Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə34/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   30   31   32   33   34   35   36   37   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 111
getmiş  mədəniyyət hesab edirdi. Beləliklə, yuxarıda göstərilən hər 
iki təsnifatda Qərb sivilizasiyası ilkin deyil, ikinci nəsil 
sivilizasiyalara aid edilir. Onun birinci nəsil sivilizasiyalar arasında 
xələfi isə qədim Yunan-Roma mədəniyyəti hesab olunur. 
Xristianlığın müasir Qərb sivilizasiyasının əsasında durduğuna 
və xristianlıq dedikdə  hətta pravoslav Bizansın belə  nəzərdə 
tutulmadığına diqqət yetirsək, bu fikirlərlə qismən razılaşmaq olar. 
Təsadüfi deyil ki, Qərb sivilizasiyası  bəzən “xristian sivilizasiyası” 
da adlandırılır. Amma biz, hazırkı  tədqiqatda Qərb sivilizasiyası 
dedikdə, onun xristianlıqdan əvvəlki klassik dövrünü də əhatə etməyi 
planlaşdırırıq. Xristianlığın Qərb sivilizasiyası üçün nə qədər böyük 
sistem yaradıcı element olmasına baxmayaraq, bu cəmiyyətin dinin 
nüfuz etmədiyi sahələrdə Ellin mədəniyyəti daşıyıcılarının varisi 
olduğuna  şübhəmiz olmadığından, qənaətimizin doğruluğuna 
inanırıq. Fikrimizcə, Qərb cəmiyyətinin formalaşması qədim Yunan 
və Roma imperiyası dövründən başlanır. Ellin mədəniyyətinin maddi 
və  mənəvi dəyərləri müasir Qərb sivilizasiyasının  əsas 
elementlərinin özülünü təşkil edir. Ellin arxitekturası, rum rəqəmləri, 
qədim dövrdə dünyada əsas ünsiyyət dillərindən olan yunan dili, 
hətta latın dili, Roma imperiyasının dövlətçilik  ənənələri, bütün 
Aralıq dənizi hövzəsini  əhatə edən yunan koloniyalarının maddi 
mədəniyyəti Qərb sivilizasiyasının bəşəriyyətə  bəxş etdiyi müsbət 
xüsusiyyətlərinin  əsasında durduğu kimi, yunan şəhər-dövlətlərinin 
və Roma imperiyasının saraylarında elitar təbəqənin mənəvi-əxlaqi 
tənəzzülü, imperiya xislətindən doğan işğalçılıq, quldarlıq dövrünün 
xüsusiyyətlərindən irəli gələn insana qarşı antihumanist davranış, 
qladiator döyüşləri və başqa nüanslar Qərb sivilizasiyasının mənfi 
xüsusiyyətlərinin  əsasında dayanmaqla bu sivilizasiyanın genetik 
kodunu təşkil edir. Xristianlıq isə bu sivilizasiyaya sonradan daxil 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 112
olsa da, sistemin nüvəsini təşkil edəcək bir elementə çevrilmişdir. 
Lakin xristianlığın qəbul edilməsi Avropa cəmiyyətində bir 
sivilizasiyanın digəri ilə - Ellin sivilizasiyasının Qərb sivilizasiyası 
ilə - əvəzlənməsi ilə deyil, sadəcə sivilizasiya dəyərlərində yeni 
başlıca elementin üstün mövqe qazanması ilə nəticələnmişdir. Antik 
dövrün mədəni dəyərləri isə dini etiqad istisna olmaqla Qərb 
sivilizasiyasında heç də yeniləri ilə  əvəz olunmadı, daha çox öz 
varlığını saxlamış oldu. Beləliklə,  Şərqdə yaranmış birinci nəsil 
sivilizasiyalarla (Çin, Şumer, Misir, Hind) tam həmyaşıd olmasa da, 
Qərb sivilizasiyasının eramızdan əvvəl yaranmağa başladığını nəzərə 
alaraq, onu birinci nəsil daşıyıcılara aid etmək olar. 
Eyni zamanda göstərmək lazımdır ki, xristianlığın Qərb 
sivilizasiyasının  əsas dəyərinə çevrilməsi ilə yanaşı  Qərb 
sivilizasiyasının  əvvəlki dövrdən qalmış bir sıra elementləri dini 
düşüncə olaraq xristianlığa yad olsa belə, yeni din tərəfindən qəbul 
edilmişdir. Yəni xristianlıq və  Qərbin antik mədəniyyəti qarşılıqlı 
olaraq çulğalaşdılar, dəyərlərin eyniyyət təşkil etməsinədək 
sinxronlaşdılar və əlbəttə ki, bu proses zamanı hər iki tərəf qarşılıqlı 
olaraq ümumi dəyərlər naminə bəzi xüsusiyyətlərdən imtina etməli 
oldu. Xristianlığın ümumqərb dəyərinə çevrilməsində Roma 
imperiyasının müstəsna xidməti olmuşdur. Yoxsa ki, Fələstində 
yəhudi cəmiyyətində yaradılan bir dinin Qərb sivilizasiyası üçün 
sistem yaradıcı element olaraq formalaşması olduqca dumanlı 
görünür. Roma imperiyasında xristianlıq  əvvəlcə qullar, kasıblar 
arasında yayılırdı. Dözülməz  şəraitdə yaşayan bu adamlar 
xristianlıqda nicat yolunu axtarırdı, bu ideya onlara mənəvi qida 
verirdi. Lakin sonra xristianlığı  tədricən varlı zümrələrin 
nümayəndələri də  qəbul etməyə başladılar. Məsələ bundadır ki, 
Roma imperiyasında yayılmış  ənənəvi bütpərəst inanclar artıq 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 113
cəmiyyətdə təsir gücünü itirmişdi. Bütpərəstlik Roma imperiyasında 
hökm sürən  ədalətsizliyin və istibdadın rəmzinə çevrilmişdi. Buna 
görə də imperiyada müxtəlif qeyri-ənənəvi dinlər yayılırdı. Onların 
arasında Misir tanrıları İzida və Osiris, İran tanrısı Mitranın kultlarını 
xüsusilə qeyd etmək lazımdır. Belə ki, bir vaxtlar onlar Romada 
xristianlıqla ciddi rəqabət aparırdı. Hətta bəzi tədqiqatçılara görə, 
həmin dövrdə  geniş yayılan mitraizmin
95
 bir sıra inancları sonralar 
xristianlığa daxil olmuşdur. Belə ki, məsələn, ölən və dirilən tanrı 
ideyası mitraizmin əsaslarından biri idi. İsa peyğəmbərin zühuru ilə 
bağlı əfsanə yəqin ki, burdan götürülmüşdü. Lakin sonda xristianlıq 
bu rəqabətdən qalib çıxa bildi. Romada geniş xalq kütlələri 
tərəfindən xristianlığın qəbul edilməsi prosesi kilsənin və keşiş 
zümrəsinin yaranması ilə  nəticələndi. Getdikcə bu dində 
təşkilatlanma prosesi gücləndi və onun strukturları imperiyanın 
ictimai-siyasi həyatında aparıcı rol oynamağa başladı.  İmperator 
Konstantinin (306-337) hakimiyyəti zamanı isə, kilsənin dövlət 
maraqlarına qulluq etməsi məqsədi ilə, xristianlıq rəsmi dövlət dini 
elan edildi. Bundan sonra bütün bütpərəst məbədlərinin bağlanması 
prosesi başlandı. Nəhayət, 451-ci ildə Xalkedon
 
kilsə yığıncağı son 
olaraq həm Qərbi, həm də  Şərqi Roma imperiyasında xristianlığı 
rəsmi dövlət dini kimi təsdiq etdi.  
                                                 
95
Mitraizm Roma imperiyasında xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan 
İran mənşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun 
mübarizəsi kontekstində görür və izah edirdilər. Mitra arilərin panteonunun 
tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu 
Səhər işığının Tanrısı adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti 
dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı 
xeyir tanrısı olan Ahura-Məzda yaradıb və ona ibadət etmək vacibdir. Xristianlığın 
mitraizmlə bir sıra oxşar cəhətləri vardır. Məsələn, 274-cü ildən başlayaraq, hər ilin 25 
dekabr günü, imperator Avrelianın  əmri ilə günəş tanrısı Mitranın anadan olan günü 
kimi qeyd edilirdi. IV əsrdən xristianlar bu günü İsanın anadan olan günü kimi qeyd 
etməyə başlamışlar. Bu adət bizim zəmanəmizə qədər davam edir. 
 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə