Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

www.vivo-book.com 
 
113 
ləpələndirən  bu  varlıq  qeyri-adi  gözəlliyi  və  görkəmi  ilə 
qocanı valeh edib, əməlli-başlı mat qoymuşdu.  
Qoca  kəndiri  var  qüvvəsiylə  özünə  tərəf  dartdı  ki, 
balığı  qayığa  mümkün  qədər  çox  yaxınlaşdırsın.  Birdən 
balıq  azca  böyrü  üstə  döndü,  amma  tez  də  özünü  düzəldib 
dövrə vurmağa davam elədi. 
–  Canı  əlimdədir,  –  qoca  dedi.  –  Mən  onu  tərpədə 
bildim. İndi hara çəksəm, ora da gedəsidir. 
Qocanın başı yenə gicəlləndi, lakin qüvvəsini toplayıb 
ipi  bir  də  dartdı.  “Onu  böyrü  üstə  çevirə  bildim,  –  o 
düşündü,  –  bu  dəfə  arxası  üstə  çevirəcəm.  Hə,  əllərim,  nə 
qədər  gücünüz  var,  dartın  ipi!  Ayaqlarım,  siz  də  möhkəm 
durun!  Başım,  nəbada  özünü  itirəsən  ha!  Axı  sən  heç  vaxt 
məni  darda  qoymamısan.  Bu  dəfə  mən  onu  arxası  üstə 
çevirəcəm”.  
Kəndiri  var  gücüylə  özünə  çəksə  də,  balığı  tam  arxası 
üstə  çevirə  bilmədi:  bir  anlıq  yanpörtü  qalan  balıq  tez  də 
özünü düzəldib əvvəlki vəziyyətinə qayıtdı və üzüb aralandı. 


www.vivo-book.com 
 
114 
–  Qulaq  as,  balıq!  –  qoca  ona  dedi.  –  Sən  onsuz  da 
öləcəksən. Bəs mənim ölməyim sənin nəyinə lazımdır? Niyə 
məni də özünlə o dünyaya aparmaq istəyirsən? 
“Bu söhbətdən heç nə çıxmayacaq”, – qoca düşündü.  
Onun  ağız-boğazı  elə  qurumuşdu  ki,  dili  zorla  söz 
tuturdu;  özü  də  son  dərəcə  zəifləmişdi,  əyilib  su  şüşəsini 
götürməyə belə heyi qalmamışdı. 
“Bu  dəfə  onu  gərək lap qayığın  yanına  çəkib gətirəm, 
amma  deyəsən  xərifləmişəm.  Deyəsən  bacarmayacam... 
Amma  yox,  bacararsan,  hələ  o  yana  da  keçərsən!  Səndə 
tükənməz güc var, qoca!” 
Balıq növbəti dövrəni başa çatdıranda qoca az qalmışdı 
onu vursun. Lakin heç nə alınmadı; balıq yenə uzaqlaşdı. 
“Balıq, sən mənim axırıma çıxdın ki, – qoca düşündü. – 
Neynək,  səni  də  qınamaq  olmaz,  can  şirin  şeydir.  Bilirəm, 
indi  sən  öz  canının  hayındasan.  Qardaşım,  bu  qədər 
yaşamışam,  di  gəl,  sənin  kimi  nəhəng,  sənin  kimi  gözəl, 
sənin  kimi  dinc  və  nəcib  məxluq  görməmişəm.  Neynək, 
öldür  məni!  Kimin  kimi  öldürəcəyi  daha  mənim  vecimə 
deyil”.  


www.vivo-book.com 
 
115 
«Qoca,  get-gedə  sənin  ağlın  çaşır  ha!  Amma  belə 
məqamda  sən  başını  itirməməlisən.  Ağlını  başına  yığ, 
əziyyətə, iztiraba kişi kimi döz... – və xəyalən əlavə elədi: – 
Ya da balıq kimi!  
–  Ya  ağlım,  qayıt  gəl  öz  yerinə,  –  qoca  astadan 
pıçıldadı; elə astadan pıçıldadı ki, öz səsini güclə eşitdi. – Di 
işlə görüm. İşlə deyirlər sənə!  
Balıq  iki  dəfə  dövrə  vursa  da,  vəziyyət  dəyişmədi:  o, 
heç cür yaxına gəlmir, mümkün qədər aralıda üzürdü.  
“Vallah,  heç  bilmirəm  necə  edim,  –  qoca  düşündü. 
Balıq hər dəfə uzaqlaşanda ona elə gəlirdi ki, huşunu itirir, 
çaşır,  nə  edəcəyini  bilmir.  –  Bu  dəfə  gücümü  əməlli-başlı 
sınayacam”. 
O,  həqiqətən,  gücünü  bir  də  sınadı  və  bu  dəfə  ona  elə 
gəldi  ki,  az  qalır  yıxılsın;  amma  balığı  arxası  üstə  çevirə 
bildi. 
Balıq da təzədən dikəldi; iri, qəşəng, naxışlı quyruğunu 
əvvəlki kimi aramla yellədə-yellədə üzməkdə davam elədi. 
– Əl çəkən deyiləm, bir də cəhd edəcəm, – qoca özünə 
söz  verdi.  Amma  əlləri  yaman  boşalmışdı,  gözünə  də 


www.vivo-book.com 
 
116 
qaranlıq çökürdü. Gözü qarala-qarala ha çalışdısa, neçə dəfə 
əlləşdisə, bütün cəhdləri boşa çıxdı.  
“Bəs  belə?  –  qoca  əməlli-başlı  cinləndi;  ona  elə  gəldi 
ki,  içindəki  həyat  nişanələri  sönüb  getməkdədir.  –  Mən  bir 
də güc vuracam, bir də cəhd edəcəm!”  
Qoca  bütün  ağrılarını  unudaraq  qəti  vuruşa  girişdi. 
Balıq  böyrü  üstə  çevrilib  yanpörtü  vəziyyətdə  yavaş-yavaş 
qayığa  tərəf  yaxınlaşdı,  burnu  üstündəki  qılınc  az  qaldı 
qayığın  böyrünə  toxunsun.  Onun  enli,  uzun  bədəni  sanki 
dənizin  dərinliklərinə  qədər  uzanıb  gedirdi.  Gümüş  kimi 
parıldayan  belinə  kəmər  təki  dolanmış  bənövşəyi  zolaqlar 
heyrətamiz dərəcədə qəşəng idi. 
Qoca  kəndiri  yerə  qoyub  ayağı  ilə  üstündən  bərk-bərk 
basdı,  nizəni  qapıb  var  qüvvəsini  toplayaraq  balığın 
adamboyu qədər sudan qalxmış nataraz döş üzgəcinin altına 
sapladı; iti dəmirin yumşaq ətə necə batdığını hiss edən qoca 
bədəninin  bütün  ağırlığını  nizənin  üstünə  salıb  onu  lap 
dərinə yeritdi.  
Bu  zaman  ölümlə  əlbəyaxa  olmuş  balıq  təzədən 
dirçəldi,  nəhəng  gövdəsini,  təsviri  mümkün  olmayan 


www.vivo-book.com 
 
117 
gözəlliyini  nümayiş  etdirmək  istəyirmiş  kimi  suyun  üzünə 
çıxdı və qəfildən göyə sıçradı, qayığın tuşunda, düz qocanın 
başı üzərində, havada bir anlığa asıla qaldı və sonra gurultu 
ilə  dənizin  ağuşuna  düşdü.  Dəniz  təlatümə  gəldi;  qoca  da 
təpədən-dırnağacan islandı.  
Ürəyi  bulanan,  başı  gicəllənən  qoca  daha  heç  nə  görə 
bilmədi. Amma nizənin ipini boşaldıb qanı axan yaralı əliylə 
onu  ağır-ağır  yığmağa  başladı,  gözlərinin  işığı  yerinə 
qayıdanda isə bütün diqqətini toplayıb nataraz qarnı gümüş 
kimi  parıldayan  balığı  arxası üstə  çevrilmiş  gördü.  Nizənin 
şiş ucu balığın belini parçalayıb o üzündən çıxmışdı, dənizin 
mavi  suları  da  balığın  ürəyindən  axan  al  qana  boyanmışdı. 
Əvvəl nəhəng qan ləkəsi tünd  rəngdəydi, sanki  mavi  suları 
bir  mil  dərinlikdən  balıq  sürüsü  dövrələmişdi.  Sonra  ləkə 
bulud  kimi  ətrafa  yayılmağa,  gümüşü  balıq  da  ləpələrin 
üstündə aramla yırğalanmağa başladı. 
Qoca  şövqlə  parıldayan  gözləri  dumanlanana  qədər 
nəzərlərini balıqdan ayıra bilmədi. Nizənin sapına bağlanmış 
ipi iki dəfə kötüyə doladı, axırda başını əlləri arasına aldı. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə