Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

61 
 
-  Bəy,  baĢına  pırlanım,  bu  uĢağa  hayıpım  gəlir,  azıb  eyləyər,  aparıb 
ötürüm. 
Soltan bəy deyir: 
-  KeĢiĢ, gəl keç. 
Bir azdan əsgərlər xəbər gətirirlər ki, Andronik keĢiĢi öldürüb paltarlarını 
geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub: 
-  Əzizlərim,  Türkiyədə  türklər  onun  qulağını  kəsiblər.  Burada  da  mənim 
qılçımın arasından keçib. O, bir daha Azərbaycana qayıtmayacaq. Doğrudan da, elə 
olur. 
Soyqırımı  Azərbaycan  xalqına  böyük  siyasi,  maddi  və  mənəvi  Zərbələr 
vurmuĢdur. Bütövlükdə, XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya 
və soyqırımı siyasətinin ağır nəticəhrini öz üzərində hiss etmiĢdir... 
Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi 
yaddaĢsızlıq və  unutqanlıq xalqımıza baha baĢa  gələ bilər. Azərbaycanlılara qarĢı 
zaman-zaman  törədilən  bu  ağır  cinayətləri  unutmamaq,  böyüyən  nəsli  bədxah 
qüvvələrə və onların məkrli niyyətlərinə qarĢı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək 
mühüm vəzifədir. 
Dünya  ictimai  fikrinə  ermənilərin  məkrli  siyasətini,  azərbaycanlıların 
erməni  tərəfindən  soyqırıma  məruz  qalmalarını  çatdırmaq  üçün  ümummilli 
liderimiz Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman təqdirəlayiqdir. 
Həmin fərmanda “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd olunur. 
Bu  gün  vəzifəsindən,  siyasi  mənsubiyyətindən  asılı  olmayaraq  hər  bir 
azərbaycanlı,  hər  bir  vətən  övladı  ermənilərin  xəbis  niyyətlərini,  ortaya  atdıqları 
yöndəmsiz,  sərsəm  planları  ifĢa  etməli,  Azərbaycan  xalqının  haqq  səsinin  dünya 
ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir. 
 
Əvəz Mahmud Lələdağ 
 
1918-ci ilin mart ayından etibarən əksinqilabi mübarizə Ģüarı altında Bakı 
Kommunası  tərəfindən  ümumən  Bakı  quberniyasını  azərbaycanlılardan 
təmizləmək  məqsədi  həyata  keçirilməyə  baĢlandı.  Azərbaycanlıların  soyqırımı 
Bakı, ġamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda 
və  Azərbaycanın  baĢqa  bölgələrində  xüsusi  qəddarlıqla  həyata  keçirilmiĢdir.  Bu 
ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə  yetirilmiĢ,  kəndlər  yandırılmıĢ,  milli 
mədəniyyət abidələri dağıdılıb məhv edilmiĢdir. 
 
Heydər ƏLİYEV “Azərbaycanlıların  
soyqırımı haqqında Azərbaycan Respublikası  
Prezidentinin fərmanı”ndan 26 mart 1998-ci il 
 
 


62 
 
ġAMAXININ QƏTLĠAMI 
 
Jurnalist  Famil  Abbasovun  qeydləri.  Hər  əsrdə  ġamaxının  qismətinə  bir 
dəhĢətli,  dağıdıcı  zəlzələ  düĢüb.  ġamaxı,  ətraf  kəndlər  viranəyə  çevrilib,  yerlə 
yeksan  olub.  Hətta  bu  müsibətlər  eldə  məsələ  dönüb  –  “ġamaxı  batan  kimi...” 
Ancaq  ġamaxı  həmiĢə  fələyin  gərdiĢinə  mərdanəliklə  sinə  gərib,  xarabalıqlar 
arasından yenidən düzəlib, əvvəlkindən də qəddi-qamətli olub, qüruru, əzəməti ilə 
qibtə  doğurub.  1670-ci  ildə  ġamaxıya  gəlmiĢ  Hollandiya  səyyahı  Yan  Streys 
heyrətlə  yazırdı:  “Məni  ən  çox  təəccübləndirən  budur  ki,  Ģəhər  əsasına  qədər 
dağılmasından və adamsız qalmasından heç üç il də keçmədiyi halda yenidən bərpa 
olunmuĢdur... 1667-ci il zəlzələsi kimi güclü zəlzələ hələ heç kimin yadına gəlmir. 
Əvvəlcə çox güclü olan bu zəlzələ düz üç ay davam etmiĢdir. HesablamıĢlar ki, bu 
dəhĢətli  dağıntı  zamanı  qadınlar,  uĢaqlar,  nökərlər  nəzərə  alınmazsa,  Ģübhəsiz  80 
min nəfərdən çox silah oynatmağa qadir kiĢi həlak olmuĢdur”. 
Bəli,  bu  ġamaxıdı.  Tarixlər  boyu  mərhumiyyətlər  görən,  ancaq  həmiĢə 
baĢını  dik  tutan,  qürurunu  pozmayan,  təbiətin  qəzəbinə  tuĢ  gələndə  belə  ilk 
növbədə əli silah tutan, qeyrətinin, Ģərəfinin  müdafiəçisi olan oğullarının  hesabını 
aparan ġamaxı... 1918-ci ilin martı isə özgə bir müsibət idi. ġamaxılılar ocaqlarının 
baĢında  isti  yer  verdikləri  ermənilərin  fitnə-fəsadı,  məkri  qarĢısında  naəlac 
qalmıĢdılar.  1902-ci  ilin  dəhĢətli  zəlzələsinin  dağıntılarından,  ölüm-itimindən 
özünə  gəlməyə  macal  tapmamıĢ  yeni  bir  müsibətə  düçar  olmuĢdular.  O  müdhiĢ 
günlərdə ġamaxı  məĢhər ayağındaydı. Tarixin bütün  sınaqlarından  mərdanə çıxan 
bu  qədim  diyar  namərd  körpüsündəydi.  Az  sonra  S.ġaumyan  V.Ġ.Leninə  müjdə 
teleqramı  vuracaq  ki,  “1918-ci  ilin  yazında  Bakı  proletariatının  yardımı  və 
zəhmətkeĢlərin  fəal  iĢtirakı  ilə  ġamaxı  sovet  Ģəhərinə  çevrildi”.  Bəs  həqiqətdə 
ġamaxıda  nə  baĢ  vermiĢdi?  Suala  cavab  tapmaq  üçün  Mərkəzi  Dövlət  Arxivində 
saxlanılan sənədlərə müraciət edəcəyik. Ġttihamçı arxiv materialları olacaq... 
1918-ci  ilin  yazında  bolĢeviklər  Bakını  az  qala  baĢdan-baĢa  hərbi 
kazarmaya  çevirmiĢdilər.  Milliyyətcə  erməni  olan  T.N.Korqanovun  sədrlik  etdiyi 
Qafqaz  Hərbi  Ġnqilab  Komitəsi  Bakıda  yerləĢirdi.  Qırmızı  qvardiya  və  Xəzər 
donanması Bakı Sovetinə tabe idi. Cəbhədən qayıdan 8 min erməni əsgərini burada 
saxlatdıran S.ġaumyan 20 minlik bir orduya malik idi. Bu ordu artıq qısa müddətdə 
Azərbaycan  paytaxtında  kütləvi  qırğınlar,  talanlar  törətməkdə  ad  çıxarmıĢdı,  13 
mindən  çox  günahsız  azərbaycanlını  qətlə  yetirmiĢdi.  Ancaq  ġaumyanla  Bakı 
qarnizonunun  rəisi  Bağdasar  Avakyanın  məqsədi  bütünlükdə  Azərbaycanı  qan 
gölündə  boğmaq  idi  və  onlar  Amazaspın  komandanlığı  altında  bir  erməni  qoĢun 
birləĢməsinin Quba, Lalayevin komandanlığı altında digər bir erməni birləĢməsinin 
ġamaxı istiqamətinə göndərilməsi barədə əmr verdilər... 
Xarici iĢlər naziri M.Hacınskinin Azərbaycan hökumətinə 15 iyul 1918-ci 
il tarixli məruzəsindən: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə