Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

www.vivo-book.com 
 
108 
“Burnunun  üstündəki  qılıncla  qarmağa  bağlanmış 
məftili  qırmaq  istəyir,  –  qoca  düşündü.  –  Əlbəttə,  belə  də 
eləməliydi. Amma bu onu tullanmağa, atılıb-düşməyə vadar 
edəcək,  mənə  isə  bu  dəqiqə  balığımın  dövrə  vurması  sərf 
eləyir.  Qoy  hələ  bir  az  da  fırlanmağa  davam  eləsin.  Atılıb-
düşmək  balığa  ondan  ötrü  lazım  idi  ki,  canına  hava 
doldursun,  amma  indi  hər  belə  tullanış  qırmağın  açdığı 
yaranı genəldər, qarmaq yerindən çıxa bilər”. 
– Balığım, hoppanma, xahiş edirəm, hoppanıb-düşmə! 
Balıq  məftilə  daha  bir  neçə  dəfə  sərt  zərbələr  endirdi, 
qoca da hər dəfə başını bulayıb kəndiri az-az boşaltdı. 
“Onu  incitmək,  yarasına  toxunmaq  olmaz.  Necə  var, 
qoy  elə  də  qalsın.  Mənim  öz  yaralarımın,  ağrılarımın 
əhəmiyyəti  yoxdur.  Bütün  cəfalara  dözməliyəm.  Balıqsa 
hədsiz ağrıdan quduzlaşa bilər”.  
Bir azdan balıq daha məftili döyəcləmədi, öz dövrəsini 
yenə  dinc şəkildə  vurmağa  başladı. Qoca  da  kəndiri  aramla 
yığmağında  idi  ki,  birdən  halı  qarışdı,  başı  təzədən 
gicəlləndi;  sol  əliylə  dənizdən  bir  ovuc  su  götürüb  başına 


www.vivo-book.com 
 
109 
çilədi. Sonra bunu bir də təkrar elədi və yaş əlini peysərinə 
çəkib boynunu bərk-bərk ovuşdurdu. 
– Başım gicəllənsə də, şükürlər olsun ki, heç yerim qıc 
olmur,  –  dedi.  –  İndicə  balıq  üzə  çıxacaq,  gərək  bərk 
dayanım. Dözümlü ol, qoca! Sən mütləq duruş gətirməlisən, 
heç başqa cür ola da bilməz! Ağlına ayrı şey gətirmə, özgə 
fikirləri biryolluq başından çıxart!  
Qayığın  içində  dizi  üstə  düşüb  yenə  kəndiri  kürəyinə 
sürüşdürdü. “Nə qədər ki balığın başı fırlanmağa qarışıb, heç 
olmasa, mən bir az dincimi alım, elə ki üzə çıxdı, durub işini 
bitirərəm”. 
Qoca  kəndirə  əl  vurmadan  elə  çömbəldiyi  yerdəcə 
oturub  doyunca,  bəs  deyincə  dincəlmək  istəyirdi,  balığa  da 
imkan  vermək  istəyirdi  ki,  kefi  nə  qədər  istəyir  dövrə 
vursun.  Amma  ip  tarım  dartılanda,  balıq  dövrəni  yarımçıq 
vurub  qayığa  tərəf  üzəndə  qoca  məcbur  oldu  ki,  ayağa 
qalxıb kəndiri yığmağa başlasın. O, növbə ilə gah bir, gah da 
hər  iki  qolunu  yelləməklə,  eyni  vaxtda  sağa-sola 
döndərməklə  tilov  ipini  mümkün  qədər  tez  dəstələməyə 
cəhd  etdi.  Fikirləşdi  ki,  ömrümdə  hələ  heç  vaxt  belə 


www.vivo-book.com 
 
110 
yorulmamışam,  bu  yandan  da  külək  qalxır.  Amma  yox, 
küləyin  olmağı  yaxşıdır;  səmt  küləyidir,  balığı  aparmağa 
mənə  kömək  edər.  Əcəb  yerinə  düşdü.  Balıq  təzədən  dövrə 
vurmağa  başlayanda  mən  bir  az  dincələrəm.  İndi  halım 
babatdır.  Qoy  iki-üç  dəfə  də  dövrə  vursun,  sonra  onun 
nəfəsini kəsəcəm”. 
Həsir  şlyapası  peysərinə  düşmüşdü.  Balıq  geri  dönüb 
kəndiri  dartmağa  başlayanda  taqəti  kəsilmiş  qoca  tamamilə 
süstləşib qayığın burnuna çökdü. 
“Balıq, indi bir az da sən əlləş, – qoca düşündü, – elə 
ki, yorulub geri qayıtdın, kələyini kəsəcəm”.  
Dənizdə iri bir dalğa əmələ gəldi, amma aydın havanın 
bələdçisi  olan  nəcib  külək  onu  qovub  apardı.  Hə,  bu  külək 
evə qayıdarkən qocaya çox lazım olacaqdı.  
–  İndi  mən  qayığı  cənuba tərəf sürməliyəm.  Bir  az da 
üzü günbatana. Vəssalam, burda nə var ki? Bəyəm dənizdə 
azmaq olar? Üstəlik də, bizim adamız uzundur.  
Balıq  fırlanıb  üçüncü  dövrəni  başa  vuranda  qoca  onu 
gördü. Ona elə gəldi ki, qayığın altından çox yekə bir kölgə 


www.vivo-book.com 
 
111 
keçdi;  təəccüb  və  heyrət  gözləri  bərələ  qaldı;  gözüylə 
gördüyünə heç cür inana bilmədi. 
– Yox, – dedi, – ola bilməz, bu yekəlikdə balıq olmaz! 
Həqiqətən də, balıq çox nəhəng balıqdı. 
Son dövrəni başa çatdırıb qayıqdan otuz yard məsafədə 
üzə  çıxanda  qoca  mavi  dənizin  səthində  onun  açıq-
bənövşəyi rəngə çalan çox iri, oraqvari quyruğunu gördü.  
Balıq  təzədən  suya  cumdu,  lakin  bu  dəfə  çox  dərinə 
gedə  bilmədi.  Qoca  onun  nəhəng  gövdəsinə  və  bu  gövdəni 
bəzəyən  bənövşəyi  rəngli  enli  zolaqlara  heyrətlə  baxdı. 
Balığın  bel  üzgəci  yana  sallanmışdı;  yeni  dövrə  vuranda 
qoca onun gözlərini də gördü. 
Balıqla  yan-yana  boz  rəngli  bir  cüt  zəlibalığı  da 
üzürdü; onlar tez-tez irəli cumub balığın böyründən yapışır, 
dərhal da cəld sıçrayışla kənara tullanırdılar; hərdən də onun 
kölgəsində daldalanıb üzürdülər.  
Zəlibalıqlarının  hər  biri  üç  fut  uzunluğunda  olardı. 
Sürətlərini  artıranda  onlar  elə  qıvrılırdılar  ki,  elə  bil  xalis 
ilanbalığıydılar. 


www.vivo-book.com 
 
112 
Qocanın  bədəni  tər  içindəydi.  Bu  təkcə  günəşin 
istisindən  yox,  həm  də  gərgin  işləməkdən  idi.  Balıq  aramla 
dövrə vurduqca qoca da kəndiri yığırdı; indi arxayın idi ki, 
ikicə dövrədən sonra nizəni balığa sancmağa imkan tapacaq. 
“Gərək onu mümkün qədər yaxına gətirim, qayığın lap 
yaxınlığına gəlməyə  vadar  edim,  –  qoca düşündü.  –  Başını 
yox,  ürəyini  nişan  almalıyam.  Zərbə  düz  ürəyinə 
saplanmalıdır”.  
– Hə, qoca, gücünü topla, özün də hövsələli ol! 
Sonrakı  dövrəni  vuranda  balığın  beli  suyun  üzünə 
çıxdı,  ikinci  dövrə  başa  çatanda  isə  sudan  xeyli  yuxarı 
qalxdı.  Amma  o  hələ  də  uzaqdaydı.  Qoca  çox  yaxşı  başa 
düşürdü ki, əgər kəndiri bir az çox yığsa, balığı qayığın lap 
böyrünə gətirə bilər.  
Nizəni çoxdan hazır qoymuşdu, sapına bağladığı nazik 
məftilin ucunu da qayığın burnundakı kötüyə bənd eləmişdi. 
Məftil kələfi girdə səbətin içindəydi. 
Balıq  yavaş-yavaş  dövrə  vurur  və  qayığa  yaxınlaşırdı. 
Öz  yekə,  qəşəng  quyruğuyla  mavi  suları  ehmalca 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə