Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə34/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   30   31   32   33   34   35   36   37   ...   172

www.vivo-book.com 

 

200 



Biz 

Altıncı 


avenyuyla 

gedirik. 

Qollarımı 

çarpazlamıĢam,  baĢımı  da  əymiĢəm,  ağacların  budaqlarına 

toxunmamağa  çalıĢıram.  Beynimdə  saysız  suallardan 

burulğan  baĢ  qaldırıb,  onlara  hələ  cavab  yoxdur.  Kristian 

sakitcə  böyrümdə  addımlayır,  Ģüurumdasa  müxtəlif  fikirlər 

dolaĢır.  О  mənə  toxunmur  və  onun  tərəfindən  bu  zəkalı 

hərəkətdir. Görəsən, bu dəfə də mister Hiyləgər cavablardan 

yayınacaq? 

–  Öz  kölələrini  bu  salona  gətirmisən?  –  sərt  Ģəkildə 

maraqlanıram. 

– Bəzilərini gətirmiĢəm, – sakitcə cavab verir. 

– Leylanı da? 

– Hə. 

– Axı salon yeni görünür. 



– Təmiri bu yaxınlarda bitirmiĢəm. 

–  Aydındı.  Deməli,  missis  Robinson  sənin  bütün 

kölələrinlə üzləĢib? 

– Hə. 


– Оnlar missis Robinson barədə bir Ģey bilirdi? 

– Yox. Heç biri. Ancaq sən. 




www.vivo-book.com 

 

201 



– Amma mən kölə deyiləm. 

– Yox, əlbəttə. 

Ayaq saxlayıram və üzümü ona çevirirəm. Onun geniĢ 

açılmıĢ gözlərindən qorxu oxunurdu. 

–  Doğrudanmı  sən  bunun  nə  qədər  iyrənc  olduğunu 

anlamırsan? – Səsim qəzəbdən və hiddətdən titrəyir. 

– Hə. BağıĢla, – və o, üzünə peĢmançılıq ifadəsi verir 

(necə də nəzakətlidir!). 

– 

Saçımı 


kəsdirmək 

istəyirəm, 

mümkünsə 

əməkdaĢlarının, ya da müĢtərilərinin olmadığı yerdə. 

О, xəstəhal tərzdə üzünü qırıĢdırır. 

– Hə, mən getməli oldum. Hələlik. 

– Sən məndən qaçmırsan, eləmi? Yox? 

–  Yox.  Mən,  lənət  Ģeytana,  sadəcə,  saçımı  kəsdirmək 

istəyirəm.  Hardasa.  Mən  bərbər  kürsüsünə  oturmaq 

istəyirəm, gözlərimi yumub bütün bu sənin yol yoldaĢın olan 

zəhrimarı unutmaq istəyirəm. 

О, ovcuyla saçına sığal çəkir. 

–  Mən  Frankonu  evinə  göndərə  bilərəm,  –  o,  sakitcə 

təklif eləyir. 




www.vivo-book.com 

 

202 



– Yelena çox cazibədardır. 

– Hə, düzdür, – həvəssiz razılaĢır. 

– Ġndi ərdədi? 

– Yox. Artıq beĢ ildi ki, boĢanıb. 

– Niyə bir yerdə deyilsiniz? 

– Çünki hər Ģey keçmiĢdə qalıb. Bunu sənə demiĢəm. 

Qəfildən  alnını  qırıĢdırır,  barmağını  yuxarı  qaldırır, 

sonra  cibindən  ―blekberi‖ni  çıxarır.  Doğrudan  da,  telefon 

vibrasiya edir: zəngi eĢitməmiĢəm. 

–  Hə,  Uelç,  –  qıĢqırır  və  məlumatı  dinləyir.  Ġkinci 

avenyuda  dayanmıĢıq.  Mən  cavan  incə  yarpaqlı  pöhrəliyə 

baxıram. 

Yanımızdan  ötən  adamlarIn  üzündən  Ģənbə  qayğıları 

yağır.  Sözsüz,  onlar  öz  Ģəxsi  xəyallarını  düĢünürlər. 

Maraqlıdır,  deyə  fikirləĢirəm,  bu  faciələrin  sırasına  qaçmıĢ 

kölə qız, adamın ağlını baĢından alan eks-dominant qadın və 

davranıĢı  ABġ  qanunlarında  nəzərdə  tutulan  özəllik 

anlayıĢına uymayan kiĢi daxildirmi? 

– Yol qəzasında ölüb? Haçan? – Kristian düĢüncələrimi 

yarıda qoyur. 




www.vivo-book.com 

 

203 



Aa, kim? Qulağımı Ģəkləyirəm. 

–  Hə  də.  Deməli,  o  düdəmə  hər  Ģeyi  sonadək 

danıĢmayıb. O nəsə bilir. Doğrudanmı onun qıza heç yazığı 

gəlmir? – Kristian narazı halda baĢını yelləyir. – Ġndi hər Ģey 

aydınlaĢır…  yox…  indi  baĢa  düĢürəm  o  niyə  bu  haldadır, 

harda olduğunu demirəm. 

Kristian  küçəni  seyr  edir,  sanki  nəsə  axtarır  və  mən 

ixtiyarsız  olaraq  onun  hərəkətlərini  təkrarlayıram.  Amma 

xüsusi  bir  Ģey  sezmirəm.  Elə  həmin  ağaclar,  avtomobillər, 

öz iĢlərinə tələsən Ģəhərlilər. 

– О burdadı, – Kristian davam edir. – Bizi izləyir. Hə… 

Yox.  Ġki,  ya  da  dörd,  iyirmi  dörd,  yeddi...  Bunu  hələ  elan 

eləməmiĢəm. – Kristian baxıĢlarını mənə yönəldir. 

Nəyi elan eləməyib? Üzümü turĢuduram və o, ehtiyatla 

mənə baxır. 

– Nə?.. – pıçıldayır və rəngi ağarır. – Aydındı. Haçan? 

Ġndicə? Axı bu necə ola bilər?.. Heç bir bioqrafik məlumat 

yoxdu?.. Aydındı. E-maillə ad, ünvan və fotonu göndər, əgər 

varsa … iyirmi dörd, yeddi, bugünkü tarix. Teylorla əlaqəni 

kəsmə. – Kristian smartfonu söndürür. 




www.vivo-book.com 

 

204 



–  Hə?  –  həyəcanla  soruĢuram.  O  mənə  nəsə 

deyəcəkmi? 

– Uelç idi. 

– O kimdi? 

– Cangüdənim. 

– Aydındı. Nə baĢ verib? 

–  Üç  ay  əvvəl  Leyla  hansısa  oğlanla  birgə  ərindən 

qaçıb, dörd ay əvvəlsə həmin oğlan yol qəzasında ölüb. 

– Oy… 

–  Bu  düdəmə,  həkim,  hər  Ģeyi  bilirmiĢ…  –  qəzəb  və 



məyusluqla  deyir  o.  –  Dərd  –  Leylanın  qəribə  davranıĢının 

səbəbi də buymuĢ. Gedək. 

 

O,  ovcunu  mənə  uzadır  və  mən  ixtiyarsız  onun  əlini 



tuturam.  Amma  elə  həmin  andaca  ağlıma  bir  Ģey  gəlir  və 

əlimi geri dartıram. 

–  Dayan,  biz  söhbəti  bitirməmiĢik.  ―Bizim‖  və  onun, 

sənin missis Robinsonun haqqında. 

Kristian acıqlı halda üzünü qırıĢdırır. 



www.vivo-book.com 

 

205 



–  О,  ―mənim  missis  Robinsonum‖  deyil.  Bu  haqda 

mənim evimdə söhbət eləyə bilərik. 

–  Sənin  evinə  getmək  istəmirəm.  Sadəcə,  saçımı 

kəsdirmək  istəyirəm!  –  qıĢqırıram,  yalnız  saç  kəsimində 

fikrimi cəmləĢdirmək istəyirəm… 

О, yenə də cibindən smartfonu çıxarır və nömrəni yığır. 

– Qreta, bu, Kristian Qreydir. Qoy Franko bir saatdan 

sonra  evimə  gəlsin.  Missis  Linkolna  çatdır…  YaxĢı.  –  О, 

smartfonu  cibinə  qoyur.  –  EĢitdin?  Bərbər  bir  saat  sonra 

gələcək. 

– Kristian! – donquldanıram. 

– АnasteyĢa, Leyla əsəb pozğunluğu keçirir. Bilmirəm 

o kimi təqib eləyir, səni, yoxsa məni və nə fikrə düĢüb. Ġndi 

səni  evinə  gedərik,  pal-paltarını  yığarıq  və  sən  bizim  evdə 

yaĢayarsan, Leylanı tapana qədər. 

– Bu nəyimə lazımdı? 

– Sənin təhlükəsizliyin üçün. 

– Axı… 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə