ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə12/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

Ərşad Namazalı  

 

 



34 

etdiyin


ə  görə  SSRİ  Ali  Sovetinin  fərmanı  ilə  “Qırmızı  Əmək 

bayrağı” ordeni ilə təltif edilmiş və “K-55” markalı mototskl mükafat 

verilmişdir. 

Bundan  başqa  kolxozun  bir  neçə  qabaqcıl üzvünə  “Qırmızı 

Bayraq” ordeni  v

ə  “Əməkdə  fərqlənməyə  görə”  medallarına  layiq 

görülmüşlər. 

5.  Orucov Aslan 

Ağalar  oğlu:  -  1964-65-ci illərdə  pambık 

planını artıq-laması ilə yerinə yetirdiyinə görə ona “Volqa” QAZ-21 

markali  minik avtomobili il

ə  mükafatlandırılmışdır  və  dəfələrlə 

orden v

ə medallarla təltif olunmuşdur. 



6.  Hacıyev  Hüseyn  Alı  oğlu:-  1970-cu ildə  kolxozda  taxıl 

biçimind


ə  yüksək nailiyyətlər göstərdiyinə  görə  ona Jiquli-2001 

markalı mınık avtomobili mükafat verilmişdir. 



7.  Əliyev  Əfət  Həsən  oğlu:  -  1971-ci ildəkolxozda    pambıq 

bec


ərilməsində  fəal  iştirak  etdiyinə  görə  ona Jiquli-2001  markalı 

minik avtomobili mükafat olaraq verilmişdir. 



8. M

əmmədov Abbas  Alı  oğlu:  -  1972-ci ildə  kolxozda  İnşaat 

işlərini mükəmməl və  yazşı yerinə  yetirdiyinə görə ona Jiquli-2001 

markalı minik avtomobili mükafat olaraq verilmişdir. 

9. Ağayev Cümşüd Misir oğlu: - 1973-cü ildə kolxozda maşın 

il

ə pambıq  yığımında  yüksək nəticilər göstərdiyinə görə ona Jiquli-



201

1 markalı minik avtomobili mükafat olaraq verilmişdir. 



10.  M

əmmədo Sərdər  Ağalar  oğlu:  -  1974-cü ildə  kolxozda 

taxıl səpinində qabaqcıl yer tutduğuna görə ona Jiquli-2001 markalı 

minik avtomobili mükafat olaraq verilmişdir. 

11. Abbasov Əli Hüseyn oğlu: - 1975-ci ildə kolxozda briqadir 

işlədiyi  3  saylı  briqadada  hər  hektardan  35  sentner  pambıq  dövlətə 

t

əhvil verdiyinə  görə  ona Jiquli-2001  markalı  minik avtomobili 



mükafat olaraq verilmişdir. 

12.  Qurbanov  Əsgər  Qurban  oğlu:  -  1976-cı  ildə  kolxozda 

sürücü işlədiyi dövrlərdə qəzasız və nümunəvi fəaliyyətinə görə ona 

Jiquli-20

01 markalı minik avtomobili mükafat olaraq verilmişdir. 



13. M

əhərrəmov Firəddin Nüsrəddin  oğlu:  -  1977-ci ildə 

kolxozda  işlədiyi müddətdə  özünü nümunəvi  işçi  kimi    göstərərək, 

veril

ən  tapşırıqları  vaxtında  yerinə  yetirərək, həm də  ot  yığımı 




Horadiz s

əni unutmadım... 

 

 



35 

zamanı  yüksək nəticə  göstərdiyinə  görə  ona Jiquli-2011  markalı 

minik avtomobili mükafat olaraq verilmişdir. 

Horadiz k

əndinin  əməkçiləri ta qədimdən qoyunçuluqla və 

maldarçılıqla məşğul olmuşlar. Bu sahədə də çobanlar yaxşı nəticələr 

əldə  edərək yüksək nailiyyətlər  qazanaraq həmişə  qarşıya  qoyulan 

dövl


ət tapşırıqlarını vaxtında ödəmişlər. 

Bizim k


ənddə  pambıqçılıq  uzun  illər gəlirli sahə  kimi  çoxlu 

əmək,  əziyyətli  zəhmət tələb  edirdi.  Pambığı  əkmək,  onun dibini 

boşaldaraq  becərmək,  alağın  artlamaq,  sonra  zərərverici (sofqa) 

qurdunu t

əmizləmək üçün xeyli kənd  camaatını,  hətta  5-ci sinifdən 

yuxarı  şagirdləri  bu  işə  cəlb edilirdi. Eyni zamanda zərərvericiləri 

m

əhv etmək üçün təyyarə  ilə  xüsusi dərmalar da səpilərdi, bu isə 



b

əzən əməkçiləri və məktəbliləri zəhərləyirdi. 

Pa

mbıq  yetişdikdən  sonra  onu  ağır  zəhmətlə  əl ilə  yığmaq, 



ətəyinə  fartuq  bağlayaraq  bütün  günü  qızmar  günəş  altında  başı 

aşağı,  qozadan  ayırıb  yığmaq  böyük  bir  müsibət  idi.  Pambıq 

yığımının  qızmar  yerində  3 ay məktəbləri  bağlayaraq  şagirdləri də 

yığıma  cəlb  edilirdi.  Pambıq  yığımı  mövsümündə  ortalıqda  boş-

bekar g

əzən  tapmazdın.  Hələ  bu  az  imiş  kimi  öz  doğma  kəndinə 



ezamiyy

ətə  gələnləri də  yığıma  məcbur edərdilər. Kənddə  bütün 

idar

ə, iaşə xidməti, xəstəxana işçilərini də bu işə cəlb edirdilər. 



T

əyyarə  ilə  müxtəlif kimyəvi maddələr  səpərdilər  ki,  pambığın 

yarpaqları tökülsün və pambıq yığan maşınlarla işləmək asan olsun. 

T

əyyarə dərmanı səpən günün sabahısı bütün yarpaqlar tökülürdü və 



pambıq  sahələri  ağ-appaq  görünürdü.  O  günü  bütün  pambıq  yığan 

maşınlar  sahələrə  çıxıb  pambığı  yığıb  pambıq  zavoduna təhvil 

ver

ərdilər, əks təqdirdə quruyardı və yüngülləşərdi. Bəli “ağ qızılımı-



zı”  yığıb  tez  bir  zamanda  dövlətə  təhvil  verib,  planımızı  yerinə 

yetirm


əyə hamılıqla çalışardılar.  

1979-80-ci ill

ərdən sonra pambıqçılığı tam surətdə dayandıraraq, 

onun 


əvəzinə 650 hektar suvarılan pambıq sahələrinə üzüm tingləri 

basdıraraq  tamamilə  üzümçülüyə  keçirildi. Üzümçülük kənd 

z

əhmətkeşləri üçün hərtərəfli sərfəli oldu.  



Üzüm  plantsiyaları  çox  gözəl, hər tərəf  yamyaşıl  görünürdü, 

adamda  is

ə  xoş  əhval-ruhiyyə  yaradırdı.  Pambığa  nisbətən xeyli 



Ərşad Namazalı  

 

 



36 

yüngül 


əmək sərf  edilirdi.  Üzüm  yığımı  ağır  və  əziyyətli olsa da, 

müv


əqqəti idi. Üzümü  ayaq üstə  və  bağ  qayçısı  ilə  kəsib, xüsusi 

düz


əldilmiş  maşın  banlarına  açıq  yığaraq  Füzuli  şərab zavoduna 

aparıb təhvil verərdilər. Süfrə üzümlərini isə xüsusi düzəldilmiş taxta 

yeşiklərə əl ilə yığaraq təyin edilmiş yerlərə göndərərdilər. 

Bizim torpaqlarda üzüml

ərin  şəkərlilik dərəcəsi  22-23  olurdu. 

Üzümd


ən gələn gəlir  pambıqdan  qat-qat  çox  olurdu.  Əgər bir 

hektardan 20-

30 sentner pambıq verirdiksə, üzümün hər hektarından  

100-


150  sentner  üzüm  yığılırdı.  Bu  isə  əlbəttə  kolxoz zəhmətkeş-

l

ərinin maliyə  gəlirlərini  artırırdı,  onların  maddi  və  mənəvi  rifahını 



yüks

əldirdi. Üzümçülüyə  keçəndən sonra adamlar  varlanaraq

özl

ərinin maddi marağı yüksələrək, təzə evlər tikənlər, minik maşını 



alanlar günü-günd

ən  çoxalmaqla,  onların  yaşayış  tərzi və  rifahı 

yaxşılaşırdı. 

Horadiz k

əndində ilk kolxozlaşma dövründə 1930-32-ci illər ilk 

kolxoz s


ədri  Abdullayev  Əsəd  Ələkbər  oğlu  olmuşdur.  Sonralar 

Quluyev Calal, Allacov Hüseynqulu v

ə  başqaları  sədrlik  etmişlər. 

Horadiz k

əndində  yalnız  1953-60-cı  illər Rzayev Vəlinin sədrliyi 

dövründ


ə iqtisadiyyatda və mədəni həyatda əsl dirçəliş baş vermişdir. 

        Qeyd: 1943-46-

cı illər II-Dünya Müharibəsinin qızğın vaxtında 

k

ənd təsərrüfatını daha da idarə edilməsini asanlaşdırmaq məqsədilə 



Horadiz kolxozunu 3 hiss

əyə bölünür. Horadiz güneyə sədr - Fərhad 

İsmayılov,  Horadiz  quzeyə  sədr  -  Bayramalı  Namaza-lıyev  və 

Dördçinar-Hüngütlüy

ə sədr - Hüseyn Bəylərov olmuşlar. 1967-ci ilin 

yanvarında isə Horadiz kolxozu iki hissəyə yenidən bölündü. Gyney 

hiss

əyə  -  Məhərrəmov Mösü və  Quzey hissəyə  -  Suruş  Fərhadova 



s

ədri seçildilər. Lakin 1967-ci  ilin  noyabrında  Mösü  Məhərrəmov 

istefa verdikd

ən sonra, kolxoz birləşib  Suruş  Fərhadovanın 

r

əhbərliyində qaldı. 



 

 

 



 

 

 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə