Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

73 
 
xatirəsinə  sükut  dəqiqəsi  elan  edilməsi  haqqında”  25  fevral  1997-ci  il  tarixli 
sərəncamı ilə hər il  fevral ayının 26-sı saat 17:00-da  Azərbaycan Respublikasının 
ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. 
Son  15  ildə  Xocalı  həqiqətlərinin  dünyaya  tanıdılması,  Ermənistanın  sovet 
hərbi  dairələrinin  dəstəyi  ilə  həyata  keçirdiyi  insanlıq  əleyhinə  cinayətin 
beynəlxalq miqyasda ifĢası istiqamətində xeyli iĢ görülmüĢ, xarici dillərdə kitablar, 
sənədlər dərc olunmuĢ, Xocalı genosidi müxtəlif təĢkilatlarda gündəmə gətirilmiĢ, 
bununla bağlı bir çox internet saytları yaradılmıĢdır. BəĢəriyyətə qarĢı ən dəhĢətli 
cinayətlərdən  olan  Xocalı  soyqırımı  barədə  həqiqətlərin  dünya  ictimaiyyətinə 
çatdırılması  baxımından  son  4  ildə  Azərbaycan  prezidenti  cənab  Ġlham  Əliyevin 
rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. 
“VətəndaĢlarımız,  soydaĢlarımız  unutmamalıdır  ki,  erməni  millətçilərinin 
antiazərbaycan  təbliğatı  getdikcə  geniĢlənir,  mənfur  formalarda  davam  etdirilir. 
Ermənilər  ərazi  iddialarını  əsaslandırmaq  üçün  yeni-yeni  əsassız  tezislər  uydurur, 
məkrli  siyasət  aparırlar.  Buna  görə  də  biz  belə  iedoloji  təxribatlara  qarĢı  ayıq 
olmalı,  onları  vaxtında  ifĢa  etməliyik”  -  deyən  cənab  Ġlham  Əliyev  Ermənistanın 
təcavüzü  nəticəsində  xalqımızın  üzləĢdiyi  faciələri  real  faktlarla  dünya 
ictimaiyyətinə  çatdırılmasını  Xarici  ĠĢlər  Nazirliyinin,  xaricdəki  diplomatik 
korpuslarımızın  və  diasporumuzun  qarĢısında  mühüm  vəzifələr  kimi 
müəyyənləĢdirmiĢdir. 
Beynəlxalq  cinayət  ayrı-ayrı  dövlətlərin  hüquq  və  qanun  mənafelərini, 
beynəlxalq səviyyədə tanınmıĢ insan hüquqlarının kobud və kütləvi Ģəkildə pozan, 
hüquqi  tərkibi  beynəlxalq  hüquq  normalarında  müəyyən  olunmuĢ,  beynəlxalq 
hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” 
və  “beynəlxalq  xarakterli  cinayət”  kateqoriyaları  fərqləndirilir.  Soyqırım  cinayəti 
beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin  əsas tərkibləri ikinci 
dünya müharibəsindən sonra yaradılmıĢ Beynəlxalq Hərbi tribunalların (Nürnberq 
və Tokio) nizamnaməsində ifadə olunmuĢdur. 
 
Xocalı soyqırımının beynəlxalq cinayət kimi hüquqi əsasları 
 
Xocalı  soyqırımının  beynəlxalq  cinayət  kimi  tövsifi  üçün  hüquqi  əsaslar 
aĢağıdakılar hesab olunmalıdır: 
1.
 
 BMT  BaĢ  Məclisinin  9  dekabr  1948-ci  il  tarixli  260  (III)  saylı  qətnaməsi  ilə 
qəbul  edilmiĢ  Soyqırım  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması 
haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmiĢdir); 
2.
 
  Nürnberq Hərbi Tribunallarının Nizamnaməsi (Nizamnamədə birbaĢa soyqırım 
cinayəti  göstərilməsi  də,  həmin  cinayəti  təĢkil  edən  əməllər  insanlıq  əleyhinə 
cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuĢdur); 
3.
 
 Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 74); 
4.
 
 Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 1); 


74 
 
5.
 
 Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (maddə. 6); 
6.
 
 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə.103); 
7.
 
 Azərbaycan 
Respublikası  Prezidentinin  “Azərbaycanlılarının  soyqırımı 
haqqında” 26 mart 1998-ci il tarixli fərmanı. 
 
Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri 
 
Beynəlxalq 
hüquq  soyqırım  cinayəti  ilə  əlaqədar  aĢağıdakıları 
müəyyənləĢdirmiĢdir; 
1.
 
 Soyqırım  cinayəti  törətmiĢ  Ģəxslərin  cinayət  mühakiməsi  və  cəzalandırılması 
labüddür. 
2.
 
 Soyqırım  cinayətinin  təkcə  icraçıları  deyil,  soyqırım  törətməyə  sui-qəsd, 
soyqırıma birbaĢa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iĢtirak etmək 
də  cinayət  məsuliyyəti  doğurur.  Soyqırım  cinayəti  törətmiĢ  Ģəxslərə  universal 
yurisdiksiya prinsipi tətbiq olunmalıdır. 
3.
 
 Soyqırım  cinayətini  törətməkdə  əmrin  icrası  istinad  edilən  Ģəxsi  cinayət 
məsuliyyətindən azad etmir. 
4.
 
 Soyqırım cinayətinin törədilməsinin qarĢısının alınması üçün tədbir görməməyə 
görə rəhbər Ģəxs məsuliyyət daĢıyır. 
5.
 
 Soyqırım  cinayətlərinə  cinayət  məsuliyyətinə  cəlb  etmə  müddətləri  tətbiq 
edilmir. 
6.
 
 Soyqırım cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. 
7.
 
 Soyqırım  cinayətini  törətmiĢ  Ģəxslər  cinayət  məsuliyyətinə  cəlb  olunmaq  üçün 
tələb edən dövlətə verilməlidir. 
Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ  münaqiĢəsi zamanı törədilmiĢ bir 
sıra  cinayətlər  onların  törədildiyi  dövrdə  Azərbaycan  Respublikası  Cinayət 
Məcəlləsində  beynəlxalq  cinayət  kimi  ifadəsini  tapmıĢdı.  Lakin  bu,  heç  də  həmin 
cinayəti törədən Ģəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki yuxarıda qeyd 
olunan  beynəlxalq  cinayətlərə  görə  məsuliyyətin  zəruriliyi  barədə  müddəa  artıq 
Beynəlxalq  Birlik  tərəfindən  qəbul  edilmiĢ  və  beynəlxalq  hüququn  adət  norması 
kimi  fəaliyyət  göstərir.  Ona  görə  də  azərbaycanlılara  münasibətdə  törədilmiĢ 
vəhĢiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuĢ hüquq prinsiplərinə müvafiq 
olaraq beynəlxalq cinayət  kimi tanınmıĢ və həmin cinayət  əməllərinə  görə heç nə 
həmin cinayəti törətmiĢ Ģəxsləri cinayət məsuliyyətindən azad edə bilməz. 
Məhz  elə  buna  görə  də,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqiĢəsi  zamanı  beynəlxalq  cinayət  törətmiĢ  Ģəxslərin  tələb  olunması  və 
mühakimə  edilməsi  üçün  hüquqi  baza  mövcuddur.  Həmin  hüquqi  əsaslara 
söykənərək  soyqırım  cinayəti,  müharibə  cinayətləri  və  insanlıq  əleyhinə  cinayət 
törətmiĢ  Ģəxslərin  axtarılıb  tapılması,  tələb  olunması  və  mühakimə  edilməsi 
istiqamətində iĢ aparılmalıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə