Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə19/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   15   16   17   18   19   20   21   22   ...   172

www.vivo-book.com 

 

109 



 Mən  dağınıq  Ģəkildə  fikirləĢdim  ki,  görəsən,  orda 

Keytin...  və  Eliotun  halı  necədir.  Gərək  Kristiandan 

soruĢmağı unutmayam ki, Eliotdan nə xəbər var. Ah, gələn 

çərĢənbə axĢamı Ġtan qayıdacaqdı, Keytin qardaĢı və o bizim 

mənzilimizdə  yaĢayacaqdı.  DüĢünmürdüm  ki,  Kristian  bu 

xəbərdən  sevinər.  Kabus-qızla  qarĢılaĢmağım  getdikcə 

unudulmaq üzrə idi. 

 Klerlə söhbətimiz zamanı Elizabet mənə daha bir ĢüĢə 

pivə uzatdı. 

– Sağ ol, – təbəssümlə minnətdarlıq etdim. 

 Klerlə söhbət çox rahat idi, ünsiyyətcil biri idi. Özümə 

gəlməmiĢ  maliyyə  Ģöbəsindən  olan  oğlan  üçüncü  pivə 

ĢüĢəsini mənə uzatdı. 

 Elizabet  və  Kortni  çıxıb  getdilər;  Cek  mənimlə  Klerə 

yanaĢdı.  Kristian  harda  qaldı?  Maliyyə  Ģöbəsindən  olan 

oğlanlardan biri Klerlə söhbətə baĢladı. 

– Аnа, bizə gəldiyin üçün heyfsilənmirsən ki? 

 Cek  sakitcə  danıĢırdı,  mənə  çox  yaxın  dayanmıĢdı. 

Doğrudur,  artıq  fikir  vermiĢdim  ki,  o  həmiĢə  belə  söhbət 

edir, hətta ofisdə də. 




www.vivo-book.com 

 

110 



–  Sağ  ol,  Cek,  bu  həftə  özüm  özümdən  razıyam.  Hə, 

əlbəttə, məncə, iĢ yerimi düz seçmiĢəm. 

– Çox ağıllısan, Аnа. Böyük gələcəyin var. 

 Onun komplimentindən qızarmıĢdım. 

–  Sağ  ol,  –  mızıldandım,  daha  nə  deyəcəyimi 

bilmirdim. 

– Uzaqda yaĢayırsan? 

– Payk-Market bazarının yaxınlığında. 

–  Оo,  biz  demək  olar  ki,  qonĢuyuq,  –  gülümsəyərək 

mənə bir az da yaxın dayandı və piĢtaxtaya söykəndi. Tələyə 

düĢmüĢdüm. – Bazar günlərinə nə planların var? 

– Mənim... 

 Mən  onu  görmədən  duyurdum.  Sanki  bütün  bədənim 

onun  varlığına  incəliklə  köklənmiĢdi.  Ondan  gələn  qəribə, 

nəbzli  elektrik  cərəyanını  hiss  edirdim.  Bu  məni  eyni 

zamanda həm sakitləĢdirir, həm də ehtiraslandırırdı – daxili 

ziddiyyət. 

 Kristian  çiyinlərimdən  yapıĢaraq  məni  qucaqladı.  Bu 

jest  deyəsən,  naqolay  və  dostyana  idi,  amma  mən  onun 



www.vivo-book.com 

 

111 



mənasını  anlayırdım.  О  öz  hüquqlarını  bəyan  edirdi  və  bu 

durumda mən sevinirdim. Kristian nəvaziĢlə məni öpdü. 

– Salam, balaca. 

 Mən  rahatlıq  və  heyranlıq  hiss  edirdim,  baxıĢlarımı 

ondan  çəkə  bilmirdim.  Kristian  məni  kənara  çəkdi,  özü  isə 

biganə  ifadəylə  Cekə  baxdı.  Sonra  gözlərini  mənə 

zilləyərək,  riyakarcasına  gülümsədi  və  yanağımı  öpüb 

marçıldatdı.  Kristian  cins  Ģalvar,  nazik  zolaqlı  pencək  və 

açıq  yaxalıqlı  ağ  köynək  geyinmiĢdi.  HəmiĢəki  kimi 

hamıdan yaraĢıqlı görünürdü. 

 Cek ixtiyarsız geri çəkildi. 

– Cek, bu Kristiandır, – günahkarcasına mızıldanırdım. 

Niyə özümə bəraət qazandırırdım? – Kristian, bu Cekdir. 

– Mən boyfrendəm,  – deyə Kristian soyuq təbəssümlə 

elan  elədi  və  bircə  gözlərində  bu  soyuqluq  görünmürdü. 

Kristian  Cekin  əlini  sıxdı  və  o,  fikrən  qarĢısındakı  ecazkar 

cəsarət obrazını qiymətləndirirdi. 

–  Mən  müdirəm,  –  Cek  təkəbbürlə  dilləndi.  –  Аnа 

mənə öz keçmiĢ dostu haqda nəsə demiĢdi. 



www.vivo-book.com 

 

112 



 Оh, nahaq yerə! Kristian Qreylə belə oyunlar oynamaq 

olmazdı. 

–  Hə,  amma  mən  artıq  keçmiĢ  deyiləm,  –  Kristian 

cavab verdi. – Gedək, balaca, vaxtdır. 

–  Bizimlə  qalın.  Birlikdə  içərik,  –  Cek  dərhal  təklif 

elədi. 


 Fikir  uğurlu  görünmürdü.  Bu  naqolaylıq  necə  peyda 

oldu?  Çəpəki  Klerə  baxdım.  Əlbəttə,  onun  ağzı  açıla 

qalmıĢdı  və  məftunluqla  Kristiana  baxırdı.  Görəsən,  mən 

haçan  Kristianın  baĢqa  qadınlarda  yaratdığı  effektə  görə 

daha qayğılanmayacaqdım? 

– Bizim öz planlarımız var, – Kristian sirli təbəssümlə 

cavab verdi. 

 Planlar? Bədənimdən intizar ürpəntisi keçib gedirdi. 

– Bəlkə baĢqa bir vaxt, – o əlavə etdi. – Gedək, – dedi 

və əlimdən tutdu. 

– Bazar ertəsinədək. 

 Cekə,  Klerə,  maliyyə  Ģöbəsindən  olan  oğlanlara 

baxaraq  gülümsədim,  müdirin  narazı  simasını  var  gücümlə 



www.vivo-book.com 

 

113 



görməzliyə  vurmağa  çalıĢdım  və  Kristianın  ardınca  bardan 

çıxdım. 


 Teylor 

―Audi‖nin 

sükanı 

arxasında 



oturaraq 

gözləyirdi. 

– Lap ―kim daha uzağa iĢəyər‖ deyə sidik yarıĢmasına 

çıxmıĢ  oğlanlara  bənzəyirdiniz.  Niyə?  –  Kristiandan 

soruĢdum, o isə mənimçün maĢının qapısını açdı. 

–  Çünki  elə  sən  deyən  kimiydi,  –  o  donquldandı  və 

mənə öz sirli təbəssümünü bəxĢ elədi. 

–  Salam,  Теylor,  –  salamlaĢdım  və  arxa  görünüĢ 

güzgüsündə baxıĢlarımız toqquĢdu. 

–  Günaydın,  miss  Stil,  –Teylor  nəzakətlə  baĢını 

tərpətdi. 

 Kristian  yanımda  əyləĢdi,  əlimi  sıxdı  və  nəvaziĢlə 

barmaqlarımı öpdü. 

– XoĢ gördük, – sakitcə dedi. 

 Qızardım yenə: baĢa düĢürdüm ki, Teylor bizi eĢidir və 

sevincliydim  ki,  o,  Kristianın  mənə  yönəltdiyi  ehtiraslı, 

adamı  odlayıb-yaxan  baxıĢlarını  görmür.  Bütün  iradəmi 



www.vivo-book.com 

 

114 



topladım  ki,  elə  burda,  maĢının  arxa  oturacağında  onun 

üstünə atılmayım. 

 Ah, arxa oturacaq… hmm. 

–  XoĢ  gördük,  –  qurumuĢ  dodaqlarımla  güclə 

eĢidiləcək tərzdə cavab verdim. 

– Bu axĢam nəylə məĢğul olaq? 

– Məncə, hansısa planlardan danıĢırdın. 

–  О-о,  АnasteyĢa,  mən  bilirəm,  nə  istəyirəm. 

SoruĢuram ki, sən nə istəyirsən. 

 Gülümsəyirdim. 

–  Aydındı,  –  utanmaz  təbəssümlə  bildirdi.  –  Onda  nə 

vaxt  məndən  xahiĢ  edəcəyini  gözləyim.  Bu  harda  baĢ 

verəcək, mənim, yoxsa sənin mənzilində? 

 BaĢını  yana  əyərək  gülümsəyirdi,  ah,  necə  də  seksual 

idi! 

– Çox lovğalanırsınız, mister Qrey. Amma fərqli olsun 



deyə bizə gedə bilərik. 

 

 Bilərəkdən  dodağımı  diĢlədim  və  onun  siması 



tündləĢdi. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə