Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə37/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   33   34   35   36   37   38   39   40   ...   172

www.vivo-book.com 

 

218 



gəzdirirəm.  Burda  hələ  də  çoxlu  geyim  var:  hamısı  təzə  və 

qiymət yarlığıyla. Üç uzun ziyafət donu, üç kokteyl donu və 

üçü də gündəlik geyimçün. Onların hamısı yəqin ki, qəpik-

quruĢa alınmayıb. 

Ziyafət  donlarından  birinin  yarlığına  baxıram:  2998 

dollar. Paho! Ayaqlarım titrəyir və mən döĢəməyə çökürəm. 

Yox,  özümü  tanımıram.  Əllərimlə  baĢımı  tutaraq  son 

bir  neçə  saatı  dərk  eləməyə  çalıĢıram.  Elə  yorulmuĢam  ki! 

Niyə,  axı  niyə  bu  dəliyə  rast  gəlmiĢəm:  Tanrı  kimi  gözəl, 

Ġblis kimi seksual, Krez kimi zəngin, üstəlik dəli? 

Çantadan ―blekberi‖ni çıxarır və anama zəng eləyirəm. 

– Аnа, əziz qızım! Çoxdandı zəng eləmirsən. Necəsən, 

əzizim? 

– Оy, baĢa düĢürsən… 

– Noolub? Kristianla hələ də barıĢmamısan? 

– Ana, hər Ģey elə qəlizdi ki. Məncə, о dəlidi. Problem 

bax bundadı. 

–  DanıĢ  görək.  KiĢilər…  onları  bəzən  anlamaq  olmur. 

Elə  Bob  da  deyir  ki,  görəsən  Corciyaya  köçməklə  səhv 

eləməmiĢik ki. 




www.vivo-book.com 

 

219 



– Nə? 

– Hə, o, Veqasa qayıtmağımız üçün məni dilə tutur. 

Hə, hamı dərd içindədi. Mən tək deyildim. 

 

Kristian astanada göründü. 



–  Deməli  burdasan!  Elə  bildim  ki,  qaçıb  getmisən,  – 

üzündən açıq-aĢkar rahatlıq yağır. 

Ovcumu çevirib iĢarə eləyirəm ki, telefonla danıĢıram. 

–  BağıĢla,  ana,  mən  getməliyəm.  Sonra  sənə  zəng 

eləyərəm. 

– YaxĢı, əzizim, ehtiyatlı ol. Öpürəm! 

– Mən də, ana. 

Smartfonu  söndürürəm  və  Kristiana  baxıram.  О, 

qaĢlarını çatır və qəribə bir naqolaylıqla davranır. 

– Niyə burda gizlənibsən? – soruĢur. 

– Gizlənmirəm. Çox peĢmanam. 

– PeĢmansan? Niyə? 

–  Bütün  bunlara  görə,  Kristian,  –  əlimi  paltarlara  sarı 

yelləyirəm. 

– Ġçəri keçə bilərəm? 



www.vivo-book.com 

 

220 



– Bu sənin Ģkafındır. 

О,  yenidən  qaĢlarını  çatır  və  döĢəyə  oturur,  ayaqlarını 

çarpazlayır. 

–  Bu,  cır-cındırdır.  XoĢuna  gəlmirsə,  geri  göndərə 

bilərəm, dükana. 

– Sən lap ağ eləyirsən, aydındı? 

О, çənəsini qaĢıyır… tüklənmiĢ çənəsini. Barmaqlarım 

giciĢir: ona elə toxunmaq istəyirəm ki. 

– Bilirəm. Mən çətin adamam, – mızıldanır. 

– Çox çətin. 

– Elə siz də, miss Stil. 

– Onda bütün bunları niyə eləyirsən? 

О, gözlərini geniĢ açır: təhlükə dolu gözlər. 

– Bilirsən niyə. 

– Yox, bilmirəm. 

Ovcunu saçlarına çəkir. 

– Hə, baĢdan-ayağa problemsən. 

–  Özünə  yaxĢı  bir  qarayanız  kölə  tap.  Elə  birisini  ki, 

hər dəfə atılıb-düĢməyi əmr eləyəndə səndən soruĢsun: ―Bu 



www.vivo-book.com 

 

221 



qədər hündürə?‖ Əlbəttə, bir Ģərtlə ki, ona danıĢmaq imkanı 

veriləcək. Nəyinə lazımam, Kristian? Sadəcə, anlamıram. 

О, uzun-uzadı mənə baxır və mən demək olar ki, bu an 

nəyi düĢünməli olduğumu bilmirəm. 

–  АnasteyĢa,  sən  məni  bu  dünyaya  tamamilə  fərqli 

baxmağa  məcbur  eləyirsən.  Səni  mənim  pullarım 

maraqlandırmır.  Sən  mənə...  ümid...  vermisən,  –  sakitcə 

deyir o. 

Nə, nə? Yenə də tapmacalarla danıĢır. 

– Nəyə ümid? 

О, çiyinlərini çəkir. 

–  Daha  böyüyünə,  –  səsi  asta  və  aramlıdır.  –  Və 

haqlısan. AlıĢmıĢam ki, qadınlar əmr elədiklərimi dəqiqliklə 

yerinə  yetirirlər.  Və  bu  məni  tez  bezdirir.  Səndəsə, 

АnasteyĢa,  elə  bir  Ģey  var  ki,  içimin  dərinliyindəki  tellərə, 

anlamadığım  Ģeylərə  toxunur.  Bu,  sarı  sim  kimi  bir  Ģeydir. 

Sənə  müqavimət  göstərə  bilmirəm  və  səni  itirmək  də 

istəmirəm.  –  О,  əlimdən  tutur.  –  Qaçma  məndən,  xahiĢ 

eləyirəm, dözümlü ol və mənə bir qədər inan. XahiĢ edirəm! 



www.vivo-book.com 

 

222 



О  elə  zavallı  və  kövrək  təsir  bağıĢlayır  ki…  Bu  məni 

narahat eləyir. Diz çökürəm və onun dodaqlarını incə tərzdə 

öpürəm. 

– YaxĢı. Ġnam və dözüm. Bunu nəzərdə saxlayacam. 

– Lap yaxĢı. Çünki Franko da atıq burdadı. 

 

Franko  bəstəboy,  qarayanız  və  nəĢəli  oğlandır.  Dərhal 



xoĢuma gəlir. 

–  Necə  də  gözəl  saçlardı!  –  o,  inanılmaz,  güman  ki, 

saxta italyan ləhcəsiylə valehlik nümayiĢ etdirir. 

 

Onunla mübahisə eləməyə hazıram ki, Baltimordan, ya 



da buna bənzər baĢqa bir yerdəndir, amma əzmkarlığı məni 

də yoluxdurur. 

Kristian bizi öz hamam otağına aparır, dərhal da çıxıb 

gedir və otaqdan götürdüyü stulla geri qayıdır. 

– Sizi tək qoyuram, – Kristian donquldanır. 



www.vivo-book.com 

 

223 



–  Grazie,

2

  mister  Qrey.  –  Franko  mənə  sarı  çevrilir.  – 



Bene,

3

 АnasteyĢa, neyləyəcəyik? 



Kristian divanda oturub və nəyləsə məĢğuldur, elektron 

cədvələ  oxĢayır.  Ġncə,  melodik  klassik  musiqi  böyük  zala 

süzülür.  Oxuyan  qadının  ehtiraslı  səsində  bütün  ruhu  əks 

olunub. Adamın varlığını oxĢayır. Kristian gözlərini qaldırır 

və gülümsəyir, bununla da məni musiqidən ayırır. 

–  Bax!  Axı  deyirdim  ki,  saç  düzümün  onun  xoĢuna 

gələcək, – Franko coĢub-daĢır. 

– Füsunkar görünürsən, Аnа, – Kristian deyir. 

– Mən iĢimi bitirdim, – Franko elan edir. 

Kristian ayağa qalxır və bizə sarı gəlir. 

– Sağ ol, Franko. 

Franko  çönür,  məni  ayı  kimi  qucaqlayır  və  hər  iki 

yanağımdan öpür. 

–  BaĢqa  heç  kimə  imkan  vermə  ki,  saçlarını  kəssin, 

bellissima

4

 Аna! 



                                                 

2

italyanca “minnətdaram” deməkdir 



3

əzizim (ital.




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə