Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə44/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   40   41   42   43   44   45   46   47   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 142
baxımdan, elmi ədəbiyyatlarda bəzən Çin sivilizasiyasının “Uzaq 
Şərq sivilizasiyası” adlandırılan qrupa daxil edilməsi hallarına da 
rast gəlirik. Bu qrupa Çin sivilizasiyası ilə bərabər Yaponiya, qədim 
Türk, Koreya mədəniyyətlərini daxil edirlər. Lakin adı  çəkilən 
mədəni tiplər arasında müqayisə apardıqda bunların bir-birindən 
olduqca fərqlənən mədəniyyətləri təmsil etdiklərinin şahidi oluruq. 
Beləliklə, fikrimizcə, “Uzaq Şərq” yalnız coğrafi cəhətdən bu 
mədəniyyətləri birləşdirir və sivilizasiya növü deyil, yalnız coğrafi 
ad olaraq düzgün məna verir. Samuel Hantinqton hətta təkcə Çin və 
Yapon sivilizasiyalarının bir qrupda birləşdirilməsini belə düzgün 
hesab etmədiyini bildirir və onlar arasında oxşarlıqdan daha çox 
fərqliliklər olduğunu qeyd edirdi.
110
 
 
Çin sivilizasiyasının geosiyasi xüsusiyyətləri 
Çin geosiyasəti özündə  həm dəniz, həm də kontinent 
xüsusiyyətləri daşıyır. Xarici siyasətdə heç zaman talassokratiyanın 
tam tərəfdarı olmamışdır və daha çox kontinental tellurokratiya 
prinsiplərinə  əsaslanmışdır. Buna görədir ki, qədim zamanlardan 
“Orta imperiya” adlandırılır. Amma XIX əsrin əvvəllərində - ölkə 
imperialist güclərin təsiri altına düşdüyü vaxtdan 1949-cu ilədək 
Çinin geosiyasəti atlantikyönlü olmuşdur.  
Hazırda isə geosiyasi səhnədə  vəziyyət köklü surətdə 
dəyişmişdir. Belə ki, artıq XXI əsrin - Çin sivilizasiyası əsri olacağı 
heç kəsdə şübhə oyatmır. Çin əksər iqtisadi göstəricilərinə görə son 
zamanlar neçə illərdir ki, sabit artım tempi göstərir və artıq iqtisadi 
baxımdan dünya nəhənginə çevrilmişdir. ÜDM həcminə görə Çin 
ABŞ-dan sonra ikinci ölkədir, valyuta-qızıl ehtiyatlarının həcminə 
görə isə Yaponiyanı üstələyərək ilk pilləni tutub. 2010-cu ildə Çin 
                                                 
110
 C.Хантингтон. Столкновение цивилизаций. Москва: АСТ, 2003, стр.84 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 143
ixracın həcmi üzrə göstəricidə Almaniyanı qabaqlayaraq birinci 
oldu. XX əsrin sonlarında dövlətin xarici siyasətdə vaxt udmaq 
strategiyası  məhz iqtisadi nəhəng olmağa hesablanmışdı  və öz 
effektini verdi. Artıq Çin geosiyasi arenada öz konturlarını 
genişləndirməyə başlamışdır. İlk hədəf “Böyük Çin”dir. Honkonq, 
Aomın, Tayvanı  əhatə edən bu areal siyasi cəhətdən artıq ilk 
ikisinin Çinə birləşdirilməsi ilə nəticələnib və iqtisadi planda Çinin 
gücünə güc qatıb.  İkinci dövrə  Cənub-Şərqi Asiya ölkələridir ki
Çin ASEAN daxilində vahid bazar yaratmaqla öz iqtisadi nüfuzunu 
bu regiona yaymağa, eləcə  də bir sıra iqtisadi problemlərini 
(məşğulluq, kapital axını, yeni bazarlar) həll etməyə çalışır. Üçüncü 
çərçivə isə Çinin bütün sərhəd boyunca hərəkətidir. Bu yöndə isə 
artıq Rusiya, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan 
istiqamətində yayılma arealı yaranıb. Belə ki, bu ölkələrə Çin işçi 
qüvvəsinin axını başlayıb, Çin kapitalı bu ölkə bazarlarında aparıcı 
yer tutur. Bütün bunlar isə Çinin geosiyasi planda 2030-2040-cı 
illərdə qlobal fövqəldövlətə çevrilməsi planlarının işartılarıdır.  
 
Çin və Türk sivilizasiyaları arasında münasibətlərin 
xarakterik cəhətləri 
 
Çin sivilizasiyası  İran sivilizasiyası ilə  bərabər türklərin tə-
masda olduğu ilk sivilizasiyalardandır. Əgər Türk sivilizasiyasının 
müxtəlif daşıyıcılarının  İran mədəniyyəti ilə  əlaqələri Ön Asiya, 
Qafqaz və Orta Asiya məkanında yaranmışdısa, Çin mədəniyyəti 
ilə qarşılıqlı  təmaslar Uzaq Şərqdə  bərqərar olmuşdur. Türk 
sivilizasiyasının hüdudlarının qərbdə Ön Asiyaya, şərqdə Çin 
sərhədinədək uzanması onun daşıyıcılarının tam fərqli məkanlarda 
digər sivilizasiyalarla təmasına  şərait yaratmışdır. Türk və Çin 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 144
sivilizasiya daşıyıcıları arasında harmoniyadan daha çox 
ziddiyyətlər özünü göstərməkdədir.  
Çin və Türk sivilizasiyalarının  ənənəvi barışmazlığını 
mədəniyyətlər arasında kəskin fərqliliklərlə izah edirlər. 
Ümumiyyətlə, Çin sivilizasiyasının nəinki Türk, özünün coğrafi 
sərhədlərindən kənar bütün digər sivilizasiya tipləri ilə 
münasibətlərində disharmoniya müşahidə olunur. Təsadüfi deyildir 
ki, tarixin müxtəlif mərhələlərində  əsrlər boyu Çinin təsir 
dairəsində yaşayan tibetlilər, monqol və ya uyğurlar Çin 
sivilizasiyasının təbii sərhədləri kənarında olduğundan bu təmasdan 
güclü təsirlənməmiş, təmsil etdikləri sivilizasiya tiplərini qoruya 
bilmişlər. Və yaxud başqa bir misal gətirmək olar: illər boyunca 
imperiyaların sərhədlərinin qabarma və  çəkilmələri hesabına Çin 
sivilizasiyasının Cənub-Şərqi və eləcə də Cənubi Asiya ölkələrinə 
təsiri yalnız bu ölkələrdə Çin emiqrantları sayəsində hiss 
olunmaqdadır. Bu emiqrant topluluqları isə olduqları ölkədə yalnız 
özləri üçün xarakterik olan qapalı icma halında yaşamaq hesabına 
öz varlıqlarını saxlaya bilmişlər. Yəni, zəngin Çin sivilizasiyası bu 
ölkələrdə yalnız özününkülərə dayanır, yerli xalqa, onun təmsil 
etdiyi mədəni tipə  təsir göstərmək iqtidarında deyildir. Biz bunu 
Malayziyada, Filippində, digər ölkələrdə  də görürük. Hətta 
assimilyativ meyllər (çinliləşdirmə) belə yalnız Çin sivilizasiya 
arealının təbii hüdudları daxilində baş verir. Bu zaman isə 
assimilyasiya olunmaqdan qurtarmaq mümkün deyil. Bunun da 
özünəməxsus səbəbləri vardır. Məsələn, tarixən Çinlə “Çöl” 
xalqlarını Böyük Çin səddi ayırmışdır və “Çöl” mədəniyyətinin 
daşıyıcılarından  əks tərəfə  hətta qalib kimi köç edənlər belə bir 
müddət sonra tarix səhnəsindən silinmişlər. 8000 km-dən çox 
məsafədə uzanan Böyük Çin səddi hərbi-istehkam məqsədi ilə 
tikilsə  də,  əslində daha çox müxtəlif mədəniyyətləri ayırmağa 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə