Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə36/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 117
tolerant cəmiyyət olması ilə seçilmişdir. Qərbin kosmopolit 
siyasətində isə biz fərqli daşıyıcılara qarşı bu cür dözümlülük 
müşahidə etmirik.  
İkinci bir xarakterik xüsusiyyət türk cəmiyyətinin qadına 
münasibəti ilə bağlıdır. Qadın-kişi bərabərliyi günümüzün aktual 
mövzusu olduğu halda, bu problem əski türklərdən başlayaraq hər 
zaman Türk sivilizasiyası üçün aktual olmuşdur. Qədim dövrlərdə 
həm Qərbdə, həm də Şərqdə əksər xalqlarda qadınlara yalnız nəsil 
artırma və  məişət işlərinin icraçısı kimi baxıldığı halda, türklərdə 
qadının kişiyə bərabər tutulmasının şahidi oluruq. Qadınlar həm bir 
döyüşçü kimi, həm rəhbər kimi, həm ailə təsərrüfatının idarə edicisi 
kimi türk cəmiyyətində hər zaman üstün mövqe tutmuşlar. Sonrakı 
dövrdə islam dəyərlərinin birbaşa təsiri altında bir qədər fərqli 
mənzərə yaranmağa başlasa da, türk qadınının cəmiyyətin bərabər 
hüquqlu üzvü olması öz mahiyyətini qoruyub saxlamışdır. Təsadüfi 
deyil ki, Şərqdə qadınlara seçki hüququ da ilk dəfə Azərbaycan Xalq 
Cümhuriyyətində verilmişdir. Lakin bu yerdə xüsusi qeyd etməliyik 
ki, qadının türk cəmiyyətində tam hakim olması, türk cəmiyyəti üçün 
matriarxatın xarakterik olması ilə bağlı yanlış  təsəvvür də 
yaranmamalıdır. Əgər biz tarixi rakursdan müşahidə etsək görərik ki, 
türk elində qadınlar hər zaman öz kişiləri ilə  bərabər yüksək 
mövqedə durmuşlar. Bunu türkün qədim yazılı abidələrindən olan 
“Kitabi-Dədə Qorqud” dastanında da görürük. Dastanda hər zaman 
türk xatunları öz ərənləri ilə bərabər həm məclislərə, həm döyüşlərə, 
həm də el-obaya rəhbərlik edirlər. Yəni, bütün hallarda türk qadını 
heç vəchlə kişisiz, tək görülmür. Beləliklə, göründüyü kimi, yüksək 
demokratik dəyərlərə malik Türk sivilizasiyası üçün qadın 
hökmranlığı deyil, qadın-kişi bərabərliyi səciyyəvidir. Bu xarakterik 
xüsusiyyət də Türk sivilizasiyasının daşıyıcılarını vahid islam aləmi 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 118
daxilində qadına ikinci dərəcəli varlıq kimi baxan, çox zaman 
hüquqsuz, cəmiyyətdə heç bir rolu olmayan təbəqə sayan digər 
daşıyıcılardan (həm  Ərəb, həm də  İran sivilizasiyasından) 
fərqləndirir. 
 
Ellin mədəniyyəti dövründə Türk və  Qərb sivilizasiyaları 
arasında münasibətlər 
 
İndi isə tarixin müxtəlif mərhələlərində Türk sivilizasiyasının 
Qərb sivilizasiyası ilə  təmasından irəli gələn münasibətlərə baxaq. 
İlk öncə qeyd etməliyik ki, Türk və  Qərb sivilizasiyalarının ilk 
təmasları  məhz Qərb sivilizasiya daşıyıcılarının imperialist meyllər 
hesabına  Şərqə doğru genişlənməsi zamanı baş vermişdir. Belə ki, 
antik dövrdə bu iki sivilizasiyanın birbaşa təmas nöqtələri, ortaq 
sərhədləri mövcud olmamışdır. Ümumilikdə tək Türk sivilizasiyası 
deyil, bütövlükdə  Şərqi təmsil edən sivilizasiyaların  əksəri Qərb 
sivilizasiyası ilə ilkin olaraq Yunan və Roma imperiyalarının Şərqə 
doğru işğalçı yürüşləri zamanı  təmasda olmuşlar. Makedoniyalı 
İskəndərin Çin və Hindistana qədər uzanan Şərq yürüşü Ellin 
mədəniyyətinin bu böyük məkandakı müxtəlif sivilizasiyalara nüfuz 
etməsinin  əsasını qoymuşdur. Sonradan V əsrə  qədər  Şərqdə 
dövlətçilik  ənənələrini qorumuş ellinizmin timsalında  Şərqdəki 
sivilizasiyalar tərəfindən Qərb dəyərlərinin necə qarşılandığını 
görmək mümkündür. Bu zaman isə bizim tədqiqat üçün maraqlı olan 
Türk-Qərb sivilizasiyalararası münasibətlərini digərləri ilə müqayisə 
etmək imkanı yaranır.  
Ellin  mədəniyyətinin  Şərqə nüfuzu zamanı  Şərqdəki fərqli 
sivilizasiya daşıyıcılarının (iran, hind, türk, ərəb) əks təsiri müxtəlif 
olmuşdur. Həmin dövrdə Yunan-İran münasibətlərinin kəskinliyinə 
(Yunan-İran müharibələri) baxmayaraq, ellin mədəniyyəti  İranda 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 119
(Selevkilər), Mərkəzi Asiyada (Yunan - Baktriya çarlığı), Hindistan 
yarımadasının  şimalında (Hind-Yunan çarlığı) hakim yunan 
sülalələrinin dövründə geniş yayılmışdır.  Əslində, Yunan-İran 
müharibələrindən sonra (e.ə.500-449) yunanların İran imperiyasının 
içərilərinə doğru həm siyasi, həm də  mədəni ekspansiyası 
başlamışdı. Kalli sülh müqaviləsinə (e.ə. 449) əsasən  İran Egey 
dənizindəki Hellespont və Bosfordakı ərazilərindən əl çəkmiş, Kiçik 
Asiyada yunan polislərinin istiqlaliyyətini tanımışdı. Makedoniyalı 
İskəndərin dövründə isə bu sərhədlər Asiyanın içərilərinə doğru 
genişlənmişdi. Lakin nə  qədər qəribə görünsə  də, biz məhz həmin 
dövrdə Qərb - İran sivilizasiyalarının harmoniyasının şahidi oluruq. 
Belə ki, böyük fateh öz imperiyasını  uğurla idarə etməyə imkan 
verəcək yeni bir “ellin-fars” aristokratiyasının yaranmasını arzu 
edirdi. Bu istiqamətdə ilk addım Suz yaxınlığındakı  təntənələrdə 
atılmışdı - burada bir neçə gün ərzində iki ölkənin nümayəndələrinin 
izdivac qurduğu toy çalınmışdı. Makedoniyalı  İskəndərin özü eyni 
zamanda iki fars şahzadəsi - Daranın qızı Satira və III Artakserksin 
qızı Parisatida ilə ailə qurmuş, eyni gündə 80 nəfər yunan və 
makedoniyalını yerli əyanların övladları ilə evləndirmişdi. Fars 
qızlarını özlərinə arvad etmiş on minlərlə döyüşçüyə bahalı 
hədiyyələr bağışlamışdı. Hər belə döyüşçü bir qızıl qədəhlə 
mükafatlandırılmışdı.
97
 Yəni, göründüyü kimi, gələcək naminə 
yaxınlaşmaq üçün addımlar atılırdı. 
Yunan-İran, eləcə  də, Yunan-Hind mədəniyyətlərinin 
harmoniyası öz təsdiqini həmin  ərazilərdə  aşkarlanan arxeoloji 
abidələrdə  də tapmışdır. Ellin mədəniyyətinin bu sivilizasiyalar 
tərəfindən qəbul olunması mədəni-dini sinkretizm növü olan yunan 
buddizminin təzahüründə özünün pik nöqtəsinə çatmışdır. Yunan 
                                                 
97
 http://az.wikipedia.org/wiki/Makedoniya 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə