Erik Qartzke



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
1   2   3   4   5   6   7   8   9   10

 

www.azadliqciragi.org 

yoxdur.


 

Lakin  kapitalist  sülhünün  daha  çox  ümumi  effektə  malik  olmasını  göstərmək  daha 

asandir.  Cədvəl  2.1-də  dövlətlər  arası  münaqişə  davranışının  statistik  modelinin  logit 

reqressiyası

11

 verilmişdir.  Tendensiyaların  müəyyənləşdirilməsində  reqressiya  analizi 



əhəmiyyətli üsuldur. İnsanların cəlb olunduğu az şey determinist xarakterdədir:  yardımçı faktor 

çox  nadir  hallarda  “X”,  yaxud  “Y”  nəticəyə  aparıb  çıxaracaq.  Əvəzində  isə  tədqiqatçılar  bəzi 

hallarda müəyyən effektlərə malik dəyişənlər axtarırlar. Fərdi münaqişə hallarına baxış problemi 

ondadır  ki,  bu  və  ya  digər  faktora  həddən  çox  əhəmiyyət  verilə  bilər.  Reqressiya  analizi  bizə 

münaqişəli davranışın yaranmasına təsir edən mümkün təsadüfü dəyişənlərin müxtəlifliyi barədə 

məlumat verir. 

Cədvəl  2.1.  ciddi  təhlükə,  yaxud  güc  tətbiqindən  tutmuş  və  1000  döyüş  qurbanı  ilə 

nəticələnmiş  müharibə  kimi  müəyyənləşdirilmiş  Dövlətlərarası  Hərbi  Mübahisələrin  (DHM) 

determinantlarını  müəyyənləşdirir.  DHM-lər  beynəlxalq  əlaqələrdə  tədqiqatçılar  tərəfindən 

istifadə  edilən  münaqişəli  davranışın  standard  göstəricisidir  (Qoçman  və  Maoz,  1984:  Cons 

et.al.,  1996).

12

 Hər  ölkə  üçün  illik  müşahidələr  (məs.  Kanada  1983,  Kanada  1984  və  sair)  “1” 



kimi  kodlaşdırılır,  bir  şərtlə  ki,  həmin  ildə  bu  ölkənin  cəlb  olunduğu  mübahisə  mövcud  olsun, 

əks təqdirdə isə “0” ilə göstərilir. Reqressiya analizi hər bir dəyişən üçün elə bir əmsal yaradır ki, 

bu  əmsal  digər  dəişənlərin  təsiri  nəzərə  alınmaqla,  verilən  ildə  baş  verməsi  ehtimal  olunan 

DHM-yə  həmin dəyişənin  təsir  miqyasını göstərir.  Reqressiya qiymətləndiricisi, həm də hər bir 

kəsin  bu  qiymətləndirilmiş  əmsala  necə  inamlı  olmasının  göstəricisini  də  təqdim  edir.  Sosial 

fenomenlər  adətən  ehtimal  kimi  görünür:  hətta  bütün  əsas  yardımçı  faktorlar  oxşar  olsa  belə, 

nəticələr  müxtəlif  hallarda  fərqlənə  bilər. Ola  bilsin ki, verilmiş  sərbəst  dəyişən  və  mübahisələr 

arasındakı  aydın  əlaqə  yalnız  zahiridir.  Reqressiya  modeli  bu  narahatçılığı  səbəblə  nəticə 

arasında  mümkün  əlaqələrin  cərgəsini,  yaxud  bölümünü  yaratmaqla  istiqamətləndirir.  Standard 

səhv  mümkün  əmsalların  bölümünün  “yayılması”  göstəricisini  təqdim  edir.  Əgər  standard  səhv 

əmsala  nisbətən  böyükdürsə  (təxminən,  əmsalın  yarısından  böyükdürsə),  onda  məlumatları 

törədən  “həqiqi”  əmsalın  sifıra  bərabər  olması  mümkündür  və  dəyişənlə  dövlətlərin  vuruşub-

vuruşmaması  arasında  əlaqə  mövcud  deyil.  “Statistik  əhəmiyyət”in  həddi  bizim  əmsalı  səhvən 

səbəblə  nəticə  arasındakı  əlaqənin  göstəricisi  kimi  qəbul  etmək  şanslarını  əks  etdirir.  Şərtilik 

əhəmiyyətlilik hədlərini 1%, 5% və yaxud 10% kimi işlətməkdir. Əlaqəni qəbul etmək üçün biz 

onu  oxşar  məlumatlı  100  cəhdindən  90-99  arasında  yaranan  əmsal  qiymətlərinin  0-dan  fərqli 

olmasını tələb edirik.

13

 



 

Cədvəl 2.1. İqtisadi azadlığın dövlətlərarası hərbi mübahisələrə (DHM) təsiri. 

  

Dəyişən  



Əmsal 

(standart səhv) 

İqtisadi azadlıq 

-0.567** 

(0.179) 


İmkanlar 

2.777 


(8.491) 

 

Əhali 



          -6* 

2.08x10 


         -7* 

(8.18x10 ) 

Güclü Dövlət? 

0.853 


(1.133) 

Demokratiya balı 

-0.011 

(0.065) 


Müdafiə paktı? 

-0.628 


(0.482) 

 

Adambaşına düşən ÜDM 



          -6* 

8.01x10 


          -5 

(8.04X10 ) 

Ticarət azadlığı 

          -7* 

1.57x10 

          -6 

(1.50x10 ) 

- əyri 1 

          -4** 

6.08x10 


          -4 

(2.32x10 ) 




 

www.azadliqciragi.org 

- əyri 2 



          -4** 

-4.53x10 

          -4 

(1.76x10) 

- əyri 3 

          -4** 

1.19x10 

          -5 

(4.87x10) 

Kəsik 


-0.381 

(1.210) 


 

2519 



 

Log-mümkünlüyü 

-161.719 

 

X



2

(11)


 

160.564 


 

Əhəmiyyət dərəcələri 

+:10%  *:5%   **:1% 

 

 



Bu  yanaşma  subut  edir  ki,  dünya  əslində  qəbul  olunan  saxta  nəzəriyyələrin  təhlükəsini 

minimuma endirərkən, səs-küylü (“stoxastik”) olur.  

Analizdəki  əsas  təsadüfi,  yaxud  “müstəqil”  dəyişən  İqtisadi  Azadlıqdır.  Bu,  Qvartney, 

Loyson  və  başqaları  tərəfindən  yaradılan  ölkə  iqtisadiyyatının  liberallaşmasını  ölçən  indeksdir. 

2.1  cədvəlindən  göründüyü  kimi,  İqtisadi  Azadlıq  ölkənin  münaqişə  etmə  ehtimalını  azaldır.

14

 



Analizdə İqtisadi Azadlığın nəticələrinin saxta olmadığını sübut edən bir sıra digər dəyişənlər də 

öz  əksini  tapmışdır.  Bütün  by  dəyişənlər  beynəlxalq  münaqişələrin  öyrənilməsində  tamamilə 

ənənəvidir. Hərbi, iqtisadi və demoqrafik dəyişənləri əks etdirən altı kateqoriya üzrə dövlətlərin 

malik  olduğu  bütün  dünya  imkanlarının  orta  faiz  göstəricisini  təqdim  etməklə  Imkanlar 

“hakimiyyət” anlayışını zəbt etməyə cəhd göstərir. Nəhəng güclü dövlələr kiçik ölkələrə nisbətən 

daha çox münaqişəyə meyllidirlər. Əhali bölümü ölkənin yaşlı əhalisini əks etdirir. Demokratiya 



balı  ölkədəki  demokratikliyin  standart  göstəricisidir.  Əsas  hakimiyyət?  və  Müdafiə  paktı? 

haqqında  söhbət gedən ölkənin əsas qüvvə  və  ya  müharibə dövründə ona  yardım edəcək digər 

dövlətlə güclü hərbi ittifaqda olub-olmamasından asılı olaraq “1” kimi kodlaşdırılmış dixotomik 

(marionet)  dəyişəndir.  Adambaşına  düşən  ÜDM  isə  ölkənin  orta  daxili  gəlirini  qiymətləndirir. 

Biz  mahiyyətcə  tərəqqininmi,  yoxsa  daha  dar  iqtisadi  azadlığınmı  sülhə  səbəb  oldugunu 

araşdırdığımızdan,  bu  bölgünün  daxil  edilməsi  vacibdir.  Eynilə,  Ticarət  Azadlığı  münaqişənin 

qarşısını  almaq  üçün  digər  bir  namizəd  ola  bilər.  Nəhayət,  mən  münaqişəli  davranışın  zaman 

vasitəsilə  əlaqəli  olduqda  yaranan  texniki  problemlərin  aradan  qaldırılması  üçün  bir  sıra 

dəyişənləri bura daxil edirəm. Qiymətləndirmə metodu mübahisələrin əlaqəsiz olduğunu  ehtimal 

edir.  Aydındır  ki,  konkret  ildə  baş  verən  münaqişə  yayıla  və  digər  mübahisələrin  yaranmasına 

səbəb  ola  bilər.  Əyri  dəyişənlərin  əlavə  edilməsi  əldə  olunmuş  nəticələrin  əks-səbəbli  əlaqənin 

məhsulu olmadığını təmin edir.

15

    


 Əyri  dəyişənlərdən  əlavə  yalnız  İqtisadi  azadlıq və  Əhali  statistik əhəmiyyətə  malikdir. 

İqtisadi  struktur  və  müəyyən  dərəcədə  demoqrafik  ölçü  münaqişələrə  təsir  edir,  lakin  digər 

dəyişənlərin dövlətlərin vuruşub-vuruşmamasına təsiri olduguna inamımız yoxdur.  

Cədvəl 2.1-dəki əmsal və standart səhvlərə baxarkən, iddia edilən əlaqənin qəbul edilməli 

(yaxud  imtina  olunmayan)  olduğu  haqqında  cəld  qərar  verərək,  verilən  dəyişənin  dövlətlərin 

vuruşub-vuruşmamasına  nə  qədər  təsiri  olduğunu  müəyyənləşdirmək  daha  çətindir.  Logit 

reqressiya  tədqiqatçılara  nəticənin  dixotomik  (yəni  “müharibə”,  “müharibəsiz”)  olduğu 

situasiyaları  öyrənməyə  imkan  verir.  Buna  baxmayaraq,  texniki  məqsədlərə  görə  reqressiya 

qiymətləndiricisi nəticəyə davamlı (yəni sanki hər hansı münaqişənin intensivliyi, yaxud ehtimalı 

qiymətləndirilərkən  nəyinsə  çoxu  və  ya  azı)  proses  kimi  yanaşmalıdır.  Mübahisənin  olacağını, 

yaxud olmayacağını  proqnozlaşdırmaq əvəzinə, sonra logit qiymətləndirici  mübahisə ehtimalını 

proqnozlaşdırır.  Bu  proqnazlaşdırılmış  ehtimalları  konkret  gözəl  xüsusiyyətlərlə  təmin  etmək 

üçün  logit  təbii  loqları  özündə  əks  etdirən  proporsiyadan  istifadə  edir.

16

 Kompyuter  vasitəsilə 



qiymətləndirməni  mümkün  etmək  üçün  onluqların  ikili  kodlara  çevrilməsi  kimi  loq 

transformasiyası  da  qiymətləndirmə  və  əhəmiyyətlilik  testini  intuisiya  hesabına  asanlaşdırır. 




Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə