Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə20/748
tarix31.12.2021
ölçüsü3,8 Mb.
#81589
1   ...   16   17   18   19   20   21   22   23   ...   748
Cild 20 1

Ağarəhim                                                                                                     Əsərlər 

 

18 



 

III FƏSİL 

SAVAD TƏLİMİ METODİKASI 

 

1. Savad təliminin vəzifələri 

 

Savad təlimi ana dilinin tədrisində mühüm məsələdir. Uşaqların 



təlimə başladıqlan ilk gündən onlarda ifadəli və şüurlu oxumaq, sə-

liqəli  və  savadlı  yazmaq,  öz  fikrini  başqalarına  rabitəli  çatdırmaq 

bacarıq və vərdişləri formalaşdırılması başlıca məqsəddir. Ana dili 

proqramına  əsasən,  savad  təlimi  məşğələləri  aşağıdakı  vəzifələrin 

həllini tələb edir: 

— şagirdlərə oxu vərdişlərinin aşılanması; 

— düzgün və savadlı yazı vərdişlərinin formalaşdırılması; 

— şagirdlərin nitq və təfəkkürünün inkişaf etdirilməsi. 

Bunun üçün əlifba təlimi dövründə oxu dərslərində Azərbaycan 

dilinin  tələffüz  qanunlarına  əsaslanılmalı,  məktəblilərdə  təilimə 

şüurlu  münasibət  tərbiyə  olunmalıdır.  Təcrübədən  görünür  ki,  sa-

vad  təlimi  dövründə  şifahi  məşğələlərə  geniş  yer  verilmişdir.  Oxu 

və yazı üzrə aparılacaq işlər uşaqların nitqinin inkişafı ilə qarşılıqlı 

surətdə  əlaqələndirilməli,  onların  birinin  inkişafı üzərində  aparılan 

işlər digərlərinin də inkişafına səmərəli təsir göstərməlidir. 

Savad təliminin qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll 

etmək üçün müəllim məktəbə qədəm qoyan uşaqların ümumi inki-

şafını, idrak səviyyəsini, nitqinin xüsusiyyətlərini, maraq və meyl-

lərini  dərindən  öyrənməli,  təlim  prosesində  həmin  amilləri  nəzərə 

almaqla  oxu  və  yazı  təliminin,  onların  nitq  və  təfəkkürünü  inkişaf 

etdirməyin  müxtəlif  vasitə,  metod  və  priyomlarından  yaradıcılıqla 

istifadə  etməlidir.  Şagirdlərdə  orfoqrafık  vərdişlərin  aşılanmasına 

da ciddi fıkir verilməlidir. 

Savad  təlimi  dövründə  məktəblilər  ―cümlə‖,  ―söz‖,  ―səs‖, 

―hərf‖, ―heca‖ terminləri ilə tanış olur, nitq axınından cümləni gö-

türür,  onu  sözlərə,  sözləri  hecalara,  hecaları  səslərə  ayırırlar.  Hər 

bir səsin xüsusiyyətini, məna çalarlığını, yazıda ifadə yollarını mə-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   748




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə