Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə32/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   28   29   30   31   32   33   34   35   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 104
Ərəb Şərqi ilə və mümkündür ki, Çinlə ittifaqda Rusiya.... İran bu 
gün Rusiyanın nəinki Orta Asiya və Zaqafqaziyanın postsovet 
məkanındakı qanuni geopolitik maraqlarına, hətta Rusiya 
Federasiyasının özünün bütövlüyünə  təhlükə törədən, Türkiyə 
tərəfindən yeridilən pantürkizm siyasətinə qarşı mübarizəsində 
onun təbii müttəfiqidir”
89
. Göründüyü kimi, Rusiyanın 
geoplanlarında Türkiyə rəqib kimi göstərilir.  
Geosiyasi müstəvidə Türkiyə-Rusiya 
əlaqələrini 
qiymətləndirmək üçün biz tarixi keçmişdə baş verən hadisələrin 
xronologiyası  və gedişi ilə bağlı  məqamlara çox da toxunmaq 
istəmirik. Çünki təkcə Osmanlı-Rusiya münasibətlərinə  ətraflı 
baxmaq üçün kifayət qədər böyük həcmdə material var və belə olan 
halda biz araşdırmanın  əsas məqsədindən uzaqlaşa bilərik. Qısa 
xarakteristika versək, Osmanlı-Rusiya münasibətləri ilə bağlı 
demək olar ki, XVII əsrədək Osmanlı imperiyası daha güclü 
imperiya idi və geosiyasi səhnədə Rusiya onunla rəqabət aparmaq 
qüdrətində olmamışdır. Yalnız I Pyotrun islahatlarından sonra 
Rusiya Osmanlı ilə  bərabər imkanlara malik siyasi güc olaraq 
ortaya çıxmışdır. Rusiya-Osmanlı münasibətlərinin 500 illik tarixi 
ərzində 47 il müharibəyə  həsr olunmuşdur. Təkcə iki yüzillik 
(1676-1878-ci illər) zaman periodunda 10 rus-türk müharibəsi 
olmuşdur. I dünya müharibəsinə  ərazicə ən böyük imperiyalardan 
biri kimi girən hər iki dövlət, müharibədən siyasi sistemləri 
çökmüş, imperiya ambisiyalarını uduzmuş  və yeni siyasi inkişaf 
tarixinə malik ölkələr kimi çıxdılar. Yeni varislər Sovetlər Birliyi - 
Türkiyə Cümhuriyyəti dövründə  də ikitərəfli münasibətlər 
                                                 
89
 Панарин Александр Сергеевич. Глобальное политическое прогнозирование. 
Москва, 2000, стр. 347 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 105
gərginliyi ilə seçilirdi. Fərqli siyasi qütbləri təmsil edən tərəflər 
arasında yaxınlaşma olmadı.  
Beləliklə, münasibətdə olduqları bütün tarixi dövr ərzində Türk 
və Pravoslav-Slavyan sivilizasiyalarının  əlaqələrində bir təzad 
müşahidə olunmaqdadır. Belə ki, sivilizasiya müstəvisində bu iki 
mədəni tipin xüsusiyyətlərində bir uyumluluq müşahidə olunsa da, 
geopolitik səhnədə rəqabət və qarşıdurma xarakterikdir. Daha maraqlı 
olan budur ki, bu qarşıdurmanın ən başlıca səbəblərindən biri hər iki 
sivilizasiyanın - “Çöl”ü təmsil edən Türk və “Meşə”ni təmsil edən 
Pravoslav-Slavyan sivilizasiyaları – özləri üçün yad olan təbii landşaft 
üzərində hökmranlıq iddiası, yəni dənizlərə  çıxışla  əlaqədar 
yaranmışdır.  
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 106
 
TÜRK SİVİLİZASİYASININ  
QƏRB  SİVİLİZASİYASI İLƏ MÜNASİBƏTLƏRİ 
 
“Şovinizmlə kosmopolitizm arasında köklü fərq yoxdur. 
Kosmopolit millətlər arasında fərqlilikləri qəbul etmir, 
Avropa kosmopolitləri isə “sivilizasiya” anlayışı altında 
hər zaman roman-german tayfalarının mədəniyyətini, 
“sivil” olaraq isə - həmin roman və germanları başa 
düşmüşlər. Şovinist hesab edir ki, dünyada ən yaxşı xalq 
məhz onun xalqıdır. Bütün digərləri ona tabe 
olmalıdırlar, onun dinini, dilini və  mədəniyyətini qəbul 
etməklə onunla birləşməlidirlər.  
 
Şovinizm və kosmopolitizm arasında birbaşa paralellik 
mövcuddur. Fərq yalnız ondadır ki, şovinist kosmopolitə 
nisbətən daha dar etnik qrupu götürür. Fərq prinsipdə 
deyil, yalnız dərəcədədir.” 
Nikolay Trubetskoy 
 
        Qərb sivilizasiyası və Avropa   
 
əşər tarixinin yaranışından indiyə  qədər Qərb 
sivilizasiyası istisna olmaqla, hərfi mənada coğrafi 
termin ilə adlandırılan heç bir digər sivilizasiyaya rast 
gəlinməmişdir. Sivilizasiyaların birinci nəslindən müasir 
dövr mərhələsinədək yalnız Qərb sivilizasiyası bu mənada 
fərqləndirilmişdir. Çünki ondan başqa nə  Şimal, nə  Cənub, nə  də 
Şərq adlı sivilizasiya mövcud deyil. Doğrudur, elmi ədəbiyyatlarda 
biz Şərq mədəniyyəti, bəzən isə hətta Şərq sivilizasiyası anlayışlarına 
rast gəlirik. Amma sırf sivilizasiya parametrləri üzrə  Şərq vahid 
dəyərləri təmsil edən bir qrup təşkil etmir, müxtəlif aspektlərdən 
yanaşdıqda olduqca rəngarəngdir və yalnız coğrafi məfhum olaraq 
vahid kriteriya üzrə təsnifləşdirildikdə düzgün səciyyə daşıyır. Asiya 
B


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 107
ilə müqayisədə Avropa bəzi xarakterik xüsusiyyətləri nəzərə 
almasaq, vahid dini, birgə  mədəni, tarixi xüsusiyyətləri daşıyan 
sivilizasiyanı təmsil edir. Asiyaya isə belə bir vahid sivilizasiya (Şərq 
sivilizasiyası) kimi yanaşmaq mümkün deyildir. Çünki Şərq bir-
birindən köklü surətdə  fərqlənən, müxtəlif maddi və  mənəvi 
dəyərləri bölüşən, hətta öz aralarında harmoniyadan daha çox 
disharmoniya ilə seçilən bir neçə sivilizasiyanın vətənidir və onlar 
haqqında vahid dəyərlər sisteminin daşıyıcısı kimi danışmaq 
mümkünsüzdür.  
Lakin bu yerdə qeyd etməliyik ki, Şərqdən fərqli olaraq Qərbin 
vahid dəyərlər sistemini bölüşməsinə baxmayaraq, Qərb 
sivilizasiyasının formalaşdığı əsas mənbələrin Şərqlə bağlılığı xüsusi 
maraq doğurur. Türkiyəli alim Orxan Okay bununla bağlı yazır: 
“Qərb sivilizasiyası iki əsas mənbədən qidalanmışdır: mədəniyyət və 
incəsənət - yunan-latın köklərindən, dünyagörüşü, fəlsəfə və əxlaq - 
xristianlıqdan. Hər iki mənbə  Şərqlə bağlıdır. Avropada “yunan 
möcüzəsi” adlandırılan Yunan sivilizasiyasının ilk mənbələri Misir 
və bir qədər də  əvvəl  Şumer sivilizasiyasına  əsaslanır, onlardan 
böyük ölçüdə  təsirlənmişdir. Eyni zamanda xristianlıq da bütün 
monoteist dinlər kimi Yaxın  Şərqdə yaranmışdır. Amma ilkin 
yaranış  mənbələrinin  Şərqlə bağlılığına baxmayaraq, qəbul etmək 
lazımdır ki, Avropa öz sivilizasiyasını düşüncə  və  mədəniyyətdə 
böyük dəyişiklik - Renessans hesabına yaratmışdır”.
90
    
Müasir dövrdə  Qərb sivilizasiyası qlobal miqyasda ən aktiv 
mədəni tip olaraq görünür. Formalaşmağa başladığı dövrdən 
başlayaraq tarixin müxtəlif zamanlarında sərhədlərini  əhəmiyyətli 
dərəcədə genişləndirməsinə baxmayaraq, Qərb sivilizasiyası  bəşər 
                                                 
90
 История Османского государства, общества и цивилизации. Под редакцией 
Экмеледдина Ихсаноглу. Том 2, Москва: Восточная литература. РАН, 2006,      
стр. 92 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə