Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə43/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 139
ildə Sin sülaləsindən olan Sin Şixuan Çini birləşdirdi və vahid 
imperiya elan etdi. Həmin dövrdə Çinin bütün dialektləri üçün 
vahid heroqliflər siyahısı  təsdiq olundu və bunların istifadəsini 
məcbur edən qərar verildi.  Beləliklə, Çində vahid dövlət və vahid 
yazı sistemi yarandı  və bu hadisə Çin sivilizasiyasının mədəni 
ənənələrinin ötürülməsində mühüm amil oldu.  
Tarixi  ədəbiyyatlarda qədim Çin dövlətinin inkişafında Xan 
sülaləsinin hakimiyyətinə (b.e.ə. 206-23) xüsusi diqqət ayırırlar. 
Geosiyasi anlamda mühüm əhəmiyyət kəsb edən məqam Xan 
sülaləsinin bu dövlətin fəaliyyətində  əksini tapmış real geostrateji 
proqramının mövcud olması idi. Çin sivilizasiyası üzrə 
mütəxəssislər bu geostrateji xəttin  əsasında üç əsas amilin 
dayandığını iddia edirlər: Çinin ərazi bütövlüyü, əhalinin getdikcə 
artması  tələbi və ictimai yaşayış normalarının, iyerarxiyalı 
idarəçiliyin dəyişməz qaydaları. Bu strateji xətt Xan hakimiyyətinin 
uğurlu idarəçiliyini və Çinin XVIII əsrə  qədərki sabit inkişafını 
təmin edən həqiqi bir geostrateji kod kimi dəyərləndirilir.
107
 
Geosiyasi kod hər bir ölkənin özü, qonşuları, dostları  və 
rəqibləri haqqında elmi institutlar və strateji araşdırma mərkəzləri  
tərəfindən hazırlanan düşüncələri, xarici siyasətinin vəzifə v 
əhədəflərini, geostrateji və  təhlükəsizlik doktrinalarını müəyyən 
edən qanunlar və fəaliyyətlər toplusudur.
108
 
Çin yazı sisteminin sivilizasiya elementi olaraq rolunu 
göstərən Həsən  Əzizoğlu (Həsənov) yazır: “Heroqliflər Çində 
sadəcə yazı vasitəsi deyil. Əsrlərlə heroqliflər çinlilərin zaman və 
məkan birliyini qoruyub saxlayıbdır. Məhz heroqliflər vasitəsi ilə 
                                                 
107
 Зенгер Х. Стратагемы. О китайском искусстве жить и выживать. Москва, 1995, 
стр. 116 
108
 Колосов В.А., Мироненко Н.С. Геополитика и политическая география. 
Москва: Аспект-Пресс, 2005, стр.26 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 140
hər yeni nəsil Çinin düşüncə mirasını qoruyub. Məhz heroqliflər 
dialekt fərqini aradan qaldırıb, çinlilərin milli düşüncəsini, milli 
birliklərini zaman və  məkanda yenilməz edib.”
109
 Beləliklə, Çin 
yazı sistemi bütün nəsildəyişmə  mərhələləri boyunca Çin 
sivilizasiyasının maddi və  mənəvi dəyərlərinin qorunub 
saxlanmasında müstəsna rola malik olmuşdur. 
Yazı mədəniyyətindən fərqli olaraq, yuxarıda sadalananlardan 
da göründüyü kimi, Çin sivilizasiyasında dini faktor sistem yaradıcı 
element kimi rol oynamamışdır. Təsadüfi deyildir ki, bu gün də 
Çində nisbətən daha geniş yayılmış buddizm belə Çin 
sivilizasiyasının xarakterik xüsusiyyətlərindən deyildir, kənardan 
qəbul olunmuşdur (buddizm çinlilərə Hind sivilizasiyasından 
ötürülmüşdür).  Əvəzində  fəlsəfi təlimlər Çin sivilizasiyası 
daşıyıcılarının mənəvi aləmində  və dünyagörüşündə mühüm rol 
oynamışdır. Bu baxımdan Konfutsi fəlsəfi təlimi və məktəbi xüsusi 
yer tutur. Belə ki, bu təlim həm daxildə cəmiyyətin sosial mühitinə, 
həm də  ətraf ölkələrə güclü təsir etmişdir. Təsadüfi deyildir ki, 
Konfutsi təlimi Xan imperiyasında rəsmi ideologiya, ümumilikdə 
isə  bəzən hətta dini əqidə kimi qəbul olunmuşdur. Beləliklə, 
cəmiyyət həyatının əksər sahələrini əhatə edən fəlsəfi təlimlər Çin 
cəmiyyətində dini ideologiyanı  əvəz edə bilmişdir. Çin mədəni 
ənənələrinin güclü sosial dayağı özgə dinlərin də Çinə daxil 
olmasının qarşısını almışdır. Müəyyən mənada buddizmi bir qədər 
fərqləndirmək olar ki, bu din Çində özünə daha çox tərəfdar tapa 
bilmişdir. Digər dinlərlə - atəşpərəstlik, maniçilik, xristian və 
islamla (monqol işğalı dövründə) sonrakı dövrdə  təmaslar Çinin 
mədəni həyatında  əsaslı iz qoya bilməmişdir.  Əvəzində, Konfutsi 
təlimi Çinin qonşularına öz təsirini göstərə bilmişdir. Doğrudur, 
                                                 
109
 Həsən Əzizoğlu (Həsənov). Türklüyümüz. Bakı: AzAtaM, 2007, səh.91 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 141
ümumilikdə qəbul etməliyik ki, Çin mədəniyyəti Çin sivilizasiyası 
hüdudlarından kənarda çox zaman qəbul olunmamışdır və ya çox 
zəif təsir imkanlarına malikdir. Bunun da bir sıra səbəbləri vardır 
ki, bunlardan biri də Çin sivilizasiya daşıyıcılarının özünə qapalı 
həyat tərzi ilə bağlıdır. Belə ki, onlar nəinki vətənlərində, hətta 
xaricdə belə daha çox qapalı  həyat tərzinə, təcrid olunmuş icma 
halında yaşamağa üstünlük verirlər. Özgələri ilə  təmasa xüsusi 
əhəmiyyət vermirlər. Bunun göstəricisidir ki, dünyadakı bütün 
böyük  şəhərlərdə çinlilərin kompakt yaşadıqları kvartallar 
(“çaynataun”) şəhərin ümumi ansamblından fərqlənir. Digər amillər 
də var, lakin onlar haqqında bir qədər sonra. İndi Konfutsi təliminin 
qonşu ölkələrin mədəni həyatına təsiri ilə bağlı məqama toxunmaq 
istərdik. Konkret olaraq bu fəlsəfi təlimin qonşu ölkələrdən Koreya 
və Yaponiyaya təsiri özünü daha qabarıq göstərir.  
Konfutsi təlimi Koreyaya 2000 il əvvəl daxil olmuş, buddizmi 
sıxışdırmış və yerli şamanizmlə harmoniyada cəmiyyət həyatına və 
mədəniyyətə  təsir baxımından aparıcı mövqeyə yiyələnmişdir. 
Yaponiyada bu təsir bir qədər fərqli olmuşdur. Konfutsi təlimi bura 
erkən orta əsrlərdə daxil olaraq sintoizm və buddizmlə  bərabər 
mövcud olmuşdur. Yapon cəmiyyətində Konfutsi ideyaları  qəbul 
olunurdu, amma qismən. Xüsusi diqqət imperator hakimiyyətinə 
tabeçiliklə bağlı  məqamlara çəkilirdi. Beləliklə, Konfutsi təlimi 
xaricdə  mədəni həyatdan daha çox imperiya hakimiyyətinin 
saxlanmasına yönəlmiş ideologiyada əksini tapmışdır. Bu fəlsəfi 
ideologiya digər mədəniyyətlər üçün ümumilikdə yad olmuş, 
cəmiyyət həyatına dərindən daxil ola bilməmişdir.  
Digər tərəfdən Çin sivilizasiyası qeyd olunan 
sivilizasiyalardan kifayət qədər bəhrələnmişdir və bu qonşu 
sivilizasiyaların bir sıra oxşar xüsusiyyətləri də mövcuddur. Bu 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə