Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə31/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   27   28   29   30   31   32   33   34   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 101
ərazilərinin genişlənməsi və Rusiyanın Avrasiyanın aparıcı 
imperiyalarından birinə çevrilməsinin mühüm rolu olmuşdur. 
Geopolitik baxımdan Türk sivilizasiya daşıyıcıları ilə münasibətlər 
və geosiyasi hökmranlıq uğrunda mübarizə dövrü isə 
mərkəzləşdirilmiş rus dövlətinin yaranmasından sonrakı dövrə 
təsadüf edir.  
Rus geosiyasi nəzəriyyələri ölkənin gələcək inkişafı, Qərbə 
yaxud Şərqə doğru inkişaf yönümünə üstünlük verilməsindən asılı 
olaraq formalaşmışdır. Rusiyanın Qərbə doğru inkişafının 
tərəfdarları iki fərqli nəzəri məktəbi təmsil edirdilər: qərbçilər və 
slavyanofillər. A.İ.Gertsen, K.D.Kavelin, N.V.Stankeviç, 
Q.Belinskinin təmsil etdiyi qərbçilər cəbhəsi hesab edirdi ki, 
Rusiya ümumdünya sivilizasiyasının inkişaf yolu ilə gedərək Qərbi 
Avropa ilə birgə hərəkət etməlidir. Onlara görə, Rusiyanın Qərbdən 
fərqlənən və özünəməxsusluğu ilə seçilən keçmiş tarixi inkişafı       
I Pyotr tərəfindən dayandırılmış  və  Qərbə, ümumi sivilizasiyaya 
doğru bir istiqamət almışdır. Onlar Pyotrun bu siyasətini 
dəstəkləyərək belə hesab edirdilər ki, Rusiya yalnız Qərbə doğru 
istiqamət almaqla bəşəri sivilizasiya istiqamətində  hərəkət 
etməlidir. 
Slavyanofillər isə  hər bir ölkə  və xalqın özünəməxsus 
mədəniyyətə malik olduğunu iddia edirdilər. Bu cərəyanın 
tərəfdarları  qərbçilərin  əksinə olaraq I Pyotrun Rusiyanın milli 
mənafeyinə  zərbə vurduğunu, tamam fərqli mədəniyyətə
mentalitetə malik olduğu halda onu zorla avropalaşdırdığını, Qərb 
dəyərləri ilə yerli adət-ənənələri qarışdırdığını və bununla da mənfi 
nəticələrə apardığını düşünürdülər. Onlar hesab edirdilər ki, Rusiya 
öz yolu ilə gedərək Avropanın xristian əhalisinə pravoslavlığı təbliğ 
etməli və onları ümumslavyan sivilizasiyası 
ətrafında 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 102
birləşdirməlidir. Bu cərəyanın tərəfdarlarından olan Vladimir 
İvanoviç Lamanski (1833 - 1914) təklif edirdi ki, slavyanlığı vahid 
bir prinsip və ideya kimi bütün Avropaya qəbul etdirərək
Avrasiyanın aparıcı geosiyasi ideyalarından birinə çevirmək 
lazımdır. Onun fikrincə, “Rusiya imperiyası  Mərkəzi Asiyanın 
ərazilərini tərkibində birləşdirməklə  və alternativ ideya ortaya 
qoymaqla Avropada ən geniş yayılmış  və  ən çox inkişaf etmiş 
roman-german dünyasına və dünyagörüşünə qalib gələ bilər”.
87
 
Beləliklə, fərqli yanaşmalar olsa da, qərbçilər və slavyanofillər 
Rusiyanın inkişafını və taleyini Qərbə bağlayırdılar. Buna görə qeyd 
olunan geosiyasi yanaşmalarda Rusiyanın Türk sivilizasiya 
daşıyıcıları ilə münasibətlərinə toxunulmur.  
Bu baxımdan, geosiyasi müstəvidə Rusiyanın Türk sivilizasiya 
daşıyıcıları ilə  əlaqələri ilə bağlı  nəzəri yanaşmalara digər geosiyasi 
cərəyan və  nəzəriyyələrdə rast gəlirik. Hətta Rusiya imperiyasının 
yalnız slavyanlardan təşkil olunmasının onun ümumdünya ruhuna 
xələl gətirdiyini, Avrasiya və dünya sivilizasiyasına yolunu 
bağlaması ilə  əlaqədar iddialarla çıxış edən Avrasiyaçı  məktəbin 
nümayəndələri Rusiyanın imperiya maraqlarına xidmət etsə belə, 
Rusiyanın taixi keçmişində və gələcək inkişafında  Şərqə üstünlük 
verir, dolayısı ilə Türk sivilizasiyası ilə  əlaqədar məqamlara da 
toxunurlar.  
Uzun illər davam edən Osmanlı-Rusiya qarşıdurması, XX 
əsrin  əvvəllərində Osmanlı imperiyasının dağılması  və Rusiyanın 
fövqəldövlət statusuna keçməsi ilə yeni mərhələyə  qədəm qoydu. 
Bu dövrdən sonra hər iki sivilizasiya daşıyıcıları arasında 
münasibətlər bir tərəfən Rusiya-Türkiyə, digər tərəfdən isə Rusiya-
                                                 
87
 Исаев И.А., Золотухина Н.М. История политических и правовых учений России 
XI-XX вв. Москва, 1995, стр. 258 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 103
Sovetlər Birliyi daxilində, sonradan isə müstəqillik qazanan yeni 
türk dövlətləri ilə  əlaqələr istiqamətində inkişaf etməkdədir. 
Əslində üçüncü bir istiqamət olaraq Rusiyanın öz daxilindəki türk 
xalqları ilə münasibətlərini də müəyyənləşdirmək nəzəri cəhətdən 
mümkündür. Sadəcə, hazırda Rusiya Federasiyası daxilində türk 
dövlət qurumları  və  cəmiyyəti müstəqil siyasi-mədəni tip olaraq 
hələlik özünəməxsus cəhətləri tam formalaşdıra bilməmişlər. Buna 
görə  də üçüncü istiqamətdə münasibətlərə geosiyasi yanaşma 
özünü doğrultmaya bilər.  
İlk növbədə Rusiya geosiyasətində türkçülüyə dair mövqeyi əks 
etdirən bəzi məqamlara aydınlıq gətirmək üçün bir sıra nəzəri 
yanaşmalara toxunmağı zəruri hesab edirik. Ukraynalı alim professor 
Vladimir Aleksandroviç Derqaçev geopolitik səhnədə Turanı 
Rusiyanın siyasi maraqları qarşısında ən böyük maneə görür. O yazır: 
“Pantürkizm nəzəriyyəsi və eynidinli, eyniqanlı Türkiyə ilə türk 
dövlətlərinin birliyinin - “Böyük Turan”ın yaradılması ideyası slavyan 
geotipli avrasiyaçılığa qarşı  ən güclü qütbdür”.
88
 Bu  mülahizələrdən 
belə görünür ki, Türkiyənin Sovet imperiyasından azad olmuş 
müstəqil dövlətlərlə birliyi, eləcə  də Rusiya daxilində türk 
respublikalarında türkçülük ideyasının dalğalanması Rusiyanın siyasi 
maraqları üçün başlıca təhlükə hesab edilir. 
Başqa bir rus ideoloqu Aleksandr Serqeyeviç Panarin (1940 - 
2003) də Rusiyanın Qərbə qarşı mübarizəsində ənənəvi müttəfiqlər 
sırasında Türk sivilizasiyası daşıyıcılarını görmür. Qütbləşmə 
mərhələsində türk dünyasını daha çox rəqib hesab edir. Onun 
fikrincə, “artıq Rusiya Qərbin meydan oxumasına qarşı  Şərq 
cavabını vermək fazasındadır. Yaradılacaq yeni ikiqütblü dünyada 
bir tərəfdə ABŞ-ın başçılığı ilə Qərb, digər tərəfdə isə Hindistanla, 
                                                 
88
 Дергачев Владимир Александрович. Геополитика. Киев, 2000, стр. 249  


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə