Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

63 
 
-
 
Dörd  aydır  ki,  Azərbaycanın  müxtəlif  əraziləri  bolĢevik  adı  altında 
erməni  bandaları  tərəfindən  talan  edilir,  dinc  müsəlman  əhalinin  həyatı 
görünməmiĢ vəhĢiliklərə məruz qalır. Avropanın ictimai fikri isə həmin bandaların 
təĢkilatçılarının  yaydıqları  yanlıĢ  məlumatlar  sayəsində  tamamilə  səhv  mövqeyə 
yönəldilir.  Odur  ki,  xüsusi  istintaq  komissiyasının  yaradılması  vacibdir. 
Həmin komissiya aĢağıdakı vəzifələri yerinə yetirməlidir: 
-
 
Bütün zorakılıq hallarının dəqiq qeydiyatı; 
-
 
Həmin zorakılıqların haĢ vermə Ģəraiti; 
Günahkarların və dəymiĢ ziyanın həcminin müəyyənləĢdirilməsi. 
Komissiya  fövqəladə  xarakter  daĢımalıdır  və  onun  iĢi  Avropa  dillərində 
(rus, fransız, alman və əlbəttə ki, türk dillərində) yayılmalıdır. 
TanıĢ  ssenaridir.  Ermənilər  qırğın  törədirlər.  Ancaq  elə  təbliğat  aparırlar 
ki, dünya ictimaiyyəti onu təqsirli bilmir, əksinə, məzlum, yazıq, əzabkeĢ xalq kimi 
tanıyır. Bu, ermənilərin təxminən 200 illik bir tarixə malik fəaliyyət proqramıdır və 
həmin proqram bu gün də iĢləyir. 
Xarici iĢlər nazirinin məruzəsində xahiĢ edilirdi ki, həmin komissiya təcili 
təĢkil  edilməlidir.  Çünki  isti  izlərlə  çox  Ģeyi  aydınlaĢdırmaq,  istintaq  aparmaq, 
fotoçəkiliĢlər  etmək,  digər  inkaredilməz  sübutlar  tapmaq  mümkündür.  Vaxt  ötsə, 
bu imkan əldən çıxa bilər. Cavab tez verildi. F.Xoyski 31 avqust 1918-ci il tarixdə 
Fövqəladə Ġstintaq Komissiyası yaradılması barədə sərəncam imzaladı. 7 nəfərdən 
ibarət komissiyada 3 nəfər rus hüquqĢünası təmsil olunurdu. Həmin komissiya qısa 
vaxtda çox iĢ gördü. Bir neçə aydan sonra ilkin nəticələr hazır idi. 
Mühüm  iĢlər  üzrə  məhkəmə  müstəntiqi  Komarovskinin  müttəfiq 
qoĢunların komandanına məruzəsindən: 
-  Bakı  Ģəhərində  Ģahidlərin  dindirilməsi  göstərdi  ki,  Lalayev  bu  il  martın 
19-da erməni əsgərlərinin Nikolayevski (indiki Ġstiqlal) küçəsindəki hücumlarında 
fəal iĢtirak edib. Onun baĢçılığı ilə erməni əsgərləri evlərə soxularaq dinc, silahsız 
müsəlmanları  qətlə  yetirmiĢlər.  ġahidlərin  ifadələrinə  görə  Azərbaycan  -  türk 
qoĢunlarının Bakıya gəliĢindən sonra öz dəstəsi ilə birlikdə Petrovsk (Mahacqala) 
Ģəhərinə qaçan Stepan Lalayev sistemli Ģəkildə fars təbəəsi olan müsəlmanları qətlə 
yetirmiĢdir. 
850  nəfərə  yaxın  müsəlman  “Poseydon”  gəmisində  Petrovska  golmiĢdi. 
“Kornilov”  gəmisindəki  yanğına  görə  onlar  3  gün  reydə  dayanmağa  məcbur 
olmuĢlar.  Dördüncü  gün  qocalar,  qadm  və  uĢaqlar  “Evelina”  gəmisində  Bakıya 
göndərilib.  Təxminən  18-45  yaĢında  olan  750  müsəlman  Pctrovska  düĢürdülüb. 
Yazıq müsəlmanlar əsasən məscidlərdə, imkanı olan az bir qismi isə mehmanxana 
və  Ģəxsi  evlərdə  yerləĢdirilib.  Stepan  Lalayevin,  Ruben  Ağamalyantsın  və 
baĢqalarının baĢçılığı altında  erməni  əsgərləri gündə  bir neçə  dəfə  onların  yanına 
gələrək hər dəfə də 10-15 adamı ya həbsxanaya götürüblər, ya da Ģəhər kənarındakı 
bağa  apararaq  dəhĢətli  iĢgəncələrlə  öldürüblər.  Onlar  8-10  nəfəri  bir-birinə 
bağlayaraq mərcləĢirmiĢlər ki, kimin tüfəngi bir dəfəyə daha çox müsəlman öldürə 


64 
 
bilər.  Ya  da  müsəlmanları  zəncirvari  əl-ələ  bağlayıb  kənardakından  baĢlayaraq 
baĢdan, qarından və sinədən endirilən zərbələrlə bir-birinin ardınca öldürürmüĢlər. 
Bəzilərini isə iki-iki üz-üzə bağlayaraq baĢlarını bir qılınc zərbəsi ilə kəsməyə cəhd 
etmiĢlər.  Türk  qoĢunları  Petrovska  gələndən  sonra  axırıncı  üsulla  öldürülən,  bir-
birinə bağlı çoxlu belə cəsədlər aĢkar etmiĢlər. ġahidlərin ifadəsinə görə öldürülən 
müsəlmanların  cəsədləri  tanınmaz  hala  salınıbmıĢ.  Ancaq  türk  qoĢunlarının  gəliĢi 
nəticəsində sağ qalmıĢ müsəlmanların dediklərindən məlum olur ki, həbsxanada da 
çoxlu  vəhĢicəsinə  tanınmaz  hala  salınmıĢ  müsəlman  cəsədləri  aĢkar  edilmiĢdir. 
Məlum  olmuĢdur  ki,  həbsxanaya  aparılan  müsəlmanlar  da  kütləvi  halda  qətlə 
yetiriliblər. 
ġamaxıda  daha  dəhĢətli  hadisələr  baĢ  verib.  Samson  Aspirov  və 
Saatrazbəyovla  birlikdə  erməni  əsgərlərindən  ibarət  böyük  bir  hərbi  birləĢmənin 
baĢında  ġamaxıya  gələn  Lalayev  müsəlman  qocaların,  qadınların  və  uĢaqların 
gizləndikləri bütün məscidləri mühasirəyə almağı və yandırmağı əmr edib. Küçəyə 
qaçmağa cəhd göstərənlər güllələnib. Məscidlərdə gizlənənlərin hamısı alov içində 
dəhĢətli Ģəkildə öldürülüblər. Beləliklə, ġamaxı Ģəhərinin bütün  müsəlman hissəsi 
məhv edilib... 
-  Fövqəladə  Ġstintaq  Komissiyasının  sədri  Ələkbər  bəy  Xasməmmədovun 
Ədliyyə Nazirinə 22 noyabr 1918-ci il tarixli məruzəsindən: 
Fövqəladə Ġstintaq Komissiyası aĢağıdakıları müəyyən etmiĢdir: ġamaxıda 
müsəlmanlar  ermənilər  və  molokanlarla  keçmiĢ  zamanlardan  sülh  Ģəraitində 
yaĢamıĢ, onlara heç bir ziyan vurmamıĢ, onları incitməmiĢ və qonĢuluq əlaqələrini 
saxlamağa çalıĢmıĢlar. Fevral çevriliĢindən sonra isə ermənilər yerli əsgər və fəhlə 
deputatları  soveti  ilə  əlaqəyə  girmiĢlər.  Ermənilər  sovet  nümayəndələrinin 
müsəlmanlara  qarĢı  üçüncü  Ģəxslər  vasitəsilə  qaldırdıqları  hər  cür  fitnəkar 
çıxıĢlarını müdafiə etmiĢlər. Yerli komanda oradan getdikdə onlar gizli olaraq silah 
anbarlarını ələ keçirərək erməni və  malokanlardan ibarət qarnizon təĢkil etmiĢlər, 
öz  kəndlərinə  müxtəlif  yollarla  silah  gətirib  güclü  surətdə  silahlanmıĢlar.  Silahı 
cəbhədən  qayıdan  əsgərlər  də  gətirirmiĢlər.  Bütün  bunlar  müsəlmanları  bərk 
həyəcanlandırmıĢdır.   Onlar  aydın  görürdülər  ki,  ermənilər hücuma hazırlaĢırlar. 
ġamaxı  Ģəhərindən  altı  verst  aralıdakı  Mədrəsə  kəndində  Zaqafqaziyanın  digər 
qəzalarından da erməni əsgərləri yığıĢırdı. Martın birinci yarısında məlumat alındı 
ki,  Bakıdan  ġamaxıya  böyük  miqdarda  hərbi  sursatla,  top  və  pulemyotlarla 
silahlanmıĢ 2000-dən çox erməni qoĢun dəstəsi gəlir. ġamaxıdan dəstənin qabağına 
ictimai  xadimlərdən  ibarət  nümayəndə  heyəti  göndərilir.  Nümayəndə  heyətinin 
dəstə  ilə
 
görüĢü  molokan  kəndi  Qozlu  çayda  (hilmilli)  olmuĢdur.  Dəstə  silahı 
ġamaxı  qarnizonuna  verməkdən  imtina  etmiĢ  və  bildirmiĢdir  ki,  onların  məqsədi 
ġamaxı  qəzasını  quldur  dəstələrindən  təmizləmək,  qəzada  anarxiyaya  son  qoyub 
norma:  həyatı  bərpa  etməkdir.  Dəstə  ġamaxının  yanından  keçib  mədrəsə  kəndinə 
gedəcəyinə söz vermiĢdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə