Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə26/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   22   23   24   25   26   27   28   29   ...   172

www.vivo-book.com 

 

152 



Qüssələnirəm, çıxıĢ yolu görməyərək. 

– Sənə elə gəlmir ki, bütün məntiqi hədləri adlayırsan? 

–  Hə.  Mən  baĢ  verənlərlə  bağlı  özümə  tam  hesabat 

verirəm. 

– Doktor Flinnə minnətdaram, – mızıldanıram. 

О,  içiboĢ  çini  dayaz  qabı  yerə  qoyur  və  laqeydliklə 

mənə  baxır.  Köks  ötürürəm.  Onunla  dalaĢmaq  istəmirəm. 

Ayağa qalxır və boĢqabları yığıĢdırıram. 

– Çərəz istəyirsən? 

–  Əlbəttə!  Nəsə  təklif  edə  bilərsən?  –  ovsunlayıcı 

təbəssümü ilə soruĢur. 

–  Məni  yox,  –  niyə  də  mən  olmayım?..  Daxili  ilahəm 

mürgüdən  oyanır  və  oturub  söhbətə  diqqətlə  qulaq  asır.  – 

Dondurmam var. Yeri gəlmiĢkən, vanil, – gülürəm. 

–  Doğrudan?  –  Təbəssümü  geniĢlənir.  –  Məncə, 

maraqlı bir Ģey fikirləĢə bilərik. 

Nə?..  Qayğılı  halda  ona  baxıram,  osa  ahənglə  yerdən 

qalxır. 


– Qala bilərəm? 

– Nəyi nəzərdə tutursan? 




www.vivo-book.com 

 

153 



– Burda, gecə? 

– Məncə, bu əvvəldən nəzərdə tutulmuĢdu. 

– YaxĢı. Dondurma hardadır? 

– Plitədə, – nəvaziĢlə gülümsəyirəm. 

О, baĢını yana əyir və kinayəylə deyir: 

– Sarkazm – hazırcavablığın ən aĢağı formasıdır, miss 

Stil. 

 

Onun gözlərində ehtiraslı parıltı peyda olur. 



Lənət Ģeytana! Ağlında nə var görən?.. 

– Axı səni Ģapalaqlaya bilərəm. 

BoĢqabı çanağa qoyuram. 

– Özünlə gümüĢ Ģarları götürmüsən? 

О, əlini ciblərinə vurur və əllərini yelləyir. 

–  Bilirsənmi,  bu  heç  də  gülməli  deyil,  amma  özümlə 

ehtiyat  komplekti  gəzdirmirəm.  Ofisdə  ona  ehtiyacım 

yoxdur. 


–  Bunu  eĢitməyə  çox  Ģadam,  mister  Qrey.  Həm  də 

deyəsən,  siz  dediniz  ki,  sarkazm  hazırcavablığın  ən  aĢağı 

formasıdır. 



www.vivo-book.com 

 

154 



–  АnasteyĢa,  yeni  devizim  belədir:  ―Əgər  kiminsə 

öhdəsindən gələ bilmirsənsə, onunla müttəfiq ol‖. 

Ağzım  açıla  qalır,  qulaqlarıma  inanmıram,  amma  o, 

özündənrazı görünür və gülümsəyir. Sonra buz dolabını açır 

və ―Bеn & Cerri‖ vanil dondurmasını çıxarır. 

– Bu iĢimizə yarayar, – o, tündləĢmiĢ gözləriylə mənə 

baxır. – ―Ben & Cerri & Аnа‖. – Hər bir sözü asta və aydın 

tələffüz eləyir. 

ĠĢə  bir bax!..  Çənəm  düz  yerə  dəyir.  Kristian  masanın 

çəkməcəsini açır və qaĢığı götürür. O, baxıĢlarını mənə sarı 

qaldırdıqda,  gözləri  ehtiras  Ģölələri  saçır,  dilisə  üst  diĢlərin 

kənarlarına toxunur. Аh, bu dil! 

Ġntizardayam.  Ġstək  –  qatı  və  Ģirin  –  isti  dalğayla 

damarlarıma axır. Ġndi Ģənlik baĢlayacaq. 

–  Məncə,  çox  istidi,  –  o  pıçıldayır.  –  Sən  yetərindən 

artıq qızıĢmısan. Səni soyudacam. Gedək. 

 

Kristian  əlini  mənə  uzadır  və  mən  itaətkarlıqla  onun 



ardınca gedirəm. 


www.vivo-book.com 

 

155 



Yataq  otağında  o,  dondurmanı  gecə  masasına  qoyur, 

çarpayıdan  pərqu  adyalı  və  hər  iki  balıĢı  götürür,  onları 

topayla yerə qoyur. 

– Sənin ehtiyat dəyiĢik mələfən var, deyilmi? 

BaĢımın  hərəkətiylə  təsdiqləyir,  ovsunlanmıĢ  halda 

onun  davranıĢını  izləyirəm.  О,  ―Çarli  Tanqo‖nu  əlinə 

götürür. 

– ġarımı batırma! – sərt Ģəkildə xəbərdarlıq edirəm. 

Dodaqların kənarları dəcəl gülüĢlə dartılır. 

–  Elə  bir  fikrim  də  yoxdur,  balaca.  Mən  səni  və  bu 

mələfələri batıracam. 

Bədənim demək olar ki, qıc olur. 

– Əl-ayağını bağlayacam, razısan? 

Оy… Nələr olacaq … 

– Di yaxĢı, – pıçıldayıram. 

– Ancaq əllərini. Çarpayıya. Belə lazımdı. 

–  YaxĢı,  –  yenə  pıçıldayıram,  baĢqa  bir  sözü  tələffüz 

eləməyə taqətim yoxdur. 

О yaxınlaĢır, düz gözlərimə baxır. 



www.vivo-book.com 

 

156 



– Biz bax bunu götürəcəyik, – o, xələtimin qurĢağından 

tutur  və  çox  asta,  sanki  məni  cırnadaraq,  onun  düyününü 

açır və səliqəylə ilgəyi çıxarır. 

Хələt  açılır  və  mən  iflic  olmuĢ  kimi  onun  hərarətli 

baxıĢları  altında  dayanmıĢam.  Kristian  bir  andaca  xələti 

çiyinlərimdən  çıxarır.  Xələt  yerə  düĢərək  ayaqlarımın 

yanında  qalır,  mənsə  tam  çılpağam.  Kristian  barmaqlarının 

kiçik  sümükləriylə  üzümü  oxĢayır,  toxunuĢlar  qarnımın 

dərinliyində  Ģirin  əks-səda  verir.  Əyilərək  cəld  dodaqlarımı 

öpür. 


–  Belin  üstə  uzan,  –  mızıldanır.  Onun  tündləĢmiĢ 

gözləri bərq vurur. 

Ġtaətlə  onun  dediyi  hər  Ģeyi  yerinə  yetirirəm.  Otağım 

yarızülmətə  qərq  olub,  yalnız  gecə  lampasından  xəfif  iĢıq 

yayılır. 

Ümumiyyətlə,  mən  enerji  qənaətedici  lampalara  nifrət 

edirəm,  onlar  elə  sönükdür  ki.  Amma  indi  solğun  iĢığa 

sevinirəm.  Kristian  çarpayının  yanında  dayanır  və  mənə 

baxır. 



www.vivo-book.com 

 

157 



– Sənə bütün günü baxa bilərəm, АnasteyĢa, – deyir və 

elə o dəm çarpayıya çıxır, üstümdə oturur. 

– Əllərini baĢının arxasına qoy, – əmr eləyir. 

Ġtaət edirəm və o, qurĢağın ucuyla sol biləyimi bağlayır 

və  qurĢağı  çarpayının  baĢ  tərəfindəki  metal  çubuqlara 

keçirir. Bərkdən dartır onu, əlim uzanır. Elə sağ biləyimi də 

eyni qaydada düyünlənir. 

Ġndi,  əllərim  bağlı  olduqda,  o,  yetərincə  sakitdir.  Bu, 

istəyinə uyğundur. Axı indi ona toxuna bilməyəcəm. Ağlıma 

gəlib  ki,  onun  əvvəlki  tərəfdaĢlarından  heç  biri  ona 

toxunmaq  fürsətinə malik olmayıb.  Kristian həmiĢə onların 

davranıĢına  nəzarət  eləyib  və  onlarla  məsafə  saxlayıb.  Bax 

buna görə də öz qaydalarını belə sevir. 

О, üstümdən qalxır və əyilərək tez-tələsik dodaqlarımı 

öpüb-marçıldadır.  Qəddini  düzəldir  və  köynəyini  baĢı 

üstündən çıxarır. Cins Ģalvarını da çıxararaq döĢəməyə atır. 

Çılpaq və füsunkardır. Daxili ilahəm üçqat aksel yerinə 

yetirir,  mənimsə  qəfildən  dodaqlarım  quruyur.  Onun  bədən 

quruluĢu  sanki  klassik  ehkamlara  uyğun  yaradılıb:  geniĢ, 

əzələli  çiyinlər,  nazik  omba  –  tərsinə  çevrilmiĢ  üçbucaq. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə