Əşir Bəşiroğlu
317
gün
ə qədər də saxlamaqdadır. Bu kəndin adının Qurdqaji (Qurdgəzi) olduğunu
sübut ed
ən sənəd Respublika Dövlət tarix arxivində 123-cü fondun 7-saylı işin
155-169-cu s
əhifələrində özünü qoruyub saxlayır. Bu qeydiyyat 1848-ci ildə qeydə
alınmışdır”.(Z.N.)
Onu da qeyd ed
ək ki, bütün Laçın, Zəngəzur bölgəsində olduğu kimi,
Qurdg
əzi kəndi ətrafında da Azərbaycanın Alban dövləti dövrünə aid qədim
abid
ələr və kilsələr mövcud idi. Burada hətta atəşpərəstlik dövrünə, orta əsir
m
ədəniyyətinə aid də abidələr var idi. Sultan bəyin təmsil olunduğu Hacisamlı
k
əndinin adı isə qədim türk tayfalarından olan samlılarla əlaqəlidir. Sultan bəyin
şəxsi mülkü (aran evi) isə Qurdgəzidən bir neçə kilometr aşağı Şəlvəçay
axarındadır. Bütün fərqlərə baxmayaraq Sultan bəyin atası Paşa bəyin məzarı
Qurdg
əzi qəbiristanlığında idi. Sultan bəyin təhsili ilə əlaqədar qeydlərin bəziləri
ayrı-ayrı müəlliflər tərəfindən fərqli mülahizələrlə yazılıb və reallıqdan kənarları
xeylidir.
Qafan mis m
ədənləri, Bərguşad çayının axarı boyu inkişaf etmiş kənd
t
əsərrüfatının Sultan bəyə məxsusluğunun da heç bir tarixi kökləri yoxdur. Deyilən
t
əsərrüfatlar başqa-başqa bəylərə, mülkədarlara mənsubdur və bu haqda kifayət
q
ədər tarixi sənədlər mövcuddur. Bəziləri bəy dedikdə ilk öncə dünyanın ona
m
ənsubluğunu güman edirlər. Sultan bəyin ünvanına qeyri düzgün məlumatlar aid
etm
ək, heç də ona xüsusi qayğının nəticəsi hesab edilməməlidir. Əksinə, ona xələl
g
ətirən fikirlərdir. Yaxud, hansısa yaylaqdakı mülk məsələsi də bu işlərin
mahiyy
ətini, o bölgəni tanımamağın, bilməməyin məhsuludur. Adəti üzrə heç bir
yaylaqda mülk salınmır, xüsusəndə kiçik Qafqazda, onun Çalbayır yaylağında.
Bu yaylağında Sultan bəyə mənsubiyyəti yoxdur. Ora ancaq ən çoxu yayın üç
isti aylarında heyvanatı təbii yemlə təmin etmək üçündür və maldarlar da
alaçıqlarda yaşıyardılar. Çünki onlar yaylaqda da bir hissəni otardıqdan sonra,
başqa sahəyə köçməli olduqlarından daimi yaşayış mülkləri salmağa ehtiyac
qalmır.
Mink
ənd, Sadınlar, Hacılar, Farmaştəpə bölgəsində ermənilərlə döyüşlər
əsasən 1902-1907-ci illəri əhatə edir. O dövrdə Yuxarı Qarabağın, Zəngəzurun,
indi Laçın bölgəsi adlanan torpaqların müdafiəsinə rəhbərliyi əsasən Şuşada şəhid
olmuş İbrahim bəy etmişdir. Onun ətrafında çox da böyük olmayan, lakin hamısı
C
əsur qardaşlar
318
b
əyliyi təmsil edən insanlar olmuşlar. Bu insanlar gündəlik silah gəzdirən olmaqla,
silahdan istifad
əni gözəl bilirdilər. Bu insanlardan Alı bəy, Məhəmmədhəsən bəy,
Ağakişi bəy, Bağır bəy, Cabbar bəy, Həsən bəy, Paşa bəy, Əbdülləzim bəy, Nəbi
b
əy, Rüstəm bəy, Ağa bəy, Şahverdi bəy, Əbil bəy, Cavad bəy, Əli bəy, Əvil bəy,
Mikayıl bəy, Cəfərqulu bəy, və s. döyüşçülərin adı məlumdur.
Laçının qərbində sonralar 1914-1918-ci illər arasında ara-sıra erməni-
müs
əlman döyüşləri lokanik xarakterli olmuş və yerli əhali ermənilərin cavabını
m
ərdliklə vermışlər. 1918-ci ilin yayın sonu və payızda Cənubi Zəngəzurda çox
d
əhşətli erməni müsəlman döyüşləri olmuş, bu bölgənin bütün silahı olanlar
döyüşə qoşulmuşlar və Naxçıvanda, Qərbi Azərbaycanda, Qarabağ və Yuxarı
Qarabağda böyük hünərlər göstərən insanlar olmuşlar. Bu haqda AXC hökməti
komisiyasından geniş və dəqiq məlumatlar arxivdə saxlanılır. Sultan bəy isə daha
t
ədbirli el ağsaqqallarının, qardaşı Xosrov bəyin fikirləri ilə uzlaşan siyasət
yürütmüş, gücləri nəzərə alaraq özünü müdafiəyə daha çox üstünlük vermişdir.
Bu is
ə öz bəhrəsini vermiş, kiçik güclə böyük qüvvəyə və böyük məkrə qalib
g
əlməklə nəticələnmişdir. Burada, artıq Sultan bəy hamıdan qabaqdadır, hamıdan
üstündür.
1920-ci ild
ən sonra Sultan bəy sovet hökümətini təmsil edən adi insanlarla
deyil, h
ətta bəy səcərələri olan və sovetləri təmsil edən insanları ilə də öz
hüquqlarını bərpa edə bilməmişdi. Əsas səbəb isə Sultan bəyin bəy olması və
sovetl
ərin məqsədi isə bəyləri, seyidləri, mülkədarları və s. bir sinif kimi məhv
etm
əsi zərurəti olmuşdu. Bolşeviklər Sultan bəyə qohum olan bir nəfəri ələ
almaqla onu yaralamışlar. Bəzilərinin yazdığı Hacısamlının “Gorgahat” yox,
Göykaha daxilind
ə Sultan bəy üç gün qalmış, sonra onu Laladağda hər kəsin gedə
v
ə girə bilməyəcəyi kahaya aparmışlar. O, burada sağalana yaxın uzandığı yerin
yanına kahanın daxili damından bir qaya düşdükdən sonra bu sözləri söyləmişdi:
M
ən aşiqəm yarğana
Yar sözünü yar qana
Dünyaya sığmaz başım
Sığınıbdır yarğana
Sultan b
əy bu hadisədən çox ruhlanmış və demişdir ki, “... Allah mənimlədir,
m
ənə daha ölüm yoxdur, hazırlaşın – biz burdan getməliyik.” Bu ifadəni onu yola
Əşir Bəşiroğlu
319
salan v
ə Arazdan keçirən, əslən Haxnəzərdən olan Sultan bəyin dostunun oğlu
söyl
əmişdir.
Sultan b
əyin məhvinin əsas təşkilatçıları ermənilər idi. Ermənilər bu işi
Moskvadan t
əşkil edir və Moskva Bakıya göstəriş deyil, öz əmrlərini qətiyyətlə
bildirirdil
ər.
Sultan b
əy vətəndən, doğma yurddan ayrılarkən Qurdgəzi kəndinin
ərazisində ən uca zirvə, “Qarapalçıq” adlanan dağın zirvəsinə qalxır, oradan
Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və bir neçə bayatı çağırır.
Sultan b
əy Araz çayını keçərkən o, arxa tərəfə göz gəzdirib bu bayatını demiş
v
ə Arazı keçmişdi.
M
ən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Ged
ərsən qayıtmazsan,
V
ətəni dolan gözüm.
1923-ci ild
ə Qars Vilayətinin Köçqoy kəndində Sultan bəyə mülk və malikanə
verilm
əsi də həqiqətləri əks etdirmir. Avropada Xosrov bəylə bir neçə dəfə görüşən
v
ə geniş söhbətlər aparan, həm də qohumluq əlaqələri olan İsrafil bəyin dediklərinə
gör
ə Sultan bəy Azərbaycanı tərk edərkən özü ilə xeyli qızıl da aparmışdı və
Köçqoydakı bütün təsərrüfatları özü almış, kimliyini uzun müddət heç kimə
bildirm
əmişdi. (Z.N.)
Bir m
əsələni də xatırlatmaq gərəklidir. Belə ki, Qars vilayəti və onun Köçqoy
k
əndi Azərbaycan torpaqlarıdır, tarixin müxtəlif dönəmlərində ya Osmanlı
türkl
ərində, yaxud Azərbaycan türkləri dövlətinə tabe olmuşdur. Odur ki, bu
yerl
ərdə Azərbaycanın müxtəlif bölgələrindən, xüsusən də Yuxarı Qarabağdan-
Z
əngəzurdan olanlar çox idi. Deyilən məsələ də Sultan bəyə məlum idi. Elə bu
s
əbəbdən də Sultan bəy Qarsı seçmişdi.
Sultan b
əyin, Xosrov bəyin və digər vətənpərvər insanlarımızın növbəti
ç
ətinliyi Rusiya bolşeviklərinin 1920-ci ildə Azərbaycanı işğal etməsi və millətin
öncüll
ərinin məhvi, cürbəcür ittihamların irəli sürülməsi idi.
H
əmin günlərdə də N.Nərimanovun sərt mövqeyinə və bəzi məqamlarda
q
ətiyyət göstərməsinə baxmayaraq Sovet Rusiyası Xalq Xarici İşlər Komissarlığı
t
ərəfindən müəyyən edilən Azərbaycanın gözdən salınması siyasətinə üstünlük
Dostları ilə paylaş: |