Erik Qartzke



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
1   2   3   4   5   6   7   8   9   10

 

www.azadliqciragi.org 

19 

liberallaşmanı  əhatə  edən  hipotezaların  əsas  güclü  dövlətlər  kimi  dövlətin  statusundan  əmələ 



gələn  davranış  nəticəsində  alt-üst  ola  bilməsi  mümkündür.  Dixotomik  dəyişən  olan  Güclü 

Dövlət?, əgər dövlət verilən ildə əsas gücdürsə, “1”-lə kodlaşdırılır. 

   


Demokratiya balı 

 

 



Mən  demokratiyanı  qiymətləndirmək  üçün  standart  İctimai  Siyasət  IV  məlumatlar 

bazasından istifadə edirəm (Cəqqərz və Qurr, 1995). İctimai Siyasət məlumatları demokratiyanın 

inzibati  (AUTOC)  və  institusional  dəstəyinə  qoyulan  formal  məhdudiyyətlərə  (DEMOC) 

əsaslanan  rejimlərin  iki  on  bir  bəndlik  indeksindən  ibarətdir  (Qurr  et  al.  1989).  Mən  Siyasi 

demokratiya (Democ) və avtokratiya (Autoc) miqyaslarını aşağıdakı kimi birləşdirirəm: 

 

[(DeMOC



i

 - AUTOC


i

) + 10] / 2 (haradakı i [A,B]).  

 

 Bu  məlumatlar  və  göstərici  yaratmağa  mənim  yanaşmam  beynəlxalq  münaqişə 



tədqiqatlarında çox istifadə olunur. (Bax: Onil və Rasset, 1999).  

 

Müdafiə paktı? 

 

 

Alyanslar  dövlətlərarası  münaqişəyə  aqressiyanın  qarşısını  almaq,  yaxud  müdaxiləyə 



dəstək  vermək  yolu  ilə  təsir  etmək  məqsədi  ilə  yaradılır.  Müdafiə  paktı?  elə  saxta  bölgüdür  ki, 

MK Aliyans məlumat bazasında əks olunduğu kimi, müdafiə paktının mövcud olub-olmamasını 

göstərmək  üçün  istifadə  edilir  (Sinqer  və  Smol, 1966;  Smol  və  Sinqer,  1990).

19

 Qeyd  edək  ki, 



verilən ildə bir çox ölkələrin müdafiə paktı olmamışdır. 

 

Adambaşına düşən ÜDM 

 

 

Bu  bölgü  iqtisadi  inkişafda  üstün  tutulan  göstəricidir.  Mən  ÜDM  və  əhali  haqda 



məlumatları Sammerz və Hestondan, 1991 götürən Qlediçdən (2002) əldə etmişəm. 

     


Ticarət azadlığı 

 

 



Qarşılıqlı  asılılıq  liberal  sülhə  dair  son  tədqiqatda  vurğulanan  3  komponentdən  2-cisini 

formalaşdırır. Ticarət azadlığı ümumi yerli illik idxal ilə məhsul və xidmətlərin ixracının ümumi 

cəminin ölkənin ümummilli məhsulunun hasilinə bərabərdir. Qlediç (2002) inkişaf etməkdə olan 

ölkələr  və  sosial  ölkələrin  müşahidələri  də  daxil  olmaqla,  digər  mənbələrə  nisbətən,  bir  az 

rəqəmləri çatışmayan məlumatlar təqdim edir. 

  

Nüvə silahları? 

 

 

Nüvə silahları bəndi  xüsüsi  və ola bilsin ki, transformativdir.  Hərbi texnologiya bir çox 



millətlərin  cəlb  olunduğu  iki  miqyaslı  toqquşmalar  törədə  bilər  (Bueno  de  Meskita  və  Riker, 

1982;  Mörşaymer,  1984,  1993).  Bundan  başqa,  “domino”  münaqişələri  soyuq  nüvə 

müharibəsinin  kölgəsində  böyük  itkilərə  gətirib  çıxara  bilər  (Saqan  və  Voltz,  2003).  Həmçinin 

iddia  olunur  ki,  demokratiyanın  münaqişəyə  təsiri  nüvə  vahiməsi  ilə  izah  edilə  bilər  (Rozato, 

2003).  Mən  nüvə  dövlətlərini  müəyyənləşdirmək  üçün  Co  və  Qartzkedən  (2002)  nüvə  silahına 

malik dövlətləri və ya iki dövlətdən hansının nüvə silahına malik olduğunu bilmək üçün istifadə 

edirəm. 

 

Aİ-nin üzvü? 



 


 

www.azadliqciragi.org 

20 

 

Mən Aİ-nin vebsaytında verilən üzvlük məlumatlarından istifadə edərək, bu ən görkəmli, 

şübhəsiz inamlı və təhlükəsiz icmanın üzvlərini illik olaraq onların üzvlüyə daxil olma anından 

kodlaşdırıram. 



 

Müvəqqəti asılılıq (əyri dəyişənlər) 

 

   Nəhayət,  mən  Bek,  Katz  və  Takerin  (1998)  texnikasından  istifadə  edərək,  müvəqqəti 



asılılığa nəzarət edirəm. Mən təhlil üçün yaradılmış müstəqil dəyişənlərin hər biri üçün 4 fərqli 

əyri dəyişəndən ibarət komplekt yaradıram. Əyrilər Taker (1999) tərəfindən yaradılan münaqişəli 

qoşa illər arasındakı gecikmələrin model matrisalarından ibarətdir. 

 

 



 


 

www.azadliqciragi.org 

21 

Qeydlər 

                                                

1

 Birləşmiş  Ştatların  dənizçiləri  İslandiyada  Britaniya  və  Kanada  qoşunlarını  1941–ci  ilin  iyulunda  əvəz  etdilər. 



(Ferçayld, 1990) 

2

 Birləşmiş  İngilis  –  Fransız  ekspedisiyası,  guya  Finlandiyaya,  onun  SSRİ  ilə  vuruşmasına  kömək  etmək  üçün 



Şimali  Norveç  və  İsveçdə  möhkəmlətmə  işlərinə  cəlb  olunmuşdur.  Əslində  məqsəd  Almaniya  üçün  nəzərdə 

tutulmuş İsveç dəmir filizinin daşınmasına mane olmaq idi. Həmin Skandinaviya ölkələri müttəfiqlik köməyindən 

tam  imtina  etdikdə,  Britaniya  və  Fransız  kabinetlərində  həmin  yerlərə  desant  çixarılmasına  icazə  verildi.  Rus-fin 

müharibəsi  əməliyyatlar  başlamazdan  əvvəl  qurtardı.  (Kersaydı  ,  1990  :  13-36)  Müttəfiqlər  Skandinaviya 

yarmadasının işğalına 1940 –ci ilin martında qayıtdılar. Norveç sahil sularının Britaniya döyüş gəmiləri tərəfindən 

minalanması və Almaniyanın Norveç və Danimarkanı işğalından ibarət olan Vesterübunq əməliyyatı faktiki olaraq 

eyni  zamanda  başlandı  (Kersaudi  1990,51-63)  Birgə  demokratik  münaqişənin  qarşısını  ancaq  siyasi  tərəddüd  ala 

bildi.  


3

 Faşist ideologiyası ilə maddi faydalılıq arasında aydın uyğunluq var. Alan Kasselz Hitlerdən sitat gətirir: 2 Əgər bu 

gün Avropa torpaqları haqda danışırıqsa, fikrimizdə ilkin olaraq Rusiya və onun vassal sərhəd dövlətləri ola bilər ,” 

(2003;233) Veinberq Lebensraumu Alman əhalisinin üstünlük təşkil etdiyi qərbi miqrasiya ilə müqayisə edir. (199, 

44) Hitler, əhalisi fabrik işləri və Rur vadisində asudə gəzmək istəsə də, açıq çöllər və fermerlər arzusunda idi. 

4

 1939  –cu  ilin  payızında  Hitler  dəfələrlə  bildirmişdir  ki,  Almaniyanın  Şimali  Avropanın  işlərinə,  yaxud  Norveç 



sahillərinə müdaxilə etmək məqsədi yoxdur və status- kvonun qorunması ən yaxşı alternativdir. (Haikia 1983: 62) 

5

 II Dünya müharibəsi başlananda bir çox Avropa dövlətləri özlərini neytral elan etdilər. Bunlardan ancaq 5-i özünü 



işğaldan, yaxud münaqişəyə birbaşa müdaxilədən qoruya bildi. (İrlandiya, Portuqaliya, İspaniya, İsveç və İsveçrə). 

Bunlardan 3-ü (İrlandiya, Portuqaliya və İspaniya) effektiv olaraq hərbi əməliyyatların periferiyasında idi. Qalan 2 

dövlət isə ox dövlətləri ilə əhatə olunmuş və həm də sənayeləşdirilmişdi.  

6

 İsveçin işğalı Alman qüvvələrinə Britaniya Kral donanmasının təhlükəsini aradan qaldırmağa imkan verərdi İsveç 



1940-cı ildə yaxşı müdafiə olunmurdu və Cənubdakı torpaqlar ildırım sürətli taktikaya davam gətirməli idi. Haglof 

(1960) qeyd edir ki, Şimaldakı dəmir mədənləri və hidroelektrik enerji zavodları sürətlə dağıdıla bilərdi: Haglof həm 

də  iddia  edir  ki,  İsveçin  bu  dövrdə  təhlükəsizliyi,  Hitlerin  başqa  yeri  işğal  etməsi  ilə  məşğul  olması  olardı,  lakin 

sonra o, tamamilə əks fikir yaradır: “Hər kəsin Hitlerin Rus cəbhəsindəki vəziyyət haqqında düşündüyünü gözlədiyi 

halda, o, saatlarla Norveç sahilinin ehtimalı üzərində baş sındırırdı. “ (1960 : 163) 

7

 Liberman  (1996)  vurğulayır  ki,  qəddar  işğalçılar  mənfəət  qazana  bilər,  lakin  o,  müharibənin  ticarətdən  gələn 



gəlirlərdən daha çox fayda gətirdiyini (yalnız mənfəətli olduğunu yox) nə etiraf, nə də nümayiş etdirə bilir 

8

 Əslində  tam  aydın  idi  ki,  hər  hansı  anda  hər  hansı  bir  millət,  müəyyən  məqsədə  görə  səfərbər  ola  bilər,  ümümi 



müharibə  başladıqda,  bu  ancaq  vaxt  məsələsi  idi,  çünki  əsas  hakimiyyət  tərəfindən  təkcə  bir  səfərbərlik  tələb 

edilirdi. (Kissincer 1994, 203) 

9

 Erkən statistika testləri inkişafla münaqişə arasındakı əlaqəyə şübhə salırdı (Riçardson 1960 , İst və Qreqq, 1967: 



Maoz və Rasset, 1922) Buna baxmayaraq, bu təhlillər motivlə imkanın təzadlı effektlərini saya almır (Boehmer və 

Sobek 2005 : Gartzre, 2004), varlı dövlətlər xaricdə hakimiyyət layihələşdirir, lakin nadir hallarda öz qonşuları ilə 

vuruşurlar 

10

 Bu məntiqə etirazlar var, lakin onlar əhəmiyyətli əlavə mənfəətsiz cari diskussiyanı qaranlıqlaşdırır 



11

 Logit dəyişən kimsənin izah etmək istədiyi dixotoma olduqda işlənir, “yəni dəyişən ancaq iki dəyər götürə bilər, 

məs. “mübahisə “, yaxud “mübahisəsiz“ kimi 

12

 Münaqişə  üzərində  İqtisadi  azdlıq  indeksini  yoxlayan  əvvəlki  tədqiqatlara  Qartske  (2000  b)  və  Barberi  (2004) 



daxildir.  Barberi  (2004)  monodik  statistik  model  təklif  edir  və  liberal  sülh  arqumentlərinə  qarşı  çox  tənqididir. 

Qartzke dövlətlərarası qarşılıqlı əlaqəni yadlardan təhlilin hissəciyi kimi istifadə edərək yoxlamadan keçirir. 

13

 Texniki cəhətdən, statistik analiz heç vaxt hipotezanın qəbuluna yox, ancaq alternativlərin imtinasına aparır 



14

 Müvəqqəti əhatə etmə mövcüd məlumatlarla məhduddur 

15

 Mən  həmçinin  qiymətləndirilmiş  standart  səhvləri  vahidlər  üzrə  (bu  halda  ölkələr)  qruplaşdırmaq  üçün 



tənzimləyirəm 

16

 Logit qiymətləndiricisi müstəqil dəyişənlərin dəyərlərinin cəmi, (hərəsi öz əmsalı ilə ağırlaşdırılmışdır) bir üstəgəl 



həmin  dəyərə  bölünməsinə  bərabərdir.  Bu,  sıfırda  asimtotik  olan  siqmadial  (“S  “  formalı)  funksiya  və  müstəqil 

dəyişənlərin dəyərlərində bir və monotonik yaradır. 

17

 Beynəlxalq əlaqələrdə universal yox, geniş surətdə qəbul olunmuşdur ki, demokratiyalar heç də az davakar deyil; 



bax Russo və başqaları (1996) Fakt budur ki, 2,2 şəklində inam intervalı tərəfindən tutulmuş sahə soldan sağa doğru 

genişlənir  və  bu,  heteroskedastikliyi  göstərir.  Burada  izahedici  dəyişkənliyin  (demokratiya)  dəyəri  ilə 

qiymətləndirmənin  qeyri-müəyyənliyi  arasında  əlaqə  var.  Modeldə  Demokratik  dəyişkənliyin  tam  tuta  bilmədiyi 

nəsə  daha  mürəkkəb  bir  şey  baş  verməkdədir.  Həqiqətən,  demokratik  sülh  xüsusi  “  dyadik  ”  qarşılıqlı  hərəkət 

barəsində  bir  iddiadır.  Bu  fərz  edir  ki,  xətt  yalnız  demokratiyalar  arasında  aşağı  düşməlidir.  bax:  Rasset  (1993), 

Rasset və Onil (2001) Başqa yerdə mən demokratik sülhə qarşı çıxıram. İddia edirəm ki, kapitalizmlə əlaqəli ümumi 

maraqlar  və  yaxud  iqtisadi  dəyişənlər  liberal  dövlətlər  arasındakı  münaqişənin  olmamısını  izah  edir,  bax  Qartzke 

1997,2000 a.. 

18

 Mən saxta dəyişən tələsinin qarşısını almaq üçün bir saxta dəyişəni (Sakit okeandakı ada ölkələr). Saxta dəyişən 



tələsi o vaxt baş verir ki, saxta dəyişən forması emprik cəhətdən mövcüd olan dəyərlərdən daha çox dəyər yaradır. 


Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə