Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə39/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   35   36   37   38   39   40   41   42   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 126
tərzinə üstünlük verənlər və ya yeni hökmdarlara (türklərə) qarşı 
olanlar çoxluq təşkil edirdi. Bu səbəbdən də yerli əhalinin səlibçilərə 
qarşı nisbətən loyal münasibəti müşahidə edilirdi. Ancaq bununla 
belə, səlib müharibələrinin hansı sivilizasiya təmsilçilərinin 
toqquşmasını  əks etdirməsi ilə bağlı ortaya sual çıxır. Yəni, 
səlibçilərin qarşısında Türk, yoxsa Ərəb sivilizasiya təmsilçiləri 
dayanmışdılar. Çünki əgər  ərəbləri nəzərdə tuturlarsa, belə olan 
halda VII əsrdən aktiv passionarlıq dövrü yaşayan  ərəblərin 
zamanında səlibçilərin iddia etdikləri müqəddəs torpağı azad etməyə 
ehtiyac yox idimi? Digər halda Osmanlı imperiyasının Qərbə doğru 
genişlənməsi zamanı ona müqavimət göstərən Avropa dövlətləri 
xristian işbirliyi ideyası ilə birləşmişdilər. Lakin ərəblərin İspaniyanı 
ilhaqı  və  İspaniyadan Avropaya doğru hücumları zamanı niyə xaç 
birliyi ideyası yaranmırdı? Belədə aydın görünür ki, xaç yürüşləri 
Qərb sivilizasiyasının məhz Türk sivilizasiyasına qarşı mübarizəsi 
olmuşdur.     
Səlib yürüşlərinin niyə  Qərb - Şərq sivilizasiyalarının (Şərq 
dedikdə  həmin dövr bu ərazidə mövcud olan Türk, Ərəb,  İran 
sivilizasiya daşıyıcılarının birliyini nəzərdə tuturuq) toqquşması 
deyil, məhz Qərb - Türk sivilizasiyalararası qarşıdurma olduğuna 
aydınlıq gətirmək üçün bu hadisələrin baş verdiyi dövrdə regionun 
tarixi mənzərəsinə baxmaq lazımdır. Səlibçilərin yürüşlərinin  əsas 
hədəfi olan “müqəddəs torpaqlar”ın yerləşdiyi Aralıq dənizi sahili 
(bu  ərazi tarixi mənbələrdə Levant adlanır)  ərazi XI əsrdə Bizans 
imperiyasının, Misir Fatimilər Xilafətinin (909-1171-ci illər) və 
Böyük Səlcuq Sultanlığının nüfuz dairəsində idi. Türklərin şərqdən 
aramsız hücumları qarşısında zəifləyən Bizans imperiyası bu 
regionda böyük ərazilər itirmişdi və mövqeləri zəifləmişdi. Bizans 
səlibçiləri öz ərazisindən ötürməklə düşmənlərini real təhlükə 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 127
qarşısında qoymaq və bununla türklərə zərbə vurmaq istəyirdi. Digər 
tərəfdən Fatimilər Xilafəti Misir, Tunis, Siciliya, Malta, Levant, 
Hicaz (Yəmən) və Suriyadakı Aralıq dənizi limanlarına nəzarət 
edirdi. Fatimilər Xilafətinin artıq  əsas rəqibi Bizans deyil, Səlcuq 
Sultanlığı idi. Belə bir şəraitdə Ərəb sivilizasiyasının daşıyıcısı olan 
Fatimilər səlibçilərə qarşı aktiv mübarizə aparmadılar, xristian 
ideyası altında birləşən müxtəlif Qərb xalqlarına qarşı səlcuq türkləri 
ilə birgə ittifaq yaratmadılar.  Əksinə, tarixi hadisələrin göstərdiyi 
kimi, türkləri zəiflətmək üçün onları  səlibçilərlə mübarizədə 
meydanda tək qoydular.  
Əslində  həmin dövrdə Aralıq dənizində limanlara sahib olan 
Fatimilər dənizdə  səlibçilərə qarşı vuruşaraq və onları limanlara 
buraxmamaqla lap əvvəldən bu yürüşün qarşısını birdəfəlik ala 
bilərdilər. Doğrudur, tarixi mənbələrdə Fatimilər Xilafətinin 
ordularının səlibçilərə qarşı bir neçə döyüşləri haqqında faktlar var. 
Belə ki, 1099-cu ildə  vəzir  Əl-Əfdalın rəhbərliyi altında Fatimilər 
Fələstinə ordu çıxartmış, 1109-cu ildə Tripoli işğal olunduqdan sonra 
Misir donanması köməyə gəlmişdi (donanma 8 gün yubandığından 
döyüşün taleyinə  təsir göstərə bilməmişdi). Amma fakt faktlığında 
qalır ki, Misir Xilafəti səlibçilərlə mübarizədə  əsaslı rol oynaya 
bilməmiş  və ya bunu heç istəməmişdir. Alman tədqiqatçısı 
M.A.Kyeler bəzi müsəlman mənbələrinə istinad edərək iddia edir ki: 
“Fatimilər istəmirdilər ki, Suriyanın türk hökmdarları onların birbaşa 
qonşusu olsunlar və ümumilikdə onlar özləri ilə türklər arasında 
bufer zonanın saxlanmasında maraqlı idilər. Ona görə də Fatimilərin 
səlibçilərə qarşı döyüşlərinin məqsədi bir dəniz dövləti kimi öz 
maraqlarına uyğun olaraq Suriya limanlarının müdafiəsi idi. Digər 
hallarda onların səlibçilərə qarşı münasibəti düşünülmüş  şəkildə 
formallıqdan başqa bir şey deyildi. Bu səbəbdəndir ki, Misir ordusu 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 128
və donanması  səlibçilərə qarşı  əhəmiyyətli bir təsir göstərə 
bilməmişdir”.
101
   
Digər tərəfdən Suriyanın yerli əhalisi də türklərə sadiq 
deyildilər və onlar da Fatimilər kimi səlibçilərlə razılaşmalara 
üstünlük verirdilər. Hələbdən olan tarixçi İbn  əl-Ədimin 
məlumatlarına görə “Hələbin siyasi elitası  səlibçilərin (frankların- 
ərəb mənbələrində səlibçiləri həmin dövrdə “firəng” adlandırırdılar) 
Suriyada davamlı qalmasına razılıqla baxırdı, çünki bu onların 
şəhərinin müstəqil statusunun həmişəlik saxlanılmasına kömək 
edirdi”.
102
 Həmin dövrdə  səlibçilərlə razılığa gedən, zaman-zaman 
ittifaq yaradan üçüncü bir qüvvə isə “assasin”lər olmuşlar. 
İsmailiyyə təriqətinin gizli bir qrupunu təşkil edən assasinlər əsasən 
siyasi terrorla məşhurlaşmışdılar. Həsən Sabbahın (1035-1124) 
dövründə  İranda  Ələmut qalasında möhkəmlənən bu mistik qrup 
həmin dövrdə bir çox görkəmli dövlət xadimi və  sərkərdələrin 
öldürülməsində  şübhəli bilinirdilər. Hətta Böyük Səlcuq 
Sultanlığının vəziri Nizamilmülkün (1018-1092) də  qətlini təşkil 
etmişdilər. Səlib yürüşləri zamanı onların ayrı-ayrı cəngavərlərə qarşı 
sui-qəsdlər təşkil etmələri haqqında da məlumatlar var və elə bu 
səbəbdən hətta Avropada belə assasinlər vahimə yaradırdılar. Amma 
tarixi mənbələrdə onların bəzən səlibçilərlə - cəngavər ordeni 
“tampliyer”lərlə birgə  hərəkət etməsi, ittifaq qurması ilə bağlı 
məlumatlar da var. Beləliklə, göründüyü kimi, səlib yürüşləri zamanı 
Qərb sivilizasiyasının qarşısında duran əsas qüvvə Türk sivilizasiya 
daşıyıcıları olmuşdur. Regionda digər sivilizasiya daşıyıcıları 
müxtəlif səbəblərdən Qərbin xristian hücumuna cavab verməmiş, 
hətta bəzən türklərə qarşı onlarla əlbir olmuşlar.  
                                                 
101
 Кэрол Хилленбранд. Крестовые походы. Взгляд с востока мусульманская 
перспектива. Москва: Диля, 2008, стр. 92 
102
 Yenə orda, səh. 99 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə