Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   22   23   24   25   26   27   28   29   30

www.vivo-book.com 
 
138 
çənələri  ilə  balıqdan  sallanıb  qopmurdu;  qoca  hətta  bıçağı 
onun sol gözünə sancanda da o öz qənimətini buraxmadı. 
–  Bəs  belə!  –  qoca  qəzəblə  bağırdı  və  bu  dəfə  bıçağı 
onun beyni ilə haram iliyi birləşən yerə sapladı. 
Qoca  bıçağın  qığırdağa  toxunduğunu  hiss  etdi;  indi 
ziyankarın  axırına  çıxmaq  elə  də  çətin  deyildi.  O,  avarı 
tərsinə  çevirib  bıçağı  galanonun  ağzına  soxdu  ki, 
cəhənglərini  cırıb, çənələrini  ayırsın  və  ağzının içində  avarı 
bərkdən  burdu  ki,  balığı  yırtıcının  dişlərindən  xilas  etsin. 
Nəhayət, istəyinə nail oldu.  
–  Galano,  di  rədd  ol  dənizin  dibinə!  –  qoca  dedi.  – 
Dostun  da  oradadır,  görüşüb-öpüşərsiniz.  Bəlkə  dostun 
deyil, doğmaca anandır? 
O,  bıçağı  sildi,  avarı  qayığa  qoydu.  Sonra  yelkəni 
təzədən  açdı,  külək  yamaqlı  cındırı  şişirtdi;  qoca  qayığı 
döndərib yoluna davam etdi. 
–  Ziyankarlar  ətimin  ən  azından  dörddə  birini  apardı, 
özü  də  ən  yaxşı  yerlərini,  –  qoca  ucadan  dedi.  –  Kaş 
bunların  hamısı  yuxu  olaydı.  Kaş  mən  bu  balığı  tutmamış 
olaydım. Heyf ki, işlər belə tərs gətirdi, hər şey alt-üst oldu. 


www.vivo-book.com 
 
139 
Bunu deyib susdu. İndi o, sevimli balığına heç baxmaq 
da  istəmirdi.  Qanı  suya  axıb  getmiş  balıq  indi  güzgülərin 
arxasına  çəkilən  amalqama  rənginə  çalırdı;  lakin  qurşaq 
zolaqları hələ də aydın görünürdü. 
–  Mən  gərək  bu  qədər  uzaqlara  getməyəydim,  –  qoca 
dedi.  –  Balıq,  mən  çox  təəssüflənirəm  ki,  hər  şey  belə  pis 
alındı. Hər ikimiz üçün! Bunun nə sənə xeyri oldu, nə mənə! 
Sonra  ürəyində  özünə  xitabən  dedi:  “Qoca,  ağzını 
ayırıb oturma, bıçağı sarıdığın qaytanı yoxla, gör qırılıb, ya 
yox. Sonra da əl-qolunu hazır saxla, hələ iş qurtarmayıb”. 
– Heyf ki, bıçağı itiləməyə bülöv yoxdur, – o, qaytanı 
yoxlaya-yoxlaya dedi. – Gərək özümlə bülöv götürəydim.  
“Sən  özünlə  çox  şey  götürməliydin,  qoca,  amma  heç 
birini götürməmisən.  İndi nəyin olub-olmadığını  yada  salıb 
qan  qaraltmaq,  gileylənmək  vaxtı  deyil.  Buradakı  şeylərin 
köməyi ilə nə etmək olarsa, bax onu düşün”. 
Yenə ucadan dilləndi:  
– Öz məsləhətlərinlə lap zəhləmi tökdün! 
Sükanı qoltuğunun altına qoyub hər iki əlini suya saldı; 
qayıq irəli üzürdü. 


www.vivo-book.com 
 
140 
–  Allah  bilir,  axırıncı  köpəkbalığı  nə  qədər  ətimi 
qopardı; balığım xeyli yüngülləşib.  
O,  balığın  yırtılıb  eybəcər  hala  salınmış  qarnını 
xatırlayıb  qanını  qaraltmaq  istəmirdi.  Yaxşı  bilirdi  ki, 
ziyankarın  qayığa  vurduğu  hər  təkan,  hər  zərbə  nəhəng 
balıqdan qoparılan böyük bir ət parçası demək idi. Balıq bu 
saat  dənizdə  öz  arxasınca  şose  yolu  enliyində  bir  iz 
buraxırdı,  bu  da  başqa  yırtıcıların  izə  düşə  bilməsi  üçün 
əməlli-başlı vasitə idi.  
“Belə bir balıq adamı bütün qış uzunu yemləyə bilərdi, 
azından  bir  illik  ruzi  idi...  –  o  düşündü.  –  Bəsdir,  qoca, 
nəbada  bu  haqda  düşünəsən!  Bir  az  dincəl  və  balığın  yerdə 
qalan  hissəsini  yırtıcıların  növbəti  hücumlarından  qorumaq 
üçün çalış əllərini qaydaya salasan. Əllərimdən gələn qan iyi 
balıqdan  gələn  iylə  müqayisədə  heç  nədir.  Demək  olar  ki, 
yaralardan daha qan axmır. Azca qan sızmasının özünün də 
xeyri var: sol əlimi qoymaz ki, keyiyib qıc olsun. İndi daha 
mən  nəyin  fikrini  çəkməliyəm?  Heç  nəyin.  Yaxşısı  budur, 
heç nə düşünməyim, oturub ziyankarların yolunu gözləyim. 


www.vivo-book.com 
 
141 
Vallah,  bütün  bunlar  yuxu  olsaydı,  daha  yaxşı  olardı.  Eh, 
kim bilir? İşlər yaxşılaşa da bilər”. 
Təzə gələn növbəti köpəkbalığı enliburunlardan, amma 
balacasından idi. Ağzını elə geniş açmışdı ki, elə bil donuz 
horrası ilə  dolu çanağa tərəf  tələsirdi.  Amma  donuzun  ağzı 
dünyasında bu boyda açıla bilməzdi. Bu ağıza adam kəlləsi 
çox asanlıqla sığışardı. 
Qoca  onu  qayığın  lap  yaxınına  buraxdı,  hətta  balığa 
girişməsinə  də  imkan  verdi,  sonra  ucuna  bıçaq  bağlanmış 
avarla  beyninə  tutarlı  bir  zərbə  endirdi.  Köpəkbalığı  beli 
üstə çevrildi; amma bıçağın da ağzı qırıldı.  
Qoca  sükanın  arxasına  keçdi.  O,  tədricən  suya 
batmaqda  olan  və  get-gedə  kiçilən  köpəkbalığının 
cəmdəyinə  baxmadı.  Belə  mənzərəyə  tamaşa  etməyi 
əvvəllər çox sevsə də, indi buna qəti həvəsi yoxuydu.  
– İndi vur-tut bircə qarmağım qalıb, – o dedi. – Çox pis 
oldu.  Tək  qarmaq,  bir  cüt  avar,  sükan  və  bir  də  balaca 
toppuzla neyləmək olar?  
“Hə,  yaxşı  yerdə  axşamladım!  Məni  əcəb  yorub  əldən 
saldılar,  elə  də  cavan  deyiləm  ki,  toppuzla  köpəkbalığı 


www.vivo-book.com 
 
142 
öldürəm,  –  qoca  düşündü.  –  Amma  fərq  etməz,  nə  qədər 
canımda  can  var,  əllərim  avar-toppuz  tutur,  axıradək 
vuruşacam”.  
Göynərtisini  azaltmaq  üçün  əllərini  şor  suya  salıb 
islatdı. 
Axşam  yaxınlaşırdı,  ətraf  bomboş  idi.  Aşağıda  göy 
dəniz,  yuxarıda  mavi  səma  –  başqa  heç  nə  gözə  dəymirdi. 
Külək  xeyli  güclənmişdi  və  qocaya  elə  gəlirdi  ki,  sahilə 
çatmağa daha bir şey qalmayıb. Öz-özünə dedi: 
–  Yaman  yorulmusan,  qoca!  Sənin  nəinki  canın,  hətta 
ruhun da yorulub.  
Növbəti  akula  həmləsinə  qoca  bir  də  günəş  qüruba 
əyilən  vaxt  tuş  gəldi.  O,  balığın  enli  izi  boyunca  üzübəri 
şütüyən qonur üzgəclərin mavi suları necə dalğalandırdığını 
və birbaşa qayığa tərəf irəlilədiyini gördü.  
Yerindən  durub  sükanı  möhkəm  bərkitdi,  yelkəni 
bağladı,  kormadakı  arxa  oturacağın  altından  toppuzu 
çıxardıb əlində hazır tutdu. Uzunluğu iki fut olan bu toppuzu 
haçansa sınıq avardan mişarlayıb düzəltmişdi; onu yalnız bir 
əllə  işlətmək  mümkün  idi.  Qolluğu  sağ  biləyinə  taxdı  və 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə