Erik Qartzke



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
1   2   3   4   5   6   7   8   9   10

 

www.azadliqciragi.org 

15 

Cənubi Amerika? 



 

13.808 


(0.000) 

Avropa? 


13.789** 

(0.832) 


Afrika?  

14.189** 

(0.959) 

Şimali Afrika və Orta Asiya? 

14.836** 

(0.656) 


Asiya? 

15.971** 

(0.815) 

- əyri 1 

           

6.28 x 10

 

-4**


 

           

(2.04 x 10

 

-4



- əyri 2 

           

-4.63 x10

 

-4**


 

 

(1.56 x 10



 

-4



- əyri 3 

           

1.19 x 10

 

-4**



 

   


(4.41 x 10

 

-5



Kəsik 


15.026** 

(1.189) 


 

2519 



 

Log-mümkünlüyü 

-154.297 

 

Əhəmiyyət dərəcələri 



+:10%  *:5%   **:1% 

 

 



Bu  ölkələrdə  post-sənaye  istehsala  keçid  artıq  baş  vermiş  və  müharibədən  istifadə  etmənin 

əlverişliliyini  azaltmışdır.  Azad  bazar  kapitalizmi  də  bərqərar  olmuşdur.  Lakin  mövcud 

kommersiya  və  maliyyə  sisteminin  nisbətən  açıq  sərhədlər  boyu  saxlanılması  cari  narahatlıqdır. 

Proteksionizm keçmişdə olduğu kimi qayıda bilər. Birləşmiş Ştatlar xüsüsilə qlobal kapitalizmin 

genişləndirilməsində öz liderlik rolunu davam etdirməyə ehtiyac hiss edir. 

 

İnkişaf  edən  ölkələri  işğalçılıq  müharibələrindən  çəkindirən  istehsaldakı  dəyişikliklər 



sonrakı texnoloji, sosial, hərbi, yaxud ətraf mühit dəyişikliyi nəticəsində əks xarakter ala, yaxud 

tənəzzülə gedə bilər. Hal-hazırda inkişaf etmiş ölkələr effektiv döyüş qüvvələrinə malikdir, lakin 

onlar işğal olunmuş ərazilərin qorunmasını və idarə edilməsini gərgin əmək fəaliyyəti tələb edən 

çətin  və  faydasız  iş  hesab  edirlər.  İnkişaf  etməkdə  olan  ölkələr  münaqişələrdən  daha  çox 

yararlana bilərlər, lakin bu vaxt onlar müharibələri udmağa qadir hərbi qüvvələrin saxlanması və 

yerləşdirilməsi  iqtidarında  olmurlar.  Səddam  Hüseyn  Küveyti  istəyirdi,  lakin  onu  saxlaya 

bilmədi.  Birləşmiş  Ştatlar  və  onun  koalisiya  müttəfiqləri  Küveyti  ala  bildilər,  lakin  onu  ən  azı 

daşınmaz  bir  mülkiyyət  kimi  istəmədilər.  Əgər  oğurluq  resurs  yenidən  keçmişdəki  kimi 

məqsədəuyğun olarsa, onda biz zəngin ölkələrin yenidən istila ilə məşğul olmasının şahidi olarıq. 

Hətta neftin qalxan qiymətlərini nəzərə alsaq belə, yadda saxlamaq lazımdir ki, istilaçı ordu üçün 

böyük miqdarda neft bir şüşə sudan daha ucuzdur. Pentaqon hesablamışdır ki, bir əsgərin yaşam 

xərcləri  4  miloyon  ABŞ  dollarını  keçir.  Gələcəkdə  bəzi  hərbi  işlərdə  insan  əməyi  robotlarla 

əvəzlənəcəkdir.  Lakin  bu  “cəsur  yeni  dünya”ya  çatmağa  hələ  çox  var  və  hər  bir  halda  işğalın 

xərclərinin  azaldılması  mənfəət  bərabərliyinin  yalnız  yarısıdır.  İnformasiya  iqtisadiyyatı  ərazi 

genişləndirilməsi  baxımından  çətin  hədəfdir,  qlobal  informasiya  iqtisadiyyatı  isə  sülhün 

təşviqinə xidmət edir.  

 

Vəziyyət inkişaf etməkdə olan ölkələr üçün daha az ürəkaçandır. İqtisadi cəhətdən güclü 



ölkələr  istilaya  maraqlarını  itirsələr  də,  strategiyaları  və  ya  inkişaf  etməkdə  olan  ölkələrin 

siyasətini  dəyişmək  üçün  hərbi  gücdən  istifadə  etmək  vasitə  olaraq  qalmaqda  davam  edir. 

Beynəlxalq  məsələlərin  həllinə  münasibətdə  dövlətlərin  müxtəlif  görüşlərə  malik  olması 

müharibələrin  davam  etməsi  üçün  əsasdır.  “Qırmızı  dövlətlər”  küylü  qalacaqlar.  Çinin 

yüksəlməsi  Asiyada  ideologiya  və  təsir  üçün  toqquşmaların  yaranması  mümkünlüyünü  ifadə 

edir.  Buradakı  əlamətlər  sübut  edir  ki,  iqtisadi  azadlığın  qabardılması  düzgün  istiqamət 

olmuşdur.  Siyasi  azadlıq  Çinə  gəlməlidir  və  mütləq  gələcək,  lakin  demokratikləşmənin  öz-



 

www.azadliqciragi.org 

16 

özlüyündə Çini daha sülhpərvər edəcəyi inandırıcı görünmür. Həqiqətən, yeni demokratikləşmiş 



ölkələrdəki yüksələn milli hisslər hərbi macəraçılığa doğru genişlənən ehtirasla əlaqəli olmuşdur 

(Mənsfild və Şnayder, 2002a, 2002b).  

İnkişaf etməkdə olan ölkələr arasında toqquşmalar, həmin ölkələr ciddi hökümət nəzarəti 

altında  qaldıqca,  kapitalist  sülhün  təsirindən  kənarda  qalacaq.  Beləliklə,  əsas  diqqəti  torpaq, 

əmək və qüvvə kimi ənənəvi vasitələrlə güc tətbiq etməkdən, çətin əldə edilə bilən intelektual və 

maliyyə kapitalı kimi mənəvi sərvətlərə yönəltmək üçün iqtisadi inkişafa ehtiyc var. Artan sərvət 

və  daxili  siyasi  sabitlik  inkişaf  etməkdə  olan  ölkələri  öz  nominal  sərhədlərindən  kənarda 

hakimiyyət  layihələşdirmək  üçün  resurslarla  təmin  edir.  Afrika  və  Cənubi  Amerikanın  böyük 

hissəsi  çoxdan  vəfat  etmiş  Avropa  diplomatlarının  şıltaqlığı  nəticəsində  arakəsmələrlə 

bağlanmışdır  və  mövcüd  sərhədlər  nə  tarixi,  nə  müasir  etnik,  dil,  yaxud  mədəni  sərhədləri  əks 

etdirmir.  İnkişaf  etməkdə  olan  dünyada  iqtisadi  inkişaf  münaqişənin  qızışması  üçün  sözün  əsl 

mənasında silah-sursat təmin edə bilər.  

İnkişafın  Cənub  yarımkürəsini  gərginlik  ocağına  çevirməsinin  qarşısını  almaq  üçün 

genişlənən tərəqqinin ərazi dəyərinin  nisbətən aşağı düşməsi  və qlobal kapitaldan artan asılılıq 

ilə  uyğun  gəlməsi  çox  vacibdir.  Sonradan  sənayeləşmiş  ölkələrin  üstünlüyü  ondadır  ki,  onlar 

sənayeləşmənin  ən  qorxulu  mərhələlərindən  yan  keçə  bilərlər.  Erkən  sənayeləşmə,  harda 

olmasından  asılı  olmayaraq,  təbii  resurslara  və  onları  güc  vasitəsilə  ələ  keçirməyə  ehtiyac 

yaradır.  Əmək  haqlarının  aşağı  olması  işğalçı  orduları  insan  qüvvəsi  ilə  təmin  etməyə  imkan 

verir.  Daha  əhəmiyyətlisi  isə,  dəyərli  mülkiyyət  və  resursların  müharibə  vasitəsilə  “qarət oluna 

bilən  “  kimi  qalmasıdır.  Elm    üzrə  fəaliyyət  sahələri  kapital  və  insan  zəkası  formasinda  böyük 

sərmayə  qoyuluşu  tələb  edir  ki,  bunun  ancaq  az  hissəsi  işğalçı  tərəfdən  talan  oluna  bilər. 

Xidmətlərin  göstərilməsi  üçün  xarici  mənbələrin  cəlb  edilməsi,  telemarketinq  və  kompyuter 

proqramı  sənayeləri  inkişaf  etmiş  dünyada  çoxlarını  qıcıqlandırsa  da,  inkişaf  etməkdə  olan 

dünyada müharibəyə az meylli iqtisadiyyatların yaranmasına kömək edir. Hindistan və Pakistan 

arasında  münaqişə  müntəzəm  alovlansa  da,  hər  iki  ölkənin  liderləri  bu  yaxınlarda  etiraf  etməli 

olmuşdur ki, onların daha açıq iqtisadiyyatı aktiv düşmənçilikdən çox əziyyət çəkir. Beynəlxalq 

kapitaldan artan asılılıq və texnaloji innovasiyaya nisbətən  mübahisəli  ərazilərin dəyərinin  aşağı 

düşməsi göstərir ki, sülhyaratma stimulu güclənmiş və müharibənin dəyəri azalmışdır. Kıbrısda 

30  illik  gərgin  sülh,  tədricən  Avropanın  elm  iqtisadiyyatına  girişin  meyvə  bağları  və  otlaqlara 

malik olmaqdan daha vacib olduğunun etirafı ilə əvəz olunmaqdadır. 

Demokratiya  çox  aydın  dəyərlərə  malikdir.  Birləşmiş  Ştatlar  və  digər  ölkələrin 

demokratiyanı təşviq etməsi – hətta qəbul etdirməsi  ilə əlaqədar siyasi təşəbbüslərinə ancaq bu 

təsirə  məruz  qalmış  əhalinin  daxili  faydalanması  əsasında  bəraət  qazandırıla bilər.  Belə  ki,  əgər 

demokratikləşdirmə  siyasətinin  açıq niyyəti  beynəlxalq  sülhü  möhkəmlətməkdirsə,  onda burada 

böyük  ehtiyatlılığa  ehtiyac  var.  Əvvəlcə  azad  bazarları  genişləndirmək,  sonra  isə  onlardan 

istifadə  olunmaqla  demokratiyaya  hərəkət  etməyi  dəstəkləmək  daha  efektiv  görünür.  Buradan 

alınan nəticələr bu fikrə gəlməyə əsas verir ki, avtokratik hökümətlərin dominantlıq etdiyi Yaxın 

Şərq  və  digər  ölkələrdə  sülhü  demokratikləşdirmə  vasitəsilə  genişləndirmək  cəhdləri  xüsusilə 

şübhəlidir. Məsələn, İraqın sabit demokratiya əldə edib-etməyəcəyi hələ məlum deyil; lakin belə 

riskli işlərdə hətta uğurun dövlətlərarası mənasız münaqişələri azaldacağı inanılmazdır. Bir şərtlə 

ki, bu, əsaslı və müvəffəqiyyətli iqtisadi islahatlarla birgə aparılsın. Resursların tükənən olmasını 

nəzərə  alaraq,  inkişaf  etmiş  ölkələrin  diqqəti  Şimal  yarımkurəsinin  çox  hissəsində  sülhün 

bərqərar olmasına aparıb çıxaracaq azad bazar prinsiplərinin və praktikalarının güclənməsinə və 

təbliğatına  yönəlmişdir.  Xüsusilə,  Birləşmiş  Ştatlar  kapitalizmi  yaymaq  və  iqtisadi  inkişafa 

dəstək  vermək  üçün  öz  hegemon  statusundan  istifadə  etmişdir.  İndi  bu  cəhdlərin  büdrəməsinə 

yol  vermək  olmaz.  Belə  ki,  terrorizm  və  Soyuq  müharibənin  başa  çatması  Birləşmiş  Ştatların 

diqqətini  Sovet  İttifaqının  qarşısını  almaqdan  daha  proaktiv  beynəlxalq  siyasətə  yönəltmişdir. 

Demokratiyaya  dəstək  verilməlidir,  lakin  sübutlar  göstərir  ki,  demokratiya  təklikdə  sülh  gətirə 

bilməz, belə ki, geniş yayılmış qaydalar da tərəqqinin olmadığı yerdə qeyri-sabit görünür. Qısası, 

sülh  və  azadlıq  məqsədlərinə  çatmaq  üçün  dünyanın  inkişaf  etmiş  ölkələri  kapitalist  institut  və 

praktikalarına dəstək göstərməyə bilməzlər. 



Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə