Erik Qartzke


www.azadliqciragi.org  17  Nəticə



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
1   2   3   4   5   6   7   8   9   10

 

www.azadliqciragi.org 

17 

Nəticə 

 

Dünya  sülhü  təkcə  iqtisadi  azadlıq  vasitəsilə  əldə  edilə  bilməz.  On  səkkiz  və  on 



doqquzuncu  əsrin  liberal  optimistlərinin  mövqeyini  yamsılamaq  səfehlik  olardı.  Belə  ki,  hər 

hansı  dairədə  sülhün  nə  dərəcədə  arzu  olunan  olub-olmamasından  asılı  olmayaraq,  o,  qlobal 

dostluğun  bütün  açarlarını  özündə  saxlayır.  Qlobal  məsələləri  öyrənən  müasir  tələbələr  də 

toqquşmaların  ötən  əsrin  azad  və  ən  liberal  cəmiyyətlərini  viran  etməsi  faktını  nəzərə  almaya 

bilməzlər.  Çoxdan  etiraf  olunduğu  kimi,  azadlıq  bəşəriyyətdə  ən  pisin,  həm  də  ən  yaxşının 

ifadəsinə  imkan  verir.  Lakin  iqtisadi  azadlığın  sülhü  genişləndirmək  tendensiyası  nəzərdən 

qaçırılmamalıdır, xüsüsən də, bu əlaqənin  mövcudluğu adi spekulyasiyadan artıq olduğu  indiki 

zamanda. Azad bazar kapitalizmini yaymaq üçün nəzərdə tutulan siyasətlər bir çox siyasətçilərin 

indi və keçmişdə iddia etdiyi kimi, heç də “dünya sülhü binasının altını saysız-hesabsız minalarla 

doldurmamışdır”  (Libknext,  1969:  13).  Əksinə,  kapitalizmin  qloballaşması  və  azad  bazarların 

yayılması bunun əksini etmiş, gücün az zəruri olduğu şərait yaratmışdır. 

İlk baxışda kapitalist sülhü paradoksal görünür. Firmalar çox vaxt münaqişəyə bənzəyən 

tərzdə  rəqabət  aparır.  Sun  Tsunun  “Müharibə  incəsənəti”  və  Klausvitsin  “Müharibə  haqqında” 

kitabları rəqabət kəskinliyi əxz etməyə can atan biznes məktəbi tələbələri tərəfindən bir içim su 

kimi  udulur.  İntellektual  və  aktivist  sülh  hərəkatlarının  Qərb  ənənəsi,  mənfəətpərəstliyi  həmişə 

dünyadakı  pisliklərin  köklərindən  biri  kimi  görməyə  meyllidir.  Ancaq  alturizm  vasitəsilə 

dünyanı  yaxşı  bir  məkana çevirmək olar. Təəssüf ki, alturizm çox  vaxt az tapılan olur. Utopik 

baxışlar  ona  görə  işləmir  ki,  onlar  fərdin  və  sosial  insan  təbiətinin  transformasiyası  üzərində 

qurulur.  Müasir  alimlər,  xüsüsən  də,  neoliberal  məktəbi  kimi  fərqləndirilənlər  dövlət  və 

dövlətüstü qurumların dövlətlərarası münaqişə üçün mümkün vasitə olduğunu vurğulamışlar. Bu 

baxışın  məğzindəki  məntiq  böyük  hökümətin  daxili  sosial  problemləri  həll  edəcəyinə  tərəfdar 

olanların məntiqindən heç də fərqlənmir. Biz insanların (yaxud dövlətlərin) səhv etməmək üçün 

təbii tendensiyalarını dəyişdirə bilməsək də, stimulları dəyişdirə, yaxud davranışı məhdudlaşdıra 

bilərik.  Beynəlxalq  institutlar  sülhə  yardımın  nümunəsi  kimi  göstərilə  bilər,  baxmayaraq  ki,  ən 

əhəmiyyətli təşkilatlar az təsir və ya heç bir təsir göstərmədiyindən, effekti çox da böyük deyil 

(Boehmer et al., qarşıdan gələn). 

Adam Smit iki əsr öncə böyük uzaqgörənliklə deyirdi ki, bürokratik göstərişlərdən, yaxud 

məhdudiyyətlərdən  azad  şəxsi  mənfəət  ümumi  rifaha  dövlət  nəzarətindən  daha  yaxşı  xidmət 

etmişdir.  Bazar  gücləri  “gorünməz  əl”  kimi  hərəkət  edərək  əhalinin  istehsal  potensialını  azad 

edirdi. Bu gün artmaqda olan sübutlar var ki, “görünməz əl” həm də millətlərin xarici siyasətində 

hərəkət  edir.  Qlobal  bazarlar  tərəqqi  təcavüzün  bəzi  formalarını  faydasız  edən  vaxt 

münaqişələrin  ifşaedici  mexanizminə  alternativ  təklif  edir.  Dünya  sülhü  axtarışı  çoxdan 

fədakarlıq ehtiyacı  ilə  birgə  qırılıb  getmişdir,  baxmayaraq  ki,  alturizmin  praktikada  kiçicik dinc 

təsir  əldə  etməsi  görünür. Əvəzində,  bu  mənfəətpərəstliyin  kənar  məhsuludur  ki,  onun  digər  bir 

xeyirxah  sosial  effekt  doğurması  məlum  olmuşdur.  İqtisadi  azadlığın  çiçəklənməsi(hansı  ki, 

bəziləri  ona  ironikcəsinə  “xəsis”  damğası  yapışdırmışdır)  çoxlarının  əbədi,  anadangəlmə, 

sivilizasiyanın özünün meyvəsi kimi görünən müharibə alovlarını soyutmağa başlamışdır.  

 

 



 

 


 

www.azadliqciragi.org 

18 

Əlavə : Məlumatların mənbəyi 

 

Burada istifadə olunmuş dəyişənlərin bir çoxu EUGene© proqram paketindən (Bennet və 

Stamç  2000)  istifadə  etməklə  hazırlanmışdır.  Digər  dəyişənlər  isə  aşağıda  göstərilmiş 

mənbələrdəndir.  Stata



TM

  müəllifdən  istənilə  bilən  (email: 

eg585@columbia.edu

)  empirik  təhlil 

və məlumat toplusunun bütün aspektlərini təkrarlayan fayl “yaradır”.  

 

1.



 

Asılı dəyişən 

  Mən  Dövlətlərarası  Hərbi  Mübahisələri  (DHM-lər)  dövlətlər  arasındakı  münaqişəli 

davranışı  müəyyənləşdirmək  üçün  işlədirəm.  DHM-lər  haqqında  məlumatın  EuGene  versiyası 

1816-cı ildən 2000-ci ilədək olan dövrü əhatə edir və münaqişə gərginliyinin 6 kateqoriyasını (0 

= vuruşda ölüm yoxdur, 1= 1-dən 25-dək ölüm hadisəsi, 2= 26-dan 100-dək ölüm hadisəsi, 3= 

101-dən 250-dək  ölüm  hadisəsi, 4= 251-dən  500-dək  ölüm  hadisəsi,  5=  501-dən  999-dək  ölüm 

hadisəsi,  6=  ən  azı  1000  ölüm  hadisəsi)  ehtiva  edən  mzfatald  dəyişənindən  ibarətdir.  Əlavə 

məlumat üçün bax: Qoçman və Maoz, 1984 və Cons, Bremer və Sinqer 1996 

 

2. 

Müstəqil dəyişənlər 

İqtisadi azadlıq 

Ceyms  Qvartney,  Robert  Louson  və  digərləri  “təsisat  tədbirlərinin  və  siyasətlərin  iqtisadi 

azadlıqla  birgə  7  əsas  sahədə  davamlılığın  müəyyənləşdirilməsi  üçün  nəzərdə  tutulan”  indeksi 

tərtib  etmişlər  (2000:3).  Bu  sahələrə  aiddir:  “  (I)  Dövlətin  ölçüsü,  (II)  İqtisadi  struktur  və 

bazarların  işlədilməsi,  (III)  Valyuta  siyasəti  və  qiymət  sabitliyi,  (IV)  Alternativ  valyutanın 

işlədilməsi  azadlığı,  (V)  Hüquqi  struktur  və  özəl  mülkiyyətin  təhlükəsizliyi,  (Vİ)  Xaricilərlə 

ticarət  azadlığı,  və  (VII)  qiymətli  kağızlar  bazarında  mübadilə  azadlığı”  (Qvartney  və  Louson, 

2000: 3). İqtisadi azadlığın 7 sahəsi sonradan 23 müxtəlif statistik göstəriciləri də özündə ehtiva 

etməyə  başladı.  Məlumatlar  5  illik  intervalında  1970-ci  ildən  1995-ci  ilədək  123  ölkə  üçün 

mövcuddur.  İqtisadi  azadlıq  məlumatlarını 

http://www.freetheworld.com/download.html

 

saytından  əldə  etmək  mümkündür.  Mən  əvvəlki  illərin  rəqəmləri  vasitəsi  ilə  çatışmayan 



məlumatları  əvəz  edən  məlumatların  versiyalarını  hazırladım  və  digər  çatışmayan  rəqəmləri  də 

əlavə etdim. 

 

İmkanlar 

 

Bu  termin  dövlətlərin  hakimiyyət  layihələşdirilməsi  və  münaqişələri  idarə  etmək 



qabiliyyətini  müəyyənləşdirir.  Müharibə  korrelatları  (MK)  Milli  İmkanların  Mürəkkəb 

Göstəriciləri  (MİMG)  balı  dövlətin  güc  işlətmək  üçün  potensialının  indeksini  müəyyənləşdirir. 

MİMG  balları  dövlətin  ümumi  əhali  sistemi,  şəhər  əhalisi,  enerji  istehlakı,  dəmir  və  polad 

istehsalı, hərbi qüvvə və hərbi xərclərdəki payının ağırlaşdırılmış orta həddi kimi hesablanır. 

 

Əhali 

 

Əhalisi  çox  olan  ölkələr,  mübahisəsiz  olaraq  az  əhalisi  olan  kiçik  dövlətlərdən  verilmiş 



müharibə  qurbanlarının  sayına  görə  fərqlənir.  Əhali  mövcüd  əraziyə  nisbətən  çox  və  ya  az  ola 

bilər  (Çukri və  Nort,  1975,  1989).  Mən  bəzi  reqressiyalara Əhalinin  Sıxlığı  bölgüsünü də əlavə 

edirəm. Bu dəyişən milli əhalinin ümumi kəmiyyətinin ərazinin bütün kvadrat milinə bölünməsi 

ilə ölçülür. Müvafiq olaraq Əkilən torpaq/Əhali bölgüsü məhsuldar kənd təsərrüfatı, yaxud otlaq 

torpaqlarının hektarlarının sayının əhalinin sayına bölünməsi ilə hesablanır. Bu məlumatlar CİA 

World  Factbook-dan  götürülmüşdür  ki,  cəmi  bir  neçə  il  üzrə  mövcuddur.  Mən  itmiş  rəqəmləri 

digər illərdən olan rəqəmlərlə əvəz edirəm, bu məlumatlar zaman ərzində çox da dəyişmir. 

 

Əsas hakimiyyət? 



 

 

Güclü  dövlətlər  beynəlxalq  məsələlərdə  daha  fəal  olmağa  meyl  edir  ki,  bu  daha  tez-tez 

münaqişəli  davranışla  nəticələnir.  Əsas  güclü  dövlətlər  nisbətən  varlı  ola  biləcəyinə  görə, 



Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə