiyasının həm  ən 
böyük nailiyyəti kimi, həm də qonşu ölkələrə  təsir imkanları 
baxımından fərqləndirmək olar. Çinlilər tərəfindən yaradılmış 
loqoqrafik yazı sistemi (yəni sözləri ifadə edən simvollar vasitəsilə 
yazı) hələ  də  əksər  Şərqi Asiya ölkələrində istifadə olunur. 
Heroqliflər Çin mədəni  ənənələrinin ötürülməsində mühüm rol 
oynamışdır. Heroqliflərdən qədimdə şumerlər, misirlilər də istifadə 
etmişlər, hətta türklərin də bu yazı üsulunu işlətməsi ilə bağlı 
ehtimallar vardır. İndiki zəmanədə isə yalnız  çinlilər, koreyalılar və 
yaponlar bu yazı sisteminə sadiq qalıblar. Tarixi rakursdan 
yanaşdıqda görürük ki, Çin heroqlifləri yaranan vaxtdan çoxalmağa 
doğru gedib. Hər dialekt qrupu öz heroqliflərini yaratdığından, 
çinlilər arasında ayrı-seçkilik artırdı. Belə bir vəziyyətdə e.ə. 213-cü 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə