Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə16/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

www.vivo-book.com 
 
78 
–  Yaxşısı  budur,  balaca  qarmağı  suya  atım.  Birdən 
balıq  bu  gecəni  də  dənizdə  keçirmək  fikrinə  düşsə,  onda 
mən bir şey yeməliyəm, ya yox? Şüşədə su da az qalıb. Heç 
ağlım  kəsmir  ki,  buralarda  skumbriyadan  savayı  bir  fərli 
balıq olsun. Tutan kimi, təzə-təzə yesəm, elə bilirəm, dadı o 
qədər də pis olmaz. Bu gecə qayığıma bircə dənə uçan balıq 
düşsəydi,  çox  yaxşı  olardı,  heyf  ki, onları  cəlb  etmək  üçün 
fənərim yoxdur. Qanadlı balığı çiy-çiy yeyəndə adamın ağzı 
dada gəlir. Heç onları kəsib təmizləməyə də ehtiyac qalmır. 
İndi  çalışmalıyam  ki,  boş  yerə  güc  sərf  etməyim.  Həzrəti-
İsaya  and  olsun  ki,  mən  balığın  bu  boyda  olacağını  heç 
təsəvvürümə gətirməzdim. 
Bir qədər susub, sonra gerisini gətirdi:  
–  Yekəliyinə,  gözəlliyinə  baxmayıb  onun  axırına 
çıxacam.  Ola  bilsin  ki,  bu  elə  də  yaxşı  iş  deyil,  amma 
öldürməliyəm.  Mən  insan  oğlunun  nələrə  qadir  olduğunu 
ona göstərəcəm.  
Az sonra dedi: 
–  Mən  oğlana  demişdim  ki,  qəribə  qocayam,  bax  indi 
bunu sübut etməyin əsl məqamıdır.  


www.vivo-book.com 
 
79 
Qoca dediklərini indiyəcən azı min dəfə sübut etmişdi, 
ancaq  onun  bu  vaxta  qədər  etdikləri  indikinin  yanında  heç 
nə  idi.  İndi  bu  təzə  hadisə  ilə  dediklərini  bir  də  təsdiq 
edəcəkdi.  Keçənə  güzəşt  deyib  düşündü:  “Balıq  yatsaydı, 
əcəb  yaxşı  olardı.  Bir  az  gözümü  yumub  yuxuda  şirləri 
görmək istərdim. Görəsən, bu günəcən həyatda rastlaşdığım 
şeylərdən ən çox yadımda qalanı niyə şirlərdir?” 
Özünə xitabən dedi: “Qoca, bəsdir fikirləşdin, başını az 
yor. Kürəyin taxtaya söykəyib bir az dincəl, özün də heç nə 
düşünmə!  Bu  dəqiqə  balıq  öz  canının  hayındadır,  heç 
olmasa, həmin müddətdə sən də canının dərdini çək”.  
Günəş artıq qüruba hazırlaşırdı. Qayıq aramla,  əvvəlki 
istiqamətdə  üzürdü.  Şərqdən  əsən  külək  qayığı  qabağa 
itələyirdi.  Xırda  ləpələr  oynadıqca  qayığı  atıb-tutur,  qocanı 
da  yüngül-yüngül  yırğalayırdı;  amma  çiynində  tarım 
saxladığı tilov ipi onun kürəyini bərk ağrıdırdı.  
Birdən  ip  təzədən  üzə  çıxmağa  başladı.  İntəhası  balıq 
bir  azca  yuxarı  qalxsa  da,  üzməyi  yenə  eyni  tərzdəydi. 
Günəş  indi  qocanın  sol  çiynini,  qolunu  və  kürəyini 


www.vivo-book.com 
 
80 
yandırırdı.  Bunu  hiss  edəndə  başa  düşdü  ki,  səmt  dəyişib, 
balıq indi şimal-şərqə üz tutub.  
Qoca  artıq  bir  dəfə  balığı  gördüyündən  indi  suyun 
altında  onun  bənövşəyi  döş  üzgəclərini  qanad  kimi  geniş 
açdığını,  yekə  quyruğunu  aramsız  tərpədərək  suları  necə 
yardığını  aydın  təsəvvür  edə  bilirdi.  Düşündü  ki: 
“Maraqlıdır,  görəsən,  belə  bir  dərinlikdə  balıq  nəsə  görüb 
seçə  bilirmi?  Yamanca  iri  gözləri  var.  Atın  gözləri 
onunkundan  xırdadır,  intəhası  əməlli-başlı  görür.  Lap  qatı 
zülməti  demirəm,  amma  bir  vaxtlar  qaranlıqda  mənim 
gözlərim  də  pis  seçmirdi.  Hər  halda,  pişik  gözündən  geri 
qalmazdı”.  
Barmaqlarını durmadan oynatması və günəşin hərarəti, 
axır ki, qocanın qıc olmuş sol  əlinin keyini açdı: keylikdən 
əsər-əlamət  qalmamışdı.  Balığın  ağırlığını  qoca  indi  yavaş-
yavaş sol qoluna keçirtməyə başladı, kürəyini qançır eləmiş 
kəndirin  ağrısını  bir  qədər  azaltmaq  üçün  belini,  əzələlərini 
oynadıb dedi:  


www.vivo-book.com 
 
81 
–  Balıq,  əgər  sən  yorulmamısansa,  daha  sənə  sözüm 
yoxdur,  deməli,  doğrudan  da,  çox  qəribə,  qeyri-adi 
varlıqsan. 
Özü  isə  yorulub  heydən  düşmüşdü;  havanın  tezliklə 
qaralacağını,  axşamın  tezliklə  düşəcəyini  bildiyindən  ayrı 
şeylər  barədə  düşünməyə  çalışdı.  Gran  Ligas  beysbol 
liqasını  xatırladı;  bu  liqanı  qoca  beysbol  liqalarından  ən 
məşhuru  hesab  edirdi.  Sonra  yadına  düşdü  ki, bu  gün  Nyu-
Yorkun “Yankilər”i Detroytun “Pələnglər”i ilə oynayacaq.  
“Düz  iki  gündür  juegos
4
  nəticələri  barədə  heç  nə 
bilmirəm,  –  o,  fikrə  getdi.  –  Amma  var  gücümü  toplayıb, 
ustad Di Macionun adına layiq iş görməliyəm. Dabanlarının 
döyənəyi onu bərk incitdiyi vaxtlarda da Di Macio hər şeyi 
əla  edirdi.  Görəsən,  sümük  döyənəyi  nə  olan  şeydir?  Un 
espuelo  de  hueso
5
  –  biz  balıqçılar  bu  xəstəliyə  tutulmuruq. 
Görəsən,  bu  döyənək  dedikləri  döyüşkən  xoruzların 
mahmızlarının  zərbəsi  qədər  ağrıdıcıdırmı?  Yəqin  ki,  mən 
                                                 
4
Jueros– idman oyunları (ispanca) 
5
Un espuelo de hueso – sümük xəstəliyi 
 


www.vivo-book.com 
 
82 
nə mahmız azarının ağrısına, nə də gözlərimin kor olmasına 
dözə  bilməzdim.  Davakar  xoruzlar  kimi  uzun-uzadı 
döyüşməyə  tab  gətirərəm.  Amma  insan  övladı  vəhşi 
heyvanların, yırtıcı quşların yanında heç nədir. Mən bu saat 
dənizin qaranlıqlarında üzən o məxluq olmaq istərdim”. 
–    Amma  bir  şərtlə  ki,  köpəkbalıqları  üstümə  hücum 
çəkməsinlər,  –  qoca  ucadan  dilləndi.  –  Hücum  çəksələr, 
onda Allah ya onlara verər, ya da mənə. 
“Sən elə bilirsən ki, dahi Di Macio da bu balıqdan sən 
yapışan  kimi  yapışardı?  –  qoca  özündən  soruşdu.  –  Hə, 
əminəm ki, o da mənim kimi edərdi, hələ bir az da o yana 
keçərdi,  çünki  o  məndən  həm  cavandır,  həm  də  güclüdür. 
Elə onun da atası balıqçı olub... Görəsən, sümük döyənəyi o 
yazığı çox incidir?” 
–  Vallah,  bilmirəm,  –  yenə  ucadan  dilləndi.  – 
Ömrümdə sümük döyənəyi olmamışam.  
Batan günəşin necə qürub etməsini seyr edəndən sonra 
qoca  qabaqlar  Kasablankada  olarkən  bir  dəfə  meyxanada 
zırpı  bir  zənciylə  qol  yarışına  çıxdığını  xatırladı.  Gəmi 
tərsanəsində  ən  güclü  adam  sayılan  bu  syenfueqoslu 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə