Ərəstü Həbibbəyli



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə47/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 153
birinə zidd mədəniyyətə malik etnoslardır. Belə ki, həyat tərzinə 
baxdıqda uyğurlar dinamik, qaynayıb-qarışan, vuruşqandırlar, eyni 
zamanda torpağa bağlıdırlar. Çinlilər isə  əksinə, oturaq, təcrid 
olunmuş həyat tərzinə sadiqdirlər. Torpağa bağlılıq yalnız assimilyativ 
meyllidir. Buna görə  də çinlilər üçün doğma torpaq yox, daha çox 
sürətlə artan əhalinin tələbatını ödəmək üçün şərqə, qərbə, şimal və ya 
cənuba doğru olmasından asılı olmayaraq insana xidmət edən  ərazi 
maraqlıdır. Yəni, etnosa bağlılıq var. İkincisi, hətta mətbəxləri belə 
fərqlidir. Bunu niyə xüsusi vurğulayırıq? Çünki qida rasionu insanın 
xarakterinin formalaşmasına təsir edən mühüm amillərdən biridir. 
Misal üçün, balıq məhsullarına üstünlük verənlərlə əti üstün tutanlar 
arasında bütün parametrlər üzrə fərqliliklər müşahidə olunur. Uyğurlar 
ətə  və süd məhsullarına üstünlük verir, donuz əti yemirlər; dəniz 
məhsulları da, təbii olaraq onlar üçün yaddır. Çinlilər isə əksinə, hətta 
öz düşmənlərindən fərqlənmək üçün uzun əsrlər süd məhsulları ilə 
qidalanmamışlar. Dini baxımdan baxsaq, uyğurlar inanclara 
bağlıdırlar.  İstər islam olsun, istər islamaqədərki dövrdə  təkAllahlı 
Tenqriyə, maniçiliyə, hətta nestorianlığa münasibətdə uyğurlar 
monoteist olmuşlar. Çinlilərdə isə ümumən dini bağlılıq daim zəif 
olmuşdur. Ənənə hər zaman dini üstələmişdir. Bütün bunlar isə Çin 
mədəniyyətinin uyğurlara nüfuz etməsinə imkan verməmişdir. 
Əslində uyğurların azadlıq mübarizəsində bir mədəniyyətlərarası 
savaş və ya dəqiq desək, uzun tarixi dövr ərzində davam edən bu iki 
mədəniyyətin mübarizəsində növbəti bir mərhələnin əlaməti görünür. 
Çin və türk (uyğur) mədəniyyətlərinin barışmazlığı fonunda 
uyğurların milli mənliyinin qorunub saxlanmasına xidmət edən bəzi 
amilləri də vurğulamaq lazımdır. Fikrimcə, hazırkı dövrdə bu, uyğur 
yazısının  ərəb  əlifbasına  əsaslanması  və uyğurların müsəlman 
olmasıdır. Hər iki faktor əslində uyğurların özünü təcrid etməsinə 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 154
şərait yaratmaqla bərabər, milli özünəməxsusluğun qorunmasında 
əvəzsiz rol oynayır. Ərəb əlifbası uyğurların islam mədəniyyətindən 
qopmamasına  şərait yaradır. Çin heroqlifləri və müvafiq təhsil 
sisteminə ikinci dərəcəli münasibət dövlət ideologiyasına bir mənada 
yardım da etmiş olur. Belə ki, hiss olunur ki, mərkəz uyğurların təhsil 
səviyyəsinin aşağı olmasında maraqlıdır. Amma digər bir tərəfdən 
onsuz da Çin sistemində  təcrid olunan, inkişafına lazımı  şərait 
yaradılmayan uyğurlar üçün bu əlifba vahid islam mədəniyyətinə çıxış 
üçün yeganə vasitədir.  
Beləliklə, minillərdir təmasda olan Türk və Çin sivilizasiyası 
arasında münasibətlər disharmoniya xarakteri daşıyır. Onların 
təmsilçiləri öz təbii sərhədlərini aşaraq biri-digərinin  ərazisinə daxil 
olduqda heç zaman öz varlıqlarını, milli-mənəvi dəyərlərini saxlaya 
bilməmişlər. Buna görədir ki, bu iki sivilizasiyanın sərhədləri bəlkə də 
min illərdir ki, eyni qalmışdır, baş verən dəyişikliklər periodik 
olmuşdur. Çin sivilizasiyasını XXI əsrdə oyanacaq yatmış  əjdaha 
adlandırırlar. Digər tərəfdən də XXI əsr həm də “Türk əsri” hesab 
edilir. Ona görə də ola bilsin ki, bu yüzildə Türk və Çin sivilizasiyası 
arasında münasibətlər yeni bir aktivlik mərhələsi yaşasın. Fərqli 
sivilizasiya dəyərlərini təmsil etməsinə baxmayaraq, dünyada artan 
iqtisadi asılılıq və qloballaşma prosesləri mühitində münasibətlərin 
hansı istiqamətdə yüksələcəyini proqnozlaşdırmaq olduqca çətindir.   


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 155
 
TÜRK SİVİLİZASİYASI İSLAM MƏDƏNİYYƏTİNİN  
ƏHATƏ DAİRƏSİNDƏ  
 
İstisna deyil ki, bir dövlət dini, geopolitik 
oriyentasiyasına, daxil olduğu siyasi, iqtisadi, hüquqi 
məkana görə iki və daha çox sivilizasiyaya məxsus ola 
bilər. Yaxud bir sivilizasiya məkanında müxtəlif 
oriyentasiyalı, hətta ciddi konfliktləri olan dövlətlər 
strukturlaşa bilər.   
 
İslam-türk ittifaqının rəmzi açarı bu iki sözdədir: 
“Tanrı” və “Allah”. İslamı qəbul etməmişdən türklər 
“Tanrı” deyirdilər, qəbul edəndən sonra “Allah” 
dedilər. Hər iki sözdə ifadə olunan dünyagörüşlərinin 
rəqabət anları olsa da, ö sözlər bir-birini mənəviyyat 
taxtından salmadılar. Və  hər iki söz bu gün də 
dilimizdə öz əzəl anlamları ilə yan-yana işlənir.  
 
Rahid Ulusel 
 
üasir dövrümüzdə  Qərb elmi dairələrində  əksər 
hallarda Türk sivilizasiyasına müstəqil mədəni 
tip olaraq baxılmır.  Ən yaxşı halda Türk 
sivilizasiyası xüsusi mədəniyyət təmsilçisi olaraq İslam 
sivilizasiyasının subsivilizasiyası kimi təsnif edilir. İslam 
sivilizasiyası daxilində isə Türk mədəni tipi ilə yanaşı Ərəb, İran və 
bəzən Malay subsivilizasiyalarının olması fikri geniş yayılmışdır. 
Belə  təsnifat zamanı islam dini dünyagörüşü sivilizasiyanın  əsas 
sistemyaradıcı elementi olaraq götürülür və  mədəni tip üçün 
xarakterik olan bütün digər xüsusiyyətlər bununla əlaqələndirilir. 
Bizim fikrimizcə, bu cür yanaşma ümumi mənzərəni göstərmək 
üçün yetərli deyildir. Doğrudur, hazırda Türk sivilizasiyası islam 
mədəni dəyərlər sisteminin əhatə dairəsindədir və onun əksər 



Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə