Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə26/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 86
kökləri haqqında da ilk dəfə bu alim mülahizə irəli sürmüşdür. 
Leontyevin digər bir maraqlı iddiası isə ondan ibarətdir ki, iranlılar 
rusları Turanın davamçıları kimi görürlər.
70
 Kifayət qədər maraqlı 
yanaşmadır. Elmi dairələrdə türklərin, bəzən isə iranlıların Turanı 
təmsil etməsi ilə bağlı ideyalar daha çox səslənməkdədir. Rusların 
Turanın davamçıları kimi görülməsində, həm də iranlıların 
yanaşmasında olan bu münasibət isə slavyanların türklərlə simbioz 
münasibətlərindən irəli gəlməsini ehtimal etməyə əsas verir. 
Nikolay Danilevski də Rusiyanın Qərbə yad olmasının 
səbəbini sivilizasiyalar arasındakı prinsipial fərqlərin olması ilə 
əlaqələndirirdi. O, “Rusiya və Avropa” kitabında yazırdı: “Avropa 
bizi özününkü qəbul etmir. Avropalılar Rusiya və slavyanlarda 
təkcə yad deyil, həm də düşmən obrazı görürlər”.
71
 Qatı 
slavyançılıq ruhunda çıxış edən müəllifin Türk sivilizasiya 
daşıyıcılarına qarşı münasibəti də birmənalı deyildi. O, türkləri 
sivilizasiya yaradıcısı deyil, yalnız tarixin müəyyən mərhələsində 
gedən proseslərə  təsir edən etnos kimi qiymətləndirirdi və 
germanlarla bərabər türkləri də slavyanların  əsas rəqibi hesab 
edirdi. Panslavizm ideoloqu Rusiyanı bütün slavyan xalqlarının 
milli və dini maraqlarının müdafiəçisi kimi təqdim edir, onları 
Rusiyanın  ətrafında birləşməyə  və birgə mübarizə  nəticəsində 
Osmanlı hökmranlığından azad olmağa çağırırdı.
72
 Bununla  belə, 
N.Y.Danilevski slavyanların romano-germanlarla mübarizəsində 
Türk sivilizasiyası daşıyıcılarının xidmətlərinə də toxunurdu. Onun 
fikrincə, Pribaltikada, Moraviyada slavyanların germanlaşdırılması 
                                                 
70
 Константин Леонтьев. Византизм и Славянство. 
http://knleontiev.narod.ru/articles.htm 
71
 Данилевский Н.Я. Россия и Европа. Москва:. Глаголь,1991, стр.50 
72
Данилевский  Н.Я.  Россия  и  Европа.  Взгляд  на  культурные  и  политические 
отношения 
Славянского 
мира 
к 
Германо-Романскому.
 
http://new.runivers.ru/bookreader/book10067/#page/1/mode/1up  стр. 98; 246 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 87
prosesinin getdiyi bir şəraitdə uqor və türk tayfalarının  şərqdən 
hücumu bu prosesin  qarşısını almışdır. Alim bu qənaətə gəlmişdir 
ki, türklər və uqor tayfaları slavyan tarixində mühüm rol oynayırlar 
və onlar slavyanların germanlaşmasının qarşısında başlıca maneə 
olmuşlar.
73
  
Avrasiyaçılar N.Y.Danilevskini nə qədər ideoloji rəhbər hesab 
etsələr belə, onların bəzi ideyalarının heç uyğun gəlmədiyini, tam 
fərqli olduğunu da müşahidə edirik. Belə ki, Danilevski Rusiyanı, 
Avrasiyanı, bütün slavyanları bir mədəni tipdə birləşdirərək slavyan 
mədəni-tarixi tipi kimi, Avrasiyaçılar isə Rusiyanı və rusları fərqli 
mədəniyyət və sivilizasiyaların sintezindən yaranmış 
“özünəməxsus Avrasiya mədəniyyətinin daşıyıcısı” kimi 
dəyərləndirirlər. Avrasiyaçıların yanaşmasında ruslar digər slavyan 
xalqlarından daha çox Şərq mənşəli monqol, Turan xalqları ilə 
siyasi-mədəni əlaqədə yaranmış sivilizasiyanı təmsil edirlər.  
 
Avrasiyaçı  nəzəriyyədə Pravoslav-Slavyan və Türk 
 
sivilizasiyası: harmoniya, yoxsa qarşıdurma 
 
Ümumiyyətlə, Avrasiyaçı alimlər sivilizasiyaların və ya 
mədəniyyətlərin formalaşmasında birgə tarixi taleyi etnik birlikdən 
daha üstün sayırdılar. Məhz buna görə, onların fikrincə, türklər, 
monqollar və  bəzi başqa  Şərq xalqları ruslara digər slavyan 
xalqlarından daha yaxın mədəniyyətə malikdirlər. Bu məktəbin 
görkəmli nümayəndələrindən biri olan Pyotr Nikolayeviç Savitski 
(1895-1968) hesab edirdi ki, Rusiya özünün Asiyaya üzvi artımını 
nəzərə almadan Avropa mədəniyyətinin avanpostu olmağa çalışır 
və bununla da özü-özünə qarşı  çıxır. Bu baxımdan o, rus 
mədəniyyətinin əsasını turan və fin qanlarını nəzərə almadan yalnız 
                                                 
73
 Yenə orda, səh. 388 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 88
slavyanlıqda görən slavyanofillərə qarşı  çıxırdı. Eyni zamanda, 
alim hesab edirdi ki, rus mədəniyyətini yalnız “turan elementi” ilə 
bağlamaq da düzgün deyil. Ümumiyyətlə bu mədəni tip nə tam 
Avropa, nə tam Turan, nə onların cəmi və ya mexaniki birliyi 
deyildir. Bu özünəməxsus mədəniyyət - Avrasiya mədəniyyətidir. 
O, hesab edirdi ki, baxmayaraq ki, Avrasiya mədəniyyəti bir çox 
mədəniyyətlərlə bağlıdır, ona daha yaxın və qohum olanlar Asiya 
mədəniyyətləridir. P.N.Savitski yazırdı: “O, Asiyada öz evindədir. 
Gələcək üçün isə I Pyotrun başladıqlarını sona çatdırmaq lazımdır, 
yəni Avropaya zəruri taktik dönüşün ardınca Asiyaya üzvi dönüş 
həyata keçirilməlidir”.
74
 Alimin  fikrincə, Bizans mədəniyyəti və 
monqol-tatar dövlətçiliyi Avrasiya sivilizasiyasına digər 
superetnoslara qarşı durmağa imkan vermişdir. Savitski hətta 
Bizansı göstərərək yazırdı ki: “Bizans Qərb və  Şərqin mədəni 
elementlərini özündə cəmləşdirsə də, onun mədəniyyəti bütövlükdə 
Avrasiya mədəniyyəti idi”.
 75
 
P.N.Savitski hesab edirdi ki, Rusiya geosiyasi müstəqilliyinə 
və german-roman mənəvi işğalından qurtarmasına görə yalnız 
monqol-tatarlara borcludur. O yazırdı: “Tatarlar olmasaydı, Rusiya 
da olmayacaqdı. Monqollar Avrasiya məkanının meşəliklərlə əhatə 
olunmuş Avropa hissəsi ilə, səhralardan ibarət Asiya ərazilərini, bu 
ərazilərdə məskunlaşan çoxsaylı xalq və cəmiyyətləri geosiyasi və 
geostrateji anlamda birləşdirdi, formalaşdırdı  və  gələcək üçün 
bütöv bir tam halına gətirdi. Bundan başqa, Qərbi avropalıların 
dəniz hissiyyatına qarşı monqol-tatarlar kontinental hisslərini 
                                                 
74
 Савицкий Петр Николаевич. Географический обзор России – Евразии. // 
Континент Евразия. Москва: Аграф, 1997, стр. 44 
75
 Савицкий  Петр  Николаевич.  Географические  и  геополитические  основы 
евразийства // Континент Евразия. Москва: Аграф, 1997, стр. 42 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə