Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

www.vivo-book.com 
 
118 
“Başıma  nolub  axı?  –  peysərini  qayığın  burnundakı 
taxtaya  söykəyib  astadan  pıçıldadı.  –  Mən  yorulub  əldən 
düşmüş  qocayam.  Amma  hər  necə  olsa,  mənə  qardaşdan 
əziz olan bu balığı öldürə bildim. İndi də qul zəhməti tələb 
edən  işləri  görüb  qurtarmalıyam.  Kəndiri  götürüb  ilgək 
düzəltməliyəm ki, balığı qayığın yedəyinə bağlayım. Lap iki 
nəfər  olsaydıq  da,  bunu  yerindən  tərpədə  bilməzdik,  ya 
qaldırsaq da, qayığa dolan suyu boşaltmaq olmazdı, həm də 
qayıq  onun  ağırlığına  dözməzdi.  Hamımız  batardıq:  qayıq 
da,  mən  də,  balıq  da.  Əvvəlcə  bütün  hazırlıq  işlərini  görüb 
balığı  yaxına  çəkərəm,  sonra  onu  qayığın  bortuqa  sarıyıb 
yedəyə  alaram,  axırda  da  dorağacını  qaldırıb,  yelkəni  açıb 
yola düşərəm”. 
Balığı  qayığa  tərəf  çəkməyə  başladı,  kəndiri  onun 
qəlsəmələri  altından  salıb  cəhəngindən  çıxartmaq,  sonra  da 
başını qayığın burun tərəfinə bağlamaq istədi.  
“Balığa  baxmağı,  onu  bu  əllərimlə  oxşamağı  ürəyim 
elə  istəyir  ki,  –  qoca  köksünü  ötürdü.  –  Axı  o,  mənim 
sərvətimdir.  Amma  ona  toxunmaq  istəyim  heç  də  sərvətim 
olduğuna  görə  deyil.  Mənə  elə  gəlir  ki,  nizəni  köksünə 


www.vivo-book.com 
 
119 
saplayanda  mən  artıq  onun  ürəyinə  toxunmuşam.  Nizəni 
ikinci dəfə ürəyinə sancıb belindən çıxardanda hiss etdim ki, 
ürəyi ovcumun içindədir. Di yaxşı, indi balığı yaxına çəkib 
kəndiri 
belinə 
sarımalıyam, 
ilgəyi 
quyruğundan 
keçirməliyəm ki, qayığa möhkəm bağlansın!” 
– İşə başlamaq vaxtıdır, qoca, – özünə əmr etdi və bir 
qurtum  su  içdi.  –  Sənin  xalis  it  zülmü  olan  hələ  nə  qədər 
işlərin var, yalnız onları görüb qurtarandan sonra döyüş başa 
çatacaq. 
O, əvvəlcə səmaya, sonra balığa baxdı. Günəşi diqqətlə 
nəzərdən  keçirib  fikirləşdi  ki,  günortadan  təzə-təzə  adlayır, 
bu yandan da passat küləyi güclənir. İndi kəndirləri calamaq 
vaxtı  deyil,  onları  evdə,  oğlanla  bərabər  yerbəyer  edərik, 
lazım olanları bir-birinə calaşdırıb qaydaya salarıq. 
– Hə, balığım, yaxına gəl görüm! 
Ancaq  balıq  ona  qulaq  asmadı,  dalğaların  üstündə 
tənbəl-tənbəl  yırğalana-yırğalana  yerindən  tərpənmədi  və 
qoca  naəlac  qalıb  özü  qayığı  ona  tərəf  sürməli  oldu. 
Yaxınlaşıb  balığın  nataraz  başını  görəndə  təəccübdən 
qocanın gözləri kəlləsinə çıxdı. O nə gözlərinə inana bilirdi, 


www.vivo-book.com 
 
120 
nə  də  başın  bu  dərəcədə  yekəliyinə.  Axırda  nizənin  ipini 
kötükdən  açıb  balığın  qəlsəmələrindən  keçirtdi,  ucunu 
cəhəngindən  çıxardıb  bir  neçə  dəfə  burnu  üstündəki  qılınca 
doladı;  bir  də  qəlsəmələrdən  keçirtdi,  bir  də  qılınca  sarıdı, 
ikiqat  düyünlə  möhkəm  bərkidib  kötüyə  bağladı.  Kəndiri 
kəsib qayığın arxa tərəfinə gəldi ki, balığın quyruğuna ilgək 
keçirdib bərkitsin.  
İndi  balığın  bənövşəyi  rəngi  dəyişib  gümüşü  rəng 
almışdı,  bədənini  bəzəyən  enli  zolaqlar  quyruğu  kimi  açıq-
bənövşəyi  rəngə  çalırdı.  Zolağın  hər  biri  qocanın  geniş 
açılmış  iri  əlindən  də  enli  idi.  İri  gözləri  gah  periskop 
güzgüləritək  donuq  görünür,  gah  da  xaç  mərasimindəki 
müqəddəslərin simalarını xatırladırdı. 
– Onu ancaq bu yolla öldürmək olardı, mən onu başqa 
cür öldürə bilməzdim, – qoca dedi. 
İçdiyi  bir  qurtum  su  qocanın  halını  xeyli 
yaxşılaşdırmışdı.  Huşunu  bir  daha  itirməyəcəyinə  arxayın 
idi.  “Bu  balığın  min  beş  yüz  girvənkə  əti  var.  Artıq da ola 
bilər.  Cəmdəyin  üçdə  ikisi  xalis  ət  olsa,  girvənkəsi  də  otuz 
sentdən satılsa, görəsən, nə qədər pul çıxardar?” 


www.vivo-book.com 
 
121 
–  Yox,  kağız-qələmsiz  bu  boyda  alverin  hesabını 
aparmaq  olmaz,  –  o  dedi.  –  Bunu  vurub-çıxmaq  üçün 
adamın  fikri  aydın  olmalıdır.  Mənimsə  başım  üstümdə 
durmur.  Mənə  elə  gəlir  ki,  dahi  Di  Macio  bu  gün  mənimlə 
fəxr  edə  bilər.  Hərçənd  sümük  döyənəyinə  ürcah 
olmamışam,  amma  əlim  də,  belim  də  yaman  ağrıyır. 
Görəsən, döyənək nə olan şeydir? Bəlkə, bu azar elə bizim 
özümüzdə də var, bilmirik? 
Qoca balığı üç yerdən – burun tərəfdən, ortasından, bir 
də quyruq hissəsindən qayığa möhkəmcə bənd elədi. Balıq o 
dərəcədə  nataraz  idi  ki,  elə  bil,  qayığın  özünü  gəminin 
böyrünə qoşmuşdun. Kəndirdən bir parça kəsib balığın açıq 
ağzını  da  bağladı  –  bu  mümkün  qədər  sürətlə  üzməkdə 
qocaya  kömək  edəcəkdi.  Dorağacını  qaldırıb  ona  bir  ağac 
dayadı, yamaqsız yeri olmayan yelkəni açıb astar üzündəki 
ipini  tarım  çəkdi.  Qayıq  hərəkətə  gəldi;  qoca  arxa  tərəfdə 
çömbəlib, qayığı cənub-qərb istiqamətinə yönəltdi.  
Səmti  bilmək  üçün  o,  kompasa  ehtiyac  duymurdu; 
küləyin  əsməyindən,  yelkənin  şişməyindən  cəhətləri  dəqiq 
təyin edə bilirdi. “Yaxşısı budur, balaca qarmağı suya atım, 


www.vivo-book.com 
 
122 
xırda  balıqdan-zaddan  bir  şey  tutum:  yeməyə  heç  nəyim 
yoxdur”.  
Qarmağa taxılan əyri dəmiri tapa bilmədi, sardinalar da 
iylənmişdi. Götürüb dəstəli qarmağı dənizə uzatdı, bir çəngə 
sarı  yosun  qoparıb  silkələdi,  qayığa  xeyli  dəniz  xərçəngi 
töküldü.  Xərçənglər  yerbirəsi  təki  atılıb-düşür,  ayaqlarını 
oynadırdılar. Qoca şəhadət və baş barmağıyla onların başını 
üzüb  tullayır,  bədənlərini  ağzına  atıb  çeynəyə-çeynəyə,  elə 
qabıqlı-quyruqlu  içəri  ötürürdü.  Xırdalığına,  nazikliyinə 
baxmayaraq, xərçənglər çox ləzzətli idi. 
Şüşədə  iki  içimlik  su  qalmışdı;  xərçənglərin  axırına 
çıxandan sonra qoca üstündən bir qurtum su da içdi.  
O,  bütün  maneələri  dəf  edərək,  sürətlə  üzən  qayığı 
qoluyla  idarə  edirdi.  Nəhəng  balıq  daim  gözləri  önündəydi, 
nəzərləri  yaralı  əllərinə  sataşanda,  yaxud  kürəyi  qayığın 
taxtasına  toxunanda  isə  bütün  bu  olub-keçənlərin  heç  də 
yuxu  deyil,  həqiqət  olduğuna  bir  daha  inanmalı  olurdu. 
Balıqla  fədakar  döyüşü  başa  çatdıranda,  taqətdən  düşüb 
huşunu  itirəndə  ona  elə  gəlmişdi  ki,  bunların  heç  biri 
gerçəklik  deyil;  hamısı  yuxudur,  röyadır.  Hətta  balığın 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə