Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə25/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   22   23   24   25   26   27   28   29   30

www.vivo-book.com 
 
123 
sudan  havaya  sıçraması  da  ona  vaqiə  kimi  görünmüşdü  və 
gözlərinə inanmamışdı. Həm də qoca onda heç nəyi doğru-
dürüst seçə bilmirdi, indi isə gözlərinə işıq gəlmişdi və hər 
şeyi olduğu kimi görürdü. 
Hə,  indi  o  bilirdi  ki,  balıq  həqiqətən  mövcuddur, 
əllərinin, kürəyinin sızıltısı da əsla yuxu deyil.  
“Əllərim  tez  sağalacaq,  –  qoca  düşündü.  – 
Yaralarımdan  xeyli  qan  axıb,  ona  görə  də  qanım 
zəhərlənməz, şor suyun da yaraya xeyri var. Bizim körfəzin 
lehməli  suyu  yaranın  ən  yaxşı  dərmanıdır,  bütün  dünyada 
bundan  yaxşı  məlhəm  tapılmaz.  Bu  saat  ona  çalışmalıyam 
ki,  huşumu  itirməyim,  əllərim  də  öz  vəzifəsini  yaxşı  icra 
etsin. Hələlik pis üzmürük. Balığın ağzı bağlıdır, quyruğu da 
yaxşı  durur,  gah  qalxır,  gah  da  suya  düşür.  Biz  doğma 
qardaş kimi bərabər üzürük”. 
Başı yenə bir az gicəlləndi və qoca düşündü: “Görəsən, 
hansımız hansımızı aparır: mən balığı, ya balıq məni? Mən 
onu  qayığa  yükləmiş  olsaydım,  heç  bu  sual  da  ortaya 
çıxmazdı.  Biz  yanaşı  üzürük,  özü  də  bir-birimizə  möhkəm 
bağlıyıq.  Eh,  daha  neyləmək  olar,  balıq  məni  aparırsa,  qoy 


www.vivo-book.com 
 
124 
belə  olsun.  Əslində,  mən  onu  yalnız  fəndlə,  kələklə 
üstələdim. Mənə pislik eləmək yazıq balığın heç xəyalından 
da keçmirdi”. 
Onlar  aramla  üzdükcə  üzür,  elə  hey  üzürdülər.  Qoca 
növbə ilə əllərini dənizə salıb şor suda saxlayırdı ki, yaraları 
tez  sağalsın,  həm  də  başı  gicəllənməsin.  Göydə  tənha, 
seyrək  buludlar  süzürdü.  Qoca  buludlara  baxanda  bütün 
gecə külək əsəcəyini təyin etdi. Tez-tez dönüb balığa baxır, 
ondan  göz  çəkə  bilmirdi,  həm  də  özünü  bir  daha 
inandırmağa  çalışırdı  ki,  yuxu  görmür,  hər  şey  əslində 
olduğu kimidir.  
Yırtıcı köpəkbalıqlarından birincisi qoca yola düşəndən 
düz bir saat sonra özünü ona yetirdi.  
Okeanın lap dərinliklərindən varıb gələn bu yırtıcı onu 
heç  də  təsadüfən  haqlamamışdı:  nəhəng  balığın  qatı  qanı 
dənizin  dibinə  çöküb  bir  mil  məsafədə  ətrafa  yayılmışdı, 
köpəkbalığı  da  iyi  alan  kimi  dənizin  mavi  sinəsini  ildırım 
sürətiylə  parçalayaraq  üzə  çıxmışdı;  onun  dərisi  günəş 
şüalarının altında bərq vururdu.  


www.vivo-book.com 
 
125 
Birdən akula geri qayıdıb suya cumdu, itirdiyi qan izini 
tapıb  yenidən  suyun  üzünə  çıxdı,  qayığı  və  ona  bağlanmış 
yekə  balığı  izləməyə  başladı.  O  arabir  izi  itirir,  lakin  güclə 
hiss  edilən  zəif  qoxunu  təzədən  tapıb  şikarını  qarabaqara 
təqib edirdi. Mako cinsindən olan bu yırtıcı çox nataraz idi, 
çox da sürətlə üzürdü. Okeanda sürətdə ona çatan ayrı balıq 
yoxdu;  o  sanki  elə  yalnız  üzməkçün  yaranmışdı!  İyrənc 
cəhəngindən  savayı  qalan  hər  yeri  gözəl  idi.  Qılınc-balıq 
kimi  onun  da  beli  abı,  qarnı  gümüşü  rəngdə,  dərisi  hamar, 
həm  də  olduqca  möhkəm  idi.  Heyvərə  ağzı  nəzərə 
alınmazsa,  hər  cəhətdən  qılınc-balığa  oxşayırdı,  hündür  bel 
pəri suyu ləpələndirmədən asanlıqla yarırdı. Ağzında səkkiz 
cərgə  köndələninə  düzülmüş  möhkəm  dişləri  vardı.  Bunlar 
başqa  yırtıcıların  dişlərinə  əsla  bənzəmirdi;  caynaq  kimi 
əyilmiş  bu  dişlər  hərəsi  barmaq  böyüklüyündə  olurdu  və 
həqiqətən də onun dişləri qocanın barmaqlarından yekə, həm 
də ülgüc kimi iti idi. Mako köpəkbalıqları, elə bil, dənizdəki 
başqa balıqlar üçün qənim yaranmışdı. Cəld üzdükləri qədər 
də  qüvvətli  olan  bu  yırtıcıların  hər  cəhətdən  üstünlükləri 
vardı; düşmənlərindən heç biri bu cəhətdən onlara çatmırdı. 


www.vivo-book.com 
 
126 
Şikarın  yerini  və  qan  qoxusunu  çox  tez  duyurdular, 
bellərindəki iti pərlər də suyu qılınc kimi kəsirdi.  
Qoca  onu  görən  kimi  tanıdı;  yırtıcının  heç  nədən 
qorxmadığını,  istəyinə  çatmamış  əl  çəkməyəcəyini  yaxşı 
bilirdi.  Odur  ki,  nizənin  kəndirini  qayığın  kənarına  bənd 
edib hazır durdu və rəqibinin yaxınlaşmasını gözlədi. Kəndir 
qısa  idi,  qoca  onun  bir  hissəsini  balığı  qayığa  bağlayanda 
kəsib işlətmişdi. 
Qocanın halı babat idi, heç yeri ağrımırdı, üz-gözündən 
qətiyyət yağırdı. Lakin uğura çox az ümid vardı.  
“İşlər  lap  yaxşı  idi,  –  qoca  düşündü,  –  amma  əlbəttə, 
belə hal uzun sürə bilməzdi”.  
O,  yaxınlaşmaqda  olan  akulanı gözdən buraxmır,  eyni 
zamanda, arabir öz nəhəng balığına da nəzər salıb ürəyində 
arzulayırdı  ki,  keşkə  bunların  hamısı  yuxu  olaydı.  “Yuxu 
olsaydı,  əcəb  yaxşı  olardı.  Bilirəm  ki,  bu  müzür  varlığın 
balığıma ziyan vurmasına mane ola bilməyəcəm. Amma nə 


www.vivo-book.com 
 
127 
bilmək  olar,  bəlkə  onu  vurub  öldürdüm?  Vayına  oturum, 
dentuso”.
7
 
Dentuso  özünü  qayığın  quyruğuna  yetirib  həmləyə 
keçdi.  Qoca  onun  çox  geniş  açılmış,  cəhənnəm  qapısına 
oxşayan  bədheybət  ağzını,  dəhşət  saçan  gözlərini  gördü; 
balığın  quyruğundan  iri  bir  dişləm  qopardan  yırtıcının  alt 
çənəsi  üst  çənəsinə  dəyəndə  dişləri  elə  şaqqıldadı  ki,  bu 
şaqqıltıdan  qoca  əməlli-başlı  səksəndi.  Onun  əvvəl  başı, 
sonra  beli  sudan  çıxdı,  ikinci  həmlədə  dişlərin  şaqqıltısı 
təkrar  eşidildi  və  qoca  həmin  anda  nizəni  onun  təpəsinə, 
gözlərini  birləşdirən  xətlə  burnundan  başına  qalxan  xəttin 
kəsişdiyi  yerə  sapladı. Əslində, xətt-filan  yox  kimiydi:  olan 
şey – abı rəngli yepyekə, kələ-kötür kəlləydi; geniş açılmış 
iri,  vəhşi  gözlərdİ;  hər  şeyi  parçalamağa  hazır  dayanmış 
şaqqıldayan çənələrdi. Zərbənin tuşlandığı yerdə dentusonun 
beyni  yerləşirdi,  ona  görə  də  qoca  nizəni  yaralarından  qan 
sızan  əlində  bərk-bərk  sıxaraq  məhz  həmin  yeri  nişan 
                                                 
7
Dentuso – yekədiş köpəkbalığı növü (ispanca). 
 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə