Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

77 
 
ört-basdır  edə  biliblər.  Tamamilə  əks  mövqedən  çıxıĢ  edərək  guya  özlərinin 
soyqırıma  məruz  qaldıqlarını  iddia  edirlər,  hətta  bəzi  hallarda  bir  sıra  ölkələrdə 
müxtəlif  səbəblər  üzündən  tarixi  saxtalaĢdırmağa,  əsl  həqiqəti  gizlətməyə  nail  ola 
biliblər.  AĢkar  edilmiĢ  Quba  məzarlığı  ilə  bağlı  erməni  qəddarlığını  sübut  edən 
faktları  bütün  dünya  ölkələrinin  parlamentlərinə,  xüsusilə  erməni  təbliğatına 
uyaraq  erməni  soyqırımı  barədə  qərarlar  qəbul  etmiĢ  dövlətlərə  göndərmək 
lazımdır.  Bunun  əsasında  biz  bütün  dünyaya  erməni  soyqırımının  uydurma 
olduğunu  sübut  etməliyik.  Erməni  xəyanətinə,  saxtakarlığına,  yalanına  qarĢı 
mübarizəni gücləndirməliyik. Bu iĢ ardıcıl, sistemli aparılmalı, bir mərkəzdən idarə 
olunmalıdır. 
Artıq  bu  gün  dünya  əsl  genosid  olan  Xocalı  soyqırımı  ilə  bağlı  bütün 
həqiqətləri  təfərrüatı  ilə  bilməlidir.  Heç  nə  unudulmur,  heç  nə  yaddan  çıxmır. 
Ġnsanlığa qarĢı yönəlmiĢ heç bir cinayət cəzasız qalmamalıdır. Günahsız insanları 
yaĢamaq  hüququndan  məhrum  edən  əliqanlı  canilər  cavabdehlik  daĢımalı,  öz 
bədxah,  çirkin  əməlləri  üçün  vicdanları,  tərəqqipərvər  bəĢəriyyət,  ədalət 
mühakiməsi, tarix məhkəməsi qarĢısında cavab verməlidirlər. 
 
“ERMƏNĠLƏR BĠZĠ ÜÇ GÜN 
OV KĠMĠ OVLADILAR, QARIġQA KĠMĠ QIRDILAR” 
 
Xocalı  yanğısını  canında,  varlığında  yaĢandanların  sayı  ilbəil  azalır,  bu 
yanğıya  acıyanlar,  ağlayanlar  isə  azalmır,  əksinə,  illər  ötdükcə  yaralarımız, 
yaddaĢlarımız daha Ģiddətlə qövr eləyir, ürəyimiz sızıldayır. Əgər 15 il əvvəl övlad, 
vətən,  torpaq  itirmiĢ  Ģikəst  taleli,  sınıq  qəlbli  Xocalı  köçkünü  öz  dərdini  tək  özü 
çəkirdisə, indi bu, bütöv bir millətin, xalqın dərdidir. 
Sumqayıtda  yerləĢmiĢ  Xocalı  məcburi  köçkünlərinin  icra  nümayəndəsi 
Aydın  Əliyev  deyir  ki,  26  fevral  1992-ci  il  qırğınından  salamat  qalmıĢ  hər  bir 
xocalının baĢına gələnlər qələmə alınsa, bu, üç-dörd kitablıq bir dastan olar. 
Ermənilər bizi üç gün qarlı-Ģaxtalı çöllərdə ov kimi ovladılar, qarıĢqa kimi 
qırdılar,  baĢımıza  olmazın  müsibətlər  gətirdilər.  Həmin  müdhiĢ  günlərdə  təkcə 
bizim ailə 12 nəfər ən yaxın adamını itirdi, 17 nəfər Ģikəst oldu. 
Hadisə baĢ verən günə qədər Xocalı 4 ay idi ki, ermənilərin mühasirəsində 
ürək  kimi  çırpınırdı.  Həmin  müddətdə,  demək  olar  ki,  hər  gün  üstümüzə  güllələr 
yağıĢ  kimi  yağırdı,  lakin  Xocalı  gəncləri,  könüllülər  səngərlərdə  növbə  çəkərək 
erməni  basqınçılarının  qarĢısını  mərdliklə  alırdılar.  Tez-tez  güclü  artilleriya  atəĢi 
olanda  bizim  ailələr  qaçıb  yaxınlıqdakı  dəmir  yolu  körpüsünün  altında  mərmi  və 


78 
 
güllələrdən  mühafizə  olunurdu.  Bir  növ  atəĢə  alıĢmıĢdıq.  Lakin  fevralın  25-i 
axĢamı  daha  xalq  dözüm  gətirə  bilmədi.  AxĢam  saat  10-dan  sonra  ermənilər  hər 
cür  müasir  odlu  silahla  üstümüzə  güclü  hücuma  keçdilər,  dörd  tərəfdən  baĢımıza 
güllə, mərmi yağıĢ kimi yağırdı. 
DüĢmən  soyuq  səmanı  fiĢənglərlə  iĢıqlandırıb  qaçanlara  aman  vernıirdi. 
Vahimə  içərisində  baĢsız  qalmıĢ  dinc  əhali  ev-eĢiyini  buraxıb,  hara  gəldi  qaçır, 
yerdən,  göydən  -  aman  istəyirdi.  Bizim  məhəllənin  300-dən  çox  sakini  -  gecənin 
zülmətində və qıĢın sazağında Qarqar çayını  keçib Əsgərana tərəf getmək istədik. 
Lakin xəbər gəldi ki, ermənilər orda da qırğın törədiblər. Gülablı tərəfə üz tutduq, 
lakin  hansı  tərəfə  döndüksə  erməni  silahlılarının  atəĢi  ilə  qarĢılaĢdıq.  Belə 
qarĢılaĢmalardan  sonra  sıralarımız  seyrəlir  və  gözümüzün  qarĢısında 
doğmalarımızı,  əzizlərimizi  qarlı  çöllərdə,  meĢə  və  dağlarda  qoyub  hey  qaçır, 
sürünür  və  yenə  qaçırdıq.  Nabələdlik  və  hər  tərəfin  qarla  örtülməsi  ucbatından 
neçə-neçə  Xocalı  sakini  qayadan  uçdu,  uĢaqlar,  qocalar  Ģaxtaya,  yorğunluğa, 
xüsusən susuzluğa dözməyib heysizləĢərək çöllərdə, meĢələrdə donub buz heykələ 
döndülər. Bizim dəstə doğmalarımızı itiri-itirə üç  gündən sonra Ģil-küt vəziyyətdə 
gəlib  Gülablıya,  doğmalarımızın  nəfəs  aldığı  müqəddəs  torpağa  çatdıq.  Bizi 
gülablılar necə dəhĢətli vəziyyətdə gördülərsə, bütün kənd ağlayırdı... 
O  günlərin  faciəsi  kitab-dəftərə  sığan  dərd  deyil.  Hər  dəfə  gözümüzün 
qarĢısında əzabla məhv edilmiĢ körpə nəvələrim yadıma düĢəndə tüklərim biz-biz 
olur və “Allah ermənilərə lənət eləsin!” deyirəm. Heç faĢist də bu qələti eləməyib. 
Erməni  daĢnakları  Xocalı  faicəsini  törətməklə  insan  olmadıqlarını,  yəni  əsl 
simalarını  dünyaya  göstərdilər.  Allah  bizə  səbr  versin!  Ümidvaram  ki,  qisas 
qiyamətə qalmaz. Xocalıya dönməyimiz bizim ən böyük qisasımız olacaq. 
 
Qalib Əhmədov, 
Azərbaycan 
 
NƏ ÇƏTĠNDĠR QAÇQIN ÖMRÜ YAġAMAQ... 
 
Qarabağ  savaĢının  əvvəlindən  tökülüĢüb  kəndi-kəsəyi      qoruyurduq.  Nə 
gecəmiz  vardı,  nə  gündüzümüz.    Qarım  qapının    ağzına  yığıĢan  mal-qaranı    içəri 
salmaq  üçün  küçəyə  çıxanda  “Qrad”a  tuĢ  gəldi.    Anasının  parçalanmıĢ  cəsədini 
görən  balaca  qızım  dözmədi  bu  dərdə.    Sağalmaz  xəstəliyə  düçar  oldu.  Bir  ayın   
içində  Ģam  kimi  əridi  yazıq  balam.  Allah  bala  dərdini  heç  kimə  göstərməsin,  ay 
oğul! 


79 
 
Dörd  oğul  atası  idim.  Böyük  oğlumun  qorxusundan  düĢmən  kəndin 
həndəvərinə  çönə  bilmirdi.  Kəndə  yaxınlaĢan  ZTR-i  susduran  oğlum  minaya 
düĢdü.  Ġki  oğlum  da  qardaĢlarınını  intiqamını  almaq  üçün  getdi.  Qayıtmadılar. 
Balaca  oğlum,  mən,  bir  də  qızım  birlikdə  kənddən  çıxdıq.  Nə  vaxtsa  harada 
qaldığım yadıma gəlmir. Ġndi 13 ildir ki, qarımın, oğlanlarımın ruhu dolaĢan yurd 
yerindən  aralı  düĢmüĢük.  Hər  cümə  axĢamı  ev-eĢiyimizi  dolaĢan  ruhlara  onlarla 
görüĢəndə  nə  deyək,  görəsən?  Vallah,  cənnət  qapısının  ağzına  belə  bizi 
buraxmayacaqlar bu əməllərimizlə. 
Hər ayın əvvəlinci günü bura gəlirəm. Bir gün yuxuda gördüm ki, üç oğlum 
və  qarım  burada  dayanab  söhbət  edir.  Elə  xoĢbəxt  görünürdülər  ki,  elə  bil  toya 
gedəcəklər.  Bax,  bu  dayandığım  yerdə  qucaqlaĢıb  görüĢdük.  Qarım  susub  üzümə 
baxırdı.  SoruĢdum  ki,  niyə  bir söz  demirsən? Böyük oğlum cavabında  mənə  belə 
dedi: “Lələ, anam nənəmə söz verib ki, səninlə danıĢmayacaq”. 
Niyəsində dedi ki, nənəmin qəbrini ermənilər  yandırıblar. O da anama and 
verdirib  ki,  səninlə  danıĢmasın.  Taxıllıqlarımızı  yandırırlar,  qəbiristanlıqları 
yandırırlar, onlar da  susub dayandıqlarına görə  nənəmi burada incidirlər ki, yaxĢı 
oğul böyütməmisən. Cavabında  dedim ki,  ay bala,  mən  neyləyə  bilərəm  ki? Mən 
nə  günah  etmiĢəm  ki?  Yuxudan  ayıldım.  Bax,  o  vaxtdan  hər  ayın  əvvəlində  bura 
gəlirəm. Vallah, mənə elə gəlir ki, onlar mənimlə birgədirlər. 
Buynuzlu  qoçun  qisası  buynuzlu  qoçda  qalmaz  -  demiĢlər.  Bu  gün  erməni 
öz  ayağının  altındakı  torpağı  yandırır.  Vay  o  gündən  ki,  həmin  torpağı  biz 
yandırmağa baĢlayaq. Yəqin onda küsən ruhlarda bizimlə barıĢar. 
 
Akif Əliyev 
 
CĠHAD!!! 
(esse) 
 
Qoz ləpəsi üstündəki qırıĢlarıyla insan beyninin yarımkürəsini xatırladır. Ġki 
qoz  ləpəsi  (ceviz  içi)  insan  beyninin  kiçik  modelidir  -  yeməli!..  Yadıma  vaxtilə 
məni  heyrətə  gətirən  bir  yazı  düĢdü:  Hansısa  inkiĢaf  etmiĢ  Qərb  ölkəsində  tutiya 
(delikates) sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək (təam) 
var:  -  “Diri  meymun  beyni”.  Canlı  meymun  xüsusi  bir  qurğuya  fiksə  olunur. 
BaĢının qapağı kəsilib götürülür. Meymun bağırır və adam qaĢıqla diri meymunun 
beynini yeyir... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə