Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə31/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   27   28   29   30   31   32   33   34   ...   172

www.vivo-book.com 

 

182 



–  Sən  bunu  istəyirsən,  inkar  eləmə,  –  Kristian 

pıçıldayır. 

Sifətim pörtür; ağlıma bu fikir gəlir ki, yəqin Leyla bu 

ağırlığın  öhdəsindən  gələ  bilib.  Dodaqlarım  özü-özünə  kip 

sıxılır. 

– Noolub? – qayğılı halda Kristian soruĢur. 

– Heç nə, – baĢımı yelləyirəm. – Di yaxĢı, Klodla tanıĢ 

olaram. 


– Doğrudan? – Kristian inamsız halda soruĢur. 

 

Onun  sifəti  iĢıqlanır.  Elə  bir  görkəmi  var  ki,  sanki 



lotereya udub, hərgah yüzə-yüz həyatında bircə dəfədə olsun 

lotereya bileti almayıb: çünki ehtiyacı olmayıb. 

– Hə, ilahi, əgər bu səni sevindirirsə, – gülümsəyirəm. 

О məni daha möhkəm qucaqlayır və yanağımdan öpür. 

–  Heç  təsəvvürünə  də  gətirə  bilməzsən  ki  nə  qədər,  – 

pıçıldayır. – Hə, bu gün nəylə məĢğul olacağıq? 

 

О, burnuyla saçlarıma dirənir və bədənim ürpənir. 




www.vivo-book.com 

 

183 



–  Bu  gün  saçımı  kəsdirmək  istəyirdim,  üstəlik,  hmm, 

çeki nağdlaĢdırmalı və maĢın almalıyam. 

–  А,  tamamilə  unutmuĢam!  –  qəfildən  yadına gəlir və 

dodağını  diĢləyir.  Sonra  əlini  cibinə  atır  və  ―Audi‖nin 

açarını çıxarır. 

– MaĢın burdadı, – sakitcə deyir. 

– Necə yəni burdadı? – acıqlı halda soruĢuram. 

 

Lənət olsun! Hirsliyəm. Bu nə həddir! 



– Teylor dünən gətirib. 

Ağzımı  açıram,  qapadıram  və  hərəkətləri  iki  dəfə 

təkrarlayıram, amma nəsə deməyə gücüm çatmır. О, maĢını 

mənə  qaytarır.  Lənət  Ģeytana!  Niyə  bu  ağlıma  gəlməyib? 

Noolar,  bu  oyunda  iki  oyunçu  var.  Cins  Ģalvarımın  arxa 

cibinə əl atıram və içində çek olan zərfi çıxarıram. 

– Bu da sənin çekin. 

Kristian  heyrətlə  mənə  baxır,  sonra  özünün  verdiyi 

zərfi  tanıyaraq  ovuclarını  yuxarı  qaldırır  və  geriyə 

addımlayır. 

– Yox, yox. Bu sənin pullarındı. 



www.vivo-book.com 

 

184 



–  Yox,  mənim  deyil.  Mən  maĢını  səndən  satın  almaq 

istəyirəm. 

Sifətinin  ifadəsi  anidən  dəyiĢir.  Qəzəb  aydın  Ģəkildə 

oxunur, hə, qəzəb. 

–  Yox,  AnasteyĢa.  Bu  sənin pulun, sənin maĢınındı,  – 

acıqlı halda bildirir. 

–  Yox,  Kristian.  Pul  mənim,  maĢın  sənindi.  MaĢını 

səndən satın alıram. 

–  Bu  maĢını  səni  təhsilini  baĢa  vurman  münasibətilə 

hədiyyə eləmiĢəm. 

–  Əgər  mənə  qələm  bağıĢlasaydın,  bu normal  hədiyyə 

olardı. ―Audi‖ isə baĢqa məsələ. 

– Sən, doğrudan da mənimlə bəhsə girmək istəyirsən? 

– Yox. 


–  Di  yaxĢı,  bu  da  açarlar,  götür!  –  Komodun  üstünə 

qoyur. 


– Mən bunu nəzərdə tutmurdum! 

– Müzakirəni bitir, АnasteyĢa. Səbir kasamı daĢdırma. 




www.vivo-book.com 

 

185 



QaĢ-qabaqlı  halda  ona  baxıram,  sonra  ağlım  yerinə 

gəlir.  Zərfi  götürərək  onu  ikiyə  bölürəm,  sonra  cırdığım 

kağız parçalarını zibil qutusuna atıram. Of, ləzzət! 

Kristian biganə halda dayanıb, amma mən bilirəm, fitili 

yandırmıĢam  və  indi  ondan  uzaq  durmalıyam.  О,  çənəsini 

sığallayır. 

– Siz həmiĢəki kimi, dava-dalaĢ axtarırsınız, miss Stil, 

– Kristian quru tərzdə bildirir, kəskin Ģəkildə çönür və o biri 

otağa gedir. 

 

Belə  bir  reaksiyanı  əsla  gözləmirdim.  DüĢünürdüm  ki, 



əməlli-baĢlı  qiyamət  qopacaq.  Aynaya  baxıram  və  saçımı 

quyruq Ģəklində yığmaq qərarına gəlirəm. 

Maraq  məni  öldürür.  Mister  Qrey  nəylə  məĢğuldur? 

Otağa girirəm. О, telefonla danıĢır. 

– Hə, iyirmi dörd min dollar. Təcili. 

О, laqeyd tərzdə mənə baxır. 

– YaxĢı. Bazar ertəsi? Əla… Bu qədər, Andrea. 

Mobil telefonu acıqlı halda qapatdı. 




www.vivo-book.com 

 

186 



–  Pullar  bazar  ertəsi  sənin  bank  hesabına  oturacaq. 

Mənə bu cür fokuslar lazım deyil. 

 

О, qəzəbdən partlayır, amma vecimə də deyil. 



– Ġyirmi dörd min dollar! – Demək olar ki, qıĢqırıram. 

– Bank hesabımı hardan bilirsən? 

Qəzəbim onu heyrətləndirir. 

– Sənin haqqında hər Ģey bilirəm, AnasteyĢa, – sakitcə 

deyir o. 

–  Mənim  maĢınım  iyirmi  dörd  min  dollar  dəyərində 

deyildi. 

–  Ümumən  səninlə  razıyam,  amma  bazarın  öz 

qanunları  var.  Qiymət  sənin  alıcı,  yaxud  satıcı  olmağından 

asılıdır.  Hansısa  dəli  bu  təkərli  tabutu  almaq  istəyinə 

düĢmüĢdü və bundan ötrü nə qədər desən ödəməyə hazır idi. 

Ola  bilsin  ki,  kolleksiyaçıydı.  Mənə  inanmırsansa, 

Teylordan soruĢ. 

Ġnamsız halda ona baxıram, osa mənə – iki qəzəbli və 

tərs sərsəm. 



www.vivo-book.com 

 

187 



Və  bu  an  mən  cazibəni  duyuram:  aramızda  elektrik 

cərəyanı  yaranır;  о  bizi  bir-birimizə  doğru  yaxınlaĢdırır. 

Qəfildən 

Kristian 

məni 

qucaqlayır, 



acgözlüklə, 

rəhmsizcəsinə  dodaqlarımdan  öpür.  Onun  gərilmiĢ  ovucu 

ombamdan  yapıĢıb  və  məni  öz  ombasına  sıxıb;  o  biri  əli 

saçımdan  tutub  baĢımı  geri  çəkir.  Mən  də  barmaqlarımı 

Kristianın  saçlarına  keçirmiĢəm  və  möhkəm  tutub 

buraxmıram.  O,  bədəniylə  mənə  sürtünür,  onun  kəsik 

tənəffüsünü  eĢidirəm.  Kristianın  necə  ehtiraslandığını 

duyuram.  O  məni  istəyir  və  xoĢbəxtlikdən  baĢım  fırlanır, 

sevincdən əriyirəm: axı mən ona lazımam. 

–  Niyə,  niyə  mənimlə  mübahisə  eləyirsən?  –  çılğın 

öpüĢlər arasında mızıldanır o. 

Damarlarımdakı qan cuĢa gəlir. Doğrudanmı o həmiĢə 

mənə belə təsir göstərəcək? Mənsə ona? 

– Çünki bacarıram. 

 

Uzun-uzadı  öpüĢdən  boğuluram.  Görmür,  amma 



dərimlə  onun  təbəssümünü  duyuram.  Kristian  alnını  alnıma 

dirəyib. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə