Rütubətli subtropik zona çay bitkisi üçün
daha əlverişlidir. Bu, orada əlverişli torpaq və hidrometrik
şəraitin olması ilə izah edilir. Qırmızı və sarı
torpaqların turş reaksiyası və onların əsaslarla çox
doymuş olması çay bitkisinin məhsuldarlığına
müsbət təsir göstərir. Çünki, çay kolları ancaq turş
torpaqlarda normal inkişaf edir, qələvi torpaqlarda isə
məhv olurlar.
Sitrus bitkiləri üçün torpaq məhlulunun neytral,
yaxud, zəif reakisyası da optimaldır.
Rütubətli subtropik zonada ən zərərli hadisələrdən
biri orada güclü su eroziyasının baş verməsidir.
Torpağa böyük zərər yetirən bu hadisə ilə mübarizə
aparmaq üçün ən mühim tədbir, qırmızı və sarı
torpaqlarda yamacların terraslaşdırılması, çay bitkisinin
şpalerlə əkilməsi, çoxillik ot bitkilərindən buffer
zolaqlar yartmaq, meşə zolaqları salmaq, həm də səth
suları axımını tənzim etmək üçün orada sadə qurğulardan
istifadə etmək lazımdır.
XX FƏSİL
TROPİK QURŞAĞIN TORPAQLARININ QISA İCMALI
154
Tropik torpaqlar dünyanın quru sahəsinin ¼-dən
çoxunu əhatə edir. Torpaqəmələgəlmə şəraitləri
tropiklərdə və yüksək qurşaq ölkələrində kəskin
fərqlənirlər. Tropik landşaftları təbiətinin bəzi fərqləndirici
xüsusiyyətləri o qədər kəskin ifadə edilmişdir ki,
tədqiqatçıların diqqətini dərhal özünə cəlb etmişdir. İqlim,
bitki, heyvanat aləmi belələrindəndir. Lakin bu fərqlər
bununla kifayətlənmir. Tropik ərazisinin böyük hissəsi
(Cənubi Amerika, Afrika, Hindistan yarımadası, Avstraliya)
aşağı paleozoydan, bəzi yerlərdə isə hətta dokembridən
başlayaraq, aşınma prosesləri, olduqca uzun dövr
müddətində inkişaf etmiş, qədim qurunun qalıqlarından
ibarətdir. Buna görə müasir tropik torpaqların bəzi mühüm
xassələri qədim aşınma məhsullarından irsən keçmişdir,
müasir torpaqəmələgəlmənin ayrı-ayrı prosesləri isə
qədim hipergenez proseslərinin mərhələləri ilə mürəkkəb
əlaqəyə malikdir. Buna görə, tropik ölkələrin torpaqları
öyrənilərkən, torpaq profilinin və hipergenez zonasının
bütünlükdə inkişaf tarixi məsələləri xüsusi əhəmiyyət kəsb
edir.
20.1. Tropik ərazilərin qədim hipergen törəmələri
Aşınma proseslərinin inkişaf tarixinə göstərilən
diqqətsizlik tropik torpaqəmələgəlmənin qeyri-düzgün
anlaşılmasına səbəb olmuşdur. Sıx tropik bitki örtüyü, bol
atmosfer yağıntıları, il ərzində havanın yüksək
temperatura malik olması təəssüratı ilk tədqiqatçılarda,
(avropalılarda, mülayim qurşağın sakinlərində) belə fikir
yaratmamışdır ki, dəyişməz yerli kristal süxurlar üzərində
155
yerləşən bütün hipergen təbəqə müasir
torpaqəmələgəlmənin və aşınmanın nəticəsidir. Bu qatı
təşkil edən müxtəlif törəmələr vahid torpaq profilinin tərkib
hissəsi kimi nəzərdən keçirilirdi.
Bu fikir, tropik torpaqların profilinin, tropik qurşağın
zonal-coğrafi şəraitlərinin təsiri altında, silisium,
alüminium və dəmir oksidləri kalloidlərinin təkamülü
nəticəsində əmələ gəldiyi haqqında anlayış sistemini
işləyib hazırlamış alman alimləri P.Fagelerin (1930) və
xüsusilə Q.Qarrasovitsin (1930) işlərində nəzəri surətdə
əsaslandırılmışdır. Zol kolloidlərinin kaoqulyasiyasını və
sabitləşməsini Qarrasovits müasir biokimyəvi şəraitlərlə
əlaqələndirmiş və nəzəri olaraq profil qurmuşdur ki,
burada hər bir təbii zonaya müəyyən torpaq tipi uyğun
gəlirdi. Məsələn, savanna zonasında torpağın profili
aşağıdakı quruluşa (yuxarıdan aşağıya doğru) malikdir:
dəmirli bərk qabıq, dərinə getdikcə ilkin süxurların
hesabına əmələ gəlmiş, qalın allit qatı ilə döşənmiş,
tərkibində alüminium oksidi olan eyni bərk qabıqla əvəz
olunur. Güman edilir ki, muson meşələri zonasında torpaq
mütləq qırmızı gil qatı ilə başlanır, aşağıda pozulmuş
siallit qatına keçir. Kolloidal kimyanın müddəalarının zonal
torpaq-coğrafi şəraitlə əlaqələndirilməsi məntiqidir və
buna görə də qeyd olunan fikirlər, geniş yayıla bilmişdir.
Lakin, sonrakı tədqiqatlar bu fikirlərin yalnış
olduğunu göstərdi. Müəyyən edildi ki, Qarrosovitsin və
Fagelerin vahid profil qatı kimi baxdıqları müxtəlif
törəmələr, çox vaxt ayrı-ayrılıqda mövcuddurlar və
görünür ki, eyni vaxtda əmələ gəlməmişlər. Avstraliya
torpaqşünasları (C.Preskott, S.Stifens və b.) müxtəlif
156
hipergen törəmələrin və müasir torpaqların eyni yaşda
olmadıqlarını inandırıcı surətdə göstərmişlər. Sonradan
Afrikanın aşınma məhsulları dəqiq öyrənildi və bu
materikdə bir neçə hipergenez mərhələsinin olduğu və
onlara uyğun, müasir torpaqların əmələ gəlmələrindən
çox əvvəl formalaşmış qabıqlar müəyyən edilmişdir
(V.V.Dobrovolskiy, 1971).
Törəmələri, qədim qurunun bir çox rayonlarında
geniş yayılmış, daha qədim hipergenez mərhələsinin
izləri olduqca yaxşı saxlanılmışdır ki, onların ilk kristal
süxurları əsasən qneyslərdən, kristal şistlərdən,
amfibolitlərdən təşkil olunduğu üçün, adətən kaolinit qatı
ilə qurtaran yaxşı differensasiya olunmuş profilə malik,
qalın avtomorf aşınma qabığından ibarətdir. Bu aşınma
qabıqları əsasən üst yura dövründən başlayaraq
paleogenin axırınadək əmələ gəlmişlər. Ola bilsin ki,
müxtəlif rayonlarda qədim avtomorf qabıqların yaşı
müxtəlifdir. Lakin, onların hamısı, milyon illərlə
hesablanan, olduqca uzun dövr ərzində əmələ gəlmişlər.
Qranit və qneyslər üzərindəki qabıqların profili
aşağıdakı quruluşa malikdir. Altda, ilk kristal süxurların
dəyişilməsinin başlanğıc mərhələsi əks olunmuş qat
yerləşir. Kütlənin yumşaq olmasına və asanlıqla
dağılmasına baxmayaraq süxurların strukturu saxlanılır.
Mikroskop altında görünür ki, torpaqəmələgətirən süxurlar
hipergen silikatlarla, yəni çöl şpatları ilə - nazikpulcuqlu
hidroslyudalarla, tünd rəngli minerallarla (biotit, amfibollar,
piroksenlər) – hidroxloridlə, dəmir üç oksidlə əvəz edilir.
Süxur müxtəlif rəngdədir, bəzi hallarda hipergen
mineralların tərkibindən və miqdarından asılı olaraq, açıq
157
Dostları ilə paylaş: |