Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə23/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 75
şimala parçalanmaqla iki fərqli  əsasa döndü. Qərbdə romano-
germanlar onsuz da artıq inkişaf dövrü yaşayırdılar və yaxşı 
hazırlıqlı idilər. Bizans və onun vasitəsilə antik dünya ilə yenidən 
yaxınlaşma Avropanı  dərhal  İntibah (Renessans) adlanan inkişaf 
mərhələsinə  gətirib çıxardı  və daha yaxşı olardı ki, bu mərhələ 
Qərbin mürəkkəb inkişaf dövrü adlandırılsın.  Şimala doğru 
Rusiyaya toxunan vizantizm isə XV əsrdə  hələ  də davam edən 
sadəlik, yoxsulluq, yekcinslik və hazırlıqsızlıqla qarşılaşdı. Ona 
görə də burda Qərbdə olduğu kimi yenidən doğula bilmədi. Rusiya 
öz intibah dövrünə yalnız XVII əsrdə çatdı. Bizans və ellinizmin 
XV və XVI əsrlərdə  Qərbdə oynadığı rolu, Rusiyada XVII əsrdə 
Qərbin nümayəndələri (polyaklar, hollandlar, almanlar, fransızlar) 
oynadı”.
64
 Rus  geosiyasətində “anti-panslavizm” cərəyanını təmsil 
edən bu alim pravoslav dininin təmsilçilərinin ümumi mədəni 
dəyərləri daşımamasının səbəblərini Bizans imperiyasının 
çökməsindən sonra vizantizmin qərbdə  və  şimalda fərqli təsiri ilə 
əlaqələndirirdi. Belə ki, onun fikrincə, vizantizm bu dəfə  Qərbin 
dini baxışlarına təsir etməmişdir. Çünki Qərbin dini strukturu onsuz 
da artıq yüksək inkişaf etmişdi və güclü idi. Ona görə də vizantizm 
burda özünün təsirini Ellin-incəsənət və Roma-hüquq sahələrində 
göstərdi. Rusiyada isə vizantizmin təsiri ilə bağlı ilk növbədə 
Bizans əsaslı xristianlıq və dövlətçilik haqqında danışmaq olar. 
Ümumiyyətlə, Pravoslav sivilizasiyası dedikdə bir çox alimlər 
Bizans imperiyasının varisini nəzərdə tuturlar. Çünki Bizans Roma 
imperiyasından ayrıldıqdan sonra (395-ci il) cəmiyyətin həmin dövrdə 
həyatında dinin əsas rol oynadığını nəzərə alaraq, ilk növbədə öz dini 
                                                 
64
 Константин Леонтьев. Византизм и Славянство. 
http://knleontiev.narod.ru/articles.htm  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 76
dəyərlərinin yaradılmasında və beləliklə köhnə imperiya ilə  mənəvi 
asılılığını aradan qaldırmaqda maraqlı idi. Nəticədə Romadan fərqli 
dini etiqada sahib olmaqla, Bizans bütün sonrakı tarixi taleyini 
pravoslavlığa bağladı  və imperiyanın paytaxtı Konstantinopolun 
(İstanbul) türklər tərəfindən fəth olunmasınadək bu ideyanın  əsas 
daşıyıcısı oldu. Məşhur ingilis alim Arnold Toynbi bu sivilizasiyanı 
Qərb sivilizasiyası ilə birgə ellin cəmiyyətinin ekiz övladı hesab 
edirdi. Pravoslav-Slavyan sivilizasiyasının ilkin vətəninin Anadolu 
olduğunu, sonradan isə şimala və şərqə doğru nüfuz edərək Rusiya və 
Sibir istiqamətində yayıldığını iddia edirdi. Qərb və Pravoslav 
cəmiyyətlərinin fərqlənməsinin əsas səbəbini isə 1054-cü ildə kilsənin 
parçalanmasında görürdü.
65
 Bütövlükdə avropalı alimlərdən Osvald 
Şpenqler, Arnold Toynbi, Samuel Hantinqtonun hər biri sivilizasiya 
müstəvisində daim Pravoslav dünyasını katolik Qərb 
sivilizasiyasından fərqləndirmiş, onların fərqli dəyərlər daşıdığını 
irəli sürmüşlər.   
Bu sivilizasiya tipinin Pravoslav-Slavyan adlandırılması da 
xüsusi maraq doğurur. Burda həm dini, həm də etnik və dil birliyi 
əsasında qruplaşma olduğu görünür. Lakin hər iki elementin daxili 
seqmentlərinin təhlili göstərir ki, sivilizasiya tipi dini və ya etnik-
linqvistik arealla tam uyğun gəlmir, daha çox vahid mədəniyyətə, 
mənəvi dəyərlərə söykənir.  İlk növbədə pravoslavlığın yayılma 
arealında buna aydınlıq gətirək. Məlum olduğu kimi, 1054-cü ildə 
xristian kilsəsinin iki yerə bölünməsi nəticəsində pravoslavlıq 
müstəqil dini subyektə çevrildi. Uzun müddət bu dinin əsas 
daşıyıcısı Bizans imperiyası olmuşdur. Qərbi xristianlıq - katolik 
dininin hakim olduğu Roma imperiyası ilə ideoloji mübarizədə 
pravoslavlıq Bizans imperiyasının  əsas silahı idi. Bizansın  ərazi 
                                                 
65
 Арнольд Тойнби. Исследование истории. Москва: АСТ, 2010, стр. 45 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 77
cəhətdən daha çox Asiya torpaqlarını əhatə etdiyini nəzərə alaraq, 
onun  Şərq mənəvi dəyərlərini  əhatə etməsi və  Qərbdən 
fərqlənməsini məntiqə uyğun hesab etmək olar. Yalnız 1453-cü ildə 
Bizans imperiyasının süquta uğramasından sonra pravoslavlıq bir 
güc mərkəzi olaraq Rusiyaya köçmüşdür. Rusiyanın da tarixi 
keçmişində Şərqlə bağlılıq olduğundan bu, qeyd olunan sivilizasiya 
tipinin xarakterinə zidd olmadı. Rusiyanın  Şərqə bağlılığında  ən 
mühüm faktorlardan biri onun öz dövlətçilik və cəmiyyət həyatının 
inkişaf tarixinin bir hissəsini Qızıl Orda imperiyasının tərkibində 
keçirməsi olmuşdur. Monqolların bu sivilizasiyaya təsiri ilə bağlı 
məsələlərə bir qədər sonra ətraflı baxacağıq. Hələlik isə qeyd edək 
ki, Konstantinopolun süqutundan sonra Rusiya başda olmaqla, 
slavyan xalqları Pravoslav-Slavyan sivilizasiyasının  əsas 
daşıyıcıları oldular. Lakin bizim, sivilizasiya tipinin dini və ya 
etnik-linqvistik arealla təmsil edilməsi ilə  əlaqədar toxunmaq 
istədiyimiz məqam istisnalarla bağlıdır. Belə ki, misal üçün, 
gürcülər dini əqidə baxımından pravoslav olsalar da, bu 
sivilizasiyanın daşıyıcısı deyillər və Qafqaz mədəni tipini təmsil 
edirlər. Gürcülərin xristianlığı slavyanlardan əvvəl (IV əsrdə) və 
Bizans - Kiyev Rus dövləti vasitəsilə deyil, müstəqil olaraq təşkilati 
baxımından Antioxiya kilsəsinin hamiliyi ilə missionerliyin təsiri 
altında qəbul etməsi də bunda mühüm rol oynamışdır. Digər 
tərəfdən isə pravoslav olmayan, katolik polyaklar və çexlər slavyan 
xalqlarından olsalar da, bu qrupa daxil edilmirlər və  Qərb 
sivilizasiyasını  təmsil edirlər. Bu mənada fikrimizcə, coğrafi 
cəhətdən Pravoslav-Slavyan sivilizasiyası ilə Qərb sivilizasiyasının 
sərhədində, təmas xəttində yerləşən Polşanın uzun əsrlərdən bəri 
Rusiya ilə yaşadığı problemlərinin səbəbini də bu amildə axtarmaq 
lazımdır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək bu nəticəyə 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə