Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə40/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   36   37   38   39   40   41   42   43   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 129
XI-XII əsrlərdə türklər Aralıq dənizi sahillərinə yenicə gəlməyə 
başlamışdılar. Bu vaxta qədər Türk sivilizasiyasının qərb sərhədləri 
Anadolunun hüdudlarını  aşmamışdı. XI əsrdə isə  səlcuqların 
timsalında Türk sivilizasiyasının sərhədləri Aralıq dənizi sahillərinə 
doğru genişlənməyə başlamışdı. 1071-ci ildə Malazgirt döyüşündə 
Bizans imperatoru Roman Diogen məğlub edildikdən sonra isə 
Böyük Səlcuq Sultanlığı Suriya və  Fələstin də daxil olmaqla bu 
regionun  əksər  ərazilərinə  nəzarət etməyə başlamışdı  və regionda 
hökmranlıq uğrunda başlıca olaraq Misir Fatimilər Xilafəti ilə 
rəqabət aparırdı. Səlcuq hökmdarlarının bu regiona nəzarəti Mosul 
Atabəyliyi tərəfindən həyata keçirilirdi. Səlib yürüşləri zamanı 
Mosul Atabəyliyi türk Zəngilər sülaləsinin (1127-1222) 
hakimiyyətində idi. Türk hökmdarları və onların başlıca dayağı olan 
türklərdən təşkil olunmuş ordu Aralıq dənizi sahili ərazisində yerli 
əhalidən təcrid olunmuş  həyat sürürdülər və onların burda güclü 
sosial dayağı yox idi. Yerli əhali onlara da növbəti gəlmə kimi 
baxırdı  və buna görə  də  səlib yürüşləri zamanı türk hökmdarlarını 
tam dəstəkləmirdilər. Beləliklə, bu qənaətə  gəlmək olar ki, səlib 
müharibələri zamanı  Qərb sivilizasiyası birbaşa Türk sivilizasiyası 
ilə üz-üzə  gəlmişdir. Maraqlıdır ki, həmin dövrdə regionda olan 
digər qüvvələrdən nə Misir Fatimilər dövləti, nə də yerli şəhərlərin 
hökmdarları  səlibçilərlə mübarizəyə tam qoşulmamışdı. Bütün 
bunlara baxmayaraq, məhz türklər səlib yürüşlərinin qarşısını aldılar, 
xristian ideologiyasına qarşı çıxdılar və nəhayət səlibçiləri regiondan 
qovdular. Həm də türklərin islam dinini regiondakı digər 
müsəlmanlardan daha gec qəbul etməsinə baxmayaraq (səlcuqlar IX 
- X əsrlərdə islamı tam qəbul etmişdilər) xaç yürüşlərinin qarşısında 
məhz onlar islam dininin əsas qoruyucusu olmuşlar.  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 130
Səlib müharibələri zamanı bütün həlledici məqamlarda 
türklərin imzası var. Məlum olduğu kimi, səlibçilərin yürüşü zamanı 
onlar regionda 4 şəhər-dövlətin əsasını qoymuşdular: Edessa qraflığı 
(1098-1146), Antioxiya knyazlığı (1098-1268), Qüds krallığı (1099-
1291) və Tripoli qraflığı (1109-1289). Aralıq dənizinin sahillərində 
xristianlığın qalası hesab olunan bu dövlətlərə son qoyulmasında və 
ümumilikdə səlibçilərin regiondan qovulmasında türklərin müstəsna 
xidmətlərinin şahidi oluruq. Bu şəhər-dövlətlərdən ən şimalda olanı 
Edessa (müasir Türkiyə Cümhuriyyətinini  ərazisindəki  Şanlı Urfa) 
Mosul Atabəyi İmadəddin Zəngi (1085-1146) tərəfindən geri alınmış 
və bununla da səlibçilər ilk yenilgini dadmışdılar. Müharibədə 
psixoloji qırılma anı  məhz bu türk hökmdarının sayəsində baş 
vermişdir. “Müqəddəs torpaqlar”, din uğrunda vuruşduqlarını 
düşünən səlibçilər öz yenilməzliklərinə olan inamı burda itirdilər.  
Ümumiyyətlə orta əsrlərdə insanların dünyagörüşündə mistika 
böyük rol oynayırdı. Həmin dövrdə Avropa zadəganları və ruhaniləri 
bu hərəkata qoşulanları inandırmağa çalışırdılar ki, “müqəddəs 
torpaq” Qüdsün azad olunması Allahın onlara tapşırığıdır, Qüdsü 
müsəlmanlardan Allah qoruyur və bu şəhər yenilməzdir. Buna görə 
də türk Zəngilər sülaləsinin hakim olduğu Mosul Atabəylər 
dövlətinin orduları  sərkərdə  Səlahəddin  Əyyubinin (1138-1193) 
başçılığı altında 1187-ci ildə Qüdsü səlibçilərdən birinci dəfə azad 
edəndə bütün bu xristian fanatizminə  də son qoymuş oldu. 
Səlahəddin Əyyubinin qələbəsi səlib müharibələrinin süni yaradılmış 
müqəddəs obrazını darmadağın etdi və onun işğalçı mahiyyətini 
açdı. Tarixi faktlar da bir daha göstərir ki, səlib müharibəsinin 
səbəbləri XI əsrin sonunda Avropada baş verən quraqlıq, aclıq və 
nəticədə çoxsaylı  işsizlərin yaranması, kasıblamış feodalların 
varlanmaq hərisliyi, torpaqsız cəngavərlərin olması, ruhanilərin yeni 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 131
torpaqlar  ələ keçirmək istəyi idi. Sadəcə  hərəkatın başlaması üçün 
ona dini don geyindirilmişdi. 
Səlibçilərin bu torpaqlardan tamamilə  çıxarılması da türklərin 
adı ilə bağlıdır. Amma bu dəfə Mosul Atabəylərinin deyil, Misir 
Məmlük Sultanlığının (1250-1517). Şimali Qafqazdan əsir götürülən 
türk (daha çox qıpçaq) mənşəli  əsirlərin Misirdə yaratdığı ordu 
aristokratiya dövlətinin başçısı Beybarsın hakimiyyəti dövründə 
(1260-1277) xaçlıların regiondan tamamilə  çıxarılmasının  şahidi 
oluruq. O, xaçlılara qarşı Suriyaya 21 hərbi kampaniya keçirmişdir. 
Onun rəhbərliyi altında 1268-ci ildə Antioxiya, 1291-ci ildə Qüds 
xaçlılardan alınmış  və bununla da Yaxın  Şərqdə  səlibçilərin 
hakimiyyətinə son qoyulmuşdur. 
Səlib yürüşləri zamanı baş verən hadisələri araşdırarkən 
ermənilərin türklərə qarşı düşmənçiliyinin, eləcə də özlərinə məxsus 
satqın, etibarsız obrazının bir daha şahidi oluruq. Belə ki, 1098-ci 
ildə  səlibçilərin hücumu zamanı  həm Edessa şəhərinin, həm də 
Antioxiyanın tutulmasında ermənilərin satqınçılığı ilə rastlaşırıq. Hər 
iki  şəhərin mühasirəsi zamanı ermənilər Səlcuq hökmdarlarına 
xəyanət edərək Qərbdən gələn xristian himayədarlarına yarınmaq 
üçün qalanın təslim edilməsinə səbəb olmuşlar. Bununla bağlı tarixi 
məlumatlar ərəb tarixçisi İbn əl-Qalanisi tərəfindən verilmişdir.
103
 
Beləliklə, səlib müharibələrinin bütün tarixi dövrünü izləyərək 
bu nəticəyə  gəlmək olar ki, səlib yürüşləri Qərb sivilizasiyası ilə 
Türk sivilizasiyasının qarşıdurma mərhələsi hesab olunmalıdır. 
Türklərin həmin dövrdə bu ərazidə yalnız hakim elitanı və ordunun 
timsalında hərbi aristokratiyanı  təmsil etdiyini, eyni zamanda 
Levantın yerli əhalisinin bu mübarizədə daha çox bitərəf qaldığını 
                                                 
103
 Кэрол  Хилленбранд.  Крестовые  походы.  Взгляд  с  востока  мусульманская 
перспектива. Москва: Диля,  2008,  стр. 74 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə