Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə29/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   22   23   24   25   26   27   28   29   30

www.vivo-book.com 
 
143 
toppuzun dəstəsindən bərk-bərk yapışaraq rəqiblərinin gəlib 
çatmasını gözlədi. Bir cüt galano qayığa yaxınlaşdı. 
“Hələ dəyməyəcəm, – qoca düşündü, – qoy qabaqdakı 
hərif  balığa  əməlli-başlı  girişsin,  sonra  ya  burnunun 
üstündən,  ya  da  təpəsindən  elə  ilişdirəcəm  ki,  yerində 
qalacaq”.  
Hər iki galano yanaşı, qoşa üzürdü; qayığa daha yaxın 
olanı  ağzını  geniş  açaraq  həvə  dişlərini  balığın  gümüştək 
bərq  vuran  böyrünə  ilişdirəndə  qoca  yuxarı  qaldırdığı 
toppuzu  var  gücüylə  onun  yastı  kəlləsinə  endirdi.  Əlində 
elastik  bir  sərtlik  hiss  etdi,  eyni  zamanda,  yırtıcının  kəllə 
sümüyünün çox bərk olduğunu duydu; bu qartlığı heç nə ilə 
müqayisə etmək olmazdı. İkinci zərbəni burnunun üstündən 
ilişdirdi və akula sürüşüb suya düşdü. O biri galano balıqdan 
iri bir tikə qoparıb kənara qaçdı, tikəni tezcənə içəri ötürüb, 
ağzını geniş açaraq təzədən həmlə etdi. Ət parçasının onun 
ağzından  əsgi  parçasıtək  sallandığını  görəndə  təbdən  çıxan 
qoca  toppuzu  hara  gəldi  ilişdirməyə  başladı.  Zərbə 
ziyankarın  düz  təpəsindən  tutsa  da,  galano  sanki  istehza 
edirmiş  kimi  qocaya  baxıb  balıqdan  ikinci  tikəni  qopartdı, 


www.vivo-book.com 
 
144 
içəri  ötürməkçün  kənara  çəkiləndə  qoca  növbəti  zərbəni 
endirdi. Toppuz yenə də onun sərt, elastik kəlləsinə dəydi.  
–  Galano,  qabağa  dur  görüm,  –  qoca  dedi.  –  Hünərin 
var, bir az da qabağa gəl!  
Həvədiş irəli cumdu, çənələrini geniş aralayıb qənimətə 
hücum  çəkdi  və  dişlərini  şaqqıldatdı.  Şaqqıltını  eşidəndə 
qoca  cağ  əlini  bacardığı  qədər  hündürə  qaldırıb  toppuzu 
yenə  onun  təpəsinə  endirdi.  Bu  dəfə  zərbə  düz  beynindən 
tutdu.  Qoca  eyni  yerə  bir  zərbə  də  tutuzdurdu.  Galano 
çətinliklə  qopartdığı  ət  parçası  da  ağzında,  yavaş-yavaş 
aralanıb gözdən itdi. 
Qoca  ətrafa  nəzər  salıb  gözlədi  ki,  görsün  ziyankarlar 
geri qayıdacaqmı. Əvvəl heç nə gözə dəymirdi, amma sonra 
qayığın  ətrafında  birinin  vurnuxduğunu  gördü;  o  birinin  
üzgəcindənsə yaxın həndəvərdə heç bir əsər-əlamət yox idi. 
“Onları  öldürə  biləcəyimi  heç  ağlıma  gətirməzdim,  – 
qoca düşündü.  –  Cavan vaxtlarımda,  əlbəttə,  bunu  fərz  edə 
bilərdim. Amma ikisini də bərk əzişdirib şil-küt elədim, heç 
qiyamətəcən özlərinə gələ bilməzlər. Hərgah toppuzu ikiəlli 


www.vivo-book.com 
 
145 
tuta  bilsəydim,  bu  qoca  vaxtımda  da  öhdələrindən 
gələrdim”.  
İndi o, öz balığına baxmaq belə istəmirdi. Yaxşı bilirdi 
ki,  balığın  yarısı  yoxa  çıxıbdır.  Qocanın  başı  yırtıcılarla 
vuruşa  elə  qarışmışdı  ki,  heç  günəşin  nə  vaxt  batdığını  da 
görməmişdi. 
–  Havanın  qaralmağına  bir  şey  qalmayıb,  bir  azdan 
yəqin  ki,  Havananın  çıraqları  yanacaq.  Əgər  gündoğana 
tərəf çox meyllənmiş olsam, təzə kurortlardan birinin işığını 
görərəm. 
“Elə  bilirəm  ki,  yolu  düz  gəlmişəm,  –  o  düşündü,  – 
mən  sahildən  çox  aralıda  ola  bilmərəm.  Yəqin,  qəsəbə 
camaatı  da  məndən  nigaran  deyil.  Olsa-olsa,  bircə  oğlan 
narahat  qalacaq.  Amma  o  məndən  tam  arxayındır!  Bir  də 
yaşlı  balıqçılar  təşvişə  düşə  bilərlər.  Elə  cavanlar  da, 
başqaları  da.  Şəhərimiz  yaxşıdır,  elə  camaatımız  da  pis 
deyil”. 
Qoca  daha  öz  balığı  ilə  söhbət  edə  bilmirdi,  çünki 
ziyankarlar  onu  didişdirib  eybəcər  hala  salmışdı.  Birdən 
ağlına təzə bir fikir gəldi.  


www.vivo-book.com 
 
146 
–  Hər  tikəsi  bir  balığa  yem  olan  gözəlim!  Uzaqlara 
üzdüyümə çox peşmanam. Təkcə səni yox, özümü də məhv 
elədim.  Məyus  olma,  ikilikdə  xeyli  akula  öldürdük,  bir 
xeylisini  də  şikəst  elədik.  Düzünü  de,  qoca  balıq,  ömrün 
boyu  bu  yırtıcılardan,  bu  qarınqululardan  çoxmu 
öldürmüsən?  O  uzun,  o  iti  qılıncını  burnunun  üstünə  boş 
yerə taxmamışdın ki. 
Öz  balığı  barədə  düşünmək  qocanın  xoşuna  gəlirdi  və 
əgər  qayıq  rahat  üzə  bilsəydi,  beləcə  oturub  onun  akulaya 
necə divan tutması barədə fikirləşməkdən ləzzət alardı. 
“Gərək balığı ovlayan kimi qılıncını kəsib götürəydim, 
yırtıcılarla cəngə girəndə əcəb kara gələrdi”, –  o düşündü. 
Amma onu baltasız necə kəsmək olardı? Balta bir yana, bu 
saat heç bıçağı da yox idi.  
Sonra  fikirləşdi  ki,  hərgah  balığın  qılıncı  məndə 
olsaydı, onu avarın ucuna bağlayardım və qiyamət bir silah 
alınardı!  Bax,  onda  biz  balıqla  ikilikdə  əl-ələ  verib 
yırtıcılarla vuruşar, bu ziyankarların anasını ağladardıq! Bəs 
indi  neyləyə  bilərsən,  qoca?  Gecə  birdən  onlar  üstünə 
gəlsələr, sən nə edəcəksən?  


www.vivo-book.com 
 
147 
O, hökm verirmiş kimi qətiyyətlə səsləndi: 
– Vuruşacam, – dedi, – ölənəcən vuruşacam!  
Amma  gecənin  qatı  qaranlığında  nə  bir  işıq,  nə  bir 
işartı  görünürdü.  Olan  bircə  külək  idi,  bir  də  küləyin 
qabartdığı yamaqlı yelkən. Birdən qocaya elə gəldi ki, ölüb. 
Əllərini  bir-birinə  yapışdırıb  ovcunu  ovcuna  sürtdü.  Yox, 
ölməmişdi,  əlləri  hərəkət  etdikcə,  açılıb-yumulduqca 
sızlayıb  göynəyirdi.  Ağrı  –  həyat  nişanəsiydi:  ağrıyırdısa, 
demək,  hələ  yaşayırdı.  Qayığın  arxa  tərəfinə  söykənəndə 
kürəyinin  göynərtisi  də,  çiyinlərinin  sızıltısı  da  ona  hələ 
ölmədiyindən xəbər verirdi. 
“Balığı  ovlamağa  görə  söz  verdiyim  bütün  duaları 
oxuyacam;  amma  indi  elə  yorğunam  ki,  ağzımı  açmağa 
taqətim yoxdur, – düşündü. – Yaxşısı budur, kisəni götürüb 
çiynimə salım”. 
Qayığı  uzandığı  yerdəncə  idarə  edə-edə,  Havana 
işıqlarının  nə  vaxt  görünəcəyini  gözləyirdi.  “Balığın  yarısı 
hələ  məndədir,  –  o,  fikrindən  keçirtdi.  –  Bəlkə,  bəxtim 
gətirdi, salamat qalmış qabaq tərəfi aparıb evə çıxara bildim. 
Heç  olmasa,  bəxt bir  dəfə üzümə  gülməlidir,  ya  yox!  Yox, 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə